uk

akinchi

Əkinçi

Education AZ ↓ Епізодів: 802

Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.

Обов'язково відвідайте сайт подкасту та підтримайте його автора: akinchi.podbean.com

Автор

akinchi

Категорія

Education

Сайт подкасту

akinchi.podbean.com

Останній епізод

30 лип 2026

Де слухати?

Подкасти в застосунку Replaio Radio Уже незабаром

Подкасти незабаром з'являться в застосунку. Встановіть уже зараз і першими побачте зовсім новий погляд на подкасти

Завантажити з Google Play Встановіть безкоштовно Android майже 10 млн завантажень · рейтинг 4,8 iOS незабаром

Епізоди

Data jurnalistikası və onun əhəmiyyəti | Emin Hüseynzadə 07.01.2022

İnformasiya texnologiyaları və yeni media eksperti Emin Hüseynzadə son illərdə dünyada data jurnalistikasının niyə bu qədər populyarlaşması haqda söhbət açır.

Azərbaycanda submədəniyyətlər | Səid Riad 07.01.2022

Əkinçinin qonağı, Azərbaycanda submədəniyyətlər mövzusunun araşdırmaçısı və Azərbaycanda repin tarixi haqda kitabın müəllifi Səid Riad submədəniyyətlər, onların yaranması, tarixi və formaları haqqında ətraflı söhbət açır.

Azərbaycanda gənclər siyasəti | Namiq Abdullayev 07.01.2022

Əkinçinin qonağı, Y-PEER şəbəkəsinin Azərbaycan təmsilçisi Namiq Abdullayev deyir ki, gənclər ən azından özlərinə aid olan məsələlərdə qərarverici olmalıdırlar.

Ənənəvi uşaq müəssisələri və alternativ xidmətlər | Sara Ağayeva 07.01.2022

Azərbaycanda SOS Uşaq Kəndlərinin Proqram İnkişaf Direktoru Sara Ağayeva kimsəsiz uşaqlar üçün alternativ qayğı növlərinin təklif olunmasının vacibliyindən danışır.

”Xoşbəxt valideyn xoşbəxt övlad deməkdir” | Nərmin Qəniyeva 07.01.2022

“Üçüncü bahar” təşəbbüsü haqqında Əkinçiyə danışan Nərmin Qəniyeva deyir ki, burada yaşlı insanların maraq dairəsinə görə maarifləndirici, sağlamlıq və yaradıcılıq istiqamətində fəaliyyətlər təklif olunur.

Kraudfandinq nədir? | Toğrul İsmayılov 07.01.2022

Azərbaycanda ilk kraudfanding platforması olan toxum.org-un həmtəsisçisi, sosial sahibkar Toğrul İsmayılov Əkinçi üçün kraudfanding fenomeni, onun tarixi və formaları, önündəki əngəllər və fürsətlər haqqında danışır.

Neft və şəhərləşmə | Qanı Nəsirov 07.01.2022

Əkinçinin qonağı, Bakı şəhərində mədəni turlar təklif edən bələdçi Qanı Nəsirov şəhərin inkişaf tarixinə qısa ekskurs edir.

DanceAbility Azərbaycan təşəbbüsü | Nigar Sultanova 07.01.2022

Bəzən insanlar DanceAbility təşəbbüsünün əlilliyi olan şəxslərə hədəfləndiyini və ya terapiya olduğunu düşünür. Amma Nigar deyir ki, DanceAbility terapiya deyil, onların niyyəti hər kəsə açıq olan sağlam mühit yaratmaqdır.

Qadınlar və IT sektoru | Nigar Hacıbabayeva 07.01.2022

İKT sektorunda qadınların inkişafı və gender bərabərsizliyini aradan qaldırmağa kömək üçün yaradılmış Girls Code Azərbaycan platformasının rəhbəri Nigar Hacıbabayeva deyir ki, cəmiyyətdə İKT təhsili almış qadınlardan maksimum riyaziyyat müəlliməsi olması gözləntisi var.

Dağlıq Qarabağ danışıqları hara(sa) aparır? | Zaur Şiriyev 07.01.2022

Dağlıq Qarabağ danışıqları hansı istiqamətdə inkişaf edəcək? Beynəlxalq Böhran Qrupunun Cənubi Qafqaz üzrə təhlilçisi Zaur Şiriyev Ermənistanda son hakimiyyət dəyişikliyindən sonra yaranmış ən vacib gözləntini bu sual formasında xarakterizə edir.

Təhsildə gender mövzusunun əhəmiyyəti | Səadət Abdullazadə 07.01.2022

Azərbaycan gender əsaslı zorakılıq, bərabərsizlik və ya ayrı-seçkiliyə görə bəzi hallarda dünya, bəzi hallarda isə Şərqi Avropa ölkələri arasında ön sıralardadır. Əgər effektiv fəaliyyət planı yerinə yetirilməsə, erkən nikahlar, selektiv abortlar və yeniyetmə hamiləliyi kimi hallar daha da arta bilər. Gender məsələləri üzrə mütəxəssis Səadət Abdullazadə Əkinçi ilə söhbətində bunları deyir.

Gender bərabərliyi güc/nüfuz məsələsidir | Şəmsiyyə Mustafayeva 07.01.2022

Gender və inkişaf eksperti Şəmsiyyə Mustafayeva dünyadakı sosial, iqtisadi və siyasi quruluşun kişilər tərəfindən kişilər üçün yaradıldığını və qadınların bu dünyaya sanki sonradan əlavə olunduğunu bildirir.

