akinchi
Əkinçi
Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.
Husk at besøge podcastens hjemmeside og støtte skaberen: akinchi.podbean.com
Forfatter
akinchi
Kategori
Podcastens hjemmeside
Seneste episode
30. jul. 2026
Hvor kan du lytte?
Podcasts i appen Replaio Radio Kommer snartPodcasts kommer snart til appen. Installer nu, og vær den første til at se en helt ny tilgang til podcasts
Episoder
Dairəvi iqtisadiyyat nədir? | Nigar Əzizova 25.11.2022 19:04
Dairəvi iqtisadiyyat nədir və xətti iqtisadiyyatdan nə ilə fərqlənir? Dairəvi iqtisadiyyat cəmiyyətə necə təsir edir? İqtisadçı Nigar Əzizova ilə müsahibəmizi izləyərək öyrənə bilərsiniz.
Məktəblərdə bullinqə qarşı necə mübarizə aparmalı? | Sevinc Əliyeva 23.11.2022 30:06
Azərbaycan qanunvericiliyində və dünya təcrübəsində bullinqə qarşı necə mübarizə aparılır? Bullinqə məruz qalmış uşaqlar kimə müraciət etməlidirlər? Vəkil Sevinc Əliyeva ilə məktəblərdə bullinqə qarşı mübarizə aparmağın yolları haqqında söhbət etmişik.
Azərbaycanda yol-nəqliyyat təhlükəsizliyi | Orxan Zakirov 21.11.2022 14:05
Bakıda hansı yol-nəqliyyat problemləri qəza hadisələrinə səbəb olur? Bu problemləri aradan qaldırmaq üçün nə etmək lazımdır? Növbəti videomuzda tədqiqatçı Orxan Zakirovla Azərbaycanda yol-nəqliyyat təhlükəsizliyi haqqında danışmışıq.
İqlim dəyişikliyi ilə bağlı miqrasiyanın idarə edilməsi | Nicat Eldarov 18.11.2022 24:13
İqlim böhranı ilə bağlı miqrasiyanın qeyri-müəyyən xarakteri hansı yeni təhlükəsizlik məntiqlərinin yaranmasına gətirib çıxarır? Bu təhlükəsizlik məntiqlərinin iqlim böhranından əziyyət çəkən əhali üçün mənfi təsirləri nələrdir? Tədqiqatçı Nicat Eldarovun çıxışını izləyə bilərsiniz.
Şagirdlərin motivasiyasını artırmağın bəzi yolları | Aygün Pəncəliyeva 16.11.2022 16:57
Şagirdləri dərslərə necə həvəsləndirmək lazımdır? Hansı üsullarla şagirdlərin motivasiyalarını artırmaq olar? Müəllim Aygün Pəncəliyeva öz təcrübəsində istifadə etdiyi metodlar haqqında danışır.
Qrossmeyster olmaq üçün nə etməli? | Vasif Durarbəyli 14.11.2022 31:39
Şahmata başlamaq üçün yaşın önəmi varmı? Uğurlu şahmatçı olmaq üçün istedad vacibdirmi? Qrossmeyster olmaq üçün nə etmək lazımdır? Qrossmeyster Vasif Durarbəyli ilə söhbətimizi izləyərək öyrənə bilərsiniz.
DanceAbility: İnsanların özlərini və digərlərini olduğu kimi qəbul etdiyi mühit | Nigar Sultanova 11.11.2022 14:35
DanceAbility Azərbaycan əlilliyi olan və olmayan şəxslərin birgə keçirdiyi rəqs və digər nümayişlər vasitəsilə inklüziv cəmiyyətin inkişafına töhfə vermək məqsədi daşıyır. Nigar Sultanova ilə söhbətimizi izləyərək DanceAbility Azərbaycan haqqında ətraflı məlumat ala bilərsiniz.
Siyasi partiyalar, ictimai savadlılıq və vətəndaş iştirakçılığı | Akif Qurbanov 09.11.2022 18:32
Siyasi partiyaların fəaliyyəti üçün əlverişli mühit olmadıqda hansı problemlərlə üzləşə bilərik? Ölkədə ictimai savadlılığın artmasına vətəndaş cəmiyyəti necə təsir edə bilər? Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanovla söhbətimizi izləyərək öyrənə bilərsiniz.
