akinchi

Əkinçi

Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.

Podcast'in sitesini ziyaret etmeyi ve yapımcısını desteklemeyi unutma: akinchi.podbean.com

Yazar

akinchi

Kategori

Education

Podcast web sitesi

akinchi.podbean.com

Son bölüm

30 Tem 2026

Nereden dinlenir?

Uygulamada podcast'ler Replaio Radio Çok yakında

Podcast'ler çok yakında uygulamaya geliyor. Şimdi yükle ve podcast'lere yepyeni bir bakışı ilk gören sen ol

Google Play'den indir Ücretsiz yükle Android 5 Mn+ indirme · 4,8 puan iOS yakında

Bölümler

Müxtəliflikdən başlayan inklüziv ortamı yaratmağın ilk 3 addımı | Elnarə Məmmədova 02.08.2023

İnklüzivlik hər kəsə bərabər imkanlar yaratmağı təbliğ edir. Bunun üçün ilk mərhələdə insan müxtəlifliyindən xəbərdar olmalıyıq. İnklüziv cəmiyyətin yaradılmasının təməl 3 addımı hansılardır? İnklüziv təhsil mütəxəssisi Elnarə Məmmədovanın təqdimatını izləyərək öyrənə bilərsiniz.

Konstitusiya avtoritar rejimlərə niyə lazımdır? | Aydan Fuad 31.07.2023

Konstitusiya avtoritar rejimlərə niyə lazımdır? Tədqiqatçı Aydan Fuadla müsahibəmizi izləyə bilərsiniz.

Heç kəsi arxada qoymayan məktəb. Mümkündürmü? | Lihi Rosenthal 28.07.2023
Kidebzorakılıqla üzləşdikdə nə etməli? | Əli Qəmbərov 26.07.2023

Kiberzorakılıq nədir və onunla necə mübarizə aparmaq olar? Şantaja məruz qalan şəxslər hansı orqanlara müraciət etməlidir? Kiberzorakılıqla bağlı məhkəmə praktikalarında hansı çətinliklər var? Vəkil Əli Qəmbərovla videomuzu izləyərək öyrənə bilərsiniz.

Qadınların seçkilərdə iştirakı - maneələr və uğurlu nümunələr | Vəfa Nağı 24.07.2023

Qadınların siyasi iştirakçılığı nə üçün əhəmiyyətlidir? Azərbaycanda qadınları siyasi fəaliyyətə təşviq etmək üçün nə etmək lazımdır? Neftçalanın Xol Qaraqaşlı kənd bələdiyyəsinin üzvü Vəfa Nağı ilə qadınların seçkilərdə iştirakı - maneələr və uğurlu nümunələr haqqında danışmışıq.

Khan Academy Azərbaycanca | Ayaz Kərimov 21.07.2023

Khan Academy onlayn öyrənmə platforması tələbələrə, valideynlərə və müəllimlərə hansı imkanlarıvəd edir? Bu platforma vasitəsilə təhsil boşluqlarının aradan qaldırılmasına nail olmaq mümkündürmü? Jyvaskyla Universitetinin tədqiqatçısı Ayaz Kərimovla hazırladığımız videonu izləyin.

Sinifdə qəzəbin idarə edilməsi | Aygün Pəncəliyeva 19.07.2023

Qəzəb bədənimizdə hansı fizioloji və bioloji dəyişiklikləri yaradır? Müəllimlər sinifdə qəzəbi idarə etmək üçün hansı texnikalardan istifadə edə bilər? Qəzəbin idarə olunması ilə bağlı bacarıqları uşaqlara necə aşılamaq olar? Pedaqoq Aygün Pəncəliyevanın təqdimatı bu suallara cavab verir.

Memarlıq perspektivindən sosial evlər | Aydan Ağabəyli 17.07.2023

Sosial evlərlə bağlı hansı problemlər var? Bu problemləri aradan qaldırmaq üçün digər ölkələrin praktikasında hansı uğurlu nümunələr mövcuddur? Lissabon Universitetinin Memarlıq fakültəsinin doktorantı Aydan Ağabəyli ilə memarlıq perspektivindən sosial evlər barəsində danışmışıq.

