Dalğa FM

Dalğa FM

Music AZ ↓ 552 episodes

"Dalğa FM" 92.5 FM "Dalğa"nı tut, fərqi hiss et

Be sure to visit the podcast's website and support the creator: www.spreaker.com

Author

Dalğa FM

Category

Music

Podcast website

www.spreaker.com

Latest episode

Oct 9, 2026

Where to listen?

Podcasts in the app Replaio Radio Coming soon

Podcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts

Get it on Google Play Install for free Android almost 10M downloads · 4.8 rating iOS soon

Episodes

"Yaxşı xormeyster olmaq üçün uşaq yaşlarından xor tərbiyəsi almalısan" 21.11.2024

"Sənətin Səsi" verilişində Azərbaycan Dövlət Uşaq Filarmoniyasının xormeysteri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Muradzadə ilə sənət yolundan, əsərlərindən və rəhbəri olduğu "Baku choir" xor kollektivindən bəhs etdik.

"Fikrət Əmirov ilk notundan hamının tanıyacağı, üslubu bəlli olan bəstəkardır" 20.11.2024

"Sənətin Səsi" verilişində musiqişünas, "Qaya" Dövlət Ansamblının direktoru, dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru Turan Məmmədəliyeva ilə görkəmli bəstəkar Fikrət Əmirovun yaradıcılığından və musiqi sənətinə verdiyi bənzərsiz töhfələrdən bəhs etdik.

"Mənim üçün hər şey pianodan başlayır" 19.11.2024

"Sənətin Səsi" verilişinin buraxılışı peşəkar pianoçu Akif İsgəndərlinin sənət yoluna, ifa etdiyi əsərlərə, fəaliyyət göstərdiyi ansambllara və qastrol səfərləri ilə bağlı xatirələrinə həsr olundu.

"Əsl sənətkar dünyadan köçsə də, onun əsərləri daim xatırlanır" 18.11.2024

"Sənətin Səsi" verilişində Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti, ustad tarzən Zamiq Əliyev ilə tar ifaçılıq sənətindən, Gülarə Əliyeva yaradıcılığından və sənətdəki xatirələrindən bəhs etdik.

"Təbiətin səsini özündə əks etdirən musiqi alətlərinin yaradıcısı" 16.11.2024

"Sənətin Səsi" verilişində “Milli alətlərin bərpası və təkmilləşdirilməsi” elmi- tədqiqat laboratoriyasının rəhbəri Məmmədəli Məmmədov ilə xalq çalğı alətlərinin rekonstruksiyasından, bərpasından və təbiətin səsini özündə əks etdirən musiqi alətlərindən bəhs etdik.

"Azərbaycan rok musiqisi tarixində özünəməxsus yeri olan sənətkar" 15.11.2024

"Sənətin Səsi" verilişinin buraxılışı "Ozan" qrupunun qurucusu və rəhbəri, rok musiqiçi, bəstəkar-şair Rasim Müzəffərlinin sənət yoluna, canlı ifalarına və "Ozan" qrupunun fəaliyyətinə həsr olundu.

"Azərbaycanın təbii və mədəni irsinə həsr olunan layihə" 14.11.2024

"Sənətin Səsi" verilişində Mədəniyyət Nazirliyi tərəfindən COP29 tədbirləri çərçivəsində hazırlanan "Azərbaycanın təbii və mədəni irsi" layihəsinin rəhbəri, telejurnalist Səidə İbrahimli və tar ifaçısı İbrahim Babayev ilə layihənin yaranması prosesindən, yaradıcı heyətin əməyindən, təbiət və mədəniyyətin vəhdətindən bəhs etdik.

""Böyük Zəfər" xatirə medalı ilə təltif olunan bəstəkar" 07.11.2024

"Sənətin Səsi" verilişinin buraxılışı bəstəkar İlhamə Adilqızının yaradıcılığına, vətənpərvərlik mövzusunda yazdığı bir çox əsərlərinə və sənətkarlarla olan iş birliklərinə həsr olundu.

"Uzun illərdən bəri iş birlikləri davam edən bəstəkar və ifaçı" 06.11.2024

"Sənətin Səsi" verilişində Əməkdar artist, müğənni Lalə Məmmədova və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, bəstəkar Sevda Məmmədli ilə sənətdən, mahnılarından və iş birliklərindən bəhs etdik.

"Bütün klassik mahnıların yenidən aranjimana, yeni üslubda ifaya ehtiyacı var" 05.11.2024

"Sənətin Səsi" verilişində prodüser, musiqiçi Asif Kərimov ilə sənətdən, müəllifi olduğu musiqilərdən və sənətkarlarla olan iş birliklərindən bəhs etdik.

"Niyyətim Azərbaycan xor sənətini dünyaya tanıtmaqdır" 04.11.2024

"Sənətin Səsi" verilişində Beynəlxalq Muğam Mərkəzinin nəzdində fəaliyyət göstərən Cahangir Cahangirov adına Xorun bədii rəhbəri, Əməkdar müəllim, dirijor Təranə Yusifova ilə dirijorluq sənətindən, əsərlərindən və rəhbəri olduğu xorun fəaliyyətindən bəhs etdik.

"Sənətə gəlişimdə Vaqif Gərayzadənin rolu danılmazdır" 01.11.2024

"Sənətin Səsi" verilişində müğənni Arzu Həsənli ilə sənət yolundan, yeni ifalarından və musiqiçilərlə olan iş birliklərindən bəhs etdik.

