Dalğa FM

Dalğa FM

Music AZ ↓ 513 episodes

"Dalğa FM" 92.5 FM "Dalğa"nı tut, fərqi hiss et

Author

Dalğa FM

Category

Music

Podcast website

www.spreaker.com

Latest episode

Jul 10, 2026

Where to listen?

Podcasts in the app Replaio Radio Coming soon

Podcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts

Get it on Google Play Install for free Android 5M+ downloads · 4.8 rating iOS soon

Episodes

⁠Ailə daxili ünsiyyət necə olmalıdır? I Valideyn saatı #8 24.09.2025

"Valideyn saatı" verilişində "⁠Ailədaxili ünsiyyət necə olmalıdır?" mövzusunun müzakirəsi zamanı ailələrdə gündəlik ünsiyyətin önəmindən, sosial media və texnologiyanın ailəiçi ünsiyyətə təsirindən, uşaqlarla hansı yaşdan etibarən “böyük kimi” danışmaq lazım olmasından və digər maraqlı məqamlardan bəhs etdik.

Sənədsiz evlər problemi: həlli gözlənilirmi? I Səhərin Dalğası #18 24.09.2025

"Səhərin Dalğası" verilişində qonağımız əmlak məsələləri üzrə mütəxəssis Ramil Osmanlı ilə sənədsiz evlərin yaranma tarixindən, əmlak amnistisayından, çıxarış və sənədləşdirmə problemlərinin həllindən bəhs etdik.

"Eldar Mansurovun solo konsertimə gəlməyi mənim ən böyük uğurumdur". 24.09.2025

"Sənətin səsi" verilişinin buraxılışında müğənni Aygün Cahangir ilə sənət fəaliyyətindən, solo konsertlərindən, yeni mahnı layihələrindən və musiqiyə olan sevgidən bəhs etdik.

Uğurlu biznesin konkret formulu varmı? I "Biznes inciləri" #2 23.09.2025

"Biznes inciləri" verilişində qonağımız olan biznesin inkişafı üzrə konsultant Günel İmamova ilə biznes qurarkən maliyyənin önəmindən, uğurlu sahibkar olmaq üçün bilməli olduğumuz  nüanslardan, uğurlu biznesin formulundan və digər maraqlı məqamlardan bəhs etdik. 

Onlayn alış-verişdə istehlakçı hüquqları necə qorunur? I Səhərin Dalğası #17 23.09.2025

"Səhərin Dalğası" verilişində qonağımız Vəkillər Kollegiyasının üzvü, vəkil Aydan Rəhimli ilə istehlakçı hüquqlarının ən çox pozulduğu məqamlardan, zədəli məhsulların geri qaytarılması prosesindən, post terminallarla ödənişdə yaşanan çətinliklərdən, məhsul geri qaytarılan zaman sahibkar ilə müştəri arasında baş verən anlaşılmazlıqlardan danışdıq.

"Hindistanda canlandırdığım kişi obrazı ilə qalib oldum". 23.09.2025

"Sənətin səsi" verilişinin buraxılışında teatr və kino aktrisası Oksana Rəsulova ilə sənət yolundan, rol aldığı filmlərdən, tamaşa və seriallardan, həmçinin uğur qazandığı festival haqqında danışdıq.

Ailədə qida vərdişləri və sağlam həyat tərzi I Valideyn saatı #7 22.09.2025

"Valideyn saatı" verilişində "Ailədə qida vərdişləri və sağlam həyat tərzi" mövzusunun müzakirəsi zamanı uşaqlar üçün qidalanmanın yaş mərhələlərindən, balanslı qidalanmanın tənzimlənməsindən və digər maraqlı məqamlardan bəhs edik, həmçinin bu mövzu ilə bağlı mütəxəssis fikrini dinlədik.

Sürücülər ən çox hansı qaydanı pozurlar? I Səhərin Dalğası #16 22.09.2025

"Səhərin Dalğası" verilişində qonağımız beynəlxalq dərəcəli təlimçi, nəqliyyat məsələləri üzrə ekspert Adil Nəbiyev ilə sürücülərin ən çox pozduğu qaydalardan, zolaqlardakı istiqamətlərdən, dönmə işığının zamanında yandırılmasından, ara məsafəsinin saxlanılmasından, həmçinin piyadalara yol verilməsinin vacibliyindən bəhs etdik.

