ismayil valiyev
The Valiyev Show
The Valiyev Show — Azərbaycanca elit performans, kouçinq, sahibkarlıq və özünüinkişaf podkastıdır. Hər epizodda ekspertlər, koçlar və sahibkarlarla dərin söhbətlər aparılır, ya da İsmayıl Vəliyev özü həyatda və işdə irəliləmək istəyənlər üçün praktik fikirlər paylaşır. Podkastın əsas mövzuları: liderlik, kouçinq, davranış dizaynı, sahibkarlıq, vərdiş formalaşdırma, məhsuldarlıq, şəxsi və peşəkar həyatda uğur. Əgər potensialını reallaşdırmaq, düşüncə tərzini dəyişmək və nəticə əldə etmək istəyirsənsə — bu podkast sənin üçündür. özünüinkişaf, liderlik, kouçinq, davranış dizaynı, sahibkarlıq, vər...
Be sure to visit the podcast's website and support the creator: rss.com
Where to listen?
Podcasts in the app Replaio Radio Coming soonPodcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts
Episodes
#102 Nəticəyə Yox, İşə Fokuslan 08.11.2026 9:19
Got something to say to this podcast? Send a voicemail, and you might hear yourself on the next episode! Əldə etmək üçün yox, əlindən gələni etmək üçün tələs
#101 Pros & Cons Tələsi 03.11.2026 7:06
Heç olubmu ki, bir qərarın bütün müsbət və mənfi tərəflərini yazmısınız, amma yenə də nə edəcəyinizi bilməmisiniz? Bəlkə də problem qərarın çətinliyində yox, istifadə etdiyiniz metoddadır. Bu epizodda məşhur Pros & Cons metodunun niyə çox vaxt səthi nəticələr verdiyini və onun əsas çatışmazlıqlarını araşdırırıq. Daha sonra isə bu sadə üsuldan daha dərin düşünmək və daha yaxşı qərarlar vermək ü...
#100 Jeff Bezosun İki Qapılı Qərar Prinsipi 23.10.2026 8:52
Bəzi qərarları geri qaytarmaq mümkündür, bəzilərini isə yox. Jeff Bezosun məşhurlaşdırdığı “Bir və İki Tərəfli Qapı” yanaşması bizə hansı qərarları sürətlə, hansıları isə daha diqqətlə verməli olduğumuzu öyrədir. Bu epizodda daha ağıllı qərarlar verməyin sadə, amma güclü prinsipindən danışırıq.
#99 Postmortem 22.10.2026 9:34
Qərarvermədə Postmortem-in Faydası
98 Seçimlərinin Görünməyən Nəticələrini Gör! 19.10.2026 9:12
Bu epizodda Decision Tree (Qərar Ağacı) yanaşmasının düşüncə tərzimizə, seçimlərimizə və hadisələri dəyərləndirməyimizə necə təsir etdiyindən danışırıq. Seçimlərimizin mümkün nəticələrini əvvəlcədən görmək və daha düzgün qərarlar vermək üçün necə düşünməliyik? Daha aydın düşün, daha yaxşı qərarlar ver!
#97 Bu Günün Həzzi, Sabahın Bədəli 18.10.2026 6:13
Niyə çox vaxt indi əldə edə biləcəyimiz kiçik bir həzzi gələcəkdə qazanacağımız daha böyük faydadan üstün tuturuq? Psixologiyada Temporal Discounting adlanan bu düşüncə mexanizmi qərarlarımıza, vərdişlərimizə və uzunmüddətli hədəflərimizə necə təsir edir? Bu epizodda temporal discounting anlayışını, onun gündəlik həyatımızda necə işlədiyini və bu mexanizmin fərqində olmağın daha rasional qərarlar...
10-10-10: Düzgün Qərar 04.10.2026 4:52
Qərar verərkən yalnız bu günü deyil, 10 dəqiqə, 10 ay və 10 il sonranı düşün. Bu epizodda 10-10-10 yanaşmasını və 10-10-10 alətini istifadə edərək daha aydın, daha şüurlu və daha düzgün qərarlar verməyin yolundan danışıram.
Qərarın Nəticəsi ≠ Qərarın Keyfiyyət 17.09.2026 8:23
Description: Yaxşı nəticə həmişə düzgün qərar verdiyimiz demək deyil. Pis nəticə də həmişə səhv qərar verdiyimiz anlamına gəlmir. Bu epizodda qərarlarımızı yalnız nəticəyə görə qiymətləndirməyin niyə təhlükəli olduğunu danışıram. Qərar verərkən əlimizdə olan məlumatı, ehtimalları, riskləri və düşünmə prosesimizi necə qiymətləndirməliyik? Nəticədən asılı olmayaraq qərarvermə prosesimizi necə daha s...