Uşaq psixoterapiyasında oyun terapiyasının rolu | Aynur Hüseynli 07.11.2022 13:53
Oyun terapiyası uşaq psixoterapiyasında necə tətbiq olunur və uşaqlara necə təsir göstərir? Autizm Erkən Müdaxilə Mərkəzinin təsisçisi Aynur Hüseynli ilə uşaq psixoterapiyasında oyun terapiyasının rolu haqqında danışmışıq.
Azərbaycan şəhərlərinin gələcəyi | Anar Vəliyev 04.11.2022 19:25
Azərbaycanda inkişaf ancaq Bakı şəhəri ətrafında gedir. Regional şəhərlərdə inkişaf yoxdur. Bunu dəyişmək üçün hansı siyasət aparıla bilər? ADA universitetinin dosenti Anar Vəliyevin Azərbaycan şəhərlərinin gələcəyi haqqında təqdimatını izləyə bilərsiniz.
Azərbaycanda yer adları niyə dəyişdirilir? | Araz Bağırov 02.11.2022 16:12
Azərbaycanda mütəmadi olaraq müxətlif yer adları dəyişdirilir. Buna ehtiyac nədir və yer adlarının dəyişdirilməsinə münasibət necə olmalıdır? Tarixçi Araz Bağırovla müsahibəmizi izləyə bilərsiniz.
Bazar, reklam və rəqəmsallaşma | Pərviz Əzimov 31.10.2022 23:03
Azərbaycan təhsil sistemi marketinq sahəsində kadr yetişdirmək üçün yararlıdırmı? Reklam bazarında hansı dəyişikliklərə ehtiyac var? Nağdsız dövriyyəni artırmaq üçün nə etmək lazımdır? Rəqəmsal marketinq mütəxəssisi Pərviz Əzimovla bazar, reklam və rəqəmsallaşma haqqında söhbət etmişik.
Siyasi partiyalar haqqında yeni qanun layihəsi | Anar Məmmədli 28.10.2022 14:07
Sentyabrın 7-si Milli Məclisdə "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarıldı. Yeni qanun layihəsində nəzərdə tutulan müddəalar siyasi partiyaların fəaliyyətinə necə təsir edəcək? Siyasi təhlilçi Anar Məmmədli ilə söhbətimizi izləyərək öyrənə bilərsiniz.
Gig-iqtisadiyyat işçi istismarının yeni forması kimi | Toğrul Vəliyev 26.10.2022 24:52
Gig-iqtisadiyyatında işçilər fərdi sahibkar kimi fəaliyyət göstərirlər. Bu isə onları son yüzillik dövrdə işçi hərəkatının mübarizəsi nəticəsində əldə etdiyi nailiyyətlərdən məhrum edir. Bununla mübarizə yolları varmı? İqtisadçı Toğrul Vəliyevin çıxışını dinləyə bilərsiniz.
Azərbaycanda memarlıq siyasəti | Müslüm İmranlı 24.10.2022 16:04
“Bizim bu günkü şəhərsalma strategiyamız Sovet sisteminin Azərbaycan reallığına otuzdurulma cəhdidir. Ancaq reallıq tamam başqadır.” Memar Müslüm İmranlının çıxışında Azərbaycanda memarlıq siyasəti haqqındakı videomuzu izləyə bilərsiniz.
Femisidin tədqiqatı niyə əhəmiyyətlidir? | Nərgiz Muxtarova 21.10.2022 10:21
Femisidin tədqiqatı niyə əhəmiyyətlidir? Bununla uğurlu mübarizə aparmaq üçün hansı addımları atmaq lazımdır? Femisid Azərbaycan platformasının təsisçisi, tədqiqatçı Nərgiz Muxtarova ilə söhbətimizi izləyərək öyrənə bilərsiniz.
