Dalğa FM

Dalğa FM

Music AZ ↓ 513 episodes

"Dalğa FM" 92.5 FM "Dalğa"nı tut, fərqi hiss et

Author

Dalğa FM

Category

Music

Podcast website

www.spreaker.com

Latest episode

Jul 10, 2026

Where to listen?

Podcasts in the app Replaio Radio Coming soon

Podcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts

Get it on Google Play Install for free Android 5M+ downloads · 4.8 rating iOS soon

Episodes

"İki okean arasında ən etibarlı kordinat Azərbaycandır" I İnvestisiya gündəliyi #23 11.08.2025

“İnvestisiya gündəliyi” verilişində iqtisadçı-ekspert Eldəniz Əmirov ilə Azərbaycan və Ermənistan arasında imzalanmış tarixi sülh sənədinin əhəmiyyətindən, ABŞ-nin sülh prosesindəki rolundan, Zəngəzur dəhlizinin açılmasındakı marağından və Azərbaycan-ABŞ iqtisadi münasibətlərinin gələcək inkişaf perspektivlərindən danışdıq.

"İki liderin Cıdır düzündə rəqs etdiyi yallını mən ifa etmişəm" 11.08.2025

"Sənətin səsi" verilişində balaban ifaçısı Məqsəd Əzizov ilə sənət yolundan, xarici ölkələrdəki uğurlu çıxışlarından, dövlət tədbirlərindəki iştirakından, Sami Yusuf ansamblındakı fəaliyyətindən və yadda qalan ifalarından söz açdıq.

Fermerin bazara çıxışı niyə çətinləşir? I İnvestisiya gündəliyi #22 08.08.2025

“İnvestisiya gündəliyi” verilişində qonaq olan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli ilə tərəvəz istehsalının miqdarı, fermerlərin bazara çıxış imkanlarında qarşılaşdığı çətinliklər, ixrac məhdudiyyətləri, kənd təsərrüfatında sabitliyin vacibliyi, məhsul istehsalında ənənəvi yanaşmaların üstünlük təşkil etməsi və bunun nəticəsində yaranan risklər, azot gübrələrinin tərəvəzlərin immuni...

"Obrazlarım sərt olsa da, xaraktercə mülayim insanam" 08.08.2025

"Sənətin səsi" verilişində Xalq artisti, aktyor Kazım Abdullayev ilə aktyorluq yolundan, teatr və kino sahəsindəki fəaliyyətindən, dublyaj işlərindən və canlandırdığı obrazlardan bəhs etdik.

İstilik sisteminə olan borclar hansı hallarda silinə bilər? I İnvestisiya gündəliyi #21 07.08.2025

“İnvestisiya gündəliyi” verilişində qonaq olan “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı ilə istilik sistemi üzrə qiymətlərin hansı meyarlara əsasən hesablandığı, istilik mövsümünün başlanma tarixi, istifadə qaydaları, yaranacaq texniki nasazlıqlar zamanı hara müraciət edilməli olduğu, borcların silinməsi halları və ümumilikdə payız-qış mövsümünə hazırlığın cari vəziyyəti barədə...

"Həyatımız ritmlər üzərində qurulub" 07.08.2025

"Sənətin səsi" verilişində nağara ifaçısı Cəfər Həsənov və tar ifaçısı İsmayıl Zülfüqarov ilə sənət yollarından, ritm duyumundan, ifalarından, xarici ölkələrdəki çıxışlarından bəhs etdik, həmçinin efir zamanı canlı ifalarını da dinlədik.

Mülkiyyət hüququnu rəsmiləşdirmək üçün vətəndaşdan nə tələb olunur?I İnvestisiya gündəliyi #20 06.08.2025

“İnvestisiya gündəliyi” verilişində qonaq olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin departament direktorunun müavini Ümid Həsənovla sənədsiz evlərlə bağlı verilmiş yeni fərman, mülkiyyət hüququ üçün lazım olan sənədlər, dövlət rüsumu, xidmət haqqı, müraciət ediləcək qurumlar və vətəndaşların üzləşdiyi əsas problemlər barədə söhbət apardıq.