"Tamaşaları 20-dən çox ölkədə nümayiş olunan sənətkar" 31.10.2024

"Sənətin Səsi" verilişində Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev ilə rejissorluq fəaliyyətindən, tamaşalarından və sənətkarlarla olan iş birliklərindən bəhs etdik.

"Mən istəyirəm ki, Azərbaycan musiqi elmi ən yüksək pillələri fəth etsin" 30.10.2024

"Sənətin Səsi" verilişində Əməkdar incəsənət xadimi, musiqişünas, professor Zümrüd Dadaşzadə ilə musiqi sənətindən, müəllifi olduğu kitablardan və dahi şəxsiyyətlərin yaradıcılığından bəhs etdik.

"Hər zaman səhnədə uşaqlara gülümsəyirəm, çünki dirijorun bütün əhval-ruhiyyəsi uşaqlara keçir" 29.10.2024

"Sənətin Səsi" verilişində Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru, Əməkdar incəsənət xadimi, dirijor Dilarə Əliyeva ilə dirijorluq sənətindən və rəhbəri olduğu filarmoniyanın fəaliyyətindən bəhs etdik.

"Hər bir ifaçı çaldığı əsərin mahiyyəti və bəstəkarın yaşadığı dövr haqqında məlumatlı olmalıdır" 28.10.2024

"Sənətin Səsi" verilişində Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin direktoru, piano ifaçısı Səbinə Mehdiyeva ilə sənət yolundan, pedaqoji fəaliyyətindən və unudulmuş musiqi alətlərinin yenidən tədris edilməsindəki təşəbbüslərindən bəhs etdik.

"Biz həmişə çalışırıq ki, Azərbaycan musiqisini layiqincə təmsil edək" 25.10.2024

"Sənətin Səsi" verilişinin buraxılışı Azərbaycan Respublikasının Əməkdar artisti, zərb alətləri ifaçısı İsgəndər Ələsgərovun sənət yoluna, iş birliklərinə və "Rəmz" albomundakı ifalarına həsr olundu.

"Mən Bakıda bir çox Azərbaycan və xarici əsərlərin ilk ifaçısı olmuşam" 24.10.2024

"Sənətin Səsi" verilişində Azərbaycan Respublikasının Əməkdar artisti, vokal ifaçısı Fəridə Məmmədova ilə vokal sənətindən, səhnə fəaliyyətindən və iş birliklərindən bəhs etdik.

"Filmdə musiqi uğurun yarısıdır, çünki çox vaxt film musiqisi ilə tanınır" 23.10.2024

"Sənətin Səsi" verilişində Azərbaycan rejissoru və aktyoru Elvin Mirzəyev ilə sənət yolundan, rejissoru olduğu filmlərdən, kino musiqilərindən və sənətkarlarla olan iş birliklərindən bəhs etdik.

"Canəli Əkbərov iki dövr arasında mənəvi körpü yaradan sənətkar idi" 22.10.2024

"Sənətin Səsi" verilişində Azərbaycan Respublikasının Xalq artisti, xanəndə Canəli Əkbərovun tələbələri xanəndə Sərxan Mirzəyev və Vüqar Qasımov ilə mərhum sənətkarın sənət yolundan, pedaqoji fəaliyyətindən və onunla bağlı xatirələrdən bəhs etdik.

"Muğam bizə mirasdır, ona görə də yalnız çərçivələr daxilində ona yeniliklər gətirə bilərik" 21.10.2024

"Sənətin Səsi" verilişində Azərbaycan Respublikasının Xalq artisti, professor, ustad tarzən Vamiq Məmmədəliyev ilə muğam sənətindən, tar ifaçılığından və qardaşı Vasim Məmmədəliyevlə bağlı xatirələrindən bəhs etdik.

"Xorda bir nəfərin nasaz olması belə hiss olunur, çünki digər musiqiçilərdən fərqli olaraq vokalçıların alətləri səsləridir" 18.10.2024

"Sənətin Səsi" verilişində Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri və baş dirijoru, Əməkdar incəsənət xadimi Gülbacı İmanova ilə dirijorluq sənətindən, pedaqoji fəaliyyətindən, ansambıl və xorla olan ifalardan bəhs etdik.

"Hər bir xanəndə, müğənni muğamları bilməlidir, çünki muğamlar musiqimizin köküdür" 17.10.2024

"Sənətin Səsi" verilişində Azərbaycan Respublikasının Əməkdar artisti, xanəndə Ruzə İbişova ilə muğam sənətindən, pedaqoji fəaliyyətindən və ustad sənətkarlarla bağlı xatirələrindən bəhs etdik.

"Ən böyük planım klassik mahnılarımızı yeni formada təqdim etməkdir" 16.10.2024

"Sənətin Səsi" verilişində "Qaya" Dövlət Ansamblının bədii rəhbəri, saksafon ifaçısı Fərid Mailov ilə sənət yolundan, caz musiqisindən və "Qaya" qrupunun fəaliyyətindən bəhs etdik.

"İfaçının hərtərəfli peşəkar olması onun ən böyük uğuru və xoşbəxtliyidir" 15.10.2024

"Sənətin Səsi" verilişində Azərbaycan Respublikasının Əməkdar artisti, müğənni Şölə Səfərəliyeva ilə sənət yolundan, ifalarından, pedaqoji fəaliyyətindən və Şuşa İslam Mədəniyyət paytaxtı 2024 çərçivəsində “Şuşa şəhərinin İslam Memarlıq irsi” adlı simpoziumdakı təəssüratlarından bəhs etdik.

Listen to the Dalğa FM podcast in Replaio

Radio and podcasts in one app - free, with no sign-up. Install today and do not miss the launch

Get it on Google Play

Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.