İnara&Ayşə
HAQQ Talk
İnara və Ayşə sizləri aktual sosial mövzulara bir də hüquq pəncərəsindən baxmağa dəvət edir.
No dejes de visitar la web del podcast y apoyar a su creador: rss.com
¿Dónde escuchar?
Podcasts en la app Replaio Radio Muy prontoLos podcasts llegarán muy pronto a la app. Instálala ahora y sé el primero en descubrir una forma totalmente nueva de vivir los podcasts
Episodios
Sizlərdən gələn suallar 16.09.2024 20:37
İlk sezonun son buraxılışını sizin suallarınızı cavablandıraraq yekunlaşdırmaq istədik. Bizlərə mesaj və rəy bölmələrindən ünvanladığınız suallardan ən çox soruluşanları Ayşə və İnara sadə dillə sizlərə izah etməyə çalışdı. Demək olar ki, qanunvericiliyin bütün sahələrinə aid ən azı bir sualı cavblandırdığımız bu epizodun hər biriniz üçün faydalı olacağına əminlik veririk. Xoş dinləmələr!
İqlim dəyişikliyində rolumuz nə qədərdir? 02.09.2024 18:35
COP29-a hazırlaşdığımız bu ərəfələrdə istədik ki, iqlim dəyişikliyinin həm hüquqi həm də sosial tərəflərinə birgə baxış keçirək. Vətəndaş məsuliyyətləri, dövlət strategiyaları və öhdəliklər üçün bir çox müqavilələr. Gəlin görək hər biri iqlim dəyişikliyi ilə mübarizədə nə qədər rol oynayır? Azərbaycanın rolu varmı? Hansı addımlar gələcəkdə iqlim dəyişikliyi ilə üzləşməmək üçün vacibdir? İnara və A...
Azərbaycanda feminist olmaq 19.08.2024 39:39
Uzun müddətdir müşahidə edirik ki, feminizm haqqında misinformasiyalar sürətli şəkildə artmağa davam edir. Bəs, əslində feminizm nədir? Feminizim həqiqətən də səsləndirildiyi kimi kişilərə nifrət edir? Feministlər nə istəyir? Feminizm tarixinə qısa baxış keçirərək Azərbaycan və dünya təcrübəsində feminist fəaliyyətləri və tələbləri müzakirə etdik. Qonağımız Gülnarə Mehdiyeva Ayşə və İnaranın suall...
Nifrət cinayətləri necə başlayır? 05.08.2024 20:56
Dünyada baş verən bir çox hadisələrin kökündə axtarsaq, bir nöqtədə nifrət nitqi tapmağımız təəssüf ki, qaçınılmazdır. Bəs, həqiqətən də mi hər birimiz nifrət nitqinin nə olduğunu bilirik? Əgər cavabınız "xeyr"-dirsə, onda bu epizod sizin üçündür. İnara və Ayşə bu dəfə siyasi fiqurların çıxışlarını təhlil edərək bunun necə nifrət cianyətlərinə yol açdığını, hüquqi aspektdən nifrət nitqinin qiymətl...
Təhqir və böhtan nə zaman məsuliyyətə səbəb olur? 22.07.2024 18:55
Sosial medyanın həyatımızda aktiv rol oynadığı bugünlərdə təhqir və böhtan hallarına demək olar ki, hər gün şahid oluruq. Bəs, bu qədər azad şəkildə təhqirlər səsləndirmək və vətəndaşları böhtanla üz-üzə qoymaq hüquqda necə qiymətləndirilir? Bu dəfə Ayşə və İnara sizlərə təhqir və böhtanın hüquqi qiymətləndirməsini sadə şəkildə izah etməyə çalışıblar. Azərbaycan və digər dünya ölkələri təcrübəsind...
Kiberzorakılıq əslində nədir? 08.07.2024 20:23
"Stalking"in kiberzorakılıq olduğunu bilirdiniz? Texnologiyanın sürətli inkişafı təəssüf ki, bizi kiberzorakılıq və kiber cinayətlərdən sığortalamır. Bəs bu kimi hallarda qanunvericilik bizi necə qoruyur? İnaranın sualları və Ayşənin sadə izahı ilə bu epizodda sizlərə kiberzorakılığın hüquqi mənzərəsini təsvir etməyə çalışdıq. Stalking niyə kiberzorakılıq hesab olunur? Kiberzorakılığa daha çox kim...
Faktlar necə manipulyasiya olunur? 24.06.2024 23:43
Sosial medianın həyatımızda aktiv rol oyandığı bu günlərdə yüzlərlə informasiyaya məruz qalırıq. Bəs, bu informasiyaların doğruluğunu necə dəqiləşdirə bilərik? Sualın cavabını müəyyənləşdirmək üçün İnara və Ayşə bu dəfə qonaqları tədqiqatçı Rövşən Məmmədli ilə birgə fakt yoxlamadan danışdılar. Fakt yoxlanışı nədir? İnformasiyanın doğruluğunu hansı mənbələrə istinad edərək müəyyənləşdirə bilərik? F...
Uşaq evlilikləri nəyə səbəb olur? 10.06.2024 41:03
Bu epizodda İnara və Ayşə qonaqları hüquqşünas Sevinc Quliyeva ilə birlikdə aktuallığını itirməyən erkən nikah hadisələrinə hüquqi və sosial baxış gətirməyə çalışdılar. Erkən nikah necə baş və verir və davamlılığına təkan verən amillər nələrdir? Erkən nikahla mübarizədə hüquqşünas mövqeyi necə olmalıdır? Problemlə mübarizədə hansı uğurlu təcrübələr mövcuddur? Bütün suallarınıza cavab tapacağınız b...
İnsan yönümlü şəhər necə olmalıdır? 27.05.2024 41:49
İnara və Ayşə bu dəfə qonaqları memar Dilqəm İsmayılovla birgə insan yönümlü şəhər anlayışını və Bakının aktual vəziyyətinin uyğunluğunu müzakirə etdilər. İnsan yönümlü şəhər necə olmalıdır? Bakı insan yönümlü, yoxsa avtomobil yönümlü şəhərdir? Bakı insan yönümlü şəhər hesab olunması üçün hansı standartlara cavab verməlidir? Ağıllı şəhər əslində nədir və biz onu necə başa düşürük? Dünya təcrübəsi...
Azərbaycana qarşı, Azərbaycan naminə! 13.05.2024 51:30
Yəqin ki, uğursuz məhkəmə təcrübəsindən sonra vətəndaşların "Avropa Məhkəməsində görüşərik!" ifadəsini tez-tez eşitmisiniz. Elə bu səbəblə Azərbaycandan olan müraciətlərin prakitk həllinə birlikdə baxmaq və hansı hallarda müraciət etmək lazımdır kimi məsələləri aydınlaşdırmaq üçün qonağımız vəkil Sevinc Əliyeva ilə birlikdə sizlərə maraqlı kontent hazırlamışıq. Gəlin birlikdə ölkəmizdən Avropa Məh...
Hüquqda məhbus ömrü 29.04.2024 37:01
Daha çox sadə vətəndaşların xəbər saytlarında həbs olunan şəxslərlə bağlı qarşılaşdıqları yalnış informasiyalara İnara və Ayşə qonaqları vəkil Fariz Namazlı ilə aydınlıq gətiriblər. Bu epizodda sizləri real praktiki təcrübələrlə yanaşı, mümkün ola biləcək təqsirləndirilmə hallarında hüquqi özünümüdafiə addımları haqqında bolca məlumat gözləyir. Həbs olunmuş şəxslərin və məhkumların hansı hüquqları...
Gender əsaslı zorakılıq 15.04.2024 18:50
İnara və Ayşə bu dəfə digər zorakılıq növləri ilə çox zaman qarışdırılan gender əsaslı zorakılıqdan və bunun müəyyənləşdirilmə meyarlarından danışacaqlar. Gender əsaslı zorakılığı digər zorakılıq növlərindən əsas fərqləndirən məqam nədir? Bu zorakılıq növü necə təzahür olunur? Kişilər gender əsaslı zorakılığa necə məruz qalır? Qanunvericilik bizi bu kimi zorakılıq hallarından necə qoruyur? Digər g...
Alınan mallar geri qaytarılır? 01.04.2024 19:45
İnara və Ayşə bu dəfə alqı-satqı məsələlərində vətəndaşların tez-tez rastlaşdığı problemlərə aydınlıq gətiriblər. Bu epizod demək olar ki, bütün vətəndaşların gündəlik həyatda işlərinə lazım olacaq sadə məlumatlarla doludur. Gəlin görək bütün alınan malları geri qaytara bilərikmi? Hüququmuz qaytarmaq, yoxsa, dəyişdirməkdir? Qanun istehlakçıya hansı güzəştləri edir? Beh ödənilən zaman istehlakçı su...
Mənəvi zərər nədir? 18.03.2024 19:52
İnara və Ayşə bu dəfə mənəvi zərər mövzusuna hüquqi baxış gətirəcəklər. Bu epizodda Azərbaycan məhkəmə təcrübəsində mənəvi zərərlə bağlı müraciətlərə ümumi yanaşmanı və mövcud qanunvericiliyi prakitiki nümunələrlə sizlər üçün asanlaşdırıblar. Mənəvi zərər nədir? Zərər anlayışı necə dəyərləndirilir? Məhkəmədə mənəvi zərər təcrübəsi necə qiymətləndirilir? Mənəvi zərərlə bağlı cərimə ödənişi nə qədər...
Hüquq təhsilinin problemləri 04.03.2024 41:04
İnara və Ayşənin qonağı bu dəfə hüquq elmləri doktoru Sübhan Əliyev oldu. Azərbaycanda hüquq təhsilini ətraflı müzakirə etdiyimiz bu epizodda, xüsusilə, gənclərin sürətli beyin köçünün ixtisaslaşmalarına təsirindən söz açıblar. Universitetlərdə müəllimlər hansı problemlərlə üzləşirlər? Hazırda ölkədə hüquq təhsili nə yerdədir? İnkişaf üçün nələrə ehtiyac var? Hüquq tələbələri nə üçün xarici ölkələ...
Haqsız rəqabət 19.02.2024 26:53
Kiçik marketlər niyə bağlanır? Yəqin ki, bu sual haqqında ən azı 1 dəfə düşünmüsünüz. Bu minvalla haqsız rəqabətdən danışmağa qərar verdik. Haqsız rəqabət nədir? Bazarda güc kimdədir? Yeni qəbul olunmuş "Rəqabət məcəlləsi" kiçik sahibkarları qoruya biləcəkmi? Bu və bu kimi bir çox sualları qonağımız, hüquqşünas Rəşad Cahangirov sizlər üçün cavablandıracaq. Epziodu bəyəndiyiniz təqdirdə rəy və uldu...
Həkim səhvi 05.02.2024 40:00
"Hippokrat andı" qalsın bir kənara, bu dəfə İnara və Ayşə vəkil Anar Məmişovla həkim fəaliyətinin hüquqi tərəflərini aydınlaşdıracaqlar. Uğursuz estetik əməliyyatlar və insan həyatını təhülkəyə atan qalıcı fəsadlar.... Bu hallarda həkimləri hansı məsuliyyətlər gözləyir? Estetik əməliyyata daxil olduqda imzaladığımız müqaviləyə niyə baxmalıyıq? Həkim səhvlərini kim müəyyən edir? Bu kimi suallarınız...
Vergi faizlərinin artması kimlər üçündür? 22.01.2024 48:04
Nahid bəy deyir ki: "Bu dünyada iki şeyə çarə yoxdur: vergi və ölüm." İnara və Ayşənin budəfəki qonağı vergi məsələləri üzrə təcrübəli vəkil Nahid Tağıyev oldu. Vergi məcəlləsində mövcud dəyişikliklər kimlərə aiddir? Sadə vətəndaşlar yoxsa, sahibkarlar narahat olmalıdır? Vergidən yayınanlar kimlərdir? Influenser və blogerlər vergi ödəyirlərmi? Qısacası sizlər üçün vergi məcəlləsini sadələşdirik. B...
Biraz BİZdən, biraz HAQQ'dan! 30.12.2023 41:34
Geridə qoyduğumuz ildə fərqli platformalar üzərindən sizlərdən gələn maraqlı sualları cavablandırmağı özümüzə borc bildik. Bu epizodda moderatorumuz Familə sizləri maraqlandıran sualların cavabını canlı-canlı İnara və Ayşədən almağa çalışdı. Ümid edirik bu epziodda "faydalılıq" məqsədimizi qoruyaraq sizlər üçün həm də maraqlı yol yoldaşı olacağıq. Yeni il üçün canlı yayımlar və maraqlı epizodlarla...
