ismayil valiyev
The Valiyev Show
The Valiyev Show — Azərbaycanca elit performans, kouçinq, sahibkarlıq və özünüinkişaf podkastıdır. Hər epizodda ekspertlər, koçlar və sahibkarlarla dərin söhbətlər aparılır, ya da İsmayıl Vəliyev özü həyatda və işdə irəliləmək istəyənlər üçün praktik fikirlər paylaşır. Podkastın əsas mövzuları: liderlik, kouçinq, davranış dizaynı, sahibkarlıq, vərdiş formalaşdırma, məhsuldarlıq, şəxsi və peşəkar həyatda uğur. Əgər potensialını reallaşdırmaq, düşüncə tərzini dəyişmək və nəticə əldə etmək istəyirsənsə — bu podkast sənin üçündür. özünüinkişaf, liderlik, kouçinq, davranış dizaynı, sahibkarlıq, vər...
Where to listen?
Podcasts in the app Replaio Radio Coming soonPodcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts
Episodes
Beyin Niyə Disiplindən Qaçır — Və Həlli 01.06.2026 7:11
Bu epizodda sizinlə çox sadə, amma son dərəcə effektiv bir metod paylaşıram. Beynimiz həmişə yeni şeylər axtarır — bu onun təbiətidir. Amma bu təbiət bizim disiplinimizin, davamlılığımızın və məhsuldarlığımızın ən böyük düşmənidir. Bu metod məhz bunun qarşısını almağa kömək edir. Çətin işlərə başlamağı, başladığını bitirməyi və hər gün özündən daha yaxşı olmağı öyrədir. Asan deyil. Amma işləyir. m...
Səni Yoran İşlər Deyil, Gözləntilərindir. 30.05.2026 11:20
Bu epizodda niyə bəzən özümüzə lazımsız stress yaratdığımızdan danışdım. Daim məhsuldar olmağa çalışmağın görünməyən mənfi tərəflərini, stresin əsas səbəblərini və bununla necə daha sağlam şəkildə baş edə biləcəyimizi araşdırdıq. Həmçinin vaxtımızın, enerjimizin və əlimizin altındakı resursların fərqində olub, buna baxaraq qərar verməyin niyə bu qədər vacib olduğundan danışdıq.
Növbəti Ən Kiçik Addım — Prokrastinasiyaya Qarşı Ən Güclü Silah 21.05.2026 4:44
Sən heç bir işi başlamaq istəyib, amma haradan başlayacağını bilməyib donub qalmısan? Bəlkə problem motivasiya yox, addımın özüdür. Bu epizodda "Növbəti Ən Kiçik Addım" metodundan danışırıq — beyni aldatmağın ən sadə, ən effektiv yolu. Böyük hədəf yox, bir kiçik hərəkət. Sadəcə bir. Qulaq as və bu gün özün üçün sına.
Kimliyini dəyiş. Həyatın dəyişəcək. 02.05.2026 10:31
Kimliyin Gücü Bu epizodda davranış, vərdişlər və həyatı dəyişmək üçün kimliyin nə qədər önəmli olduğunu və bununla bağlı nə etməli olduğumuzu danışırıq. . . . . . #şəxsiinkişaf #liderlik #psixologiya #özünüinkişaf #intizam #mindset #discipline #leadership #selfdevelopment #azeripodcast
Başlayan Yox, Bitirən Ol 29.03.2026 5:10
Bu epizodda çətinliyin niyə normal olduğunu danışdım. Biz niyə çətinliyi problem kimi görürük və bu düşüncə bizi necə saxlayır. Əslində çətinliyi normal qəbul edəndə oyun dəyişir.
Fasilə Səni Ya Qurtarır, Ya Da Bitirir 26.03.2026 14:18
Gün ərzində işləyirik. Amma problem iş deyil — fasilələrdir. Bu epizodda müzakirəmiz: Niyə bəzi fasilələr səni bərpa etmir, əksinə daha da yorur Fasilə zamanı nə etdiyinin nəticəni necə dəyişdiyini Necə “real” istirahət edib enerjini geri qazana bilərsən Bu, sadəcə fasilə deyil. Bu, performansını ya yüksəldən, ya da dağıdan qərardır.
