akinchi

Əkinçi

Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.

Author

akinchi

Category

Education

Podcast website

akinchi.podbean.com

Latest episode

Jul 9, 2026

Where to listen?

Podcasts in the app Replaio Radio Coming soon

Podcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts

Get it on Google Play Install for free Android 5M+ downloads · 4.8 rating iOS soon

Episodes

Maddə asılılığı: səbəbləri və onunla mübarizə üçün mövcud resurslar | Sənubər Heydərova 04.07.2022

Narkotik maddə asılılığının ehtimal olunan səbəbləri hansılardır? Azərbaycanda maddə asılılığı olan şəxslər üçün hansı imkanlar mövcuddur? Növbəti qonağımız, sosial işçi Sənubər Heydərova ilə maddə asılılığı: səbəbləri və onunla mübarizə üçün mövcud resurslar barəsində danışmışıq.

Sadə Hüquq Platforması | Sübhan Həsənli 01.07.2022

Sadə Hüquq Platformasının əsas məqsədi ölkədə hüquqi maarifləndirmə aparmaq və ehtiyacı olan şəxslərə ödənişsiz hüquqi yardım göstərməkdir. Növbəti videomuzda bu platformanın həmtəsisçisi Sübhan Həsənli ilə söhbət etmişik.

Şəxsi həyatın toxunulmazlığı haqda | Zibeydə Sadıqova 29.06.2022

Kiberzorakılıq nədir? Azərbaycan qanunvericiliyində kiberzorakılıq anlayışı varmı və buna görə sanksiyalar nəzərdə tutulurmu? Vəkil Zibeydə Sadıqova ilə şəxsi həyatın toxunulmazlığı haqda söhbətimizi izləyə bilərsiniz.

Seksual qısnamaya görə hüquqi məsuliyyət | Ayşə Abdel Qadir 27.06.2022

Seksual qısnama nədir? Azərbaycan qanunvericiliyində seksual qısnama anlayışı necə təsvir olunub? Hüquqşünas Ayşə Abdel Qadirlə seksual qısnamaya görə hüquqi məsuliyyət barəsində söhbət etmişik.

Memarlıqda artan tələblər | Urfan Məmmədov 24.06.2022

Memarlıq qarşısında duran ibtidai tələblərdən tutmuş, bu günümüzə qədər olan və gələcəkdə ola biləcək tələblərlə bağlı texniki və sosial tərəflər nədir? Memar Urfan Məmmədov memarlıqda artan tələblər haqqında danışır.

Autizm Spektr Pozuntusu və erkən müdaxilənin vacibliyi | Aynur Hüseynli 22.06.2022

Autizm Spektr Pozuntusu fərdlərin həyatlarına necə təsir göstərir? Cəmiyyətdə Autizm Spektr Pozuntusu ilə bağlı yanlış bilinən fikirlər hansılardır? Uşaq inkişaf mütəxəssisi Aynur Hüseynli ilə Autizm Spektr Pozuntusu və erkən müdaxilənin vacibliyi haqqında söhbət etmişik.

Vətəndaş cəmiyyəti, sovet irsi və məcburi ”könüllülük” | Nəcmin Kamilsoy 20.06.2022

Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyəti nə yerdədir? Nə üçün insanlarda institutlara, qurumlara və qeyri-hökumət təşkilatlarına qarşı inamsızlıq hökm sürür? Tədqiqatçı Nəcmin Kamilsoyla vətəndaş cəmiyyəti, sovet irsi və məcburi “könüllülük” haqqında danışmışıq.

Sosial iş nədir? | Afaq Aqil 17.06.2022

Sosial iş və sosial işçilər nə üçün əhəmiyyətlidir? Sosial işçilərin qarşılaşdıqları problemlər hansılardır? “Qadın Üçün” təşəbbüs qrupunda sosial işçi Afaq Aqillə söhbətimizi izləyə bilərsiniz.

Qadınların dayanıqlı sülhün bərpasında rolu | Şəmsiyyə Mustafayeva 15.06.2022

Qadınlar sülh quruculuğu prosesinə necə töhfə verirlər? Sülhün qurulmasında və bərpa olunmasında qadınların rolu nə üçün əhəmiyyətlidir? Gender və inkişaf eksperti Şəms Mustafayeva ilə qadınların dayanıqlı sülhün bərpasında rolu haqqında söhbət etmişik.

Seçkilərdə müşahidəçilik nəyə görə vacibdir? | Məmməd Məmmədzadə 13.06.2022

Seçkilərdə müşahidəçilik nəyə görə vacibdir? Səslərimizi necə qoruya bilərik? Seçkilər üzrə mütəxəssis Məmməd Məmmədzadə ilə söhbətimizi izləyərək öyrənə bilərsiniz.

Gəlir və fürsət bərabərsizliyi: səbəbləri və fəsadları | Əhliman Abbasov 10.06.2022

İqtisadi bərabərsizliklərə hansı amillər səbəb olur? Mövcud iqtisadi sistem bərabərsizliklərin artmasına və ya aradan qaldırılmasına necə təsir göstərir? İqtisadçı Əhliman Abbasov ilə gəlir və fürsət bərabərsizliyi: səbəbləri və fəsadları barəsində söhbət etmişik.

Həyat keyfiyyəti, bərabər fürsətlər və mərhəmət haqda | Cəmilə Məmmədli 08.06.2022

Növbəti videomuzda yazar-tərcüməçi Cəmilə Məmmədli ilə əlilliyi olan şəxslərin qarşılaşdıqları problemlər, media qurumlarının əlilliyi olan şəxsləri yazıqlaşdırma cəhdləri və bərabər imkanlar haqqında söhbət etmişik.

Sosial təşəbbüslər üçün fandreyzinq alətləri | Toğrul İsmayılov 06.06.2022

Fandreyzinq nədir və onu necə uğurlu şəkildə həyata keçirmək olar?  Növbəti videomuzda Toxum kraudfandinq platformasının həmtəsisçisi Toğrul İsmayılovla sosial təşəbbüslər üçün fandreyzinq alətləri haqqında danışmışıq.

İşğala görə təzminat alınmasının beynəlxalq hüquqi əsasları hansılardır? | Nurlan Mustafayev 03.06.2022

Beynəlxalq hüquqşünas Nurlan Mustafayev deyir ki, konflikt və işğal nəticəsində Azərbaycana dəymiş ziyanı BMT 53.5 milyard dollar məbləğində qiymətləndirib. Bəs işğala görə təzminat alınmasının beynəlxalq hüquqi əsasları hansılardır? Videomuzu izləyərək öyrənə bilərsiniz.

Əmək hüquqları nədir? | İnara Camal 01.06.2022

İşçilərin ən çox qarşılaşdıqları əmək hüququ pozuntuları hansılardır? Bu hüquqların bərpası üçün nə etmək lazımdır? Hüquqşünas İnara Camal ilə əmək hüquqları barəsində ətraflı söhbətimizi izləyə bilərsiniz. 

Psixoloji zorakılığa qarşı onlayn aktivizm | Qumru Əliyeva 30.05.2022

Psixoloji zorakılıqla mübarizədə sosial media platformaları bizə necə kömək ola bilər? Psixoloji zorakılığa məruz qaldıqda kimə müraciət edə bilərik? “Açıq platforma”-nın həmtəsisçisi Qumru Əliyeva ilə psixoloji zorakılığa qarşı onlayn aktivizm haqqında danışmışıq.

Metaverse və NFT nədir? Virtual dünyamız necə dəyişəcək? | Cavid Ağa 27.05.2022

Sosial medialar Metaverse inqilabına qarşı necə mübarizə aparacaq? Bu sahədə biznes mühitinin formalaşdırılması necə olacaq? NFT nədir və virtual dünyamızı necə dəyişə bilər? Sosial media tədqiqatçısı Cavid Ağa ilə söhbətimizi izləyə bilərsiniz.

Kitab bloqçuluğu | Lamiyə Göycəyeva 25.05.2022

Kitab bloqçuluğu getdikcə daha çox populyarlıq qazanmağa başlayan sahələrdən biridir. Növbəti videomuzda bu kimi bloqlardan biri olan “Kitabı karandaşla oxuyanlar”-ın təsisçisi Lamiyə Göyçəyeva ilə söhbət etmişik.

Qadınlar tech sahəsində niyə qalmır? | Maral Qurbanzadə 23.05.2022

Texnologiya sahəsində qadınlar üçün hansı çətinliklər mövcuddur? Nə üçün qadınlar bu sahədə uzunmüddətli qalmırlar? İnsan-robot ünsiyyəti mütəxəssisi Maral Qurbanzadə ilə söhbətimizi izləyin.

Təhsilin qiymətləndirilməsi və dəyərləndirilməsi | Ayaz Kərimov 20.05.2022

Təhsildə hansı növ dəyərləndirmə şagirdlərin öyrənmə prosesinə daha çox kömək edir? Ümumiyyətlə, təhsilin qiymətləndirilməsi lazımdırmı? Tədqiqatçı Ayaz Kərimovla təhsilin qiymətləndirilməsi və dəyərləndirilməsi haqqında danışmışıq.

Ərzaq itkisi: Ətraf mühit və iqtisadi problemlər | Ramil Əzməmmədov 18.05.2022

Hər il dünyada tonlarla ərzaq itkisi olur. Araşdırmalara görə, dünyada 690 milyon insan aclıq içində yaşayır. Bu qədər insan aclıq içində olan halda, bu qədər ərzaq necə israf edilir? Kənd təsərrüfatı layihələri üzrə mütəxəssis Ramil Əzməmmədovla videomuzu izləyə bilərsiniz.

Multikulturalizm nədir? | Nicat Məmmədli 16.05.2022

Multikulturalizm nədir? Nə üçün müxtəlif mədəni dəyərlərə qarşı tolerant yanaşmalıyıq? Dövlət siyasəti üzrə mütəxəssis Nicat Məmmədli ilə söhbətimizi izləyərək bu suallara cavab tapa bilərsiniz.

Geyim, təkrar istehsal və ətraf mühit | Renara Şəmsiyeva 13.05.2022

Geyim sənayesi, sürətli istehsal ətraf mühitə necə zərər vurur? Bu zərərləri mümkün qədər azaltmaq üçün istehlakçı kimi nə edə bilərik? Dizayner Renara Şəmsiyeva ilə geyim, təkrar istehsal və ətraf mühit haqqında söhbət etmişik.

Məktəblərdə qorxu mədəniyyəti | Suqra Cəfərova 11.05.2022

Qorxu mədəniyyəti nədir və o hansı fəsadları törədir? Bu fəsadların qarşısını almaq üçün hansı addımları atmaq lazımdır? Məktəb müəllimi Suqra Cəfərova ilə məktəblərdə qorxu mədəniyyəti haqqında danışmışıq.

Şəhərlərimizi iqlim dəyişikliyinə necə adaptasiya etməliyik? | Bayram Axundov 09.05.2022

İqlim dəyişikliyi bizi hansı problemlərlə üz-üzə qoyur? Bu yeni çağırışa Azərbaycan şəhərsalma məktəbi necə reaksiya verməlidir? Müstəqil araşdırmaçı Bayram Axundovun şəhərləri iqlim dəyişikliyinə adaptasiya etməyin yolları haqqında mühazirəsini izləyə bilərsiniz.

Listen to the Əkinçi podcast in Replaio

Radio and podcasts in one app - free, with no sign-up. Install today and do not miss the launch

Get it on Google Play

Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.