Dalğa FM
Dalğa FM
"Dalğa FM" 92.5 FM "Dalğa"nı tut, fərqi hiss et
Where to listen?
Podcasts in the app Replaio Radio Coming soonPodcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts
Episodes
Azərbaycan ailələrinin ev dekorunda ən çox buraxdığı səhv nədir? | Təmir studiyası #7 07.10.2025 30:31
"Təmir studiyası"nda qonağımız olan memar, interyer-dizayner Nübar Həbibova ilə memarlıq və interyer-dizayn arasında əsas fərqlərdən, ev və ya ofis interyerində ən çox rast gəlinən dizayn səhvlərindən, Azərbaycan ailələrinin ev dekorunda ən çox buraxdığı səhvlərdən və digər maraqlı məqamlardan bəhs etdik.
"Uşaq kimdir?" I Valideyn saatı #12 06.10.2025 36:05
"Valideyn saatı" verilişində "Uşaq kimdir?" mövzusunun müzakirəsi zamanı uşağın kimliyindən, bu mövzuya Şərq və Qərb yanaşmasından, uşaqla ünsiyyətdə ən çox buraxdığımız səhvlərdən, müasir dünyada uşaqların çox vaxt layihəyə çevrilməsindən və digər maraqlı məqamlardan bəhs etdik.
"Tələbələrimin qəlbində bir taxt qura bilirəmsə, deməli, dünyanın ən dövlətli insanıyam" 06.10.2025 35:31
"Sənətin səsi" verilişinin buraxılışında Əməkdar artist Fəridə Məlikova ilə Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr etdiyi əsərlərdən, kaman ifaçılığında etdiyi yeniliklərdən, tələbələri ilə verdiyi solo konsertdən, kaman ifaçılıq sənətinin milli musiqimizdəki rolundan və digər maraqlı məqamlardan bəhs etdik
Divar kağızının keyfiyyətini necə ayırd etmək olar? | Təmir studiyası #6 06.10.2025 32:44
"Təmir studiyası"nda qonağımız olan "Euro Decor" mağazasının sahibi İlqar Zeidquliyev ilə divar kağızının keyfiyyətini ayırd etmək üçün diqqət etməli olduğumuz əsas meyarlardan, Azərbaycanda divar kağızı bazarında əsas çətinliklərdən, divar kağızının düzgün yapışdırılması və saxlanması üçün mağazanın müştərilərə verdiyi məsləhətlərdən və digər maraqlı məqamlardan bəhs etdik.
"Müəllim və valideyn münasibəti" I Valideyn saatı #11 03.10.2025 36:10
"Valideyn saatı" verilişində qonağımız olan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi, xarici dil üzrə mütəxəssis Günay Əkbərova ilə müəllim və valideyn arasında anlaşılmazlığın uşaqlara təsirindən, müəllim və valideyn münasibətinin önəmindən, müəllim-valideyn münasibətində ən çox rast gəlinən problemlər və digər maraqlı məqamlardan bəhs etdik.
“Bu festivalda bizim millət vəkillərimiz, nazirlərimiz, komitə rəhbərlərimiz iştirak etdilər, hətta açılışda ombutsmanın çıxışı belə oldu” 03.10.2025 24:21
"Sənətin səsi" verilişinin buraxılışında şair, yazıçı İlqar Fəhmi ilə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən XI Bakı Beynəlxalq Kitab Sərgisindən, kitab sərgilərinin əhəmiyyətindən, xaricdən dəvət olunan fəxri qonaqlardan, kitabın, müxtəlif janrlı əsərlərin gənclərin maariflənməsində rolundan və digər maraqlı məqamlardan bəhs etdik.
İnsanın xarakterinə uyğun interyer necə seçilməlidir? | Təmir studiyası #5 03.10.2025 20:44
"Təmir studiyası"nda qonağımız olan interyer-stilist Sima Safar ilə evin dəyərini artırmaq üçün ən çox istifadə olunan dizayn dəyişikliklərindən, təmirə ehtiyac qalmadan sadəcə dekorasiya ilə evin görünüşünün dəyişdirilməsindən, insanın xarakterinin interyer-dizayna təsirindən və digər maraqlı məqamlardan bəhs etdik.
Salon biznesinin idarə olunmasının hansıçətinlikləri var? I"Biznes inciləri" #5 02.10.2025 31:26
"Biznes inciləri" verilişində qonağımız olan "Beauttech" gözəllik salonları şəbəkəsinin rəhbəri Elnarə Nəhmedova ilə salon biznesindən, salon biznesinin asan və çətin tərəflərindən, yerli rəqabətdən və digər maraqlı məqamlardan bəhs etdik.
