akinchi
Əkinçi
Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.
Podcast'in sitesini ziyaret etmeyi ve yapımcısını desteklemeyi unutma: akinchi.podbean.com
Nereden dinlenir?
Uygulamada podcast'ler Replaio Radio Çok yakındaPodcast'ler çok yakında uygulamaya geliyor. Şimdi yükle ve podcast'lere yepyeni bir bakışı ilk gören sen ol
Bölümler
Valideynlik hüquqları haqda bilməli olduqlarımız | Könül İsgəndərli 07.04.2023 22:54
Valideynlik hüquqları hansı hallarda məhdudlaşdırıla bilər? Valideynlik hüququndan məhrum olunmuş şəxslərin öhdəlikləri varmı? Valideynlik hüquqlarının məhdudlaşdırılmasının hansı hüquqi nəticələri var? Vəkil Könül İsgəndərli ilə valideynlik hüquqları barəsində söhbət etmişik.
”Tısbağa Conatanın Macəraları” uşaqlar üçün hekayə kitabı | Mirvari Ağakişiyeva 05.04.2023 10:07
Ritual Mobil Teatr Laborotoriyasının “Tısbağa Conatanın Macəraları” hekayə kitabı uşaqların emosional zəkasına töhfə vermək üçün hazırlanıb. Kitabın hekayə yazarı Mirvari Ağakişiyeva ilə müsahibəmizi izləyərək Tısbağa Conatanla tanış ola bilərsiniz.
Sənədli Teatr: Burada və indi real hekayələr | Aynur Zərrintac 03.04.2023 36:18
Sənədli teatr tamaşaçılara nəyi çatdırmaq istəyir? Ənənəvi teatr tamaşaları ilə sənədli teatr tamaşaları necə fərqlənir? Burada auditoriyanın əhəmiyyəti nədən ibarətdir? Ritual Mobil Teatr Laboratoriyasının təsisçisi, teatr rejissoru Aynur Zərrintacın çıxışını izləyərək öyrənə bilərsiniz.
Artıq çəki, müalicə və qidalanma | Fidan Qulu 31.03.2023 11:58
Piylənmə hansı xəstəliklərə səbəb ola bilər? Piylənmənin qarşısını almaq üçün nə etməli? Növbəti videomuzda endokrinoloq Fidan Qulu ilə artıq çəki, müalicə və qidalanma barəsində danışmışıq.
İqtisadiyyatda Holland Sindromu – xüsusiyyətləri və mübarizə yolları | İbrahim Niftiyev 29.03.2023 22:50
Holland Sindromu nədir və iqtisadiyyata necə təsir edir? Holland Sindromundan qaçmaq mümkündürmü? Bu sindrom Azərbaycan iqtisadiyyatında özünü necə göstərir? İqtisadçı İbrahim Niftiyevlə müsahibəmizi izləyərək öyrənə bilərsiniz.
Şəhər dizayn kodu nədir və Bakıya nə üçün lazımdır? | Dilqəm İsmayılov 27.03.2023 15:30
Şəhər dizayn kodu nə deməkdir və Bakıya nə üçün lazımdır? Reklam lövhələri şəhərlərin simasına necə təsir edir? Bakıda dizayn kod tətbiq etmək üçün nə lazımdır? Memar Dilqəm İsmayılovla müsahibəmizi izləyərək öyrənə bilərsiniz.
Azərbaycanda heyvan haqları ilə bağlı vəziyyət necədir? | Mehriban Məmmədova 24.03.2023 10:07
Qanunvericilikdə heyvanlarla pis rəftara görə hansı sanksiyalar nəzərdə tutulur? Heyvan haqları ilə bağlı pozuntulara rast gəldikdə hansı qurumlara müraciət etmək lazımdır? Vəkil Mehriban Məmmədova ilə Azərbaycanda heyvan haqları ilə bağlı vəziyyət haqqında söhbət etmişik.
Təhlükə hər zaman fəlakətə çevrilirmi? | Rövşən Abbasov 23.03.2023 15:09
Təhlükə hər zaman fəlakətə çevrilirmi? Təbiətdən gələn təhlükələrin fəlakətə çevrilməməsi üçün hansı addımları atmaq lazımdır? Ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasovla müsahibəmizi izləyərək öyrənə bilərsiniz.
