Dalğa FM

Dalğa FM

Music AZ ↓ 513 episodes

"Dalğa FM" 92.5 FM "Dalğa"nı tut, fərqi hiss et

Author

Dalğa FM

Category

Music

Podcast website

www.spreaker.com

Latest episode

Jul 10, 2026

Where to listen?

Podcasts in the app Replaio Radio Coming soon

Podcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts

Get it on Google Play Install for free Android 5M+ downloads · 4.8 rating iOS soon

Episodes

"Əgər səs qorunarsa, heç vaxt dəyişməz, həmişə eyni qalar" 05.12.2024

"Sənətin Səsi" verilişinin buraxılışı müğənni İlqar Xəyalın sənət yoluna, ifalarına, musiqi qrupları ilə bağlı xatirələrinə həsr olundu.

"Azərbaycan xalq musiqisinin akustik xüsusiyyətlərini tədqiq edən sənətkar" 04.12.2024

"Sənətin Səsi" verilişində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük elmi işçisi Zeynal İsayev ilə sənət yolundan, elmi işlərindən, ifalarından və ustad sənətkarlarla olan iş birliklərindən bəhs etdik.

"Bir çox mahnıların həm söz, həm də musiqisinin müəllifi olan sənətkar" 03.12.2024

"Sənətin Səsi" verilişinin buraxılışı şair, bəstəkar Xanım İsmayılqızının bəstələdiyi mahnılarına, şeirlərinə, sənətkarlarla olan iş birliklərinə və "Ömrün Xanım Fəsli" yaradıcılıq gecəsindəki təəssüratlarına həsr olundu.

"Səhvlərim mənim bugünkü uğurumdur" 02.12.2024

"Sənətin Səsi" verilişində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, vokal ifaçısı Fatimə Cəfərzadə ilə opera sənətindən, ifa etdiyi əsərlərdən və görkəmli sənətkarlarla bağlı xatirələrindən bəhs etdik.

"Ruhuma darıxanda "Şur", qəmlənəndə isə "Segah" muğamı yaxın olur" 29.11.2024

"Sənətin Səsi" verilişinin buraxılışı Əməkdar artist, kamança ifaçısı Xəyyam Məmmədovun sənət yoluna, canlı ifalarına və xatirələrinə həsr olundu.

"İtirdiklərimin hamısı mənimdir, amma qazandıqlarım xalqın" 28.11.2024

"Sənətin Səsi" verilişində Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, kamança ifaçısı Arif Əsədullayev ilə sənət yolundan, muğam ifaçılığından və xatirələrindən bəhs etdik.

"Hər kəs müğənni ola bilər, lakin əsas tamaşaçı sevgisini qazanmaqdır" 27.11.2024

"Sənətin Səsi" verilişində müğənni Aynur Dadaşova ilə sənət yolundan, ifalarından, sənətkarlarla olan iş birliklərindən və xatirələrindən bəhs etdik.

"200-ə qədər təsnif və 60-dan çox mahnının müəllifi olan sənətkar" 26.11.2024

"Sənətin Səsi" verilişində ustad xanəndə, şair Ağakərim Nafiz ilə muğam sənətindən, yaradıcılığından, "Divan"ından və sənətdəki xatirələrindən bəhs etdik.

"Sözlə aldatmaq asan, hərəkətlə isə çox çətindir, çünki hərəkətlərimiz bizi ələ verir" 25.11.2024

"Sənətin Səsi" verilişində Əməkdar artist, Azərbaycan Dövlət Pantomima Teatrının rejissor və aktyoru Bəhruz Vaqifoğlu ilə aktyorluq sənətindən, teatrdakı fəaliyyətindən və filmlərindən bəhs etdik.

"İnsandan başqa heç bir canlı kamilliyə meyil etmir, çünki zatən o öz varlığından kamildir" 23.11.2024

"Sənətin Səsi" verilişində Azərbaycan Milli Konservatoriyasının dosenti, filologiya üzrə fəlsəfə doktoru, alim, musiqişünas Fəxrəddin Salim ilə sənət yolundan, "Divan"ından və pedaqoji fəaliyyətindən bəhs etdik.

""Sevil" operasını o qədər çox sevirəm ki, sanki Fikrət Əmirov onu mənim üçün yazıb" 22.11.2024

"Sənətin Səsi" verilişində Azərbaycan Milli Konservatoriyasının Milli Vokal kafedrasının baş müəllimi, Əməkdar artist, vokal ifaçısı Zenfira İsmayılova ilə vokal sənətindən, ifa etdiyi əsərlərdən, pedaqoji fəaliyyətindən və sənətdəki xatirələrindən bəhs etdik.

"Yaxşı xormeyster olmaq üçün uşaq yaşlarından xor tərbiyəsi almalısan" 21.11.2024

"Sənətin Səsi" verilişində Azərbaycan Dövlət Uşaq Filarmoniyasının xormeysteri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Muradzadə ilə sənət yolundan, əsərlərindən və rəhbəri olduğu "Baku choir" xor kollektivindən bəhs etdik.

