Dalğa FM

Dalğa FM

Music AZ ↓ 513 episodes

"Dalğa FM" 92.5 FM "Dalğa"nı tut, fərqi hiss et

Author

Dalğa FM

Category

Music

Podcast website

www.spreaker.com

Latest episode

Jul 10, 2026

Where to listen?

Podcasts in the app Replaio Radio Coming soon

Podcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts

Get it on Google Play Install for free Android 5M+ downloads · 4.8 rating iOS soon

Episodes

"Bu mahnını Cıdır düzündə bəstələmişəm" 01.07.2025

"Sənətin səsi" verilişində bəstəkar Elçin İmanov ilə əsərlərindən, yaradıcılığında üstünlük verdiyi şairlərdən və Eyyub Yaqubovla olan iş birliyindən bəhs etdik.

"Bəzi müğənnilərdən fərqli olaraq məni dinləyəndə bilirlər Ceyhun oxuyur" 30.06.2025

"Sənətin səsi" verilişində müğənni Ceyhun Bakinskiy ilə Bakı şansonundan, duetlərindən və bəstəkarlarla olan iş birliyindən bəhs etdik.

"Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin yaradıcısı" 25.06.2025

"Sənətin səsi" verilişinin buraxılışı Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi Hərbi Orkestr Xidmətinin sabiq rəisi, Xalq artisti, professor Yusif Axundzadənin dövlətimizə olan xidmətlərinə, Hərbi Orkestri yaratmasının səbəblərinə, oğlu Rüfət Axundzadənin bəstələdiyi "Qələbə marşı"na və Zəfər paradı ilə bağlı təəssüratlarına həsr olundu.

"Mədəniyyətdə, musiqidə təmənna olmamalıdır" 24.06.2025

"Sənətin səsi" verilişində Əməkdar artist, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktor müavini Ramil Qasımov ilə vokal sənətindən, hal-hazırda ölkəmizdə davam edən "Opera Günləri" layihəsindən və növbəti aylarda baş tutacaq tədbirlərdən bəhs etdik.

"Muğam müsabiqələri olmasaydı, indi bu sənətdə olmazdım" 23.06.2025

"Sənətin səsi" verilişində AzTV-nin və Beynəlxalq Muğam Mərkəzinin solisti, xanəndə Günay İmamverdiyeva ilə iştirak etdiyi muğam müsabiqələrindən, təhsil aldığı müəllimlərindən və Şuşaya olan bağlılığından bəhs etdik.

"Dünyada muğamı sevməyən insan ola bilməz" 21.06.2025

"Sənətin səsi" verilişində Əməkdar artist, xanəndə Fərqanə Qasımova ilə muğam sənətindən, atası Alim Qasımovla olan konsert çıxışlarından və yeni interpretasiyada təqdim etdiyi retro mahnılardan bəhs etdik.

"Böyük bəstəkar Tofiq Quliyev pianoda məni müşayiət edib" 20.06.2025

"Sənətin səsi" verilişinin buraxılışı müğənni Leyla Rəhimovanın sənət yoluna, ifalarına və ustad sənətkarlarla olan xatirələrinə həsr olundu.

"Bakı Musiqi Akademiyasının 25 illik məzunları" 19.06.2025

"Sənətin səsi" verilişində Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərgiz Salmanlı, pianoçu Bahar Balayeva və pianoçu Ülviyyə Nağızadə ilə tələbəlik illərindən, dərs aldıqları ustad sənətkarlardan, musiqinin insanın həyatındakı rolundan və hazırda fəaliyyət göstərdikləri musiqi ocaqlarından bəhs etdik.

"Qarabağ Universitetinin ilk vokal müəllimi" 18.06.2025

"Sənətin səsi" verilişində Əməkdar artist, vokal ifaçısı Anar Şuşalı ilə vokal sənətindən, pedaqoji fəaliyyətindən, Şuşa qala divarlarının üstündə yazılan "ŞUŞA" sözünün tarixindən və bu sözün yazılmasında atasının rolundan bəhs etdik.

"Bəstəkar haqqında yalnız bəstəkar düzgün fikir deyə bilər" 17.06.2025

"Sənətin səsi" verilişində Xalq artisti, bəstəkar Eldar Mansurov ilə musiqi sənətindən, əsərlərindən və Romada Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş konserti ilə bağlı təəssüratlarından bəhs etdik.

"Musiqimizin zənginliyindən istifadə edərək mədəniyyətimizi yüksəltməliyik" 13.06.2025

"Sənətin səsi" verilişində müğənni Nazim Faytonçu və tələbəsi Sara Kərim ilə retro mahnıların yeni interpretasiyasından və iş birliklərindən bəhs etdik.

"Sənətkarlıqla insanlığın vəhdəti ən böyük sərvətdir" 12.06.2025

"Sənətin səsi" verilişində Əməkdar artist, xanəndə Babək Niftəliyev ilə sənət yolundan, təhsil aldığı ustad sənətkarlardan və "Muğam" Televiziya Müsabiqəsindən bəhs etdik.

"Böyük musiqilər böyük şəxsiyyətlər yetişdirir" 11.06.2025

"Sənətin səsi" verilişinin buraxılışı müğənni Vüsal Hacıyevin sənət yoluna, ifalarına, bəstəkar və şairlərlə olan iş birliklərinə həsr olundu.

"Ən böyük arzum "Cəngi" məktəbini yaratmaqdır" 10.06.2025

"Sənətin səsi" verilişində Xalq artisti, "Cəngi" estrada-folklor ansamblının rəhbəri, ud ifaçısı Mircavad Cəfərov ilə musiqi sənətindən, rəhbəri olduğu ansamblın fəaliyyətindən, konsert proqramlarından və oğlu ilə “Xarıbülbül” festivalındakı çıxışından bəhs etdik.

"Bu mənim üçün adi bir mahnı deyil, vətənə sevgi etirafıdır" 05.06.2025

"Sənətin səsi" verilişinin buraxılışı müğənni Azad Şabanovun sənət yoluna, ifalarına və "Bir əsər" adlı konserti ilə bağlı təəssüratlarına həsr olundu.

“Mədəniyyətimizə xidmət etməkdən zövq alıram" 04.06.2025

“Sənətin səsi” verilişində Əməkdar artist, xanəndə Nuriyyə Hüseynova ilə muğam sənətindən, müxtəlif ölkələrdə keçirilən Azərbaycan Mədəniyyət Günləri tədbirlərindəki çıxışlarından və Ulu Öndər Heydər Əliyev ilə bağlı xatirələrindən bəhs etdik.

"Bunu əminliklə deyə bilərəm ki, zurnanın vətəni Azərbaycandır" 03.06.2025

"Sənətin səsi" verilişində Azərbaycan Milli Konservatoriyasının professoru, sənətşünaslıq elmləri doktoru, musiqiçi Abbasqulu Nəcəfzadə ilə 90-dan yuxarı musiqi alətlərindən ibarət kolleksiyasından, həmin alətlərin tarixi ilə bağlı maraqlı faktlardan və dahi şəxsiyyətlər haqqında yazdığı dissertasiyalardan bəhs etdik.

"Uğursuz olsan belə, təcrübə qazanırsan" 02.06.2025

"Sənətin səsi" verilişində müğənni Mərdan Kazımov ilə sənət yolundan, ilk solo konsertindən və Bakıda keçirilən minifutbol üzrə dünya çempionatındakı çıxışından bəhs etdik.

""Avroviziya"da çıxış etmək belə nailiyyətdir" 30.05.2025

"Sənətin səsi" verilişinin buraxılışı müğənni Samirə Əfəndinin ifalarına və Avroviziya Mahnı Müsabiqəsindəki çıxışları ilə bağlı təəssüratlarına həsr olundu.

"Ən doğma xatirələrim ilk solo çıxışlarımla bağlıdır" 29.05.2025

"Sənətin səsi" verilişinin buraxılışı Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru, piano ifaçısı Səidə Tağızadənin sənət yoluna, repertuarlarına və Uşaq Filarmoniyasının tələbələrinin canlı çıxışlarına həsr olundu.

"Ritm həyatın özüdür" 27.05.2025

"Sənətin səsi" verilişində Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, dəf və qaval ustadı Mahmud Salah ilə muğam sənətindən, ritmin ifadakı vacibliyindən və ilk debütündən bəhs etdik.

"Fikrimcə, mahnının ən vacib hissəsi sözləridir" 26.05.2025

"Sənətin səsi" verilişinin buraxılışı müğənni Zabitə Alıyevanın sənət yoluna, ifalarına və bəstəkarlarla olan iş birliklərinə həsr olundu.

"Devizimiz "Keyfiyyətli musiqi ifa et"dir" 23.05.2025

“Sənətin səsi” verilişində gitara ifaçısı, "Azəri" instrumental ansamblının rəhbəri Bahadır Qasımlı ilə musiqi sənətindən, kompozisiyalarından və rəhbəri olduğu ansamblın fəaliyyətindən bəhs etdik.

"Musiqimizi bağıraraq deyil, sakitcə ifa edərək təbliğ etmək istəyirik" 22.05.2025

“Sənətin səsi” verilişində gitara ifaçısı Rəhman Məmmədli və oğlu bəstəkar, pianoçu Tural Məmmədli ilə birgə ifalarından, konsertlərdəki çıxışlarından və qastrol səfərlərindən bəhs etdik.

“Arzum muğamımızın keyfiyyətli daşıyıcısı kimi tarixdə qalmaqdır" 21.05.2025

“Sənətin səsi” verilişində Əməkdar artist, xanəndə Arzu Əliyeva ilə muğam sənətindən, ifalarından və iş birliklərindən bəhs etdik.

Listen to the Dalğa FM podcast in Replaio

Radio and podcasts in one app - free, with no sign-up. Install today and do not miss the launch

Get it on Google Play

Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.