uk

akinchi

Əkinçi

Education AZ ↓ Епізодів: 802

Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.

Обов'язково відвідайте сайт подкасту та підтримайте його автора: akinchi.podbean.com

Автор

akinchi

Категорія

Education

Сайт подкасту

akinchi.podbean.com

Останній епізод

30 лип 2026

Де слухати?

Подкасти в застосунку Replaio Radio Уже незабаром

Подкасти незабаром з'являться в застосунку. Встановіть уже зараз і першими побачте зовсім новий погляд на подкасти

Завантажити з Google Play Встановіть безкоштовно Android майже 10 млн завантажень · рейтинг 4,8 iOS незабаром

Епізоди

Ali təhsili necə maliyyələşdirməli? | Fərid Mehralızadə 07.01.2022

İqtisadçı Fərid Mehralızadə bilik iqtisadiyyatının formalaşması üçün ali təhsil müəssisələrində edilməli olan dəyişikliklərdən, dayanıqlı iqtisadi inkişaf üçün vacib olan yeni trendlərdən və ali təhsil müəssisələrinin maliyyələşdirilməsi məsələlərindən danışır.

Dövlət əmlakının özəlləşdirilməsi | Azər Mehtiyev 07.01.2022

İqtisadçı Azər Mehtiyev özəlləşdirmənin məqsədləri və özəlləşdirmənin Azərbaycanda necə keçirildiyi haqda danışır.

İşsizlik və həyat məmnunluğu | Xətai Alıyev 07.01.2022

İqtisadçı Xətai Alıyev işsizliyin sosial təsirləri haqda apardığı araşdırmanın nəticələri haqda danışır.

Riyaziyyat və düşüncə tərzi | Bəxtiyar Neyman 07.01.2022

Kaliforniyaya səfərimiz zamanı Google şirkətində proqramçı-mühəndis vəzifəsində çalışan Bəxtiyar Neyman ilə söhbət etdik. ODTU və San Dieqo Kaliforniya Universitetinin məzunu olan Bəxtiyar insanların riyaziyyat biliklərinin onların düşüncə tərzinə təsirləri haqda danışdı.

Nəyi necə geyindiyimizin ətraf mühitə təsiri varmı? | Renara Şəmsiyeva 07.01.2022

Dizayner Renara Şəmsiyeva daha öncə istifadə edilmiş və qalıq parçalardan yeni paltarlar hazırlayaraq onlar ikinci həyat bəxş edir.

Texnologiya sektorunda qadınlar | Ulduz Azər 07.01.2022

Silikon Vadisində 10 ildən artıq iş təcrübəsi olan Ulduz Azər bizimlə söhbətində qadınların texnologiya şirkətində çalışması zamanı yaranan çətinliklər, şirkətlərin daxili mədəniyyəti haqda danışdı. Ulduz bakalavr təhsilini Kaliforniya ştatında yerləşən Berkli Universitetində alıb. Daha sonra İstanbulda yerləşən Sabançı Universitetində maliyyə ixtisasi üzrə magistr dərəcəsinə yiyələnib. O, Oracle...

Qərarların qəbulunda datanın rolu | Adnan Hacızadə 07.01.2022

Hal-hazırda Sietl şəhərində yaşayan və üç ildən artıqdır ki, ictimai sektorda konsaltinq sahəsində çalışan Adnan Hacızadə qərarvermə prosesində məlumatların düzgün istifadəsi haqda danışır.

Televiziyanın manipulyasiya imkanları və ona qarşı mübarizə üsulları | Seymur Kazımov 07.01.2022

Media eksperti Seymur Kazımov kütləvi informasiya vasitələ ictimai fikrin manipulyasiya edilməsi imkanları və buna qarşı mübarizə üsulları haqda danışır.

Konspirasiya nəzəriyyələri necə yaranır? | Skot Radnits 07.01.2022

ABŞ-ın Sietl şəhərində yerləşən Vaşinqton Universitetinin beynəlxalq araşdırmalar məktəbinin dosenti Skot Radnits uzun illərdir ki post-sovet məkanında konspirasiya nəzəriyyələri haqda tədqiqat aparır. Bizimlə söhbətdə Skot konspirasiya nəzəriyyələrinin mənşəyi və onlarla mübarizə yolları haqda danışdı.

Narazılığın səfərbərliyə təsiri | Ramin Cabbarlı 07.01.2022

ABŞ-ın Sietl şəhərində Vaşinqton Universitetində sosiologiya üzrə doktorantura tələbəsi Ramin Cabbarlı narazılıqların və repressiyaların siyasi səfərbərliyə təsiri haqda tədqiqatı haqda danışır.

COVID-19: Vaksinlər və son durum | Murad Məmmədov 07.01.2022

Bir neçə ay öncə ABŞ-da tədqiqat aparan immunoloq Murad Məmmədovla koronavirus pandemiyası haqda söhbət etmişdik. Keçən həftə Muradla görüşərək, COVID-19 xəstəliyi ilə bağlı son vəziyyəti və vaksinlər haqda ümidlər barəsində ətraflı danışmaq imkanımız oldu.  Murad 10 yaşında ailəsi ilə bərabər ABŞ-a köçüb. Tibb təhsilini Corctaun Universitetində aldıqdan sonra Stenford Universitetində immunologiya...

