Dalğa FM
Dalğa FM
"Dalğa FM" 92.5 FM "Dalğa"nı tut, fərqi hiss et
Be sure to visit the podcast's website and support the creator: www.spreaker.com
Where to listen?
Podcasts in the app Replaio Radio Coming soonPodcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts
Episodes
"Layihəmizlə sübut etdik ki, əsr türkün əsridir". 01.10.2025 27:26
"Sənətin səsi" verilişinin buraxılışında Əməkdar artist, xanəndə Gülüstan Əliyeva və telejurnalist, türkçülüyə həsr olunan layihənin rəhbəri Səidə İbrahimli ilə "Yeni Türkçülük" layihəsindən, layihənin yaranmasından, çəkiliş meydançasında olan maraqlı məqamlardan, türkçülük ideologiyasından, tarixi faktlardan və digər maraqlı məqamlardan bəhs etdik.
Təmirdə düzgün planlaşdırma necə olmalıdır? | Təmir studiyası #3 01.10.2025 36:57
"Təmir studiyası"nda qonağımız olan memar Rəna Novruzlu ilə təmir sektorunda memarın vacibliyindən, təmir zamanı tez-tez rast gəlinən planlaşdırma səhvlərindən, dizayn tendensiyalarından və düzgün təmir strategiyalarından bəhs etdik.
Sahibkar uğurlu olmaq üçün biznesə başlamazdan öncə hansı nüansları bilməlidir? I"Biznes inciləri" #4 30.09.2025 28:35
"Biznes inciləri" verilişində qonağımız olan Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədir müavini Jalə Əmirbəyova ilə məhsulun keyfiyyətinin önəmindən, biznesə başlamazdan öncə bilinməli olunan nüanslardan, Azərbaycan fermerlərinin əsas güclü tərəflərindən və digər maraqlı məqamlardan bəhs etdik.
"İspaniyada 15 ölkənin iştirak etdiyi festivalda "Qran-pri" mükafatı qazandıq". 30.09.2025 30:06
"Sənətin səsi" verilişinin buraxılışında balaban ifaçısı Anar Vəlizadə ilə balabanı dünyada təbliğ edən musiqiçilərdən, "Simurq" və "Kaelvell" qruplarından, "Şərq təranələri" ("Şark taronalari") adlı müsabiqədən bəhs etdik. Həmçinin qonaq ilə "Cornegie Hall"da çıxışı və uğur qazandığı festivallar haqqında da söhbət etdik.
Təmir zamanı düzgün ustanı necə seçək? I Təmir studiyası #2 30.09.2025 31:41
“Səhərin Dalğası” verilişinin “Təmir Studiyası” rubrikasında qonağımız olan universal usta Kənan Ağayev ilə təmir zamanı düzgün ustanın seçilməsindən və düzgün büdcə planlaşdırılmasından, təmir üçün lazımi avadanlıqlardan, ustaların ən çox rastlaşdığı problemlərdən və təmirdə ağıllı ev sistemindən bəhs etdik.
"Yalan nədir? Uşaqlar niyə yalan danışırlar?" I Valideyn saatı #10 29.09.2025 35:02
"Valideyn saatı" verilişində qonağımız olan psixoloq Ayşən Rəfiyeva ilə uşaqların yalan danışma səbəblərindən, uşaq yalan danışanda valideyn necə reaksiya verməli olduğundan, valideyn yalanının uşağa təsirindən və digər maraqlı məqamlardan bəhs etdik.
"Beynəlxalq kitab sərgisində dünya ölkələrinin müxtəlif nəşriyyatları ən maraqlı və dəyərli əsərlərini stendlərdə təqdim edirlər". 29.09.2025 37:10
"Sənətin səsi" verilişinin buraxılışında yazıçı, psixoloq Rövşən Abdullaoğlu ilə XI Bakı Beynəlxalq Kitab Sərgisindən, sərgidə imza günündən, kitabın insan həyatındaki rolundan və kitab sərgisinin keçiriləcəyi məkanlar, tarixlər və mövzulardan danışdıq.
Təmir və dizayn prosesində doğru bilinən yanlışlar | Təmir studiyası #1 29.09.2025 31:39
"Təmir Studiyası"nda qonağımız olan interyer-dizayner Rafiq Abbasov ilə ev dizaynında ən çox rast gəlinən trendlərdən, minimum xərclə funksional dizayn keyfiyyətinin mümkünlüyündən, interyer dizaynın insanların ruh halına təsirindən, gələcəkdə ev və ofis interyer dizaynında baş verəcək yeniliklərdən bəhs etdik.