Azərbaycanda sosial iş: hazırkı durum və gedilməli yol | Elnur Musayev 22.03.2023 27:19
Azərbaycandakı sosial işin hazırkı durumu nə yerdədir? Bu istiqamətdə əsas hansı dəyişikliklərə və resurslara ehtiyac var? Bu dəfəki videomuzda sosial işçi Elnur Musayev Azərbaycanda sosial iş: hazırkı durum və gedilməli yol mövzusunda çıxış edib.
Müəllim rifahı nə üçün vacibdir? | Aynurə Abdullayeva 17.03.2023 8:20
Xüsusi və inklüziv təhsil üzrə mütəxəssis Aynurə Abdullayeva: “Biz istəyiriksə ki, məktəb uşaqlar üçün inkişaf etməyə ən yaxşı yer olsun, onda o, müəllim üçün işləməyə və inkişaf etməyə ən yaxşı yer olmalıdır.” Növbəti videomuzda müəllim rifahının vacibliyi haqqında danışmışıq.
Mənəvi zərər və təzminat | Fariz Namazlı 15.03.2023 16:06
Qanunvericilikdə mənəvi zərərlə bağlı nə deyilir? Məhkəmə mənəvi zərərlə bağlı kompensasiyanı necə müəyyənləşdirir? Məhkəmə praktikasında mənəvi zərərlə bağlı hansı işlər olub? Növbəti videomuzda vəkil Fariz Namazlı ilə mənəvi zərər və təzminat barəsində söhbət etmişik.
İnsan hüquqları və seçkilər | Murad Rüstəmbəyli 13.03.2023 14:39
İnsan hüquqları seçki prosesinə necə təsir göstərir? İnsan hüquqlarının qorunduğu mühitdə seçkilər dövründə hansı xüsusiyyətlər önə çıxır? Növbəti videomuzda insan hüquqları tədqiqatçısı Murad Rüstəmbəyli ilə insan hüquqları və seçkilər barəsində danışmışıq.
Neft və qaz hasilatı - köhnə problemlər, yeni fürsətlər | Toğrul Vəliyev 10.03.2023 22:58
Son illər neft hasilatında müşahidə olunan azalmanın səbəbi nədir? Azərbaycan Avropa bazarında Rusiyanın enerji təminatını əvəz edə bilərmi? Mövcud resurslarımız yaşıl enerjiyə keçidə imkan verirmi? İqtisadçı Toğrul Vəliyevlə söhbətimizi izləyərək öyrənə bilərsiniz.
Professional öyrənmə qrupları | Əminət Diqanayeva 08.03.2023 9:48
Professional öyrənmə qrupları nədir və tədris prosesinə necə töhfə verir? Bu qruplar müəllimlərin peşəkar inkişafına yönələn digər təlim proqramlarından nə ilə fərqlənir? Bu dəfəki videomuzda təhsil məsləhətçisi Əminət Diqanayeva ilə professional öyrənmə qrupları haqqında danışmışıq.
Gənc universitet müəllimləri, tədris materialları və azadlıq | Pünhani Əsgərli 06.03.2023 25:40
Ali təhsil müəssissələrində tədris materialları ilə bağlı hansı problemlər var? Universitetlərdə tədqiqat mühitini yaxşılaşdırmaq üçün nə etməli? Siyasi elm mütəxəssisi Pünhani Əsgərli ilə gənc universitet müəllimləri, tədris materialları və azadlıq barəsində söhbət etmişik.
Velosiped Azərbaycanda nəqliyyat vasitəsi ola bilərmi? | Arzu Süleymanov 03.03.2023 12:32
Velosiped Azərbaycanda nəqliyyat vasitəsi ola bilərmi? Bunun üçün şəhərlərin infrastrukturunda hansı müvafiq dəyişikliklər edilməlidir? “İnsan yönümlü şəhərlər” layihəsinin təmsilçisi Arzu Süleymanovla müsahibəmizi izləyərək öyrənə bilərsiniz.
Torpağın yaratdığı dəyərləri necə qorumalı? | Rövşən Abbasov 01.03.2023 21:02
Torpaq insanlar və digər canlılar üçün hansı fərqli dəyərləri yaradır? Bu dəyərləri qorumaq nə üçün vacibdir? Ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasovla müsahibəmizi izləyərək öyrənə bilərsiniz.