Boş Yorğunluq Problemi 24.03.2026 31:04
Gün boyu çox işləyirsən… amma günün sonunda qəribə bir boşluq hiss edirsən. Yorğunsan, amma bu yorğunluq səni qane etmir. Sanki işlədin… amma nəyəsə çatmadın. Bu epizodda bu hissin əsl səbəbini açıram. Niyə çox işləmək səni doldurmur? Niyə busy olmaq ≠ fulfilled olmaqdır? Səninlə paylaşacam: konkret yanaşmalar, praktik metodlar, və gündəlik istifadə edə biləcəyin real alətlər. Əgər günün sonunda b...
Beynini Təmizlə: Mənfi Səslərdən Qurtul 23.03.2026 11:21
Bu epizodda daxildə olan bütün mənfi fikirləri və hissləri kağıza tökməyin gücündən danışıram. Niyə yazmaq beynini yüngülləşdirir, problemləri necə aydınlaşdırır və həll yollarını daha tez tapmağa kömək edir Əgər beynin doludursa və çıxış yolu axtarırsansa, bu epizod sənlikdir.
Gözləyə Bilən Qazanır 16.03.2026 8:46
Bu epizodda gözləməyin gücü haqqında danışırıq. Stanford Universitetində aparılmış məşhur marshmallow eksperimenti göstərir ki, gözləyə bilən insanlar uzun müddətdə daha uğurlu olur . Amma əsas sual budur: niyə gözləmək bu qədər çətindir və necə olur ki, bəziləri bunu bacarır, bəziləri isə yox? Bu epizodda səbrin, özünü idarə etmənin və uzunmüddətli düşünməyin həyatımıza necə təsir etdiyini qısa v...
İş çox, vaxt az — necə çatdıraq? 14.03.2026 9:56
Bir çox insan az işlədiyi üçün yox, çox işlədiyi halda belə özündən razı qalmadığı üçün yorulur. Bəzən gün boyu işləyirik. Vacib işlər görürük. Hətta çox insandan daha çox işləyirik. Amma günün sonunda yenə də bir hiss qalır: “Daha çox etməli idim.” Bu epizodda danışdığımız mövzu budur. Niyə çox işləsək belə beynimiz bunu kifayət saymır? Niyə daim geridə qalmış kimi hiss edirik? Və necə edə biləri...
Özümüzə Qarşı Müharibə: Şüur və Şüuraltının Gizli Döyüşü 27.02.2026 10:55
Bu epizodda özünü sabotajın dərin səbəblərini açırıq. Bəzən problem iradə zəifliyi deyil. Bəzən problem illər əvvəl yazılmış daxili proqramdır. Əgər eyni səhvləri təkrar etdiyini hiss edirsənsə, bu epizod sənə ayna olacaq.
Cəld Qərar Vermək Sənəti 27.01.2026 14:14
Bu epizodda qərar vermək üçün niyə bu qədər çox düşündüyümüzü və bunun bizi necə yorduğunu danışırıq. Dizayn düşünmə yanaşmasından istifadə edərək, qərarları mükəmməl etmək yox, irəlilətmək üçün necə düşünməli olduğumuzu izah edirəm. Əgər qərar vermə prosesi səni ilişdirirsə və “doğru qərar” axtarışı səni hərəkətsiz qoyursa, bu epizod sənindir.
Az Danış, Çox Et... Şəxsi Təcrübə, Düşüncələr və Öyrənilən Dərslər #3 19.01.2026 11:20
Çox insan hədəflərinə çatmır, çünki çox danışır. Bu epizodda öhdəliklərimizi və planlarımızı paylaşmağın niyə bizi daha güclü yox, daha zəif etdiyini izah edirəm. Danışmaq motivasiyanı necə vaxtından əvvəl xərcləyir, həvəsi necə öldürür və niyə səssiz işləmək daha təhlükəli dərəcədə effektlidir — hamısı bu epizodda.