"Röya və Xəyyamın ifası olan “Sənə ehtiyacım var” mahnısı birinci mənə təklif olunmuşdu” 02.10.2025 31:04
"Sənətin səsi" verilişinin buraxılışında müğənni Sevda Yahyayeva ilə yeni mahnısının təqdimatından, Şuşada olan çıxışlarından, xarici ölkələrdəki səfərlərindən, sənətdə vacib olan əsas keyfiyyətlərdən və digər maraqlı məqamlardan bəhs etdik.
Alçıpanla bağlı ən çox rast gəlinən problemlər | Təmir studiyası #4 02.10.2025 24:01
"Təmir studiyası"nda qonağımız olan alçıpan ustası Kamran Hüseynov ilə alçıpanla bağlı ən çox rast gəlinən problemlərdən, insanların daha çox hansı məqsədlə alçıpan işlərinə üstünlük verməsindən, hazırda tikinti və təmir bazarında materialların qiymətindən və digər maraqlı məqamlardan bəhs etdik.
"Valideyn-ailə, iş və balans" I Valideyn saatı #11 01.10.2025 35:40
"Valideyn saatı" verilişində "Valideyn-ailə, iş və balans" mövzusunun müzakirəsi zamanı övladı ilə az zaman keçirən valideynin iş yükündən, iş həyatında uğurlu olmağın ailə həyatına necə təsirindən, işləyən valideynlərin uşaqları ilə keyfiyyətli vaxtı necə keçirməli olduqlarından və digər maraqlı məqamlardan bəhs etdik.
"Layihəmizlə sübut etdik ki, əsr türkün əsridir". 01.10.2025 27:26
"Sənətin səsi" verilişinin buraxılışında Əməkdar artist, xanəndə Gülüstan Əliyeva və telejurnalist, türkçülüyə həsr olunan layihənin rəhbəri Səidə İbrahimli ilə "Yeni Türkçülük" layihəsindən, layihənin yaranmasından, çəkiliş meydançasında olan maraqlı məqamlardan, türkçülük ideologiyasından, tarixi faktlardan və digər maraqlı məqamlardan bəhs etdik.
Təmirdə düzgün planlaşdırma necə olmalıdır? | Təmir studiyası #3 01.10.2025 36:57
"Təmir studiyası"nda qonağımız olan memar Rəna Novruzlu ilə təmir sektorunda memarın vacibliyindən, təmir zamanı tez-tez rast gəlinən planlaşdırma səhvlərindən, dizayn tendensiyalarından və düzgün təmir strategiyalarından bəhs etdik.
Sahibkar uğurlu olmaq üçün biznesə başlamazdan öncə hansı nüansları bilməlidir? I"Biznes inciləri" #4 30.09.2025 28:35
"Biznes inciləri" verilişində qonağımız olan Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədir müavini Jalə Əmirbəyova ilə məhsulun keyfiyyətinin önəmindən, biznesə başlamazdan öncə bilinməli olunan nüanslardan, Azərbaycan fermerlərinin əsas güclü tərəflərindən və digər maraqlı məqamlardan bəhs etdik.
"İspaniyada 15 ölkənin iştirak etdiyi festivalda "Qran-pri" mükafatı qazandıq". 30.09.2025 30:06
"Sənətin səsi" verilişinin buraxılışında balaban ifaçısı Anar Vəlizadə ilə balabanı dünyada təbliğ edən musiqiçilərdən, "Simurq" və "Kaelvell" qruplarından, "Şərq təranələri" ("Şark taronalari") adlı müsabiqədən bəhs etdik. Həmçinin qonaq ilə "Cornegie Hall"da çıxışı və uğur qazandığı festivallar haqqında da söhbət etdik.
Təmir zamanı düzgün ustanı necə seçək? I Təmir studiyası #2 30.09.2025 31:41
“Səhərin Dalğası” verilişinin “Təmir Studiyası” rubrikasında qonağımız olan universal usta Kənan Ağayev ilə təmir zamanı düzgün ustanın seçilməsindən və düzgün büdcə planlaşdırılmasından, təmir üçün lazımi avadanlıqlardan, ustaların ən çox rastlaşdığı problemlərdən və təmirdə ağıllı ev sistemindən bəhs etdik.
"Yalan nədir? Uşaqlar niyə yalan danışırlar?" I Valideyn saatı #10 29.09.2025 35:02
"Valideyn saatı" verilişində qonağımız olan psixoloq Ayşən Rəfiyeva ilə uşaqların yalan danışma səbəblərindən, uşaq yalan danışanda valideyn necə reaksiya verməli olduğundan, valideyn yalanının uşağa təsirindən və digər maraqlı məqamlardan bəhs etdik.