Beyin Niyə Disiplindən Qaçır — Və Həlli 01.06.2026 7:11
Bu epizodda sizinlə çox sadə, amma son dərəcə effektiv bir metod paylaşıram. Beynimiz həmişə yeni şeylər axtarır — bu onun təbiətidir. Amma bu təbiət bizim disiplinimizin, davamlılığımızın və məhsuldarlığımızın ən böyük düşmənidir. Bu metod məhz bunun qarşısını almağa kömək edir. Çətin işlərə başlamağı, başladığını bitirməyi və hər gün özündən daha yaxşı olmağı öyrədir. Asan deyil. Amma işləyir. m...
Səni Yoran İşlər Deyil, Gözləntilərindir. 30.05.2026 11:20
Bu epizodda niyə bəzən özümüzə lazımsız stress yaratdığımızdan danışdım. Daim məhsuldar olmağa çalışmağın görünməyən mənfi tərəflərini, stresin əsas səbəblərini və bununla necə daha sağlam şəkildə baş edə biləcəyimizi araşdırdıq. Həmçinin vaxtımızın, enerjimizin və əlimizin altındakı resursların fərqində olub, buna baxaraq qərar verməyin niyə bu qədər vacib olduğundan danışdıq.
Növbəti Ən Kiçik Addım — Prokrastinasiyaya Qarşı Ən Güclü Silah 21.05.2026 4:44
Sən heç bir işi başlamaq istəyib, amma haradan başlayacağını bilməyib donub qalmısan? Bəlkə problem motivasiya yox, addımın özüdür. Bu epizodda "Növbəti Ən Kiçik Addım" metodundan danışırıq — beyni aldatmağın ən sadə, ən effektiv yolu. Böyük hədəf yox, bir kiçik hərəkət. Sadəcə bir. Qulaq as və bu gün özün üçün sına.
Kimliyini dəyiş. Həyatın dəyişəcək. 02.05.2026 10:31
Kimliyin Gücü Bu epizodda davranış, vərdişlər və həyatı dəyişmək üçün kimliyin nə qədər önəmli olduğunu və bununla bağlı nə etməli olduğumuzu danışırıq. . . . . . #şəxsiinkişaf #liderlik #psixologiya #özünüinkişaf #intizam #mindset #discipline #leadership #selfdevelopment #azeripodcast
Başlayan Yox, Bitirən Ol 29.03.2026 5:10
Bu epizodda çətinliyin niyə normal olduğunu danışdım. Biz niyə çətinliyi problem kimi görürük və bu düşüncə bizi necə saxlayır. Əslində çətinliyi normal qəbul edəndə oyun dəyişir.
Fasilə Səni Ya Qurtarır, Ya Da Bitirir 26.03.2026 14:18
Gün ərzində işləyirik. Amma problem iş deyil — fasilələrdir. Bu epizodda müzakirəmiz: Niyə bəzi fasilələr səni bərpa etmir, əksinə daha da yorur Fasilə zamanı nə etdiyinin nəticəni necə dəyişdiyini Necə “real” istirahət edib enerjini geri qazana bilərsən Bu, sadəcə fasilə deyil. Bu, performansını ya yüksəldən, ya da dağıdan qərardır.
Boş Yorğunluq Problemi 24.03.2026 31:04
Gün boyu çox işləyirsən… amma günün sonunda qəribə bir boşluq hiss edirsən. Yorğunsan, amma bu yorğunluq səni qane etmir. Sanki işlədin… amma nəyəsə çatmadın. Bu epizodda bu hissin əsl səbəbini açıram. Niyə çox işləmək səni doldurmur? Niyə busy olmaq ≠ fulfilled olmaqdır? Səninlə paylaşacam: konkret yanaşmalar, praktik metodlar, və gündəlik istifadə edə biləcəyin real alətlər. Əgər günün sonunda b...
Beynini Təmizlə: Mənfi Səslərdən Qurtul 23.03.2026 11:21
Bu epizodda daxildə olan bütün mənfi fikirləri və hissləri kağıza tökməyin gücündən danışıram. Niyə yazmaq beynini yüngülləşdirir, problemləri necə aydınlaşdırır və həll yollarını daha tez tapmağa kömək edir Əgər beynin doludursa və çıxış yolu axtarırsansa, bu epizod sənlikdir.