"Mən sənətə Brilyant xanım və "Qaytağı" ansamblı ilə başladım". 22.09.2025

"Sənətin səsi" verilişinin buraxılışında viola ifaçısı, “Melodiya” instrumental ansamblının rəhbəri Ramin Həsənov ilə viola ifaçılarından, "Qaytağı" ansamblından, sənətə olan sevgidən, musiqi təhsilindən bəhs etdik. Efir zamanı qonağımızın ifasında skripkada "Laçın" ifasını, mahnılarından isə "Miraj" və "Səni sevdim" musiqilərini dinlədik.

Sağlam qidalanmaq nədir? Əməl edə bilirikmi? I Səhərin Dalğası #15 19.09.2025

"Səhərin Dalğası" verilişində qonağımız olan həkim-diyetoloq, "Qarabağ" FK-nın diyetoloqu İlqar Şamilov ilə sağlam qidalanmağın üsullarından, monoton qidalanmanın orqanizmə təsirlərindən, kalori miqdarından, pəhriz zamanı kofe və çörəyin əhəmiyyətindən bəhs etdik.

Nəsil fərqləri dünyagörüşümüzə necə təsir edir? I Valideyn saatı #6 19.09.2025

"Valideyn saatı" verilişində "Nəsil fərqləri dünyagörüşümüzə necə təsir edir?" mövzusunun müzakirəsi zamanı nəsil fərqlərinin düşüncə tərzimizə təsirindən, nəsillərin xarakterik xüsusiyyətlərindən, yeni nəsil üçün valideynlərin yanaşmasından və digər maraqlı məqamlardan bəhs edik. 

"Abşeron kəndlərinin muğam və qəzəldə rolu mövzusunda film çəkirəm". 19.09.2025

"Sənətin səsi" verilişinin buraxılışında Yaponiyanın Vaseda Universitetinin dosenti, tar ifaçısı Polina Dessiatnitçenko ilə tar ifaçılığından məşhur tarzənlərdən, tar ilə ilk tanışlıqdan, Vaseda Universitetində muğamlarımızın tədrisi və təbliğindən bəhs etdik, həmçinin qonağımızın tarda canlı ifasında “Reyhan” mahnısını dinlədik.

Rəqəmlər həyatımıza necə təsir? I Səhərin Dalğası #14 18.09.2025

"Səhərin Dalğası" verilişində qonağımız olan numeroloq Gövhər Sulcan ilə rəqəmlərin sirlərindən, doğum xəritələrinin hesablanmasından, adların mənasından, 18 rəqəminin əhəmiyyətindən bəhs etdik.

"Üzeyir Hacıbəyli ölkəmizdə xoru inkişaf etdirmək üçün xaricdən mütəxəssislər dəvət edirdi". 18.09.2025

"Sənətin səsi" verilişinin buraxılışında Əməkdar müəllim, dirijor Təranə Yusifova ilə Milli Musiqi Günündən, Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyindən, Beynəlxalq musiqi festivalından bəhs etdik. Efirimizdə Cahangir Cahangirov adına xorun solistləri də iştirak etdilər. Solistlərin ifasında "Arşın mal alan" operettasından xor, "Leyli və Məcnun" operasından "Şəbi Hicran"ı dinlədik.

"Valideyinlərin tərbiyəyə müxtəlif yanaşmaları" I Valideyn saatı #5 17.09.2025

"Valideyn saatı" verilişində "Valideyinlərin tərbiyəyə müxtəlif yanaşmaları"  mövzusunun müzakirəsi zamanı valideyn tərbiyəsinin növlərindən, ana və atanın uşaq üzərində təsirindən və digər maraqlı məqamlardan bəhs edik. 

İctimai nəqliyyatdan istifadə edərkən hansı çətinliklərlə qarşılaşırsınız? I Səhərin Dalğası #13 17.09.2025

"Səhərin Dalğası" verilişində qonağımız olan AYNA-nın İctimai nəqliyyat şöbəsinin müdiri Emin Məcidov ilə ictimai nəqliyyatlarda rast gəlinən çətinliklərdən, vətəndaş şikayətlərindən, marşrutların yenilənmə proseslərindən, rəqəmsal texnologiyaların ictimai nəqliyyata təsirindən, dayanacaqlardan, həmçinin avtobus zolaqlarından bəhs etdik.

"Şuşam" mənim üçün təkcə mahnı yox, böyük əsərdir". 17.09.2025

"Sənətin səsi" verilişinin buraxılışında müğənni Rilaya ilə "Böyük səhnə" müsabiqəsindəki uğurundan, Madteen ilə duetindən, gələcək layihələrdən, musiqilərdən, sosial şəbəkələrin sənətçi karyerasına təsirindən, həmçinin peşəkar sənətçi olmağın üsullarından danışdıq.