"Beynəlxalq kitab sərgisində dünya ölkələrinin müxtəlif nəşriyyatları ən maraqlı və dəyərli əsərlərini stendlərdə təqdim edirlər". 29.09.2025 37:10
"Sənətin səsi" verilişinin buraxılışında yazıçı, psixoloq Rövşən Abdullaoğlu ilə XI Bakı Beynəlxalq Kitab Sərgisindən, sərgidə imza günündən, kitabın insan həyatındaki rolundan və kitab sərgisinin keçiriləcəyi məkanlar, tarixlər və mövzulardan danışdıq.
Təmir və dizayn prosesində doğru bilinən yanlışlar | Təmir studiyası #1 29.09.2025 31:39
"Təmir Studiyası"nda qonağımız olan interyer-dizayner Rafiq Abbasov ilə ev dizaynında ən çox rast gəlinən trendlərdən, minimum xərclə funksional dizayn keyfiyyətinin mümkünlüyündən, interyer dizaynın insanların ruh halına təsirindən, gələcəkdə ev və ofis interyer dizaynında baş verəcək yeniliklərdən bəhs etdik.
Uşaqlarda emosional intellektin inkişafı I Valideyn saatı #9 26.09.2025 35:50
"Valideyn saatı" verilişində "Uşaqlarda emosional intellektin inkişafı" mövzusunun müzakirəsi zamanı uşaqlarda emosional intellektin inkişafının önəmindən, emosional intellekti zəif inkişaf etmiş uşaqlarda düşünmə qabiliyyətindən,valideynlərin uşaqlarında empatiya qurmaq bacarığını neçə yaşdan öyrətməli olmasından və digər maraqlı məqamlardan bəhs etdik.
"Mən çox xoşbəxtəm ki, dünyanın ən mötəbər festivalı olan Puççini festivalında çıxış etmişəm". 26.09.2025 31:36
"Sənətin səsi" verilişinin buraxılışında Əməkdar artist, opera ifaçısı Afaq Abbasova ilə vokal sənətinin məşhur ifaçıları və vokal ifaçılığı haqqında, opera sənətində önəmli olan keyfiyyətlərdən, səsdən düzgün istifadə qaydasından, Azərbaycan opera günləri və festivallarından danışdıq. Həmçinin qonağımızdan vokal məktəbinin bugünkü ifaçılarına tövsiyələrini dinlədik.
Bakıda parklanma: ayda parkinqə nə qədər pulunuz çıxır? I Səhərin Dalğası #20 26.09.2025 32:04
"Səhərin Dalğası" verilişində qonağımız AYNA-nın Media ilə əlaqələr şöbəsinin müdiri Tural Orucov ilə ölkədə parklama problemlərindən, parklanmaya xərclənən puldan, ictimai nəqliyyatdakı şikayətlərdən, əlillər üçün nəzərdə tutulmuş yerdə avtomobil saxlayan sürücülərdən danışdıq.
"Əgər sahibkarsansa, mütləq 10 sahəni gözəl bilməlisən" I "Biznes inciləri" #3 25.09.2025 32:20
"Biznes inciləri" verilişində qonağımız olan "Bakı Tekstil Fabriki" MMC-nin direktoru Səkinə Babayeva ilə sahibkarlıq fəaliyyətinə başlayanlar üçün motivasiya mənbəyindən, kadr potensialını genişləndirmək üçün gördüyü işlərdən, sahibkar qadın olmağın çətinliklərindən və digər maraqlı məqamlardan bəhs etdik.
Ailə qurmaq üçün ideal yaş neçədir? I Səhərin Dalğası #19 25.09.2025 34:53
"Səhərin Dalğası" verilişində qonağımız psixoloq Günay Kərimi ilə evlilik üçün ideal yaşdan, xəyanətin əsas səbəblərindən, valideyn-övlad münasibətlərindən, münasibətdə bir-birini tanımağın önəmindən, gec yaşda ailə qurmağın fəsadlarından bəhs etdik.
"Cənab Prezidentlə Ağdamdakı görüşümü hər gün qürurla xatırlayıram". 25.09.2025 27:32
"Sənətin səsi" verilişinin buraxılışında xanəndə Əhəd Ağayev ilə IX “Muğam” Televiziya Müsabiqəsinin finalı, “Xudayar təsnifi”, Ağdam Muğam Mərkəzinin açılışı, Laçında və digər bölgələrdə keçirilən konsertlərdəki çıxışları haqqında söhbət etdik. Həmçinin qonağımızın canlı ifasında “Güllü qafiyə” mahnısını dinlədik.
Similar podcasts
Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.