akinchi
Əkinçi
Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.
Be sure to visit the podcast's website and support the creator: akinchi.podbean.com
Where to listen?
Podcasts in the app Replaio Radio Coming soonPodcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts
Episodes
Elektron jurnallar aktualdırmı? | Pəri Abbaslı 27.04.2022 17:16
Uzun yazıların istehlak olunmadığı, qısa videolara daha çox üstünlük verildiyi bir dövrdə elektron jurnallar aktualdırmı? Azərbaycanda və digər ölkələrdə hansı elektron jurnallar var? “MUZA” elektron incəsənət jurnalının təsisçisi Pəri Abbaslı ilə elektron jurnallardan danışmışıq.
Qadınların ədalət mühakiməsinə çatımlılığına əngəllər | Vəfa Rüstəm 25.04.2022 27:50
Qadınların ədalət mühakiməsinə çatımlılığı qarşısında dayanan sosial-mədəni və hüquqi əngəllər hansılardır? Qadın haqları üzrə hüquqşünas Vəfa Rüstəm ilə qadınların ədalət mühakiməsi zəncirində addımbaşı rastlaşdıqları əngəllərdən və onların aradan qaldırılması yollarından danışmışıq.
Jest dili haqda bilməli olduqlarımız | Könül Quliyeva 22.04.2022 19:00
Jest dili eşitmə və nitq məhdudiyyətli insanların ünsiyyət dilidir. Bəs bu dil haqda bilməli olduqlarımız nələrdir? Jest dili təlimçisi və tərcüməçisi Könül Quliyeva ilə söhbətimizi izləyə bilərsiniz.
Feminist epistemologiya və elm fəlsəfəsi | Nisə Hacıyeva 20.04.2022 28:05
Dominant elmi bilik təcrübələri nədir və niyə problemlidir? Qadınlar elmi araşdırmaların həm obyekti, həm də subyekti olaraq necə kənarda qalırlar? Çarlz Universiteti doktorantı Nisə Hacıyevanın feminist epistemologiya və elm fəlsəfəsi haqqındakı çıxışını izləyə bilərsiniz.
Məktəbəqədər təhsildə teatrın rolu | Elnur Paşa Rzayev 18.04.2022 21:57
Teatrdan uşaqların tərbiyəsində və inkişafında necə istifadə edə bilərik? Növbəti videomuzda rejissor və sosial teatr təlimçisi Elnur Paşa Rzayevlə məktəbəqədər təhsildə teatrın rolu haqqında danışmışıq.
Dünyanın mövcudluğuna şübhə etməyə əsas varmı? | Anar Cəfərov 15.04.2022 20:57
Dünyanın mövcudluğuna şübhə etməyə əsas varmı? Bu şübhənin yaranması üçün hansı əsaslar ola bilər? Fəlsəfə doktoru Anar Cəfərovun mühazirəsini izləyərək bu suallara cavab tapa bilərsiniz.
Xaricdə təhsil üzrə yeni dövlət proqramı haqda bilməli olduqlarınız | Müjdat Həsənov 13.04.2022 32:49
2007-2015-ci illərdə Azərbaycan xaricdə təhsil üzrə dövlət proqramı həyata keçirilmişdi. Həmin vaxt 3,500-ə yaxın azərbaycanlı tələbə nüfuzlu xarici ali təhsil ocaqlarında təhsil almaq imkanı əldə etdi. O vaxtdan bəri Azərbaycanda gənclər və tələbələr arasında maraqla gözlənilən və müzakirə edilən əsas məsələlərdən biri yeni dövlət proqramının icrası idi. Nəhayət bu yaxınlarda 2022-2026-cı illəri...
Əmək hüquqlarımızı necə təmin edə bilərik? | Fərid Rüstəmzadə 11.04.2022 24:22
Əmək hüquqları ilə bağlı Azərbaycanda vəziyyət nə yerdədir? İşçilərin əsas problemləri nələrdir? Biz öz əmək hüquqlarımızı necə təmin edə bilərik? Qonağımız, Əmək Hüquqları Müdafiəsi İnstitutunun rəhbəri Fərid Rüstəmzadə ilə söhbətimizi izləyin.
