Dalğa FM

Dalğa FM

Music AZ ↓ Odcinki: 552

"Dalğa FM" 92.5 FM "Dalğa"nı tut, fərqi hiss et

Koniecznie odwiedź stronę podcastu i wesprzyj twórcę: www.spreaker.com

Autor

Dalğa FM

Kategoria

Music

Strona podcastu

www.spreaker.com

Ostatni odcinek

9 paź 2026

Gdzie słuchać?

Podcasty w aplikacji Replaio Radio Już wkrótce

Podcasty trafią do aplikacji już wkrótce. Zainstaluj teraz i jako pierwszy zobacz nowe podejście do podcastów

Pobierz z Google Play Zainstaluj za darmo Android prawie 10 mln pobrań · ocena 4,8 iOS niedługo

Odcinki

Moda biznesində uğur qazanmağın sirləri I Biznes inciləri 23.07.2026

"Biznes inciləri" verilişinin qonağı "Tuva" brendinin təsisçisi Şəbnəm Bayramova brendin yaranma hekayəsindən, yerli moda sənayesində uğur qazanmağın sirlərindən, dizayn yanaşmasından və Azərbaycan mədəniyyətinin müasir geyimlərdə əks etdirilməsindən danışdı. O, həmçinin sahibkarlıq yolunda qarşılaşdığı çətinlikləri, beynəlxalq moda mühitində qazandığı təcrübəni və gələcək hədəflərini bölüşdü 

Xalq artistinin sənət yolu və musiqi irsi | Məmmədbağır Bağırzadə I Sənətin səsi 23.07.2026

"Sənətin səsi" verilişində Xalq artisti Məmmədbağır Bağırzadənin zəngin sənət irsi haqqında söhbət etdik. Verilişin qonaqları sənətkarın oğlu Rahim Bağırzadə və nəvəsi Məmmədbağır Bağırzadə onun sənət yolu, illər keçsə də sevilərək dinlənilən mahnıları, xatirələri və onun Azərbaycan musiqisinə bəxş etdiyi irs barədə danışdılar.

Novruz Aslanın sənət yolu: Sevilən mahnıların yaranma hekayəsi I Sənətin səsi 22.07.2026
Afaq Mustafayeva: "Food blogger" olmağın sirləri I Biznes inciləri 21.07.2026

"Biznes inciləri" verilişinin qonağı "food blogger" və şef Afaq Mustafayeva ilə kulinariya sahəsində uğur qazanmağın sirləri, şəxsi brend quruculuğu və rəqəmsal platformalarda məzmun istehsalının incəlikləri barədə söhbət apardıq. Afaq Mustafayeva həmçinin peşəkar mətbəx təcrübəsi, "food blogger" kimi fəaliyyət göstərməyin üstünlükləri və çətinlikləri haqqında fikirlərini bölüşdü.

İlahə Şıxlinskaya ilə televiziya dünyasına səyahət I Sənətin səsi 21.07.2026

"Sənətin səsi" verilişinin qonağı aparıcı İlahə Şıxlinskaya ilə televiziya fəaliyyətinə başladığı anlar, aparıcılıq peşəsinin görünməyən tərəfləri, efir mədəniyyəti, media sahəsində qazandığı təcrübələrdən danışdıq.

Azad Şükürov: Rollar, xatirələr və sənət yolu I Sənətin səsi 20.07.2026

"Sənətin səsi"ndə aktyor, Əməkdar artist Azad Şükürov qonaq oldu. Verilişdə onun yaradıcılıq yoluı, aktyorluğun görünməyən tərəflərindən, Azad Şükürovun sənət həyatında iz qoyan rollarından, yadda qalan ekran işlərindən danışdıq.

Mirzə Babayev haqqında xatirələr | Nəvəsi Emin Babayev danışır I Sənətin səsi 17.07.2026

Xalq artisti Mirzə Babayevin yaradıcılığına həsr olunan "Sənətin səsi" verilişinin budəfəki qonağı sənətkarın nəvəsi Emin Babayev oldu. Verilişdə Mirzə Babayevin ömür yolu, musiqi fəaliyyəti, estrada musiqisinin formalaşmasındakı xidmətləri haqqında danışdıq.

Müasir PR-da Yeni Trendlər I Biznes inciləri 16.07.2026

"Biznes inciləri" verilişinin qonağı PR və strateji kommunikasiya üzrə ekspert, təlimçi Günel Əhmədova ilə ictimaiyyətlə əlaqələrin müasir dünyada rolu, PR sahəsində son tendensiyalar haqqında danışdıq. Qlobal PR Günü münasibətilə peşənin cəmiyyət, media və biznes arasında etibarlı körpü yaratmaq missiyasına nəzər saldıq.

