uk

akinchi

Əkinçi

Education AZ ↓ Епізодів: 802

Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.

Обов'язково відвідайте сайт подкасту та підтримайте його автора: akinchi.podbean.com

Автор

akinchi

Категорія

Education

Сайт подкасту

akinchi.podbean.com

Останній епізод

30 лип 2026

Де слухати?

Подкасти в застосунку Replaio Radio Уже незабаром

Подкасти незабаром з'являться в застосунку. Встановіть уже зараз і першими побачте зовсім новий погляд на подкасти

Завантажити з Google Play Встановіть безкоштовно Android майже 10 млн завантажень · рейтинг 4,8 iOS незабаром

Епізоди

Azərbaycanda pandemiya dövrü narkotik asılılığına dəstək xidmətləri | Aysel Sultan 07.01.2022

Bütün dünyada pandemiya dövrü ən çox əziyyət çəkən qruplar cəmiyyətin həssas və marginallaşmış qrupları oldular. Bu qruplardan biri də narkotik maddələrə asılılığı olan insanlardır. Tədqiqatçı Aysel Sultan ilə narkotik asılılığına dəstək xidmətləri haqqında söhbət etmişik.

Azərbaycan kinosunda yeni dalğa | Hacı Səfərov 07.01.2022

Kinotəndiqçi Hacı Səfərov deyir ki, son zamanlar müstəqil rejissorların çəkdiyi filmlər beynəlxalq festivallarda uğur qazansa da, yerli auditoriyanın əksəriyyəti onları tanımır. Qonağımız bunun səbəbləri haqda fikirlərini bölüşür.

Bazar iqtisadiyyatına yeni baxış: Proqressiv kapitalizm | Əhliman Abbasov 07.01.2022

İqtisadçı Əhliman Abbasov deyir ki, rifah siyasətləri, əslində, iqtisadi produktivliyin və iqtisadiyyat üçün faydalı ola biləcək resursların artmasına səbəb olur.

Müəllim keyfiyyəti və müəllimlərin peşəkarlıq standartları | Yuliya Kərimova 07.01.2022

Kurikulum üzrə mütəxəssis Yuliya Kərimova deyir ki, şagird naliyyətlərinin yüksəlməsi üçün məktəblər təkmilləşməlidir, məktəblərin təkmilləşməsi üçün müəllim keyfiyyəti təkmilləşməlidir, müəllim keyfiyyətinin təkmilləşməsi üçün isə müəllimlərin peşəkarlıq standartları olmalıdır.

Eko-aktivizm nədir? | Cavid Qara 07.01.2022

İqlim böhranının get-gedə kəskinləşdiyi dövrdə dünyanın hər yerində ətraf mühit məsələlərinə qarşı biganə qalmaq istəməyən insanların sayı artır. Azərbaycanda bu proses nə yerdədir? Eko-aktivist Cavid Qara ilə Azərbaycanda və dünyada eko-aktivizm haqqında söhbətləşmişik.

Xarici dillər öyrənməyə mane olan nədir? | Aslan Məmmədzadə 07.01.2022

Poliqlot təlimçi Aslan Məmmədzadə deyir ki, yeni bir dil öyrənərkən ən vacib məqam dinləməkdir. Qrammatika, yeni sözlər öyrənmək isə işin ancaq 20-30 faizini əhatə edir.

Dünyada və Azərbaycanda ”Fakt Yoxla” trendi | Əhəd Əhədli 07.01.2022

Sosial şəbəkələrdə gördüyümüz xəbərlər, siyasətçilərin çıxışları, inandığımız miflərin doğru olub olmadığını necə bilə bilərik? “Fakt Yoxla” məhz bunun üçün mövcuddur. Qonağımız Əhəd Əhədli ilə dünyada və Azərbaycanda “Fakt Yoxla” trendi haqqında danışmışıq.