Şəxsi Təcrübə, Düşüncələr və Öyrənilən Dərslər #2 04.01.2026 7:02
2
Hərəkət cavabları özü ilə gətirir. 02.01.2026 2:53
Bu epizodda mentoruma aid bir cümlə üzərindən danışıram: “ Hərəkət cavabları özü ilə gətirir. ” Nə edəcəyini bilmədiyin anlarda gözləməyin deyil, hərəkətə keçməyin nə üçün ən doğru yol olduğunu izah edirəm. Hərəkət cavabları özü ilə gətirir. Cavablar çox vaxt düşünəndə yox, hərəkət etdikcə ortaya çıxır. ... . . . #ugur #startup #action #success #discipline #selfconfidence #selfhelp
Səni Ən Çox Yavaşladan Nədir? 31.12.2025 10:53
Bu epizodda irəliləyişimizi ən çox yavaşladan əsas faktoru axtarıram. Pareto qanunu (20/80) və Constraint (darboğaz) yanaşması üzərindən baxaraq, niyə çox çalışsaq da az nəticə aldığımızı və həqiqi problemi necə tapmalı olduğumuzu müzakirə edirəm. Az şeyi düzəltməklə necə daha çox sürət qazanmaq olar?
Şəxsi Təcrübə, Düşüncələr və Öyrənilən Dərslər 21.12.2025 19:46
Bu bölümdə yaşadıqlarımı, etdiyim səhvləri və onlardan öyrəndiklərimi sizinlə paylaşıram.
Motivasiyanı Öldürən Sakit Düşmən: Müqayisə 02.11.2025 9:11
Bu epizodda özünü başqaları ilə müqayisə etməyin gizli zərərlərindən danışıram. Bu vərdişin motivasiyamızı, inancımızı və ümidimizi necə səssizcə məhv etdiyini, və bunun əvəzinə nə etməli olduğumuzu paylaşacam.
Səhv Qərar Verməmizə Səbəb 5 Faktor 01.11.2025 18:57
Bu epizodda biz niyə bəzən səhv qərarlar verdiyimizi, və necə daha düzgün qərarlar verə biləcəyimizi araşdırırıq. Emosiyalarımız, eqomuz, nəfsimiz, başqalarına baxış tərzimiz və dəyişikliklərə münasibətimiz — bunların hamısı düşüncəmizə və qərarvermə prosesimizə təsir edir. Bu faktorlardan necə xəbərdar olmalı, onları necə idarə etməli və qərarlarımızın düzgün olma ehtimalını necə artıra bilərik —...
Baxış Dəyişməsə, Həyat Da Dəyişmir 14.10.2025 31:57
Bu epizodda bir neçə mövzunu müzakirə edirik və onları birlikdə necə istifadə edə biləcəyimizdən danışırıq. Yaxın oturun — çox işinizə yarayacaq.
Tələ: Ölüm, Arzularımız və Xoşbəxtlik 08.10.2025 14:02
Bu epizodda xoşbəxtliyimizi, huzurumuzu və özümüzü uğurlu hiss etməyimizi niyə xəyallarımızdan və hədəflərimizdən ayırmalı olduğumuzdan danışıram. Çünki çox vaxt biz xoşbəxtliyi gələcək bir nəticəyə bağlayırıq — “onu əldə edəndə rahatlayacam”, “buna çatanda özümü dəyərli hiss edəcəm” deyirik. Amma xoşbəxtlik nəticədə deyil. Arzular bizə istiqamət verir, amma çox vaxt bizi indidən uzaqlaşdırır. Biz...
Həyata məğlub olma — 10 saniyəyə ayağa qalx! 04.10.2025 12:41
Bu epizodda həyatın qaçılmaz və qarşısıalınmaz bir reallığından danışıram — alacağımız ağır zərbələrdən. Bunlar baş verdikdə nə etməliyik? Nələri edə bilərik? Və ən əsası — 10 saniyəyə ayağa qalxa biləcəyikmi?
Niyə söz verdiyimiz işləri yerinə yetirə bilmirik? 03.10.2025 9:04
Problem budur: Etməli olduğum və etmək istədiyim işləri yazıb siyahı hazırlayıram, amma yenə də yerinə yetirə bilmirəm. Çarə olaraq iki mərhələli sadə bir metod tapdım. Bəlkə sizə də faydalı olar.
Niyə söz verdiyimiz işləri yerinə yetirə bilmirik? 03.10.2025 9:04
Problem budur: Etməli olduğum və etmək istədiyim işləri yazıb siyahı hazırlayıram, amma yenə də yerinə yetirə bilmirəm. Çarə olaraq iki mərhələli sadə bir metod tapdım. Bəlkə sizə də faydalı olar.
Similar podcasts
Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.