Molla Pənah Vaqif və Azərbaycan poeziyası I Sənətin səsi 16.07.2026

"Sənətin səsi" verilişinin qonağı qiraətçi Hüseynağa Aslanov oldu. Vaqif Poeziya Günlərinə həsr olunan verilişdə Molla Pənah Vaqifin zəngin ədəbi irsi, Vaqif Poeziya Günlərinin Azərbaycan mədəni həyatındakı əhəmiyyəti haqqında danışdıq.

Uşaqlar və sağlamlıq I Valideyn saatı 15.07.2026

"Valideyn saatı"nın qonağı pediatr-infeksionist Aytən Ziyadova ilə uşaqlarda ən çox rast gəlinən infeksion xəstəliklər, onların əlamətləri, müalicə üsulları və profilaktik tədbirlər haqqında söhbət etdik.

Azərbaycanın unudulmaz səsləri necə qorunur? I Sənətin səsi 15.07.2026

"Sənətin səsi" verilişinin qonağı Azərbaycan Respublikasının Dövlət Səs Yazıları Arxivinin direktoru Vüsal Məmmədov ilə ölkəmizin zəngin səs irsinin qorunması, müxtəlif dövrlərə aid unikal səsyazmalarının toplanması, bərpası və rəqəmsallaşdırılması prosesi, eləcə də arxiv fondlarında saxlanılan dəyərli materialların mədəniyyət tariximizdəki əhəmiyyəti barədə danışdıq.

Şəfa Yadigarova sağlam qidalanmanı biznesə necə çevirdi? I Biznes inciləri 14.07.2026

"Biznes inciləri" verilişinin qonağı həkim-dietoloq, "Shefalı Heyat Coffee & Healthy Food"un təsisçisi Şəfa Yadigarova oldu. Verilişdə sağlam həyat tərzinin təşviqi ilə biznesi bir araya gətirməyin yolları, sağlam qidalanma sahəsində sahibkarlığa başlamaq, brend yaratmaq prosesi, bu sahədə qarşıya çıxan çətinliklər barədə söhbət etdik.

Vüsal Murtuzəliyev: Teatr, kino və dublyaj həyatı I Sənətin səsi 14.07.2026

"Sənətin səsi" verilişinin qonağı aktyor Vüsal Murtuzəliyev oldu. Verilişdə aktyorun sənətə gəliş yolu, teatr və kino fəaliyyəti, dublyaj sahəsində qazandığı təcrübə, obrazları və yaradıcılıq planları haqqında söhbət apardıq.

Ələkbər Hüseynovun ömür və sənət yolu I Sənətin səsi 13.07.2026

"Sənətin səsi"ində Ələkbər Hüseynovun 65 illik yubileyinə həsr etdiyimiz verilişdə sənətkarın yaradıcılıq yolu, canlandırdığı obrazlar, sənətə verdiyi töhfələr haqqında söhbət etdik. Qonaqlar - aktyorun övladları skripka ifaçısı Nərgiz Ələkbər Hüseynzadə və fotoqraf Cavidan Hüseynzadə ataları ilə bağlı xatirələrini, ailə daxilində tanıdıqları Ələkbər Hüseynovu, onun sənətə və həyata baxışı barədə...

Rasim Qurbanovun çoxşaxəli yaradıcılıq dünyası I Sənətin səsi 10.07.2026

"Sənətin səsi"nin qonağı çoxşaxəli yaradıcılığı ilə seçilən rəssam, dizayner, şair və musiqiçi Rasim Qurbanov oldu. Verilişdə qonağımızın incəsənətin müxtəlif sahələrini bir araya gətirən yaradıcılıq yolu, rəssamlıq və dizayn sahəsindəki fəaliyyəti, poeziyaya və musiqiyə olan sevgisi, ilham mənbələri, həyata keçirdiyi layihələr və gələcək planları barədə söhbət etdik.

Azərbaycanda moda biznesi: Fürsətlər və çətinliklər | Günel Hüseynli I Biznes inciləri 09.07.2026

"Biznes inciləri" verilişinin qonağı “The Soft Speak” markasının təsisçisi və dizayneri Günel Hüseynli oldu. Verilişdə moda sahəsində sahibkarlığın inkişafı, şəxsi brend yaratmağın incəlikləri, dizayn prosesinin mərhələləri və yerli moda sektorunda qarşıya çıxan imkanlar və çətinliklər barədə söhbət etdik.

