Ulkar

PhD Söhbətlər

PhD nədir? Niyə və necə edilir? Edənlər nə deyir? Bunlar və daha çoğu barədə söhbət edirik.

Koniecznie odwiedź stronę podcastu i wesprzyj twórcę: podcasters.spotify.com

Autor

Ulkar

Kategoria

Education

Strona podcastu

podcasters.spotify.com

Ostatni odcinek

29 cze 2025

Gdzie słuchać?

Podcasty w aplikacji Replaio Radio Już wkrótce

Podcasty trafią do aplikacji już wkrótce. Zainstaluj teraz i jako pierwszy zobacz nowe podejście do podcastów

Pobierz z Google Play Zainstaluj za darmo Android 5 mln+ pobrań · ocena 4,8 iOS niedługo

Odcinki

PhD Söhbətlər E11 29.06.2025

Uzun aradan sonra 11-ci buraxılışımız buradadır :) Əziz Günay Həsənli ilə gələcək İtaliya Azərbaycan Universiteti elmi heyətinə ilə söhbətlər seriyamıza davam edirik. Günayın həm geniş praktiki həm də akademik təcrübəyə malik olmasından doğan baxış bucağı həm bu iki yol ayrıcında həm də kəsişməsində olanlarınıza faydalı və maraqlı olacaq. Beləliklə, başlayaq!

PhD Söhbətlər E10 03.03.2025

Yubiley buraxılışımızda əziz Gülnarə Quluzadə ilə İtaliyada həyat və təhsil, akademik kariyera, bu yolda qadın olaraq irəliləmək və İtaliya Azərbaycan Universiteti barədə söhbət etdik. Sonuncu barədə daha ətraflı məlumatı yenə Gülnarənin öz dilindən aşağıdakı linkə keçid edərək dinləyə bilərsiniz. https://tinyurl.com/ggitaz

PhD Söhbətlər E09 20.08.2023

Yeni təhsil ilinin başlanmasına az qalıb. Əgər siz də korporativ işinizdə qalmaq və ya akademiyaya qayıdıb PhD etmək arasında qalmısınızsa bu söhbət sizin üçündür. Səbuhi Xəlili Azərbaycan Təhsil Nazirliyinin təqaüdü ilə Barselonada maliyyə və suni intellekt sahələrinin kəsişməsində araşdırma aparır. Səbuhiyə suallarınızı kommentlərdə göndərməyi unutmayın.

PhD Söhbətlər E08 04.06.2023

Həm futbolu həm də araşdırma etməyi sevirsən? Hər iki marağını birgə yeridə bilmək istərdin ancaq necə edəcəyini bilmirsən? Bu həftəki qonağım Əhməd məhz bunu bacarıb! İdman idarəetməsi sahəsində oxumaq və araşdırma etmək istəyənlərə xüsusilə maraqlı olacaq buraxılışımız burdadır! Buyurun! :)

PhD Söhbətlər E07 06.05.2023

Kariyerasının iləriləyən illərində PhD təhsili almaq, ara verib yenidən davam etmək, təhsil boyu üniversitet dəyişmək istəyənlər yaxın otursun. Bu həftə Laplandiya Universitetində PhD təhsilini davam edən Raziyə İsayeva ilə həm ənənəvi suallarımıza həm də sizdən gələn suallara cavab verdik. Bizi İnstagram -dan və YouTube -dan da izləyə bilərsiniz!

PhD Söhbətlər E06 23.04.2023

Bu həftə tokioda1qiz-dan tanıdığınız Pərvin Rəhimli ilə söhbətləşdik. Pərvin Tokyoda Waseda Universitetində sülh və konfliktalogiya üzrə PhD təhsili alır. Onunla PhD-dən əvvəl nəzərə almalı olduğunuz vacib məqamlar, Yaponiyada həyat və bir çox başqa mövzulara toxunduq.

PhD Söhbətlər E05 09.04.2023

İqtisadiyyat üzrə elmi dərəcəsini yenicə əlinə almış Dr. Ibrahim Niftiyevlə bu həftə Azərbaycandakı iqtisadi araşdırmalar ekosistemindən iqtisadi təhsilə, PhD təhsili boyunca üzləşdiyi çətinliklərdən elmi rəhbər seçiminə dək bir sıra mövzularda söhbət etdik. Siz də maraqlıdırsa, qoşulun :)

PhD Söhbətlər E04 26.03.2023

Bu həftə Polşada dayanıqlı inkişaf və sahibkarlıq üzrə doktorantura təhsili alan Mahmudla maraqlı söhbət etdik. Gənc elmi işçi olan Mahmudun hər iki sahə ilə bağlı dinləmək istəyəcəyiniz fikirləri var. Buyurun :)

PhD Söhbətlər E03 12.03.2023

Estoniyada qida elmləri üzrə PhD edən Laçınxanımla Talinndə həyat, akademik həyatdan gözləntilər, mental sağlamlıq və bir çox digər mövzularda söhbətləşdik. Əgər Avropada təhsil alır və sosiallaşmağa ehtiyac duyursunuzsa Erasmus Tələbə Şəbəkəsini müxtəlif tədbirlərə və dostluqlara çıxış üçün istifadə edə bilərsiniz. İndi bizi həm də Instagram və Youtube -dan da izləyə bilərsiniz!

PhD Söhbətlər E02 05.03.2023

Salam! Bu günki qonağım Xanım Macarıstanda ədəbiyyat üzrə doktorantura təhsilini başa vurmaq üzərədir. Onunla filologiya və ədəbiyyat üzrə PhD etmək istəyən, doktoranturaya başlamaq istədyib haradan başlayacağını bilməyənlər üçün yararlı ola biləcək bir söhbət etdik.  Mənə phdsohbet@gmail.com ünvanı vasitəsilə suallarınızı, görmək istədiyiniz qonaqları (özünüz də daxil ;) ), təklif və iradlar...

PhD Söhbətlər E01 26.02.2023

Salam! :) Uğurlu korporativ kariyeradan sonra tələbə olmaq necədir? Körpə ilə PhD etmək olur? "Nerd" deyiləmsə akademiyada uğur qazana biləcəm? Bu və digər mövzularda Nərmin Axundova ilə söhbət etdik.  

Słuchaj podcastu PhD Söhbətlər w Replaio

Radio i podcasty w jednej aplikacji - za darmo, bez zakładania konta. Zainstaluj już dziś i nie przegap premiery

Pobierz z Google Play

Replaio nie jest wydawcą podcastów; nazwy audycji, okładki i audio należą do ich autorów i są rozpowszechniane przez publiczne kanały RSS