Gözləyə Bilən Qazanır 16.03.2026 8:46
Bu epizodda gözləməyin gücü haqqında danışırıq. Stanford Universitetində aparılmış məşhur marshmallow eksperimenti göstərir ki, gözləyə bilən insanlar uzun müddətdə daha uğurlu olur . Amma əsas sual budur: niyə gözləmək bu qədər çətindir və necə olur ki, bəziləri bunu bacarır, bəziləri isə yox? Bu epizodda səbrin, özünü idarə etmənin və uzunmüddətli düşünməyin həyatımıza necə təsir etdiyini qısa v...
İş çox, vaxt az — necə çatdıraq? 14.03.2026 9:56
Bir çox insan az işlədiyi üçün yox, çox işlədiyi halda belə özündən razı qalmadığı üçün yorulur. Bəzən gün boyu işləyirik. Vacib işlər görürük. Hətta çox insandan daha çox işləyirik. Amma günün sonunda yenə də bir hiss qalır: “Daha çox etməli idim.” Bu epizodda danışdığımız mövzu budur. Niyə çox işləsək belə beynimiz bunu kifayət saymır? Niyə daim geridə qalmış kimi hiss edirik? Və necə edə biləri...
Özümüzə Qarşı Müharibə: Şüur və Şüuraltının Gizli Döyüşü 27.02.2026 10:55
Bu epizodda özünü sabotajın dərin səbəblərini açırıq. Bəzən problem iradə zəifliyi deyil. Bəzən problem illər əvvəl yazılmış daxili proqramdır. Əgər eyni səhvləri təkrar etdiyini hiss edirsənsə, bu epizod sənə ayna olacaq.
Cəld Qərar Vermək Sənəti 27.01.2026 14:14
Bu epizodda qərar vermək üçün niyə bu qədər çox düşündüyümüzü və bunun bizi necə yorduğunu danışırıq. Dizayn düşünmə yanaşmasından istifadə edərək, qərarları mükəmməl etmək yox, irəlilətmək üçün necə düşünməli olduğumuzu izah edirəm. Əgər qərar vermə prosesi səni ilişdirirsə və “doğru qərar” axtarışı səni hərəkətsiz qoyursa, bu epizod sənindir.
Az Danış, Çox Et... Şəxsi Təcrübə, Düşüncələr və Öyrənilən Dərslər #3 19.01.2026 11:20
Çox insan hədəflərinə çatmır, çünki çox danışır. Bu epizodda öhdəliklərimizi və planlarımızı paylaşmağın niyə bizi daha güclü yox, daha zəif etdiyini izah edirəm. Danışmaq motivasiyanı necə vaxtından əvvəl xərcləyir, həvəsi necə öldürür və niyə səssiz işləmək daha təhlükəli dərəcədə effektlidir — hamısı bu epizodda.
Şəxsi Təcrübə, Düşüncələr və Öyrənilən Dərslər #2 04.01.2026 7:02
2
Hərəkət cavabları özü ilə gətirir. 02.01.2026 2:53
Bu epizodda mentoruma aid bir cümlə üzərindən danışıram: “ Hərəkət cavabları özü ilə gətirir. ” Nə edəcəyini bilmədiyin anlarda gözləməyin deyil, hərəkətə keçməyin nə üçün ən doğru yol olduğunu izah edirəm. Hərəkət cavabları özü ilə gətirir. Cavablar çox vaxt düşünəndə yox, hərəkət etdikcə ortaya çıxır. ... . . . #ugur #startup #action #success #discipline #selfconfidence #selfhelp
Səni Ən Çox Yavaşladan Nədir? 31.12.2025 10:53
Bu epizodda irəliləyişimizi ən çox yavaşladan əsas faktoru axtarıram. Pareto qanunu (20/80) və Constraint (darboğaz) yanaşması üzərindən baxaraq, niyə çox çalışsaq da az nəticə aldığımızı və həqiqi problemi necə tapmalı olduğumuzu müzakirə edirəm. Az şeyi düzəltməklə necə daha çox sürət qazanmaq olar?
Şəxsi Təcrübə, Düşüncələr və Öyrənilən Dərslər 21.12.2025 19:46
Bu bölümdə yaşadıqlarımı, etdiyim səhvləri və onlardan öyrəndiklərimi sizinlə paylaşıram.
Similar podcasts
Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.