Təqsirsizlik prezumpsiyası nədir? | Babək Həmidov 08.04.2022 32:13
Təqsirsizlik prezumpsiyası nədir və nə üçün əhəmiyyətlidir? Şəxsin təqsirsizlik prezumpsiyası hüququ pozularsa, onu bərpa etmək üçün nə etmək lazımdır? Vəkil Babək Həmidovla söhbətimizi izləyərək öyrənə bilərsiniz.
Siyasi partiyalar gənclərə nə təklif edə bilər? | Anar Məmmədli 06.04.2022 29:07
Azərbaycanda siyasi partiyalar gənclərlə bağlı siyasətlərində nəyə əsas verməlidirlər? Onlar gənclərə nə vəd etməlidirlər ki, gənclər özlərinin siyasi partiyalarda təmsil olunduqlarını hiss etsinlər? Siyasi təhlilçi Anar Məmmədli ilə söhbətimizi izləyə bilərsiniz.
Bloqçuluq, auditoriya və alqoritm | Əli Novruzov 04.04.2022 29:16
Sosial şəbəkələr klassik medianı necə dəyişdirdi? Bu dəyişikliklər jurnalistlər üçün hansı çətinlikləri yaradır? Növbəti videomuzda yeni media üzrə mütəxəssis Əli Novruzovla bloqçuluq, auditoriya və alqoritm haqqında söhbət etmişik.
Biznes resurslarının planlaşdırılması sistemləri | Ziya Qafarlı 01.04.2022 15:24
Biznes resurslarının planlaşdırılması sistemləri nədir və onun nə kimi faydaları var? Proqram təminatı üzrə mütəxəssis Ziya Qafarlı ilə söhbətimizi izləyərək öyrənə bilərsiniz.
Dövlətin cəzalandırma hüququ varmı? | Səməd Rəhimli 30.03.2022 37:22
Dövlətin cəzalandırma hüququ varmı? Bu barədə hansı yanaşmalar və nəzəriyyələr var? Azərbaycandakı cəza sisteminin əsas məqsədi nədir? Reallıqda həmin məqsədə nail olunurmu? Hüquqşünas Səməd Rəhimli ilə dövlətin cəzalandırma hüququ haqqında söhbət etmişik.
İşləyən anaların məzuniyyət hüququ | İnara Camal 28.03.2022 15:39
Analıq məzuniyyəti haqqında biliklərimiz nə qədər doğrudur? Analıq məzuniyyəti hüququndan istifadə etmək üçün nə etmək lazımdır? Hüquqşünas İnara Camal işləyən anaların məzuniyyət hüququ haqqında danışır.
Cinsi sağlamlıq nə deməkdir? | Şəbnəm Sadıqova 25.03.2022 20:33
Cinsi sağlamlıqla bağlı müxtəlif mənbələrdən öyrəndiyimiz məlumatlar nə qədər düzgündür? Bu barədə nələrə diqqət yetirməliyik? Cinsi terapevt Şəbnəm Sadıqovanın təqdimatını izləyərək öyrənə bilərsiniz.
Oyunlaşdırma və öyrənmə analitikası | Ayaz Kərimov 23.03.2022 17:48
Təhsildə və digər sahələrdə tez-tez istifadə olunan oyunlaşdırma nədir və ondan necə istifadə edə bilərik? Budəfəki videomuzda tədqiqatçı Ayaz Kərimovla oyunlaşdırma və öyrənmə analitikası haqqında danışmışıq.
Ağıllı şəhər, insan və müxtəliflik | Anar Vəliyev 21.03.2022 40:11
Şəhəri şəhər edən elementlər hansılardır? Nə üçün bu gün digər şəhərlərdə və ya regionlarda yeni iş yerləri açılsa da, insanlar hələ də Bakıya gəlmək istəyirlər? ADA Universitetinin dosenti Anar Vəliyev ilə ağıllı şəhər, insan və müxtəliflik haqqında söhbət etmişik.
