SAĞLAM HƏYAT

SAĞLAM HƏYAT

Sağlam Həyat Bizneskar komandasının bir layihəsidir. Sağlam Həyat layihəsi tibb, fiziki və ruhu sağlamlığı mövzularını araşdırmaq və bu sahədə peşəkar insanların dəyərli fikirlərini sizə çatdırmaq üçün yaradılmışdır. Reklam və əməkdaşlıq üçün: +994552223880 doctor@bizneskar.com

Vizitează neapărat site-ul podcastului și susține-i creatorul: lnk.bio

Autor

SAĞLAM HƏYAT

Categorie

Health

Site-ul podcastului

lnk.bio

Cel mai nou episod

5 oct. 2026

Unde asculți?

Podcasturi în aplicație Replaio Radio În curând

Podcasturile ajung în curând în aplicație. Instaleaz-o acum și fii primul care descoperă o abordare complet nouă a podcasturilor

Descarcă din Google Play Instalează gratuit Android aproape 10 mil. descărcări · nota 4,8 iOS în curând

Episoade

Niyə borc verməməliyik? Borc vermək asandır, geri istəmək çətin | Gülçin Həsənova | Sağlam Həyat 05.10.2026

Yaxın insana borc vermək ilk baxışda sadəcə kömək kimi görünür, amma pul münasibətlərə daxil olduqda vəziyyət dəyişə bilər. Borcun vaxtında qaytarılmaması, pulu geri istəməyin yaratdığı narahatlıq və qarşılıqlı gözləntilər dostluq və qohumluq münasibətlərində gərginliyə səbəb ola bilər. Bəs kömək etmək istəyərkən özümüzü maddi və emosional baxımdan necə qorumalıyıq? Bu videoda borc verməzdən əvvəl...

Niyə uğur qazana bilmirik? Çarx Psixoloji Transformasiya oyunu - S1 E1 | Sağlam Həyat 28.09.2026

Bəzən insan çox çalışır, qarşısına məqsədlər qoyur, amma yenə də istədiyi nəticəyə çata bilmir. Bunun arxasında fərqində olmadığımız düşüncə qəlibləri, qorxular, daxili maneələr və təkrarlanan davranışlar dayana bilər. “Çarx” Psixoloji Transformasiya Oyunu insanın həyatındakı maneələrə fərqli tərəfdən baxmasına, özünü daha yaxşı tanımasına və dəyişmək istədiyi sahələri müəyyənləşdirməsinə yönəlmiş...

Həyatımızdakı işarələr nə deyir? Kainatdan gələn mesajlar | İradə İmanova | Sağlam Həyat 14.09.2026

Bəzən həyatımızda eyni rəqəmlər, sözlər, insanlar və hadisələr təkrar-təkrar qarşımıza çıxır. Belə təsadüflər bəzi mənəvi yanaşmalarda kainatdan gələn işarə və mesajlar kimi şərh edilir. Bəs gördüyümüz hər hadisə həqiqətən bir işarədirmi və onun mənasını necə anlamaq olar? Bu videoda sinxronluq, həyatımızda təkrarlanan hadisələr və “kainatdan gələn mesajlar” anlayışının nə demək olduğunu müzakirə...

11:11, 22:22 niyə qarşımıza çıxır? Təkrarlanan rəqəmlərin mənası | Əziz Hüseynov | Sağlam Həyat 08.09.2026

Saatda tez-tez 11:11, 22:22, 12:12 və digər qoşa rəqəmlərlə qarşılaşmaq bir çox insanın diqqətini çəkir. Numerologiya və mistik yanaşmalarda təkrarlanan rəqəmlər müəyyən mesajlar, dəyişikliklər və həyatdakı proseslərlə əlaqələndirilir. Bəs bu rəqəmləri tez-tez görmək həqiqətən bir işarədir, yoxsa beynimizin təsadüflərə məna verməsinin nəticəsidir? Bu videoda saatdakı qoşa rəqəmlərin necə yozulduğu...