Uşaqlarda emosional intellektin inkişafı I Valideyn saatı #9 26.09.2025 35:50
"Valideyn saatı" verilişində "Uşaqlarda emosional intellektin inkişafı" mövzusunun müzakirəsi zamanı uşaqlarda emosional intellektin inkişafının önəmindən, emosional intellekti zəif inkişaf etmiş uşaqlarda düşünmə qabiliyyətindən,valideynlərin uşaqlarında empatiya qurmaq bacarığını neçə yaşdan öyrətməli olmasından və digər maraqlı məqamlardan bəhs etdik.
"Mən çox xoşbəxtəm ki, dünyanın ən mötəbər festivalı olan Puççini festivalında çıxış etmişəm". 26.09.2025 31:36
"Sənətin səsi" verilişinin buraxılışında Əməkdar artist, opera ifaçısı Afaq Abbasova ilə vokal sənətinin məşhur ifaçıları və vokal ifaçılığı haqqında, opera sənətində önəmli olan keyfiyyətlərdən, səsdən düzgün istifadə qaydasından, Azərbaycan opera günləri və festivallarından danışdıq. Həmçinin qonağımızdan vokal məktəbinin bugünkü ifaçılarına tövsiyələrini dinlədik.
Bakıda parklanma: ayda parkinqə nə qədər pulunuz çıxır? I Səhərin Dalğası #20 26.09.2025 32:04
"Səhərin Dalğası" verilişində qonağımız AYNA-nın Media ilə əlaqələr şöbəsinin müdiri Tural Orucov ilə ölkədə parklama problemlərindən, parklanmaya xərclənən puldan, ictimai nəqliyyatdakı şikayətlərdən, əlillər üçün nəzərdə tutulmuş yerdə avtomobil saxlayan sürücülərdən danışdıq.
"Əgər sahibkarsansa, mütləq 10 sahəni gözəl bilməlisən" I "Biznes inciləri" #3 25.09.2025 32:20
"Biznes inciləri" verilişində qonağımız olan "Bakı Tekstil Fabriki" MMC-nin direktoru Səkinə Babayeva ilə sahibkarlıq fəaliyyətinə başlayanlar üçün motivasiya mənbəyindən, kadr potensialını genişləndirmək üçün gördüyü işlərdən, sahibkar qadın olmağın çətinliklərindən və digər maraqlı məqamlardan bəhs etdik.
Ailə qurmaq üçün ideal yaş neçədir? I Səhərin Dalğası #19 25.09.2025 34:53
"Səhərin Dalğası" verilişində qonağımız psixoloq Günay Kərimi ilə evlilik üçün ideal yaşdan, xəyanətin əsas səbəblərindən, valideyn-övlad münasibətlərindən, münasibətdə bir-birini tanımağın önəmindən, gec yaşda ailə qurmağın fəsadlarından bəhs etdik.
"Cənab Prezidentlə Ağdamdakı görüşümü hər gün qürurla xatırlayıram". 25.09.2025 27:32
"Sənətin səsi" verilişinin buraxılışında xanəndə Əhəd Ağayev ilə IX “Muğam” Televiziya Müsabiqəsinin finalı, “Xudayar təsnifi”, Ağdam Muğam Mərkəzinin açılışı, Laçında və digər bölgələrdə keçirilən konsertlərdəki çıxışları haqqında söhbət etdik. Həmçinin qonağımızın canlı ifasında “Güllü qafiyə” mahnısını dinlədik.
Ailə daxili ünsiyyət necə olmalıdır? I Valideyn saatı #8 24.09.2025 36:00
"Valideyn saatı" verilişində "Ailədaxili ünsiyyət necə olmalıdır?" mövzusunun müzakirəsi zamanı ailələrdə gündəlik ünsiyyətin önəmindən, sosial media və texnologiyanın ailəiçi ünsiyyətə təsirindən, uşaqlarla hansı yaşdan etibarən “böyük kimi” danışmaq lazım olmasından və digər maraqlı məqamlardan bəhs etdik.
Sənədsiz evlər problemi: həlli gözlənilirmi? I Səhərin Dalğası #18 24.09.2025 33:46
"Səhərin Dalğası" verilişində qonağımız əmlak məsələləri üzrə mütəxəssis Ramil Osmanlı ilə sənədsiz evlərin yaranma tarixindən, əmlak amnistisayından, çıxarış və sənədləşdirmə problemlərinin həllindən bəhs etdik.