Təmsilçilik və seçki ilə bağlı beynəlxalq standartlar | Rəşad Şirin 14.07.2023

Demokratik seçkilər üçün meyarları müəyyən edən amillər hansılardır? Bu amillər siyasi sistemlərdə ədalətliliyi və hesabatlılığı necə təmin edir? Demokratik sistemlər üçün seçkilərdən başqa hansı faktorlar əhəmiyyətlidir? Siyasi təhlilçi Rəşad Şirinlə bu suallara cavab verir.

Azərbaycan ədəbiyyatı - gözləntilər və reallıq | Cavid Ramazanov 12.07.2023

Azərbaycanda kitab çapı ilə bağlı vəziyyət necədir? Ölkədə ədəbi mühitin inkişaf etməməsinin səbəbləri nələrdir? Bu istiqamətdə atılmalı olan ən vacib addımlar hansılardır? Yeni videomuzda yazıçı Cavid Ramazanovla Azərbaycan ədəbiyyatı - gözləntilər və reallıq haqqında söhbət etmişik.

Azərbaycanda daxili miqrasiya - nəticələri və həll yolları | Fərid Mehralızadə 10.07.2023

İqtisadçı Fərid Mehralızadə deyir ki, regionlarda iş yerlərinin az olması insanları Bakı və Bakı ətrafı ərazilərə köçməyə vadar edir. Daxili miqrasiyanın bu cür plansız şəkildə baş verməsi isə təkcə həmin insanlar üçün deyil, hər kəs üçün problem yaradır.

Təhlükəsizlik dilemması nədir? | Fuad Şahbaz 07.07.2023

Təhlükəsizlik dilemması nədir? Müasir tədqiqatçılar bu nəzəriyyə ilə bağlı nə düşünür? Təhlükəsizlik dilemması nə zaman mövcud olur? Müxtəlif idarəetmə sistemlərində bu dilemma özünü necə göstərir? Siyasi tədqiqatçı Fuad Şahbazla təhlükəsizlik dilemması barəsində danışmışıq.

“Razılıq” (consent) anlayışı | Nərgiz Muxtarova 05.07.2023

Razılıq (consent) anlayışı nə deməkdir? Razılığı etibarsız edən məqamlar hansılardır? Bu mövzu ilə bağlı Azərbaycanda və dünyada hansı hüquqi modellər və qanunvericilik nümunələri var? Tədqiqatçı Nərgiz Muxtarovanın mövzu ilə bağlı təqdimatını izləyə bilərsiniz.

Vətəndaş cəmiyyəti nədir? | Turqut Qəmbər 03.07.2023

Vətəndaş cəmiyyəti nədir və əhəmiyyəti nədən ibarətdir? Vətəndaş cəmiyyətinin hansı funksiyaları var? Fərdlər öz icmalarının problemlərini necə həll edə bilərlər? Növbəti qonağımız, tədqiqatçı Turqut Qəmbərlə vətəndaş cəmiyyəti barəsində danışmışıq.

Rəqs bizə nə verir? | Nigar İbrahimbəyli 30.06.2023

Rəqs necə yaranıb? İnsanlar niyə rəqs etməyə başlayıblar? Azad rəqs nə deməkdir? Rəqs bir terapiya metodu ola bilərmi? Xoreoqraf-rəqqas Nigar İbrahimbəyli ilə videomuzu izləyə bilərsiniz.

Təbii fəlakət və bədbəxt hadisələr zamanı təhlükəsizlik tədbirləri | Orxan Musayev 28.06.2023

Azərbaycanda təbii fəlakətlərə hazırlıq səviyyəsi nə yerdədir? Əmək təhlükəsizliyinin istənilən səviyyəyə gəlməsi üçün hansı normativlər olmalıdır? Yanğın təhlükəsizliyinə hazırlıqlı olmaq üçün nə edilməlidir? Təhlükəsizlik üzrə mütəxəssis Orxan Musayevlə videomuzu izləyərək öyrənə bilərsiniz.

Dövlət siyasətinin qurulması prosesi və siyasi sistemlər | Nəcmin Kamilsoy 26.06.2023

Dövlət siyasətinin qurulması dedikdə nə nəzərdə tutulur? Müxtəlif idarəetmə sistemlərində dövlət siyasətinin qurulması prosesi necə aparılır? Avtoritar və liberal-demokratik rejimlərdə bu proses necə fərqlənir? Tədqiqatçı Nəcmin Kamilsoyla videomuzu izləyərək öyrənə bilərsiniz.