"Fikrət Əmirov ilk notundan hamının tanıyacağı, üslubu bəlli olan bəstəkardır" 20.11.2024

"Sənətin Səsi" verilişində musiqişünas, "Qaya" Dövlət Ansamblının direktoru, dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru Turan Məmmədəliyeva ilə görkəmli bəstəkar Fikrət Əmirovun yaradıcılığından və musiqi sənətinə verdiyi bənzərsiz töhfələrdən bəhs etdik.

"Mənim üçün hər şey pianodan başlayır" 19.11.2024

"Sənətin Səsi" verilişinin buraxılışı peşəkar pianoçu Akif İsgəndərlinin sənət yoluna, ifa etdiyi əsərlərə, fəaliyyət göstərdiyi ansambllara və qastrol səfərləri ilə bağlı xatirələrinə həsr olundu.

"Əsl sənətkar dünyadan köçsə də, onun əsərləri daim xatırlanır" 18.11.2024

"Sənətin Səsi" verilişində Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti, ustad tarzən Zamiq Əliyev ilə tar ifaçılıq sənətindən, Gülarə Əliyeva yaradıcılığından və sənətdəki xatirələrindən bəhs etdik.

"Təbiətin səsini özündə əks etdirən musiqi alətlərinin yaradıcısı" 16.11.2024

"Sənətin Səsi" verilişində “Milli alətlərin bərpası və təkmilləşdirilməsi” elmi- tədqiqat laboratoriyasının rəhbəri Məmmədəli Məmmədov ilə xalq çalğı alətlərinin rekonstruksiyasından, bərpasından və təbiətin səsini özündə əks etdirən musiqi alətlərindən bəhs etdik.

"Azərbaycan rok musiqisi tarixində özünəməxsus yeri olan sənətkar" 15.11.2024

"Sənətin Səsi" verilişinin buraxılışı "Ozan" qrupunun qurucusu və rəhbəri, rok musiqiçi, bəstəkar-şair Rasim Müzəffərlinin sənət yoluna, canlı ifalarına və "Ozan" qrupunun fəaliyyətinə həsr olundu.

"Azərbaycanın təbii və mədəni irsinə həsr olunan layihə" 14.11.2024

"Sənətin Səsi" verilişində Mədəniyyət Nazirliyi tərəfindən COP29 tədbirləri çərçivəsində hazırlanan "Azərbaycanın təbii və mədəni irsi" layihəsinin rəhbəri, telejurnalist Səidə İbrahimli və tar ifaçısı İbrahim Babayev ilə layihənin yaranması prosesindən, yaradıcı heyətin əməyindən, təbiət və mədəniyyətin vəhdətindən bəhs etdik.

""Böyük Zəfər" xatirə medalı ilə təltif olunan bəstəkar" 07.11.2024

"Sənətin Səsi" verilişinin buraxılışı bəstəkar İlhamə Adilqızının yaradıcılığına, vətənpərvərlik mövzusunda yazdığı bir çox əsərlərinə və sənətkarlarla olan iş birliklərinə həsr olundu.

"Uzun illərdən bəri iş birlikləri davam edən bəstəkar və ifaçı" 06.11.2024

"Sənətin Səsi" verilişində Əməkdar artist, müğənni Lalə Məmmədova və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, bəstəkar Sevda Məmmədli ilə sənətdən, mahnılarından və iş birliklərindən bəhs etdik.

"Bütün klassik mahnıların yenidən aranjimana, yeni üslubda ifaya ehtiyacı var" 05.11.2024

"Sənətin Səsi" verilişində prodüser, musiqiçi Asif Kərimov ilə sənətdən, müəllifi olduğu musiqilərdən və sənətkarlarla olan iş birliklərindən bəhs etdik.

"Niyyətim Azərbaycan xor sənətini dünyaya tanıtmaqdır" 04.11.2024

"Sənətin Səsi" verilişində Beynəlxalq Muğam Mərkəzinin nəzdində fəaliyyət göstərən Cahangir Cahangirov adına Xorun bədii rəhbəri, Əməkdar müəllim, dirijor Təranə Yusifova ilə dirijorluq sənətindən, əsərlərindən və rəhbəri olduğu xorun fəaliyyətindən bəhs etdik.

"Sənətə gəlişimdə Vaqif Gərayzadənin rolu danılmazdır" 01.11.2024

"Sənətin Səsi" verilişində müğənni Arzu Həsənli ilə sənət yolundan, yeni ifalarından və musiqiçilərlə olan iş birliklərindən bəhs etdik.

"Tamaşaları 20-dən çox ölkədə nümayiş olunan sənətkar" 31.10.2024

"Sənətin Səsi" verilişində Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev ilə rejissorluq fəaliyyətindən, tamaşalarından və sənətkarlarla olan iş birliklərindən bəhs etdik.

"Mən istəyirəm ki, Azərbaycan musiqi elmi ən yüksək pillələri fəth etsin" 30.10.2024

"Sənətin Səsi" verilişində Əməkdar incəsənət xadimi, musiqişünas, professor Zümrüd Dadaşzadə ilə musiqi sənətindən, müəllifi olduğu kitablardan və dahi şəxsiyyətlərin yaradıcılığından bəhs etdik.

Listen to the Dalğa FM podcast in Replaio

Radio and podcasts in one app - free, with no sign-up. Install today and do not miss the launch

Get it on Google Play

Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.