Təhlükəsizlik, Ukrayna müharibəsi və qlobal geosiyasi gərginlik | Şahin Cəfərli 19.10.2022 28:24
Niyə son illər beynəlxalq münasibətlərdə ciddi problemlər yaranır? Rusiya-Ukrayna müharibəsinin mümkün nəticələrində bizi hansı reallıqlar gözləyir? İrandakı etirazlar siyasi dəyişikliyə səbəb ola bilərmi? Siyasi təhlilçi Şahin Cəfərli ilə söhbətimizi izləyə bilərsiniz.
Küçə incəsənəti niyə vacibdir? | Elmin Bədəlov 17.10.2022 13:05
Küçə performansları bizə nə qazandırır? Nə üçün küçə incəsənəti əhəmiyyətlidir? Aktyor və rejissor Elmin Bədəlovla söhbətimizi izləyə bilərsiniz.
Qanunsuz işdən çıxarılma | Araz İsmayılov 14.10.2022 22:38
İşəgötürənlər hansı əsaslarla işçilərin əmək müqaviləsinə xitam verə bilər? Qanunsuz işdən çıxarılma ilə bağlı işçilər nə edə bilərlər? Hüquqşünas və əmək hüquqları üzrə mütəxəssis Araz İsmayılovla söhbətimizi izləyərək öyrənə bilərsiniz.
Ali təhsil kimə və nəyə lazımdır? | İlkin Hüseynli 12.10.2022 23:26
Azərbaycanda şagirdlərin təxminən 66%-i orta məktəbdən sonra heç bir təhsil almır və nəticədə ixtisassız işçiyə çevrilirlər. Belə bir vəziyyətdə dövlətin təhsil siyasəti necə olmalıdır? Tədiqatçı İlkin Hüseynlinin çıxışını izləyərək öyrənə bilərsiniz.
Demokratik və avtoritar rejimlərdə siyasi iştirakçılıq | Kəklik Kərimli 10.10.2022 16:03
Siyasi iştirakçılığın hansı formaları var? Demokratik və avtoritar rejimlərdə siyasi iştirakçılığa hansı faktorlar təsir edir? Növbəti videomuzda siyasi elmlər üzrə tədqiqatçı Kəklik Kərimli ilə demokratik və avtoritar rejimlərdə siyasi iştirakçılıq haqqında danışmışıq.
Azərbaycan səhiyyə sistemi xaricdən necə görünür? | Vüqar Yaqublu 07.10.2022 12:16
“Uzun illər ərzində patoloji formalaşmış xəstə-həkim münasibətlərinin əsasında insanlarımız səhiyyə sisteminə, həkimlərə inanmır, individual həkimlərə inanır.” Azərbaycan səhiyyə sistemi xaricdən necə görünür? Onkoloq-cərrah Vüqar Yaqublu danışır.
Ərzaq qiymətləri artır. Bunun təsirlərini necə azaltmaq olar? | Fərid Mehralızadə 05.10.2022 23:27
Rəsmi rəqəmlərə görə, son bir ildə Azərbaycanda qida və ərzaq qiymətləri 21% bahalaşıb. Niyə qiymətlər uzun müddətdir artır və bu artımların əhalinin sosial rifahına təsirini azaltmaq üçün nə etmək lazımdır? İqtisadçı Fərid Mehralızadənin təqdimatını izləyərək öyrənə bilərsiniz.
Mətbuatın seçdiyi fotoların düşüncə tərzinə təsiri | Gülər Abbasova 03.10.2022 10:26
Mediada gördüyümüz fotolar və medianın dili düşüncə tərzimizə necə təsir edir? Növbəti videomuzda multimedia sənətçisi Gülər Abbasova ilə mətbuatın seçdiyi fotoların düşüncə tərzinə təsiri barəsində söhbət etmişik.
Kuir sosial iş | Elnur Musayev 30.09.2022 13:13
Kuir sosial iş nədir? Ənənəvi sosial işlə kuir sosial işi fərqləndirən əsas məqamlar hansılardır? Sosial işçi Elnur Musayevlə kuir sosial iş haqqındakı müsahibəmizi izləyə bilərsiniz.
Lignende podcasts
Replaio er ikke podcastudgiver; programmernes navne, coverbilleder og lyd tilhører deres ophavsmænd og distribueres via offentlige RSS-feeds.