Tədris prosesində oyunların rolu | Aygün Pəncəliyeva 07.01.2022

Aygün Pəncəliyeva müəllimdir. On ildən çoxdur ki, orta siniflərə fransız dili dərsi deyir. Onun sözlərinə görə, dərslərin səmərəli keçməsi və dərsin müxtəlif elementlərini daha yaxşı qavranmasında oyunlar çox əhəmiyyətli rol oynayır.

Yerli televiziyanın problemləri | Hüsniyə Məhərrəmova 07.01.2022

Əkinçinin növbəti qonağı tanınmış televiziya aparıcısı Hüsniyə Məhərrəmova yerli televiziyaların mövcud problemləri haqda danışır.

Qadınların siyasi iştirakçılığı | Nurlana Cəlil 07.01.2022

Gender məsələləri üzrə tədqiqatçı Nurlana Cəlil qadınların siyasi iştirakçılığının əhəmiyyəti və buna nail olmaq üçün nəyin edilməli olduğu haqda danışır.

Banklara inamı necə bərpa etməli? | Toğrul Vəliyev 07.01.2022

Bu ilin əvvəli Azərbaycanda bir neçə bankın bağlanması ölkədə inamla bağlı ciddi problemi olan bank sistemini daha da çətin vəziyyətə saldığını bildirən iqtisadçı Toğrul Vəliyev, bu inamın bərpası üçün həyata keçiriləcək işlər haqda danışır.

Sosial mövzuların teatr vasitəsilə tədrisi | Aynur Zərrintac 07.01.2022

Ritual Mobil Teatr Laboratoriyasının təsisçisi Aynur Zərrintac sosial mövzuların tədrisində teatrın verdiyi imkanlardan danışır.

Memarlıqda yerin ruhu | Müslüm İmranlı 07.01.2022

Memar Müslim İmranlı memarlıq layihələrinin reallaşdırılmasından öncə həmin yerin konteksti, tarixi və ruhunu anlamağın əhəmiyyətindən danışır.

Kiçik və orta sahibkarlıq - çətinliklər və həllər | Əhliman Abbasov 07.01.2022

İqtisadçı Əhliman Abbasov Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafında duran əngəllər və rəqabət mühitinin gücləndirilməsi yolları haqda danışır.

Azərbaycanda qrafik dizayn tarixi | Rəsul Həsən 07.01.2022

Qrafik dizayner Rəsul Həsən Azərbaycanda qrafik dizayn tarixi haqda araşıdırma aparıb və bu araşdırmanın nəticələrini kitab halına salıb. İndi isə o, aşkarladıqlarını Əkinçi auditoriyası ilə paylaşır.

Ali təhsildə institusional dəyişikliyə baxış | Elvin Yusifli 07.01.2022

Azərbaycan Turizm və Menecment Universitetinin rektor müşaviri Elvin Yusifli ölkəmizdə ali təhsildə mövcud olan çağırışlar və bu çağırışlara cavab vermək üçün lazım olan dəyişikliklərlə bağlı danışır.

Siyasətdə nifrət nitqi | Anar Məmmədli 07.01.2022

Əkinçinin qonağı, siyasi təhlilçi və vətəndaş cəmiyyəti fəalı Anar Məmmədli siyasətdə nifrət nitqindən, onun yaratdığı problemlərdən və ifadə azadlığı ilə münasibətlərindən söhbət açır.

İnklüziv cəmiyyət | Rahim Ağayev 07.01.2022

“Tez-tez cəmiyyətdəki problemlər haqda danışan insanları dinləyərək, əksəriyyətin daha mütərəqqi, hər kəs üçün bərabər imkanların mövcud olduğu bir cəmiyyətin arzusunda olduğunu anlayırsan.” Çıxışına bu sözlərlə başlayan ictimai siyasət mütəxəssisi Rahim Ağayev belə bir cəmiyyətin iklüziv cəmiyyət olduğunu deyir.

Hərbi münaqişələrin gender aspekti | Sevinc Səmədzadə 07.01.2022

Azərbaycanda son illərin iki ən mübahisəli mövzusu feminizm və sülh mövzularıdır. Əkinçinin qonağı Sevinc Səmədzadə bu iki mübahisəli mövzusun kəsişməsində araşdırma aparır.

”Cəmiyyəti dəyişmək istəyirsinizsə, uşaqlara münasibətinizi dəyişin” | Qven Börçell [İngilis dilində] 07.01.2022

Uşağın erkən yaşları, xüsusən də 0-5 yaş arası onun gələcək inkişafının təməl illəri hesab olunur, çünki bu müddətdə onun beyni formalaşır. Əkinçinin qonağı, UAFA - Uşaqlara Dəstək təşkilatının təsisçisi və direktoru Qven Börçell belə deyir. Buna görə də uşağın mümkün qədər çox təcrübə yaşaması üçün ona çoxlu fürsətlər  yaradılmalıdır.

Qısa olaraq fandreyzinq haqda | Zakir Soltanov 07.01.2022

Əkinçinin qonağı, Azərbaycanda SOS Usaq Kəndlərinin baş korporativ fandreyzing meneceri Zakir Soltanov ölkəmizdə fandreyzinqin tarixi, növləri və bugünkü vəziyyəti haqqında söhbət açır.

Слухайте подкаст Əkinçi у Replaio

Радіо та подкасти в одному застосунку - безкоштовно й без реєстрації. Встановіть уже сьогодні та не пропустіть запуск

Завантажити з Google Play

Replaio не є видавцем подкастів; назви шоу, обкладинки та аудіо належать їхнім авторам і поширюються через публічні RSS-канали