Bədən, beyin və ruh balansı: sağlamlığın əsas sirri | Vəfa Paşazadə | Sağlam Həyat 17.08.2026

Sağlam həyat yalnız fiziki vəziyyətlə ölçülmür. Bədən, beyin və ruh arasında tarazlıq olmadıqda insan özünü yorğun, gərgin və motivasiyasız hiss edə bilər. Həqiqi sağlamlıq düzgün qidalanma, keyfiyyətli yuxu, emosional sabitlik və daxili rahatlığın birgə qorunması ilə mümkündür. Bu videoda bədən, beyin və ruh balansının niyə sağlamlığın əsas sirri hesab olunduğunu və gündəlik həyatda bu tarazlığı...

Keçmiş travmalar və qorxu: düşüncələr həyatımıza necə təsir edir? | Kəmalə Poladova | Sağlam Həyat 08.08.2026

Keçmişdə yaşanan travmalar insanın düşüncələrinə, qərarlarına və münasibətlərinə uzun müddət təsir göstərə bilər. Bəzən təhlükə artıq keçsə də, qorxu hissi insanın beynində yaşamağa davam edir və onu yeni addımlar atmaqdan saxlayır. Mənfi düşüncələr təkrarlandıqca insan özünə, gələcəyə və ətrafındakı insanlara qarşı inamsız ola bilər. Bu videoda keçmiş travmaların qorxu yaratma mexanizmini, düşünc...

28 günə 16 kq necə arıqladım? Diet mifləri və kökəlmə | Leyla Qədirova | Sağlam Həyat 03.08.2026

28 gün ərzində 16 kq çəki itirmək mümkün olsa da, bunun arxasında düzgün yanaşma, sağlam qidalanma və həyat tərzində dəyişiklik dayanmalıdır. Təəssüf ki, internetdə yayılan bir çox diet məsləhətləri insanları yanlış istiqamətə aparır və uzunmüddətli nəticə vermir. Kökəlmənin səbəbi təkcə çox yemək deyil – hormonlar, stress, yuxu rejimi və qida vərdişləri də bu prosesdə mühüm rol oynayır. Bu videod...

Həyat 33 yaşdan sonra niyə dəyişir? Ailə, pul və missiya | Əziz Hüseynov | Sağlam Həyat 27.07.2026

Bir çox insan həyatında ən böyük dəyişikliklərin 30 yaşdan sonra başladığını hiss edir. Prioritetlər dəyişir, ailə, maliyyə sabitliyi və həyatın mənası haqqında suallar daha çox ön plana çıxır. Bu dövr insanın özünü daha yaxşı tanıdığı, məqsədlərini yenidən müəyyənləşdirdiyi və daha şüurlu qərarlar verdiyi mərhələ ola bilər. Bu videoda 33 yaşdan sonra həyatın niyə fərqli hiss edildiyini, ailə, pul...

Qadın niyə özünü qurban verir? Ailə yükü, uşaqlıq kodları | Kəmalə Poladova | Sağlam Həyat 13.07.2026

Bir çox qadın ailəsi və yaxınları üçün hər şeyi etməyə çalışır, lakin zamanla öz ehtiyaclarını və arzularını ikinci plana keçirir. Psixoloqlara görə bu davranışın kökündə çox vaxt uşaqlıqda formalaşmış inanclar, ailə modeli və "hər kəsi razı salmalıyam" düşüncəsi dayanır. Özünü qurban vermək sevginin deyil, bəzən qorxu və günahkarlıq hissinin nəticəsi ola bilər. Bu videoda qadınların niyə bu rola...

Cadu, Nəsil lənəti, mənfi enerji və qorunma yollar | Murad Quluzadə | Sağlam Həyat 06.07.2026

Cadu, nəsil lənəti və mənfi enerji haqqında cəmiyyətdə çox fərqli fikirlər mövcuddur. Bu buraxılışda mövzu dini, psixoloji və sosial baxımdan müzakirə olunur, insanların bu inancları necə qəbul etdiyi və qorunma yolları haqqında danışılır. Həmçinin qorxu, stress və mənəvi rahatlıq arasındakı əlaqəyə toxunulur. Videonu izləyərək mövzuya daha geniş prizmadan baxa bilərsiniz.

Niyə özünü dəyərsiz hiss edirsən? Keçmiş travmalar və gizli inanclar | Gülbala Ağayev | Sağlam Həyat 29.06.2026

Özünü dəyərsiz hiss etmək çox vaxt bugünkü hadisələrlə deyil, keçmişdə yaşanan təcrübələr və formalaşmış inanclarla əlaqəli olur. Uşaqlıqda eşidilən sözlər, rədd edilmə hissi, müqayisələr və emosional travmalar illər sonra belə insanın özünə baxışına təsir edə bilər. Lakin bu gizli inanclar dəyişdirilə və insan özünə olan münasibətini yenidən qura bilər. Bu videoda dəyərsizlik hissinin əsas səbəbl...