Araz İmanov musiqiyə necə başladı? I Sənətin səsi 09.07.2026

"Sənətin səsi" verilişinin qonağı musiqiçi Araz İmanov oldu. Verilişdə onun musiqiyə gəliş yolu, yaradıcılıq fəaliyyəti, ifaçılıq təcrübəsi, ilham aldığı məqamlar barədə danışdıq. Həmçinin sənətə baxışı, səhnə xatirələri barədə də söhbət etdik.

Atanın uşağın həyatındakı rolu I Valideyn saatı 08.07.2026

"Valideyn saatı" verilişinin qonağı Milli Məclisin deputatı Ceyhun Məmmədov ilə ailədə atanın məsuliyyəti, övlad tərbiyəsində ata nümunəsinin əhəmiyyəti, ata-övlad münasibətlərinin möhkəmləndirilməsi yolları haqqında danışdıq.

Simarə İmanovanın sənət yolu və muğam yaradıcılığı I Sənətin səsi 08.07.2026

"Sənətin səsi" verilişinin qonağı xanəndə, Xalq artisti Simarə İmanova ilə sənətkarın muğam yaradıcılığına uzanan yolu, illər ərzində qazandığı uğurlar, milli musiqimizin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində gördüyü işlər, eləcə də yaradıcılığındakı yeniliklər barədə söhbət etdik.

Diksiya və ünsiyyət uğura necə təsir edir? I Biznes inciləri 07.07.2026

"Biznes inciləri" verilişinin qonağı "MentaLogical Academy"nin rəhbəri, diksiya və ünsiyyət bacarıqları üzrə mütəxəssisi Şəfiqə Xaliqova oldu. İşgüzar ünsiyyətdə ən çox edilən səhvlər, rəhbərlik və komanda münasibətlərində effektiv kommunikasiya, şəxsi brendin formalaşmasında nitqin əhəmiyyəti, sosial şəbəkələrdə və media qarşısında uğurlu çıxışın incəlikləri, eləcə də bu sahədə peşəkar inkişaf üç...

Zülfiyyə Qurbanova ilə teatr, sənət və səhnə həyatı haqqında I Sənətin səsi 07.07.2026

"Sənətin səsi" verilişinin qonağı Bakı Bələdiyyə Teatrının aktrisası Zülfiyyə Qurbanova ilə sənətə gəlişindən, ilk səhnə təcrübələrindən, Bakı Bələdiyyə Teatrında keçdiyi yaradıcılıq yolundan və peşəsinin görünməyən tərəflərindən danışdıq.

Ayaz Qasımov: Sevilən mahnıların hekayələri I Sənətin səsi 06.07.2026

"Sənətin səsi" verilişində qonaq olan Ayaz Qasımov ilə sevilən ifaları, musiqi yaradıcılığı ətrafında söhbət etdik. Həmçinin, o, repertuarında xüsusi yer tutan mahnıların hekayələri, hər mahnıya yanaşma tərzi barədə danışdı.

Mikrorayon serialı: kamera arxası və gələcək planlar I Sənətin səsi 03.07.2026

"Sənətin səsi" verilişində"Mikrorayon" serialının baş prodüseri Sevinc Əliyeva, aktyorlar Orxan İskəndərli və Elşən Əskərov ilə serialın ərsəyə gəlmə prosesi, canlandırdıqları obrazlar və gələcək yaradıcılıq planları barədə söhbət etdik.

Sahibkarlıq yolunda çətinliklər və uğurlar: "iCheck Medical"ın təsisçisi Leyla Orucova I Biznes inciləri 02.07.2026

"Biznes inciləri" verilişinin qonağı "iCheck Medical" tətbiqinin təsisçisi Leyla Orucova ilə "iCheck Medical" tətbiqinin yaranma ideyası, istifadəçilərə təqdim etdiyi imkanlar, tibbi xidmətlərin daha əlçatan və rahat olmasına verdiyi töhfə, eləcə də sahibkarlıq yolunda qarşıya çıxan çətinliklər və əldə olunan uğurlar barədə danışdıq.

Fərqanə Qasımova ilə "Ana" layihəsi və milli musiqimizin gələcəyi I Sənətin səsi 02.07.2026

"Sənətin səsi"nin qonağı xanəndə, Əməkdar artist Fərqanə Qasımova ilə milli musiqimizin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində gördüyü işlər, "Ana" layihəsi, eləcə də yeni layihələri barədə söhbət etdik.

Słuchaj podcastu Dalğa FM w Replaio

Radio i podcasty w jednej aplikacji - za darmo, bez zakładania konta. Zainstaluj już dziś i nie przegap premiery

Pobierz z Google Play

Replaio nie jest wydawcą podcastów; nazwy audycji, okładki i audio należą do ich autorów i są rozpowszechniane przez publiczne kanały RSS