"Öz layihələrimdə özüm çəkilmirəm" 06.08.2025

"Sənətin səsi" verilişində aktrisa, prodüser Sevinc Əliyeva ilə sənət yolundan, aktrisalıq və prodüserlik fəaliyyətindən, yeni layihələrindən bəhs etdik.

"O, muğamın böyük sütunu idi" 05.08.2025

"Sənətin səsi" verilişində Əməkdar müəllim, xanəndə Qəzənfər Abbasov və xanəndə Nasir Ətapur ilə Xalq artisti, muğam ustadı Arif Babayevin zəngin yaradıcılığına nəzər saldıq. Onun muğam sənətinə verdiyi əvəzsiz töhfələrdən, sənətkar kimi yetişdirdiyi nəsillərdən, milli musiqimizin təbliğindəki misilsiz rolundan danışdıq. Eyni zamanda, ustadla bağlı xatirələri yada saldıq.

"Teatr yalanın ifşa olunduğu yerdir" 04.08.2025

"Sənətin səsi" verilişində Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru, Xalq artisti, aktyor Cahangir Novruzov ilə teatr sənətindən, Türkiyədəki fəaliyyətindən, Şəki Dövlət Dram Teatrında "Qu quşunun nəğməsi" əsərini səhnələşdirməsindən bəhs etdik.

İş adamı niyə müsahibə verməlidir? I İnvestisiya gündəliyi #19 04.08.2025

"İnvestisiya gündəliyi" verilişində qonaq olan biznes jurnalisti Aygün Asimqızı ilə biznes jurnalistinin fəaliyyəti, podkastların əhəmiyyəti, iş adamları ilə apardığı müsahibələr, bu prosesin gedişi və bir media qurumunun fəaliyyətini davam etdirməsi üçün tələb olunan büdcə barədə danışdıq.

"Neftin qiymətinin artımını gözləyə bilərik" I İnvestisiya gündəliyi #18 01.08.2025

"İnvestisiya gündəliyi" verilişində qonaq olan iqtisadçı ekspert Emin Qəribli ilə birlikdə neft qiymətlərindəki dəyişikliklərdən, iqtisadiyyata təsirindən, dünya bazarındakı tendensiyalardan danışdıq. Neftin yalnız enerji deyil, eyni zamanda siyasi və iqtisadi alət kimi rolunu da dəyərləndirdik.

"Bu serial mənim həm xeyrimə, həm də ziyanıma oldu 01.08.2025

"Sənətin səsi" verilişində aktrisa Günəş Tegin ilə sənət yolundan, canlandırdığı obrazlardan, teatrdakı fəaliyyətindən və "Vətəndaş A" serialı ilə bağlı təəssüratlarından bəhs etdik.

Müəssisə iqtisadiyyatı nədir? I İnvestisiya gündəliyi #17 31.07.2025

"İnvestisiya gündəliyi" verilişində qonaq olan beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov ilə birlikdə müəssisə iqtisadiyyatından, xarici investisiya sistemlərinin mahiyyəti və bu sistemlərin Azərbaycana necə və hansı yollarla cəlb oluna biləcəyindən danışdıq.

"Biz bu sənət üçün çalışırıq" 31.07.2025

"Sənətin səsi" verilişində "Qaya" Dövlət Ansamblının solistləri Günay Əhmədova və Boris Bayramov ilə ansamblın fəaliyyətindən, ifalarından, xarici ölkələrdəki çıxışlarından və xatirələrindən bəhs etdik.

"Qarşıdakı 5 ildə bu xətlərin yenidən qurulması gözlənilir" I İnvestisiya gündəliyi #16 30.07.2025

"İnvestisiya gündəliyi" verilişində qonaq olan "Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev ilə birlikdə dəmir yolu nəqliyyatında baş verən yeniliklərdən, istifadəyə verilən qatarlardan, sərnişinlər üçün yaradılan rahatlıqlardan və yeni istiqamətlər üzrə planlaşdırılan marşrutlardan, gələcəkdə bölgələri birləşdirəcək layi...

