Dalğa FM
Dalğa FM
"Dalğa FM" 92.5 FM "Dalğa"nı tut, fərqi hiss et
Where to listen?
Podcasts in the app Replaio Radio Coming soonPodcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts
Episodes
"Hər zaman səhnədə uşaqlara gülümsəyirəm, çünki dirijorun bütün əhval-ruhiyyəsi uşaqlara keçir" 29.10.2024 34:43
"Sənətin Səsi" verilişində Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru, Əməkdar incəsənət xadimi, dirijor Dilarə Əliyeva ilə dirijorluq sənətindən və rəhbəri olduğu filarmoniyanın fəaliyyətindən bəhs etdik.
"Hər bir ifaçı çaldığı əsərin mahiyyəti və bəstəkarın yaşadığı dövr haqqında məlumatlı olmalıdır" 28.10.2024 33:12
"Sənətin Səsi" verilişində Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin direktoru, piano ifaçısı Səbinə Mehdiyeva ilə sənət yolundan, pedaqoji fəaliyyətindən və unudulmuş musiqi alətlərinin yenidən tədris edilməsindəki təşəbbüslərindən bəhs etdik.
"Biz həmişə çalışırıq ki, Azərbaycan musiqisini layiqincə təmsil edək" 25.10.2024 27:03
"Sənətin Səsi" verilişinin buraxılışı Azərbaycan Respublikasının Əməkdar artisti, zərb alətləri ifaçısı İsgəndər Ələsgərovun sənət yoluna, iş birliklərinə və "Rəmz" albomundakı ifalarına həsr olundu.
"Mən Bakıda bir çox Azərbaycan və xarici əsərlərin ilk ifaçısı olmuşam" 24.10.2024 36:18
"Sənətin Səsi" verilişində Azərbaycan Respublikasının Əməkdar artisti, vokal ifaçısı Fəridə Məmmədova ilə vokal sənətindən, səhnə fəaliyyətindən və iş birliklərindən bəhs etdik.
"Filmdə musiqi uğurun yarısıdır, çünki çox vaxt film musiqisi ilə tanınır" 23.10.2024 38:52
"Sənətin Səsi" verilişində Azərbaycan rejissoru və aktyoru Elvin Mirzəyev ilə sənət yolundan, rejissoru olduğu filmlərdən, kino musiqilərindən və sənətkarlarla olan iş birliklərindən bəhs etdik.
"Canəli Əkbərov iki dövr arasında mənəvi körpü yaradan sənətkar idi" 22.10.2024 31:59
"Sənətin Səsi" verilişində Azərbaycan Respublikasının Xalq artisti, xanəndə Canəli Əkbərovun tələbələri xanəndə Sərxan Mirzəyev və Vüqar Qasımov ilə mərhum sənətkarın sənət yolundan, pedaqoji fəaliyyətindən və onunla bağlı xatirələrdən bəhs etdik.
"Muğam bizə mirasdır, ona görə də yalnız çərçivələr daxilində ona yeniliklər gətirə bilərik" 21.10.2024 35:15
"Sənətin Səsi" verilişində Azərbaycan Respublikasının Xalq artisti, professor, ustad tarzən Vamiq Məmmədəliyev ilə muğam sənətindən, tar ifaçılığından və qardaşı Vasim Məmmədəliyevlə bağlı xatirələrindən bəhs etdik.
"Xorda bir nəfərin nasaz olması belə hiss olunur, çünki digər musiqiçilərdən fərqli olaraq vokalçıların alətləri səsləridir" 18.10.2024 35:37
"Sənətin Səsi" verilişində Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri və baş dirijoru, Əməkdar incəsənət xadimi Gülbacı İmanova ilə dirijorluq sənətindən, pedaqoji fəaliyyətindən, ansambıl və xorla olan ifalardan bəhs etdik.
"Hər bir xanəndə, müğənni muğamları bilməlidir, çünki muğamlar musiqimizin köküdür" 17.10.2024 30:35
"Sənətin Səsi" verilişində Azərbaycan Respublikasının Əməkdar artisti, xanəndə Ruzə İbişova ilə muğam sənətindən, pedaqoji fəaliyyətindən və ustad sənətkarlarla bağlı xatirələrindən bəhs etdik.
"Ən böyük planım klassik mahnılarımızı yeni formada təqdim etməkdir" 16.10.2024 28:04
"Sənətin Səsi" verilişində "Qaya" Dövlət Ansamblının bədii rəhbəri, saksafon ifaçısı Fərid Mailov ilə sənət yolundan, caz musiqisindən və "Qaya" qrupunun fəaliyyətindən bəhs etdik.
"İfaçının hərtərəfli peşəkar olması onun ən böyük uğuru və xoşbəxtliyidir" 15.10.2024 29:08
"Sənətin Səsi" verilişində Azərbaycan Respublikasının Əməkdar artisti, müğənni Şölə Səfərəliyeva ilə sənət yolundan, ifalarından, pedaqoji fəaliyyətindən və Şuşa İslam Mədəniyyət paytaxtı 2024 çərçivəsində “Şuşa şəhərinin İslam Memarlıq irsi” adlı simpoziumdakı təəssüratlarından bəhs etdik.
"Azərbaycan musiqi mədəniyyətində yeganə kontratenor səs tembrli opera ifaçısı" 14.10.2024 32:42
"Sənətin Səsi" verilişində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı və "ÜNS Yaradıcılıq Səhnəsi"nin solisti, Əməkdar artist İlham Nəzərov ilə vokal sənətindən, pedaqoji fəaliyyətindən və canlandırdığı obrazlardan bəhs etdik.