Maskulinlik araşdırmalarının əhəmiyyəti | Ramil Zamanov 18.03.2022 22:10
Çarls Universitetinin doktorantı Ramil Zamanov deyir ki, feminizm təkcə qadınlar və LGBTQİ+larla bağlı deyil, feminizm ədalət və bərabərlik hissini təbliğ etməyə çalışır. Növbəti videomuzda qonağımızla maskulinlik araşdırmalarının əhəmiyyəti barəsində söhbət etmişik.
Təhsil islahatları niyə işləmir | Elçin Rəşidov 16.03.2022 27:33
Təhsil strategiyası necə olmalıdır? Təhsildə islahatın istiqamətləri və onlar necə qiymətləndirilməlidir? İslahatlara nə mane olur? Dövlət maliyyəsi və təhsil iqtisadçısı Elçin Rəşid təhsil islahatları nə üçün işləmir mövzusu haqqında danışır.
Şiddətsiz ünsiyyət metodu | Lamiyə Əliyeva 14.03.2022 21:15
“Şiddət bizim dilimizdə, zehnimizdə başlayır. Biz elə sözlər seçməliyik, elə kəlmələrlə özümüzü ifadə etməliyik ki, bu, qarşı tərəfi yaralamasın.” Təlimçi Lamiyə Əliyeva ilə şiddətsiz ünsiyyət metodu haqqında söhbət etmişik.
Region gəncləri ilə iş və sosial teatr | Asiman Qocayev 11.03.2022 28:42
Regionlardakı gənclərlə işləyən zaman effektiv nəticələr əldə etmək üçün hansı addımlar atılmalıdır və hansı vasitələrdən istifadə olunmalıdır? Layihə meneceri Asiman Qocayevlə region gəncləri ilə iş və sosial teatr haqqında söhbət etmişik.
Gənc Hüquqşünaslar Şəbəkəsi | Kamil Manafov 09.03.2022 11:05
Gənc Hüquqşünaslar Şəbəkəsinin məqsədi gənc hüquqşünasların vahid platformasını yaratmaq, praktiki hüquqşünasların tələbələrə öyrətməsini təmin etmək, onların hüquqi, sosial və mədəni tədbirlərini təşkil etməkdir. Bu videomuzda şəbəkənin təsisçisi Kamil Manafovla söhbət etmişik.
Davranış İqtisadiyyatı: irrasional qərarlarımızın arxasında nə durur? | İnqilab Əhmədov 07.03.2022 39:08
İrrasional qərarlarımızın arxasında nə durur? Niyə əksər halda irrasional qərarlar qəbul edirik? Gündəlik həyatda verdiyimiz qərarlara öncədən təsir etmək mümkündürmü? Avrasiya Bilik Mərkəzinin direktoru, iqtisadçı İnqilab Əhmədovun davranış iqtisadiyyatı haqqındakı təqdimatını izləyərək öyrənə bilərsiniz.
Azərbaycanda LGBT hüquqları | Jalə Bayramova 04.03.2022 20:19
Azərbaycanda LGBT-lər hansı hüquq pozuntuları ilə qarşılaşır və bunun qarşısını almaq üçün nə etmək lazımdır? Lund Universitetində beynəlxalq insan haqları hüququ üzrə təhsil alan hüquqşünas Jalə Bayramova ilə Azərbaycanda LGBT hüquqları haqqında söhbət etmişik.
Yalan məlumatlar, dezinformasiya və konspirasiya nəzəriyyələri | Əhəd Əhədli 02.03.2022 28:26
Konspirasiya nəzəriyyələri və saxta xəbərlərlə necə mübarizə aparmaq olar? Növbəti videomuzda "Fakt Yoxla" araşdırmaçısı Əhəd Əhədli ilə yalan məlumatlar, dezinformasiya və konspirasiya nəzəriyyələri haqqında söhbət etmişik.
Similar podcasts
Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.