"Bir çox mahnılarımın söz və musiqi müəllifi özüməm" 30.07.2025

"Sənətin səsi" verilişində müğənni Pərviz Ağayevlə sənət yolundan, musiqi savadından və aktyorluq təhsilindən bəhs olundu. Qonağımız sənətinə yön verən ustadlardan və onlarla bağlı xatirələrindən danışdı.

“Pul nə qədər çox olsa da, idarə edə bilmirsənsə...” I İnvestisiya gündəliyi #15 29.07.2025

“İnvestisiya gündəliyi” verilişində qonaq olan rəqəmsal marketinq mütəxəssisi, investisiya və maliyyə məsləhətçisi İbrahim Osmanov ilə birlikdə pulun idarə olunması, maliyyə savadlılığı, gəlir və xərclərin planlanmasından tutmuş, uzunmüddətli investisiyalara, qənaət strategiyalarına və büdcə intizamına qədər bir çox vacib məsələyə toxunduq.

"Nə edirəmsə Azərbaycan musiqisi adına edirəm" 29.07.2025

"Sənətin səsi" verilişində Azərbaycan Dövlət Mahnı Teatrının solisti Fəxri Kazım Nicat ilə pedaqoji fəaliyətindən, solo konsertindən, teatrdakı səhnə fəaliyyətindən və bəstəkarlarla əməkdaşlığından bəhs etdik. Veriliş zamanı müğənni "Azərbaycanım" mahnısını canlı ifa etdi.

“Ölkəmizdə elə bir texnologiya olmalıdır ki,...” I İnvestisiya gündəliyi #14 28.07.2025

“İnvestisiya gündəliyi “ verilişində qonaq olan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzininin şöbə müdiri, iqtisadçı Nicat Hacızadə ilə birlikdə Azərbaycanın ixrac potensialı, ölkəmizin qeyri-neft sektorunda artan imkanları, dövlətin dəstək mexanizmləri haqqında danışdıq.

"Bu tamaşaya görə Krit adasında işıqları söndürdülər" 28.07.2025

"Sənətin səsi" verilişində aktyor, Azərbaycan Dövlət Kukla Teatrının artisti, Fəxri mədəniyyət işçisi Rəhim Rəhimov ilə teatrdakı fəaliyyətindən, yaratdığı obrazlardan və xarici ölkələrdəki çıxışlarından bəhs etdik. O, studiyamıza gətirdiyi oyuncaqlarla kiçik səhnəcik də göstərdi.

"Dinamik olmalıdır, amma uzunmüddətli olmamalıdır" I İnvestisiya gündəliyi #13 25.07.2025

"İnvestisiya gündəliyi" verilişində qonaq olan iqtisadçı ekspert Elman Sadıqov ilə birlikdə dövlətlərin investisiya cəlbi uğrunda mübarizəsi, kapital gəliri və borclanmanın müsbət və mənfi təsirlərindən danışdıq. 

"Təməl məhz klassik vokalla qoyulur" 25.07.2025

"Sənətin səsi" verilişində ifaçı, pedaqoq Humay Aslanova ilə vokal sənətindən, pedaqoji fəaliyyətindən və səsin texniki xüsusiyyətlərindən, həmçinin iştirak etdiyi xarici layihələrdən bəhs etdik.

"Bəmdə ifa tarın sarı simidir” 24.07.2025

"Sənətin səsi" verilişində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, tarzən Səxavət Məmmədov ilə tar sənətinə olan bağlılığından, pedaqoji fəaliyyətindən, xarici ölkələrdəki səfərlərindən və Qarabağ torpaqlarında keçirilən tədbirlərdəki çıxışlarından danışdıq. Veriliş boyu kompozisyalarını və canlı ifalarını dinlədik.

”Jurnalistika artıq dövrə ayaq uydursun” I İnvestisiya gündəliyi #12 24.07.2025

“İnvestisiya gündəliyi”ndə qonaq olan iqtisadi jurnalist Rahim Tarıverdiyev ilə birlikdə süni intellektin müasir media sahəsinə təsirindən danışdıq. Jurnalistikanın dəqiqliyi, operativliyi və etibarlılığı süni intellektlə dəyişir?

Listen to the Dalğa FM podcast in Replaio

Radio and podcasts in one app - free, with no sign-up. Install today and do not miss the launch

Get it on Google Play

Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.