"Bəstəkar özü musiqi alətində peşəkar ifa etməlidir ki, yazdığı əsərin bütün sirlərinə yiyələnə bilsin" 11.10.2024 22:23
"Sənətin Səsi" verilişinin buraxılışı Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, tanınmış bəstəkar Sevda Məmmədlinin yaradıcılığına, əsərlərinə və sənətkarlarla olan iş birliklərinə həsr olundu.
"Hər zaman ifalarımda klassik musiqilərimizdən bir toxunuş etməyə çalışıram" 10.10.2024 29:44
"Sənətin Səsi" verilişində tanınmış tarzən Ayaz İmranov ilə sənət yolundan, pedaqoji fəaliyyətindən, ifalarından və sənətdəki xatirələrindən bəhs etdik.
"Bu sənətdə inkişaf etməyimdə böyük rol oynadığı üçün Aftandil İsrafilova həmişə borcluyam" 09.10.2024 35:03
"Sənətin Səsi" verilişində Azərbaycan Milli Konservatoriyasının “İnstrumental muğam” kafedrasının dosenti, virtuoz qarmon ifaçısı Aydın Əliyev ilə sənət yolundan, milli instrumental ifaçılıqdan və qastrol səfərlərindən bəhs etdik.
"Caz istiqamətində formalaşmağım Rauf Babayevin təşəbbüsü ilə oldu" 08.10.2024 22:58
"Sənətin Səsi" verilişində tanınmış caz ifaçısı Ülviyyə Rəhimova ilə sənət yolundan, ifalarından, "Bəri bax", "Qaya" qruplarından və Rain Sultanovun kitabından bəhs etdik.
"Üzeyir Hacıbəyli yeganə sənətkardır ki, həm şəxsiyyət, həm də bəstəkar kimi o mənim kumirimdir" 07.10.2024 37:18
"Sənətin Səsi" verilişində Azərbaycan Respublikasının Xalq artisti, məşhur pianoçu Ülviyyə Hacıbəyova ilə musiqi sənətindən, ifa etdiyi əsərlərdən, müəllifi olduğu kitablardan və dahi şəxsiyyətlərdən bəhs etdik.
"Xəyyam Mirzəzadə elə bir pedaqoq idi ki, bütün tələbələri haqqında məlumata sahib olar və ona məxsusi metodika ilə yol göstərərdi" 04.10.2024 30:29
"Sənətin Səsi" verilişində Azərbaycan bəstəkarı, professor Xəyyam Mirzəzadənin tələbəsi bəstəkar Cəmilə Eyyubova ilə mərhum sənətkarın yaradıcılığından, bəstələrindən, pedaqoji fəaliyyətindən və onunla bağlı xatirələrindən bəhs etdik.
"Mənim əsas arzum odur ki, Azərbaycan klassik nağara ifasını gənclər qoruyub, saxlasınlar" 03.10.2024 41:42
"Sənətin Səsi" verilişində nağara ifaçısı Elşən Qasımov ilə sənət yolundan, xatirələrindən bəhs etdik.
"Səxavət Məmmədov ifa etdiyi mahnılara öz səsi və yanaşması ilə daima möhrünü vuran sənətkar idi" 02.10.2024 30:32
"Sənətin Səsi" verilişində ustad xanəndə Səxavət Məmmədovun qardaşı xanəndə Əliyar Məmmədov və Səxavət Məmmədovun ansamblında çalışmış Qulu Məmmədov ilə mərhum sənətkarın sənət yolundan, ifa etdiyi mahnılardan və onunla bağlı xatirələrindən bəhs etdik.
"Anatollu Qəniyevin tembri yeganə tembrdir ki, bu səsə yaxın heç bir səs yoxdur" 01.10.2024 32:08
"Sənətin Səsi" verilişində böyük sənətkar Anatollu Qəniyevin oğlu Xalq artisti Heydər Anatollu ilə mərhum sənətkarın həyat və yaradıcılığından, bir-birindən gözəl ifalarından və onunla bağlı xatirələrdən bəhs olundu.
"Bu sərginin məqsədi oxumağı sevən insanları öz sevdikləri yazarlar və onların kitabları ilə görüşdürməkdir" 30.09.2024 15:18
"Sənətin Səsi" verilişində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin əməkdaşı Kamran Musayev ilə 2-8 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr olunan X Bakı Beynəlxalq Kitab Sərgisindən bəhs etdik.
"Mən çox xoşbəxtəm ki, Yalçın Rzazadənin tələbəsi olmuşam" 26.09.2024 27:36
"Sənətin Səsi" verilişində Azərbaycan müğənnisi Leyla İdrisova ilə sənət yolundan, ifalarından, pedaqoji fəaliyyətindən və dəyərli sənətkarlarla bağlı xatirələrindən bəhs etdik.
"İlk dəfə tamaşada çıxışım Cakomo Puççininin “Bohema” operasında olub" 25.09.2024 33:00
"Sənətin Səsi" verilişində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Beynəlxalq müsabiqələr laureatı Mahir Tağızadə ilə opera sənətindən, ifa etdiyi əsərlərdən və görkəmli sənətkarlarla bağlı xatirələrindən bəhs etd
"Nə qədər çox retro mahnılarımızı oxusaq, bizə miras qalan musiqimiz daim yaşayacaq" 24.09.2024 29:34
"Sənətin Səsi" verilişində Azərbaycan müğənnisi Nazim Faytonçu ilə sənət yolundan, ifalarından və xatirələrindən bəhs etdik.
Similar podcasts
Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.