"Mənim ən böyük müəllimim sonuncu səhvimdir" I "Biznes inciləri" #1 16.09.2025

"Biznes inciləri" verilişində qonağımız olan “Friends”in təsisçisi, sahibkar Vəfa İsmayılova ilə uğursuz biznesindən, "Friends"in yaranma hekayəsindən, müəllimlik fəaliyyətindən, səyahətlərinin biznesinə qatdığı yeniliklərdən, xanım sahibkarlara olan məsləhətlərindən və digər maraqlı məqamlardan bəhs etdik. 

"İsveçrədə Montre Caz Festivalında dünya ulduzları ilə çıxışımız mənə nağıl kimi gəlmişdi". 16.09.2025

"Sənətin səsi" verilişinin buraxılışında müğənni Emiliya Yaqubova ilə sənətdə uğur qazanmağın yollarından, "Karvan"ın 30 illik yubileyindən, Montre Caz Festivalındakı çıxışından və "Avroviziya"da uğurlu olmağın üsullarından bəhs etdik.

Nəyi kreditlə almazlar? I Səhərin Dalğası #12 16.09.2025

"Səhərin Dalğası" verilişində qonağımız olan iqtisadçı Fuad İbrahimov ilə kreditin ölkə iqtisadiyyatında rolundan, biznes kreditlərindən, düzgün kredit bölgüsündən, "qənaətçilik paradoksu"ndan, kreditlə edilən səyahətlərdən, problemli kreditlərdən, maliyyə savadlılığından, həmçinin kredit götürən zaman diqqət etməli olduğumuz məqamlardan danışdıq.

"Məktəbin ilk günü: duyğular, gözləntilər, çətinliklər" I Valideyn saatı #4 15.09.2025

"Valideyn saatı" verilişində "Məktəbin ilk günü: duyğular, gözləntilər, çətinliklər"  mövzusunun müzakirəsi zamanı uşaqların psixoloji olaraq məktəbə hazırlığından, valideynlərin emosialarını necə idarə etməli olduqlarından, valideyn-müəllim münasibətinin tənzimlənməsindən və digər maraqlı məqamlardan bəhs etdik. 

Distant və əyani təhsil: fərqləri və üstünlükləri nədir? I Səhərin Dalğası #11 15.09.2025

"Səhərin Dalğası" verilişində qonağımız olan elm və təhsil eksperti Ramiz Fikrətoğlu ilə distant və əyani təhsilin fərqlərindən, gələcək üçün prioritet olan təhsil sistemindən, təhsildə keyfiyyətdən və ilk tədris günü ilə bağlı valideyn və tələbələrə məsləhətlərdən bəhs etdik.

"Festivalın proqramına bütün türkdilli xalqların bəstəkarlarının əsərləri daxildir". 15.09.2025

"Sənətin səsi" verilişinin buraxılışında Əməkdar incəsənət xadimi, musiqişünas, mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov ilə Üzeyir Hacıbəylinin yaradıcılığından, dahi bəstəkarın 140 illiyinə həsr olunmuş musiqi festivalından, Üzeyir sənətinin ölməzliyindən, ideallarından, ənənələrindən, həmçinin operettalarından bəhs olundu.

"Müasir dünyada məktəb" I Valideyn saatı #3 12.09.2025

"Valideyn saatı" verilişində qonağımız olan “Landau” məktəbinin korpus rəhbəri Həsənova Gülər hər məktəbin özünə məxsus təhsil proqramından, müəllimlərin dərs planlamalarından, xaricdə olan təhsil sistemindən  və digər maraqlı məqamlardan bəhs etdik.

Gənclərin əmək bazarına inteqrasiyası necə həyata keçirilməlidir? I Səhərin Dalğası #10 12.09.2025

"Səhərin Dalğası" verilişində qonağımız olan insan resursları üzrə ekspert Arzu Musayeva ilə karyera mərkəzlərindən, insan resurslarının məsuliyyətli tərəflərindən, sahibkar və işçinin iş prinsipləri arasındakı fərqlərdən, CV hazırlayarkən buraxılan səhvlərdən, gənclərdən tələb olunan bacarıqlardan, müasir gənclərin əməkhaqqı gözləntilərindən və ən çox tələbatlı ixtisaslardan danışdıq.

Listen to the Dalğa FM podcast in Replaio

Radio and podcasts in one app - free, with no sign-up. Install today and do not miss the launch

Get it on Google Play

Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.