Rəqəmsal Zəka nədir? | Rəşad Əliyev 07.01.2022

İntellektual Zəka (IQ) və Emosional Zəka (EQ) ilə yanaşı indi həm də Rəqəmsal Zəka (DQ) insanların cəmiyyətdə və iqtisadi həyatda iştirakında mühüm rol oynamağa doğru gedir. 20 ildən çox İKT mütəxəssisi kimi çalışan Rəşad Əliyev bu anlayış və onun müasir dünyamızda əhəmiyyəti barəsində danışır.

”ArtGarden Gəncə” layihəsi | Murad Nəbiyev 07.01.2022

Azərbaycanın bölgələrində yaradıcı gənclərin özlərini reallaşdırması üçün ehtiyac duyduğu alternativ məkanları necə yaratmaq olar? Gəncədə fəaliyyət göstərən Art Garden Ganja layihəsinin rəhbəri Murad Nəbiyev bu barədə öz təcrübəsini Əkinçi ilə bölüşür.

Gizlədilən insanlar və həssas təbəqə | Sənubər Heydərova 07.01.2022

Azərbaycanda sosial iş son 15 ildə öz yerində sayır, yüksək gözləntilərə baxmayaraq sosial iş praktikası başladığı nöqtədən çox da irəli addım atmayıb. Bu mövzuda sosial işçi Sənubər Heydərova ilə söhbət etdik.

”Zərdabi və Əkinçi qəzeti bizim hər şeyimizdir” | Rəhman Bədəlov 07.01.2022

Filosof və mədəniyyətşünas Rəhman Bədəlov hesab edir ki, Zərdabi və Əkinçi qəzeti Azərbaycan mədəniyyətində qeyri-adi hadisədir.

Blogerin sosial məsuliyyəti olmalıdırmı? | Vəfa Əli 07.01.2022

Vəfa Əli bizimlə özünün blogerlik təcrübəsini və bu barədə düşüncələrin bölüşür, eyni zamanda yeni başlayan blogerlərə öz tövsiyələrini verir.

İqtisadiyyat: Dövlət-bazar tandemi | Azər Mehtiyev 07.01.2022

Dövlət və bazar qarşı-qarşıya qoyulmalıdır, yoxsa onlar tandem şəklində hərəkət etməlidir? İqtisadçı Azər Mehtiyev hesab edir ki, iqtisadi inkişaf üçün həm dövlət, həm də bazar vacibdir və onlar bir-birini balanslaşdırmalıdır.

Universitetdə dərs demək mənə nə verdi? | Zümrüd Cəlilova 07.01.2022

Xaricdə təhsil alıb ölkəyə geri qayıdan gənclərin öz bilik və bacarıqlarını azərbaycanlı tələbələrlə bölüşməsi, universitet auditoriyalarına müəllim kimi daxil olması nə üçün vacibdir? Gender məsələləri üzrə mütəxəssis, müəllim Zümrüd Cəlilova bu suala ətraflı cavab verməklə yanaşı, həm də öz müəllimlik təcrübəsi haqda ətraflı söhbət açır.

Psixi və cinsi sağlamlıqla bağlı cəmiyyətdəki stiqmalar | Şəbnəm Sadıqova 07.01.2022

Qapalı cəmiyyətlərdə psixi və cinsi sağlamlıq problemləri ilə üzləşən insanlar mütəxəssis axtaran zaman çətinliklərlə üzləşirlər, çünki cəmiyyətdə bu məsələlərlə bağlı ciddi stiqmalar var. Psixoterapevt Şəbnəm Sadıqova bu stiqmaların təhlükəli nəticələri haqda danışır.

Bir kəndin misalında sosial sahibkarlıq nümunəsi | Vəfa Nağı 07.01.2022

Neftçalanın Xol Qaraqaşlı kənd bələdiyyəsinin üzvü, sosial aktivist Vəfa Nağı hesab edir ki, depressiv əhval-ruhiyyəli kənd yerlərində böyük dəyişikliklər üçün kiçik büdcəli və kiçik miqyaslı layihələr də bəzən yetərli olur.

İctimai-siyasi mövzulara toxunan filmlərin sayı nə üçün artır? | Hacı Səfərov 07.01.2022

Son zamanlar bədii filmlərdə ictimai-siyasi mövzuların artması nə ilə bağlıdır? 2015-ci ildən başlayaraq Oskar mükafatlarının təqdim olunmasında həyata keçirilən dəyişikliklərin mahiyyəti nədən ibarətdir? Tarantino və Skorseze kimi rejissorlar üçüncü dünya ölkələrinin rejissorlarından nələri öyrənir? Kinotənqidçi Hacı Səfərov bu mövzuda fikirlərini bizimlə paylaşdı.

Koronavirus haqda bilməli olduqlarımız | Vasif Əliyev 07.01.2022

Son günlər ərzində dünyanın diqqəti Çində baş qaldıran yeni koronavirus epidemiyasına yönəlib. Bu mövzu haqda həkim-infeksionist Vasif Əliyevlə söhbət etdik.

Maskulinlik və ənənələr | Nisə Hacıyeva 07.01.2022

Əkinçi bu dəfə feminist fəal Nisə Hacıyeva ilə Azərbaycanda feminizm və qadın fəallığı, qadın və kişi münasibətləri, ənənə və müasirlik barəsində söhbət apardı.

Narkotik maddələrə dair sosial və siyasi müzakirələr | Aysel Sultan 07.01.2022

Almaniyada Goethe adına Frankfurt Universitetdə tədqiqatçı və dosent olan Dr. Aysel Sultan narkotik maddələrə sosial-siyasi yanaşmanın əhəmiyyəti haqqında danışır

Слухайте подкаст Əkinçi у Replaio

Радіо та подкасти в одному застосунку - безкоштовно й без реєстрації. Встановіть уже сьогодні та не пропустіть запуск

Завантажити з Google Play

Replaio не є видавцем подкастів; назви шоу, обкладинки та аудіо належать їхнім авторам і поширюються через публічні RSS-канали