Dalğa FM

Dalğa FM

Music AZ ↓ 552 episodes

"Dalğa FM" 92.5 FM "Dalğa"nı tut, fərqi hiss et

Be sure to visit the podcast's website and support the creator: www.spreaker.com

Author

Dalğa FM

Category

Music

Podcast website

www.spreaker.com

Latest episode

Oct 9, 2026

Where to listen?

Podcasts in the app Replaio Radio Coming soon

Podcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts

Get it on Google Play Install for free Android almost 10M downloads · 4.8 rating iOS soon

Episodes

"Azərbaycan musiqi mədəniyyətində yeganə kontratenor səs tembrli opera ifaçısı" 14.10.2024

"Sənətin Səsi" verilişində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı və "ÜNS Yaradıcılıq Səhnəsi"nin solisti, Əməkdar artist İlham Nəzərov ilə vokal sənətindən, pedaqoji fəaliyyətindən və canlandırdığı obrazlardan bəhs etdik.

"Bəstəkar özü musiqi alətində peşəkar ifa etməlidir ki, yazdığı əsərin bütün sirlərinə yiyələnə bilsin" 11.10.2024

"Sənətin Səsi" verilişinin buraxılışı Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, tanınmış bəstəkar Sevda Məmmədlinin yaradıcılığına, əsərlərinə və sənətkarlarla olan iş birliklərinə həsr olundu.

"Hər zaman ifalarımda klassik musiqilərimizdən bir toxunuş etməyə çalışıram" 10.10.2024

"Sənətin Səsi" verilişində tanınmış tarzən Ayaz İmranov ilə sənət yolundan, pedaqoji fəaliyyətindən, ifalarından və sənətdəki xatirələrindən bəhs etdik.

"Bu sənətdə inkişaf etməyimdə böyük rol oynadığı üçün Aftandil İsrafilova həmişə borcluyam" 09.10.2024

"Sənətin Səsi" verilişində Azərbaycan Milli Konservatoriyasının “İnstrumental muğam” kafedrasının dosenti, virtuoz qarmon ifaçısı Aydın Əliyev ilə sənət yolundan, milli instrumental ifaçılıqdan və qastrol səfərlərindən bəhs etdik.

"Caz istiqamətində formalaşmağım Rauf Babayevin təşəbbüsü ilə oldu" 08.10.2024

"Sənətin Səsi" verilişində tanınmış caz ifaçısı Ülviyyə Rəhimova ilə sənət yolundan, ifalarından, "Bəri bax", "Qaya" qruplarından və Rain Sultanovun kitabından bəhs etdik.

"Üzeyir Hacıbəyli yeganə sənətkardır ki, həm şəxsiyyət, həm də bəstəkar kimi o mənim kumirimdir" 07.10.2024

"Sənətin Səsi" verilişində Azərbaycan Respublikasının Xalq artisti, məşhur pianoçu Ülviyyə Hacıbəyova ilə musiqi sənətindən, ifa etdiyi əsərlərdən, müəllifi olduğu kitablardan və dahi şəxsiyyətlərdən bəhs etdik.

"Xəyyam Mirzəzadə elə bir pedaqoq idi ki, bütün tələbələri haqqında məlumata sahib olar və ona məxsusi metodika ilə yol göstərərdi" 04.10.2024

"Sənətin Səsi" verilişində Azərbaycan bəstəkarı, professor Xəyyam Mirzəzadənin tələbəsi bəstəkar Cəmilə Eyyubova ilə mərhum sənətkarın yaradıcılığından, bəstələrindən, pedaqoji fəaliyyətindən və onunla bağlı xatirələrindən bəhs etdik.

"Mənim əsas arzum odur ki, Azərbaycan klassik nağara ifasını gənclər qoruyub, saxlasınlar" 03.10.2024

"Sənətin Səsi" verilişində nağara ifaçısı Elşən Qasımov ilə sənət yolundan, xatirələrindən bəhs etdik.

"Səxavət Məmmədov ifa etdiyi mahnılara öz səsi və yanaşması ilə daima möhrünü vuran sənətkar idi" 02.10.2024

"Sənətin Səsi" verilişində ustad xanəndə Səxavət Məmmədovun qardaşı xanəndə Əliyar Məmmədov və Səxavət Məmmədovun ansamblında çalışmış Qulu Məmmədov ilə mərhum sənətkarın sənət yolundan, ifa etdiyi mahnılardan və onunla bağlı xatirələrindən bəhs etdik.

"Anatollu Qəniyevin tembri yeganə tembrdir ki, bu səsə yaxın heç bir səs yoxdur" 01.10.2024

"Sənətin Səsi" verilişində böyük sənətkar Anatollu Qəniyevin oğlu Xalq artisti Heydər Anatollu ilə mərhum sənətkarın həyat və yaradıcılığından, bir-birindən gözəl ifalarından və onunla bağlı xatirələrdən bəhs olundu.

"Bu sərginin məqsədi oxumağı sevən insanları öz sevdikləri yazarlar və onların kitabları ilə görüşdürməkdir" 30.09.2024

"Sənətin Səsi" verilişində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin əməkdaşı Kamran Musayev ilə 2-8 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr olunan X Bakı Beynəlxalq Kitab Sərgisindən bəhs etdik.

"Mən çox xoşbəxtəm ki, Yalçın Rzazadənin tələbəsi olmuşam" 26.09.2024

"Sənətin Səsi" verilişində Azərbaycan müğənnisi Leyla İdrisova ilə sənət yolundan, ifalarından, pedaqoji fəaliyyətindən və dəyərli sənətkarlarla bağlı xatirələrindən bəhs etdik.