Cinsi qısnama hüquq müstəvisində 18.12.2023 17:54
Bu epizodda sizlərə "cinsi qısnama" anlayışını hüquqi müstəvidə izah etməyə çalışdıq. Bir çox hallarda baş verdiyinin fərqində belə olmadığımız cinsi qısnama halları necə təfsir olunur? Qanunvericilik bizi bu hallarda qoruyurmu? Cinsi qısnama hallarında vətəndaşlar hansı addımları ata bilərlər? Bütün bu kimi suallarınıza cavab tapacağınız bir bölüm olacağına inanırıq. Bəyənməyi və dostlarınızla bö...
Azərbaycanda və xaricdə: "Absurd" qanunlar 04.12.2023 40:04
Hər şeydə olduğu kimi qanunda da absurdluq ola bilir. Bu dəfə İnara və Ayşə qonaqları vəkil İsrafil Əlili ilə birgə ölkədə və xaricdə müşahidə olunan absurd qanunların geniş təhlili və müzakirəsinə yer veriblər. Gəlin görək ki, absurd qanun deyəndə onlar nəyi nəzərdə tutur? Hansı istiqamətdə tənzimlənən qanunlarda absurd hallar daha çox müşahidə olunur? Müxtəlif məhkəmə təcrübələri nəyi göstərir?...
Danışığımıza fikir verməliyikmi? 20.11.2023 30:59
Bu epizodda ifadə azadlığını geniş şəkildə təhlil edərək bu başlıq altında "Hamı hər şeyi danışa bilər?" sualına İnara və Ayşə aydınlıq gətirir. Sosial mediada və real həyatda istifadə etdiyimiz və ya etmək istədiyimiz bütün ifadələr həqiqətən də ifadə azadlığıdır? Danışığımıza fikir verməsək nə olar? Dinləyin, bəyənin, paylaşın və növbəti epizodlar üçün rəylərinizi bölüşməyi unutmayın. Xoş dinləm...
Taksi sürücüləri necə istismara məruz qalırlar? 06.11.2023 21:52
Qonağımız Fərid Mehralızadə ilə birlikdə ən çox diqqətdən kənar qalan taksi sürücülərinin hüquqlarından danışmışıq. Əslində normal qəbul olunan hallar taksi sürücülərinin əməyinin istismarı ola bilərmi? Hökümətin taksi fəaliyyətini tənzimləməsinə ehtiyac varmı? Qlobal taksi şirkətləri ölkədə niyə bu qədər sərbəst fəaliyyət göstərirlər? Bu və bu kimi bütün suallarınızı yeni epizodumuzda sizlər üçün...
Xidmət yoxsa əmək müqaviləsi? 23.10.2023 15:27
Müşahidə edirik ki, işçi hüquqları son zamanlarda ən aktual mövzulardan biridir, xüsusilə də müqavilələr. İnara və Ayşə bu dəfə sizlər üçün xidmət və əmək müqavilələrinin fərqlərini, həmişə olduğu kimi təməl işçi hüquqlarını və sadəcə dinləyicilərimizin biləcəyi gizli sirlər bölüşüb. Dinləyin, bəyənin və paylaşın ki, hüquqlarını bilməyən vətəndaşlarımızın sayı azalsın. Xoş dinləmələr!
Azərbaycan niyə selektiv abortlara liderlik edir? 09.10.2023 28:49
Bəli. Başlıqdan da məlum olduğu kimi bugün cinsinə görə hamiləliyin sonlandırılmasından, yəni selektiv abortlardan danışırıq. Qonağımız ginekoloq Dr. Elnarə Məmmədova ilə birlikdə mövzunu real nümunələr üzərindən həm tibbi, həm də hüquqi aspektdən geniş-geniş müzakirə etmişik. Bu epizodla böyük fərqindəlik yaratmağı hədəfləyirik. Bunun üçün podkastı dinlədikdən sonra dostlarınızla da paylaşmağı un...
Podcasts similares
Replaio no es editor de podcasts; los nombres de los programas, las portadas y el audio pertenecen a sus autores y se distribuyen a través de canales RSS públicos