"Eldar Mansurovun solo konsertimə gəlməyi mənim ən böyük uğurumdur". 24.09.2025 29:05
"Sənətin səsi" verilişinin buraxılışında müğənni Aygün Cahangir ilə sənət fəaliyyətindən, solo konsertlərindən, yeni mahnı layihələrindən və musiqiyə olan sevgidən bəhs etdik.
Uğurlu biznesin konkret formulu varmı? I "Biznes inciləri" #2 23.09.2025 26:03
"Biznes inciləri" verilişində qonağımız olan biznesin inkişafı üzrə konsultant Günel İmamova ilə biznes qurarkən maliyyənin önəmindən, uğurlu sahibkar olmaq üçün bilməli olduğumuz nüanslardan, uğurlu biznesin formulundan və digər maraqlı məqamlardan bəhs etdik.
Onlayn alış-verişdə istehlakçı hüquqları necə qorunur? I Səhərin Dalğası #17 23.09.2025 28:50
"Səhərin Dalğası" verilişində qonağımız Vəkillər Kollegiyasının üzvü, vəkil Aydan Rəhimli ilə istehlakçı hüquqlarının ən çox pozulduğu məqamlardan, zədəli məhsulların geri qaytarılması prosesindən, post terminallarla ödənişdə yaşanan çətinliklərdən, məhsul geri qaytarılan zaman sahibkar ilə müştəri arasında baş verən anlaşılmazlıqlardan danışdıq.
"Hindistanda canlandırdığım kişi obrazı ilə qalib oldum". 23.09.2025 36:56
"Sənətin səsi" verilişinin buraxılışında teatr və kino aktrisası Oksana Rəsulova ilə sənət yolundan, rol aldığı filmlərdən, tamaşa və seriallardan, həmçinin uğur qazandığı festival haqqında danışdıq.
Ailədə qida vərdişləri və sağlam həyat tərzi I Valideyn saatı #7 22.09.2025 34:54
"Valideyn saatı" verilişində "Ailədə qida vərdişləri və sağlam həyat tərzi" mövzusunun müzakirəsi zamanı uşaqlar üçün qidalanmanın yaş mərhələlərindən, balanslı qidalanmanın tənzimlənməsindən və digər maraqlı məqamlardan bəhs edik, həmçinin bu mövzu ilə bağlı mütəxəssis fikrini dinlədik.
Sürücülər ən çox hansı qaydanı pozurlar? I Səhərin Dalğası #16 22.09.2025 28:13
"Səhərin Dalğası" verilişində qonağımız beynəlxalq dərəcəli təlimçi, nəqliyyat məsələləri üzrə ekspert Adil Nəbiyev ilə sürücülərin ən çox pozduğu qaydalardan, zolaqlardakı istiqamətlərdən, dönmə işığının zamanında yandırılmasından, ara məsafəsinin saxlanılmasından, həmçinin piyadalara yol verilməsinin vacibliyindən bəhs etdik.
"Mən sənətə Brilyant xanım və "Qaytağı" ansamblı ilə başladım". 22.09.2025 22:32
"Sənətin səsi" verilişinin buraxılışında viola ifaçısı, “Melodiya” instrumental ansamblının rəhbəri Ramin Həsənov ilə viola ifaçılarından, "Qaytağı" ansamblından, sənətə olan sevgidən, musiqi təhsilindən bəhs etdik. Efir zamanı qonağımızın ifasında skripkada "Laçın" ifasını, mahnılarından isə "Miraj" və "Səni sevdim" musiqilərini dinlədik.
Sağlam qidalanmaq nədir? Əməl edə bilirikmi? I Səhərin Dalğası #15 19.09.2025 35:35
"Səhərin Dalğası" verilişində qonağımız olan həkim-diyetoloq, "Qarabağ" FK-nın diyetoloqu İlqar Şamilov ilə sağlam qidalanmağın üsullarından, monoton qidalanmanın orqanizmə təsirlərindən, kalori miqdarından, pəhriz zamanı kofe və çörəyin əhəmiyyətindən bəhs etdik.
Nəsil fərqləri dünyagörüşümüzə necə təsir edir? I Valideyn saatı #6 19.09.2025 38:06
"Valideyn saatı" verilişində "Nəsil fərqləri dünyagörüşümüzə necə təsir edir?" mövzusunun müzakirəsi zamanı nəsil fərqlərinin düşüncə tərzimizə təsirindən, nəsillərin xarakterik xüsusiyyətlərindən, yeni nəsil üçün valideynlərin yanaşmasından və digər maraqlı məqamlardan bəhs edik.
Similar podcasts
Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.