Həssas qrupların qarşılaşdığı çətinliklər və hüquqlar | Ruslan Əliyev 27.02.2023 21:54
Həssas qruplar dedikdə kimlər nəzərdə tutulur? Həssas qruplara aid olan şəxslər Azərbaycanda hansı çətinliklərlə qarşılaşırlar? Bu dəfəki videomuzda hüquqşünas Ruslan Əliyevlə həssas qrupların qarşılaşdığı çətinliklər və hüquqlar barəsində söhbət etmişik.
Oyun pedaqogikası [Finlandiya təcrübəsi] | Sura Ağaverdiyeva 24.02.2023 23:47
Oyun pedaqogikası nədir? Uşaqlarla hansı növ oyunları oynamaq daha effektivdir? Erkən təhsil mütəxəssisi, Finlandiyada uşaqların erkən inkişafı sahəsində çalışan müəllim Sura Ağaverdiyeva ilə müsahibəmizi izləyərək öyrənə bilərsiniz.
Erasmus+ imkanları | Pərviz Bağırov 22.02.2023 15:21
Erasmus+ proqramı nədir? Proqramın təklif etdiyi imkanlardan necə yararlanmaq olar? Milli Erasmus ofisinin rəhbəri Pərviz Bağırovla müsahibəmizi izləyərək ətraflı məlumat ala bilərsiniz.
Vərəsəlik haqda tez-tez verilən suallar | Aysel Əhmədova 20.02.2023 15:52
Vərəsəlik institutu nədir və hansı məqsədlərə xidmət edir? Qanunla kimlər vərəsə hesab edilir? Mirasla bağlı yanlış bilinən məlumatlar hansılardır? Növbəti videomuzda vəkil Aysel Əhmədova ilə vərəsəlik haqda tez-tez verilən suallar barəsində söhbət etmişik.
Cinsi zorakılıq, ictimai təfəkkür və görülməli tədbirlər | Sevda Məhərrəmova 15.02.2023 26:39
Cinsi zorakılığa məruz qalmış şəxslər ilkin olaraq hansı quruma müraciət etməlidir? Hüquq-mühafizə orqanlarının zərərçəkmişlərlə davranış qaydaları necə olmalıdır? Vəkil Sevda Məhərrəmova ilə cinsi zorakılıq, ictimai təfəkkür və görülməli tədbirlər haqqında söhbət etmişik.
İmkanlara əsaslanan icma inkişafı | Ağalar Ağalarlı 13.02.2023 17:53
İcma quruculuğu nədir və nəyə görə əhəmiyyətlidir? İcma inkişafı ilə bağlı həyata keçirilən layihələrdə hansı vacib prinsiplər nəzərə alınmalıdır? İcma səfərbərçisi Ağalar Ağalarlı ilə imkanlara əsaslanan icma inkişafı haqqındakı videomuzu izləyərək öyrənə bilərsiniz.
“İcazəli media istəmirik” kampaniyası niyə keçirilir? | Aynur Elgünəş 10.02.2023 11:25
Sosial mediada “Media haqqında” yeni qanun layihəsinə etiraz olaraq müstəqil jurnalistlər tərəfindən “İcazəli media istəmirik” kampaniyası başladılıb. Jurnalistlər nə üçün etiraz edirlər və tələbləri nələrdir? Jurnalist Aynur Elgünəşlə söhbətimizi izləyərək məlumat ala bilərsiniz.
Bakıda yaşayış keyfiyyətinin və mühitinin yaxşılaşdırılmasında mobilliyin rolu | Rauf Ağamirzəyev 08.02.2023 16:26
Bakıda tıxac problemini həll etmək üçün hansı həll variantları var? Az mobilli insanların küçə-yol şəbəkəsində rahat hərəkətini necə təmin etməli? Budəfəki videomuzda nəqliyyat eksperti Rauf Ağamirzəyevlə Bakıda yaşayış keyfiyyətinin və mühitinin yaxşılaşdırılmasında mobilliyin rolu haqqında danışmışıq.
Benzer podcast'ler
Replaio bir podcast yayıncısı değildir; program adları, kapak görselleri ve ses içerikleri yazarlarına aittir ve herkese açık RSS beslemeleri aracılığıyla dağıtılır