Rəqəmsal dünyada hüquqlarımız | Ayşə Abdel Qadir 07.01.2022

Sosial şəbəkələrdə təhqir, təhdid və böhtanla üzləşmək bizə qarşısı alınması mümkün olmayan bir hal kimi görünsə də, bu əslində, belə deyil. Real həyatda olduğu kimi rəqəmsal dünyada da hüquqlarımız var.

Vətəndaş cəmiyyətini necə inkişaf etdirməli | Akif Qurbanov 07.01.2022

Demokratik sistemlərdə vətəndaş cəmiyyətinin fəal iştirakı vacibdir. Bəs Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyəti nə yerdədir? Hüquqşünas Akif Qurbanov ilə vətəndaş cəmiyyətini necə inkişaf etdirməli mövzusunda söhbət etmişik.

Brendlər cəmiyyətdə dəyişikliyin aparıcı qüvvəsi ola bilərmi? | Fərdi Rəhimli 07.01.2022

İnsanların əksəriyyəti brendlərdən sosial məsələlərə, ayrıseçkiliyə qarşı mövqe qoymaqlarını tələb edir. Bəs istehlakçılar olaraq, öz üzərimizə düşən məsuliyyətimizi nə qədər dərk edirik? Marketoloq Fərdi Rəhimli ilə brendlərin cəmiyyətdəki dəyişikliklərdə rolundan danışmışıq.

Dayanıqlı inkişaf məqsədləri | Rəşad Həsənov 07.01.2022

İqtisadçı Rəşad Həsənov deyir ki, pandemiyadan əvvəl dayanıqlı inkişaf məqsədləri istiqamətində müəyyən bir yol qət edilmişdisə, pandemiya dövrü bütün bu prosesləri bir xeyli arxaya atdı. Yoxsulluq dərəcəsinin yenidən artmasını buna misal göstərmək olar.

Gənclər niyə sosial sahibkarlıqla məşğul olmalıdırlar? | Sara Rəcəbli 07.01.2022

“Bizim gənclər sosial məsələlərə biganə qalmırlar. Əgər həmin o niyyətlər varsa, biz tamamilə fərqli düşüncə tərzi ilə sosial problemləri cəmiyyətimizdə həll edə bilərik.” Gənclər niyə sosial sahibkarlıqla məşğul olmalıdırlar? Sosial sahibkar Sara Rəcəbli danışır.

Veqan olmaq çətindirmi? | Vüsalə Məhərrəmova 07.01.2022

Vüsalə Məhərrəmova deyir ki, veqanlıq haqqında ən böyük miflərdən biri veqan həyat tərzinin bahalı olmasıdır. Halbuki günlük istifadə etdiyimiz meyvə, tərəvəz, çərəzlər və digər onlarla məhsul veqandır və ət, süd məhsullarından qat-qat daha ucuzdur.

Oxuyub anlamaq nədir? | İlahə Rəsulova 07.01.2022

Təhsil İnstitutunun layihə rəhbəri İlahə Rəsulova deyir ki, oxuduğumuz sözlərin mənasını başa düşürüksə, bu həm də oxuduğumuzu anlayırıq mənasına gəlmir, oxuyub anlama çox daha mürəkkəb bir bacarıqdır.

Pozitiv valideynlik | Vüsalə Əhməd 07.01.2022

Valideynlərimizlə olan münasibətimiz həyatımıza böyük ölçüdə təsir edən ən vacib insan münasibətlərindən biridir. Sağlam valideyn-övlad münasibəti qurmaq üçün nə lazımdır? Uşaq inkişafı üzrə ekspert və təlimçi Vüsalə Əhmədlə pozitiv valideynlik haqqında söhbət etmişik.

Autizmdə müalicə və müdaxilə metodları | Nərmin Rəhimli 07.01.2022

Psixoloq Nərmin Rəhimli deyir ki, insanlar autizmin xəstəlik yox, fərqlilik olduğunu qəbul etsələr, autizmli uşaqların həyatı daha da asanlaşar. Onunla autizmdə müalicə və müdaxilə metodları haqqında müsahibəmizi buradan izləyə bilərsiniz.