Dartılmış üz cavanlıq deyil: botoks və dolğu haqqında həqiqətlər | Lalə Nəbiyeva | Sağlam Həyat 22.06.2026

Botoks və dolğu prosedurları son illərdə daha gənc görünmək istəyən insanlar arasında geniş yayılıb. Ancaq üzün dartılmış görünməsi hər zaman sağlamlıq və ya həqiqi gənclik göstəricisi deyil. Dərinin keyfiyyəti, düzgün qidalanma, həyat tərzi və ümumi sağlamlıq xarici görünüşə daha böyük təsir göstərə bilər. Bu videoda botoks və dolğu haqqında ən çox yayılan yanlış təsəvvürləri, onların real təsirl...

Meditasiya nədir? Beyin, sakitlik və daxili tarazlıq | Anar Mammadov | Sağlam Həyat 15.06.2026

Meditasiya sadəcə gözləri yumub sakit oturmaq deyil. Bu, beynin gündəlik stressdən uzaqlaşmasına, düşüncələrin sakitləşməsinə və daxili tarazlığın bərpa olunmasına kömək edən bir təcrübədir. Araşdırmalar göstərir ki, müntəzəm meditasiya diqqəti artırmağa, stressi azaltmağa və emosional vəziyyəti yaxşılaşdırmağa kömək edə bilər. Bu videoda meditasiya nədir, beynimizə necə təsir edir və daxili rahat...

Kişi və qadın münasibətləri, qadınlar niyə boşanır? | Şahsəddin İmanlı | Sağlam Həyat 09.06.2026

Niyə bəzi qadınlar münasibəti davam etdirmək əvəzinə ayrılığı seçirlər? Boşanmanın səbəbi hər zaman xəyanət və ya maddiyyat olmur. Bəzən qadın özünü eşidilməmiş, dəyərsiz və tək hiss etdikdə münasibətdə emosional bağ zəifləməyə başlayır. Bu videoda qadınların boşanma qərarının arxasında duran əsas psixoloji səbəbləri, münasibətlərdə ən çox edilən səhvləri və ailəni qorumağın yollarını müzakirə edi...

Həyatını dəyişən kodlama necə işləyir? Şüuraltı kodlar | Kəmalə Poladova | Sağlam Həyat 01.06.2026

Bəzən insan həyatında təkrarlanan problemlərin səbəbini xarici amillərdə axtarır. Halbuki bir çox qərarlarımızın, qorxularımızın və davranışlarımızın kökündə şüuraltında formalaşmış kodlar dayanır. Uşaqlıqda eşitdiyimiz sözlər, yaşadığımız hadisələr və qəbul etdiyimiz inanclar zamanla həyatımızı idarə etməyə başlayır. Bu videoda şüuraltı kodların necə yarandığını, həyatımıza necə təsir etdiyini və...

Xoşbəxtlik nədir? Xaosdan hüzura gedən psixoloji yol | Mirşahin Əlizadə | Sağlam Həyat 25.05.2026

Xoşbəxtlik həqiqətən nədir? İnsan niyə hər şeyə sahib olsa belə daxilində boşluq hiss edir? Bu buraxılışda insan beynindəki xaos, daxili gərginlik, emosional yorğunluq və hüzura aparan psixoloji yol haqqında danışır. Bəzən insan xoşbəxtliyi illərlə yanlış yerdə axtarır. Halbuki daxildə sakitlik olmadan heç bir uğur insanı tam xoşbəxt edə bilmir. Videoda stress, düşüncə qarışıqlığı, daxili boşluq,...

2 ailə bir evə sığmaz, valideynlərinlə niyə birgə qalmamalısan? | Əziz Hüseynov | Sağlam Həyat 18.05.2026

Ailə qurduqdan sonra valideynlərlə bir evdə yaşamağın münasibətlərə necə təsir etdiyini danışdıq. Niyə bəzi ailələrdə sevgi olsa da, sakitlik olmur? Şəxsi məkanın olmaması, müdaxilə və görünməyən gərginlik zamanla münasibətləri necə dəyişir? