Dalğa FM

Dalğa FM

Music AZ ↓ 513 episodes

"Dalğa FM" 92.5 FM "Dalğa"nı tut, fərqi hiss et

Author

Dalğa FM

Category

Music

Podcast website

www.spreaker.com

Latest episode

Jul 10, 2026

Where to listen?

Podcasts in the app Replaio Radio Coming soon

Podcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts

Get it on Google Play Install for free Android 5M+ downloads · 4.8 rating iOS soon

Episodes

Treydinqdə risk və qazanc balansı I İnvestisiya gündəliyi #11 24.07.2025

“İnvestisiya gündəliyi”ndə qonaq olan treyder Qismət Salayev ilə birlikdə ticarət bazarlarının ritmini, səhmdən kriptovalyutaya qədər sərmayə imkanlarını və uğurlu qərarların arxasındakı analitik düşüncə tərzini müzakirə etdik.

"Ən ulu sevgi vətən sevgisidir" 23.07.2025

"Sənətin səsi" verilişində Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Kəmalə Abıyeva ilə yazdığı şeir kitablarından, poeziya yolundan, sözlərinə bəstələnmiş mahnılardan və bəstəkarlarla olan iş birliyindən bəhs etdik.

"Milli Mətbuatın 150 illiyi" 22.07.2025

"Sənətin səsi" verilişində aparıcı Vüsalə Səid və Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili ilə mətbuatın cəmiyyətdəki rolu, jurnalistikanın bugünkü durumu, medianın ictimai rəy formalaşdırmasına təsirindən, həmçinin jurnalistlərin üzləşdiyi çətinliklərə qədər bir çox mühüm məsələlərə toxunduq.

"Yatırım riskli fəaliyyətdir" I İnvestisiya gündəliyi #10 22.07.2025

"İnvestisiya gündəliyi"ndə qonaq olan iqtisadçı ekspert Fizuli Əliyev ilə birlikdə səhmlərin aktuallığı, yerli və qlobal bazarlardakı tendensiyalar, sərmayə qoyarkən diqqət edilməli məqamlardan danışdıq.

Yaşıl satınalma nədir? I İnvestisiya gündəliyi #9 18.07.2025

"İnvestisiya gündəliyi"ndə qonaq olan satınalmalar üzrə ekspert Orxan Abıyev ilə birlikdə dövlət və özəl sektorda satınalma proseslərindən, ekoloji məsuliyyətli iqtisadi davranışlardan biri olan yaşıl satınalma haqqında danışdıq.

Klasterləşmə niyə vacibdir? I İnvestisiya gündəliyi #8 18.07.2025

"İnvestisiya gündəliyi"ndə qonaq olan iqtisadçı ekspert Ruslan Atakişiyev ilə birlikdə KOB (Kiçik və Orta Biznes) klasterləri anlayışını, sahibkarlara olan üstünlüklərini, əməkdaşlıq modelinin biznesə faydasını, tətbiqi və gələcək perspektivlərini müzakirə etdik.

"Bu, ruhumu əks etdirən yeganə nəğmədir" 17.07.2025

"Sənətin səsi" verilişində müğənni Naid Şadxanın sənət yolundan, duet və ifalarından, “Səs Azərbaycan” layihəsindəki çıxışları və təəssüratlarından danışdıq.

"Mən böyük səhnələr üçün yaradılmış insanam" 16.07.2025

"Sənətin səsi" verilişində müğənni Nərmin Kərimbəyova ilə musiqi yolundan, sənət dünyasındakı çağırışlardan, şəxsi inkişafından, maraqlı xatirələri və musiqiyə olan sevgisi haqqında danışdıq. 

"Bitkionə 1 dollar qoysaydınız..." I İnvestisiya gündəliyi #7 16.07.2025

"İnvestisiya gündəliyi"ndə qonaq olan kriptovalyuta üzrə ekspert, UNEC Biznes məktəbinin müəllimi, "Crypto Consulting" şirkətinin direktoru Elnur Quliyev ilə rəqəmsal investisiyaları, onların mexanizmlərini, bazarın dəyişkənliyini və gələcək trendləri müzakirə etdik. Bitkoin, altkoinlər, blokçeyn texnologiyası və kripto sərmayənin riskləri barədə danışdıq.

"Yaradıcı insan azad olmalıdır" 15.07.2025

"Sənətin səsi" verilişində tar ifaçısı Humay Qədimova ilə tar ifaçılığı sənətinin incəlikləri, bu yola necə qədəm qoymağı, sənətkar kimi formalaşmasında rol oynamış ustad müəllimləri və yaratdığı musiqi qrupu haqqında ətraflı söhbət etdik. O həmçinin Laçına səfəri zamanı keçirdiyi duyğuları bölüşdü və tarda məşhur “Qara dəniz” mahnısını canlı ifa etdi.

"Bu, gəlirli sahədir" I İnvestisiya gündəliyi #6 15.07.2025

"İnvestisiya gündəliyi"ndə qonaq olan Azərbaycan Vəkillər Kollegiyasının üzvü, idman sahəsində vəkil Elcan Həsənli ilə birlikdə idman hüququ, müqavilələri, idman klublarına edilən investisiyalar və bu sahədəki boşluqlardan danışdıq, idmanın təkcə oyun və nəticədən ibarət olmadığı, arxa planda ciddi hüquqi və maliyyə mexanizmlərinin olduğu haqqında müzakirə etdik.

Sahibkarlıqda hansı sektorlar hələ kəşf edilməyib? I İnvestisiya gündəliyi #5 14.07.2025

"İnvestisiya gündəliyi"ndə qonaq olan biznes məsləhətçisi, sahibkar Fəridə Əsgərzadə ilə birlikdə sahibkarların qarşılaşdığı çətinlikləri, uğurlu biznes strategiyalarını və bazarda rəqabət aparmaq yollarını müzakirə etdik.

"Bu sənət dalğa kimidir, səni öz axınına alıb aparır" 14.07.2025

"Sənətin səsi" verilişində Əməkdar artist, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aparıcı aktrisası Gülər Nəbiyeva ilə aktyorluq sənətindən, teatr fəaliyyətindən, rol aldığı tamaşalardan, kino və seriallarda canlandırdığı obrazlardan bəhs etdik.

"Tenor saksofonda bu musiqini dünyada ilk dəfə mən ifa etmişəm" 11.07.2025

"Sənətin səsi" verilişində Qədim Musiqi Alətləri Dövlət Ansamblı və "Aypara" caz-folklor ansamblının solisti, nəfəs alətləri ifaçısı Teymur Abdullayev ilə sənət yolundan, fəaliyyət göstərdiyi ansambllardan, ifa etdiyi nəfəs alətlərindən və klassik əsərləri bu alətlərdə səsləndirməsindən bəhs etdik.

Azərbaycanda hansı bölgələr investisiya üçün daha əlverişlidir? I İnvestisiya gündəliyi #4 11.07.2025

"İnvestisiya gündəliyi"ndə qonağımız olan turizm eksperti Ceyhun Aşurov ilə birlikdə Azərbaycanda və dünyada turizmə sərmayə qoyuluşunun potensialı, riskləri və gələcək imkanları barədə danışdıq.

Vençur kapitalı nədir? I İnvestisiya gündəliyi #3 10.07.2025

"İnvestisiya gündəliyi"ndə qonağımız olan "SABAH.fund" vençur kapital fondunda investisiyalar üzrə baş məsləhətçi Məsud Alısoy ilə birlikdə vençur kapitalı sahəsində risklərin necə idarə olunduğu, investorların startaplarda nə axtardığı və Azərbaycanda bu bazarın inkişaf potensialı barədə müzakirə etdik.