Üzr videolarının hüquqi və penoloji təhlili | Kənan Qayıbov 23.06.2023

Üzr videoları nəyə görə çəkilir? Bununla bağlı dövlət orqanlarının arqumentləri nədən ibarətdir? Üzr videolarının çəkilməsi hansı insan hüquq və azadlıqlarına ziddir? Budəfəki videomuzda hüquqşünas Kənan Qayıbovla üzr videolarının hüquqi və penoloji təhlili haqqında danışmışıq.

Memarlıq təhsilinin təşkili | Urfan Məmmədov 21.06.2023

İncəsənət yönümlü ixtisaslarda qəbul şərtləri necə olmalıdır? Həvəsləndirici və inkşaf etdirici tədbirlər necə təşkil edilməlidir? Tələbə hansı şərtlərlə məktəbi başa vurmalıdır? Memar Urfan Məmmədovun memarlıq təhsilinin təşkili ilə bağlı çıxışını izləyə bilərsiniz.

Natiqliyin dörd əzələsi | Coşqun Kərimov 19.06.2023

Natiqliyin dörd əzələsi nədən ibarətdir? İctimai çıxışın uğurlu alınıb-alınmadığını nədən bilə bilərik? Tarixdə yadda qalan nitqlərin hansı ortaq xüsusiyyətləri var? Natiqlik üzrə kouç Coşqun Kərimovun çıxışını izləyə bilərsiniz.

LGBTQ+ icmasının sosial təminat hüquqsuzluğu | Səməd Rəhimli 16.06.2023

LGBTQ+ icması niyə sosial təminat çatışmazlığı ilə üzləşir? Dövlət bu problemin aradan qaldırılmasında öz öhdəliklərini yerinə yetirirmi? Bu istiqamətdə atılmalı olan ən vacib addımlar hansılardır? Hüquqşünas Səməd Rəhimli ilə videomuzu izləyərək öyrənə bilərsiniz.

Türkiyə seçkiləri nəticələri və gözləntilər | Pünhani Əsgərli 14.06.2023

Türkiyə seçkilərində iştirakçılığın yüksək olması nə ilə əlaqəlidir? Seçkilərdən sonra xarici və daxili siyasətdə hansı dəyişikliklər gözlənilir? Türkiyə müxalifətinin gələcəyi necə olacaq? Siyasi elm mütəxəssisi Pünhani Əsgərli ilə söhbətimizi izləyərək öyrənə bilərsiniz.

Süni intellekt və onun həyatımıza təsiri | Fəqani Hacızadə 12.06.2023

Süni zəka modelləri necə işləyir? Süni zəka modelləri ilə bağlı hansı problemli məsələlər var? Növbəti videomuzda proqramçı və proqram təminatının inkişafı mühəndisi Fəqani Hacızadə ilə süni intellekt və onun həyatımıza təsiri haqqında danışmışıq.

Peşəkar təlimçi necə olmalıdır? | Sara Rəcəbli 09.06.2023

Qeyri-formal təhsil dedikdə nə nəzərdə tutulur? Peşəkar təlimçi auditoriya ilə işləyərkən hansı amilləri nəzərə almalıdır? Vahid öyrənmə prinsipi nə deməkdir? Sosial sahibkarlıq üzrə təlimçi Sara Rəcəbli ilə “Peşəkar təlimçi necə olmalıdır?” videomuzu izləyə bilərsiniz.

Məhkəmə işlərində sübutlar haqda bilməli olduqlarımız | Lalə Nağıyeva 07.06.2023

Məhkəməyə təqdim olunan sübutların mötəbər hesab olunması üçün hansı kriteriyalar olmalıdır? Telefon yazışmaları sübut kimi qəbul edə bilərmi? Praktikada sübutların qiymətləndirilməsi ilə bağlı vəziyyət necədir? Vəkil Lalə Nağıyeva videomuzu izləyərək öyrənə bilərsiniz.

Əkinçi podcast'ini Replaio'da dinle

Radyo ve podcast'ler tek uygulamada - ücretsiz, kayıt gerektirmez. Bugün yükle ve lansmanı kaçırma

Google Play'den indir

Replaio bir podcast yayıncısı değildir; program adları, kapak görselleri ve ses içerikleri yazarlarına aittir ve herkese açık RSS beslemeleri aracılığıyla dağıtılır