"İlk dəfə tamaşada çıxışım Cakomo Puççininin “Bohema” operasında olub" 25.09.2024

"Sənətin Səsi" verilişində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Beynəlxalq müsabiqələr laureatı Mahir Tağızadə ilə opera sənətindən, ifa etdiyi əsərlərdən və görkəmli sənətkarlarla bağlı xatirələrindən bəhs etd

"Nə qədər çox retro mahnılarımızı oxusaq, bizə miras qalan musiqimiz daim yaşayacaq" 24.09.2024

"Sənətin Səsi" verilişində Azərbaycan müğənnisi Nazim Faytonçu ilə sənət yolundan, ifalarından və xatirələrindən bəhs etdik.

"Bir bəstəkar müasir musiqini bilməklə yanaşı, öz xalqının dəyərlərini də unutmamalıdır" 23.09.2024

"Sənətin Səsi" verilişinin buraxılışı Azərbaycan Respublikasının Xalq artisti, Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, bəstəkar Sərdar Fərəcovun yaradıcılığına, bəstələrinə və rəhbəri olduğu muzeyin fəaliyyətinə həsr olundu.

"Qızının bəstələdiyi "Dalğalansın bayraq" mahnısını ifa edən sənətkar" 20.09.2024

"Sənətin Səsi" verilişində Azərbaycan Respublikasının Xalq artisti, xanəndə Zümrüd Məmmədova və qızı Bakı Musiqi Akademiyasının elmi-tədqiqat laboratoriyasının elmi işçisi, bəstəkar İlahə Qismət ilə sənət yollarından, uğurlarından, iş birliklərindən və ən xoş xatirələrindən bəhs etdik.

"Mən hər zaman çalışıram ki, klassik ənənəni öyrədim, çünki klassika əbədi qalacaq" 19.09.2024

"Sənətin Səsi" verilişinin buraxılışı Azərbaycan Respublikasının Əməkdar artisti, ustad tarzən Ələkbər Ələkbərovun sənət yoluna, pedaqoji fəaliyyətinə, görkəmli sənətkarlarla bağlı xatirələrinə və canlı ifalarına həsr olundu.

"Nə qədər Azərbaycan var, dəyərli sənətkarların ölməz əsərləri daim yaşayacaq" 18.09.2024

"Sənətin Səsi" verilişində müğənni Sahib İbrahimov ilə sənət yolundan, milli musiqimizdən, Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalından və ustad sənətkarlarla bağlı xatirələrindən bəhs etdik.

"Hər bir musiqiçi ritmi duymalıdır, lakin qaval ifaçısı özü ritmdən ibarət olmalıdır" 17.09.2024

"Sənətin Səsi" verilişində Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, zərb alətləri mütəxəssisi, qaval ustadı Mahmud Salah ilə sənət yolundan, qaval alətinin tarixindən və pedaqoji fəaliyyətində bəhs etdik.

"Heydər Əliyevin təşəbbüsü ilə Gəncə Dövlət Filarmoniyasını yaradan sənətkar" 16.09.2024

"Sənətin Səsi" verilişində Xan Şuşinski Fondunun rəhbəri Bəyimxanım Verdiyeva ilə mərhum həyat yoldaşı Xalq artisti, "Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının yaradıcısı, ustad tarzən Fikrət Verdiyevin sənət yolundan, milli musiqimizə verdiyi töhfələrdən və onunla bağlı ən xoş xatirələrdən bəhs etdik.

"Arif Məlikov Avropa musiqisindəki müasirliyi öz xalqının milli səsindən keçirərək ortaya qoyurdu" 13.09.2024

"Sənətin Səsi" verilişində Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, bəstəkar, pianoçu Ceyhun Allahverdiyev ilə müəllimi, dahi bəstəkar Arif Məlikovun yaradıcılığından, ona həsr etmiş bəstələrindən və musiqimiz üçün əvəzolunmaz xidmətlərindən bəhs etdik.

"Yeganə ifaçıyam ki, Habil Əliyev Prezident tərəfindən ona verilən kamançada ifa etməyimə icazə vermişdi" 12.09.2024

"Sənətin Səsi" verilişində Azərbaycan Respublikasının Əməkdar artisti, kamança ifaçısı Fəridə Məlikova ilə sənət yolundan, ifalarından və Habil Əliyev ilə bağlı xatirələrindən bəhs etdik.

"Muğamı bilmək lazımdır, çünki musiqimizin bütün janrları muğam üzərində qurulub" 11.09.2024

"Sənətin Səsi" verilişində Azərbaycan Respublikasının Əməkdar artisti, müğənni Təranə Vəlizadə ilə sənət yolundan, ifalarından və qastrol səfərlərindən bəhs olundu.

"“Şərq təranələri” festivalında Azərbaycanın ilk dəfə münsiflər heyətinə sədrliyini təmsil edən sənətkar" 10.09.2024

"Sənətin Səsi" verilişinin buraxılışı Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist, tarzən Sahib Paşazadənin sənət yoluna, "Şərq təranələri" festivalındakı uğurlarına və musiqimizdəki xidmətlərinə həsr olundu.

"Dünya kinosunda ilk dəfə "Yaradanlar" filmində şüşə üzərində qumu estetik prinsip kimi sənədli filmə mən gətirdim" 09.09.2024

"Sənətin Səsi" verilişində Azərbaycan kinorejissoru və ssenaristi Şamil Əliyev ilə sənət yolundan, rejissoru olduğu "Yaradanlar", Çölçü", Xalı" filmlərindən və Ulu Öndər Heydər Əliyevin sənətə olan qayğısından bəhs etdik.

Listen to the Dalğa FM podcast in Replaio

Radio and podcasts in one app - free, with no sign-up. Install today and do not miss the launch

Get it on Google Play

Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.