İnsan yönümlü şəhərlər | Anar Əliyev 07.01.2022

Yaşadığımız şəhərlər daha çox insanlara, yoxsa avtomobillərə xidmət edir? Bloger-urbanist Anar Əliyevlə insan yönümlü şəhərlər haqqında söhbət etmişik.

Rəqəmsal maliyyə trendləri: Elektron valyuta | Günel Musayeva 07.01.2022

Elektron valyutalar gələcəkdə ənənəvi pulu əvəzləyə bilərmi? Rəqəmsal maliyyə üzrə mütəxəssis Günel Musayeva ilə rəqəmsal maliyyə trendləri haqqında danışmışıq.

Trans-sərhəd çayların təhlükəli tullantılarla çirklənmə problemləri | Rövşən Abbasov 07.01.2022

Azərbaycan ərazisindən keçən trans-sərhəd çayları müxtəlif tullantılarla çirklənir və ətraf mühitə böyük ölçüdə zərər vurur. Bəs bu tullantıları tənzimləmək üçün hansı tədbirlər görülür? Ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov izah edir.

Mental sağlamlıq nədir? | Cəmilə Rəhimli 07.01.2022

Mental sağlamlıq vəziyyətimiz həyat keyfiyyətimizə böyük ölçüdə təsir göstərir. Bəs özümüzün və ətrafımızdakıların mental sağlamlığı haqqında nə qədər bilirik? Psixoloq Cəmilə Rəhimli ilə müsahibəmizi izləyin.

İran Azərbaycanı kinosu və mədəni körpü | Elvin Cəbizadə 07.01.2022

“Hər iki tərəfdə eyni dil danışılır, eyni problemlərdən əziyyət çəkir insanlar, eyni mədəni köklərə sahibdir. Bu əlaqələri qurmaq hər iki tərəfə ancaq fayda verər.” Bloger Elvin Cəbizadə ilə İran Azərbaycanı kinosu və iki ölkə arasında mədəni körpü haqqında danışmışıq.

Müasir Azərbaycan ədəbiyyatının problemləri | Cavid Ramazanov 07.01.2022

Azərbaycanda ədəbiyyat və sənət qonşu ölkələrlə müqayisədə daha az inkişaf edib. Bəs bunun səbəbi nədir? Yazıçı Cavid Ramazanovla müasir Azərbaycan ədəbiyyatının problemləri haqqında söhbət etmişik.

Necə memar olmaq olar? | Urfan Məmmədov 07.01.2022

“Çalışmaq lazımdır ki, səndən sonrakı insanlar üçün yaratdığın məkanlarda onların xatirələri formalaşmış olsun.” Necə memar olmaq olar? Memar Urfan Məmmədov ilə söhbətimizi izləyin.

Şəxsi həyata hörmət hüququ | Zibeydə Zəkəriyyəyeva 07.01.2022

Vəkil Zibeydə Zəkəriyyəyeva ilə son həftələr müzakirə mövzusuna çevrilmiş şəxsi həyata hörmət hüququ haqda söhbət etmişik.

Azərbaycanda caz musiqisinin vəziyyəti | Afşin Əlizadə 07.01.2022

Caz musiqisi Azərbaycanın musiqi tarixində yeni bir ənənə deyil, Sovet dövründən bəri bu musiqi inkişaf edərək öz xüsusi auditoriyasını tapa bilib. Bəs bu gün caz musiqisinin Azərbaycandakı vəziyyəti nə yerdədir? Bəstəkar Afşin Əlizadə ilə bu mövzu haqqında söhbətləşmişik.

Слухайте подкаст Əkinçi у Replaio

Радіо та подкасти в одному застосунку - безкоштовно й без реєстрації. Встановіть уже сьогодні та не пропустіть запуск

Завантажити з Google Play

Replaio не є видавцем подкастів; назви шоу, обкладинки та аудіо належать їхнім авторам і поширюються через публічні RSS-канали