"Mənim sənətim dünyanın ən çətin sənətlərindən biridir" 10.07.2025

"Sənətin səsi" verilişində Əməkdar artist, aktyor Şövqi Hüseynov ilə teatr fəaliyyətindən, rol aldığı tamaşalardan, kino və seriallarda canlandırdığı obrazlardan, pedaqoji fəaliyyətindən, həmçinin xarici ölkələrdə təşkil olunan festivallardakı çıxışlarından bəhs etdik.

"Azad torpaqlarımızda səslənən ifam qürur mənbəyim oldu" 09.07.2025

"Sənətin səsi" verilişində müğənni İlhamə Qasımova qonağımız oldu. Veriliş zamanı İlhamə xanım yeni mahnılarından danışdı, cənab Prezidentin doğma torpaqlara səfəri zamanı “Ey Vətən” mahnısını dinləməsi ilə bağlı yaşadığı təəssüratları bölüşdü. Həmçinin sənət yoldaşları ilə əməkdaşlıq etdiyi layihələr və sənət fəaliyyətindəki yaddaqalan xatirələri barədə danışdı.

İnvestisiyaya yeni başlayanlar nəyi bilməlidirlər? I İnvestisiya gündəliyi #2 09.07.2025

"İnvestisiya gündəliyi"ndə qonaq olan "Unicapital İnvestisiya" şirkətinin direktoru Tələt Kalayev ilə birlikdə investisiyaya yeni başlayanlar üçün risklər, gəlir gözləntiləri, doğru sahəni seçmək, diversifikasiya və ilk addımlar haqqında danışdıq.

"Mən ifa edərkən öz yanaşma tərzimi qatmağı sevirəm" 08.07.2025

"Sənətin səsi" verilişində Əməkdar artist, skripka ifaçısı Səlim Abbasov ilə sənət yolundan, Zeynəb Xanlarova ilə tanışlığından və onun rəhbərlik etdiyi ansamblda göstərdiyi fəaliyyətindən danışdıq. Eyni zamanda Səlim Abbasov sənətdəki maraqlı xatirələrini bölüşdü və proqram boyunca skripkada canlı ifalar etdi.

İnvestisiya harada daha çox dəyər qazanır? I İnvestisiya gündəliyi #1 08.07.2025

"İnvestisiya gündəliyi"ndə qonaq olan "ABB İnvest" şirkətinin icraçı direktoru Nadir Babazadə ilə birlikdə investisiya risklərindən, yatırımlar zamanı diqqət etməli olduğumuz məqamlardan danışdıq.

“4 müsabiqədə "Şahnaz" muğamı ilə qalib olmuşam" 07.07.2025

"Sənətin səsi" verilişində Əməkdar artist, xanəndə Təyyar Bayramov ilə muğam sənətindən, pedaqoji fəaliyyətindən və qazandığı nailiyyətlərdən bəhs etdik.

“36 ildir səhnədəyəm, amma hər çıxışım mənim üçün hələ də bir imtahandır" 04.07.2025

"Sənətin səsi" verilişinin buraxılışı Bakı Bələdiyyə Teatrının aktrisası, Əməkdar artist Hüsniyyə Mürvətovanın aktrisalıq fəaliyyətinə, canlandırdığı obrazlara və bədii qiraətlərinə həsr olundu.

"8 ildən sonra sənətə qayıdaraq qaldığım yerdən davam etdim" 03.07.2025

"Sənətin səsi" verilişinin buraxılışı xanəndə Güllü Muradovanın sənət yoluna, “Muğam” Televiziya Müsabiqəsindəki qalibiyyətinə və ifalarına həsr olundu.

"Azərbaycana üç mandallı qanunu mən gətirmişəm" 02.07.2025

"Sənətin səsi" verilişində Azərbaycan Milli Konservatoriyasının dosenti, Əməkdar artist, qanun ifaçısı Çinarə Mütəllibova ilə sənət yolundan, qanun alətinin inkişafından və Ağdam Muğam Mərkəzinin açılışı ilə bağlı təəssüratlarından bəhs etdik.

Listen to the Dalğa FM podcast in Replaio

Radio and podcasts in one app - free, with no sign-up. Install today and do not miss the launch

Get it on Google Play

Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.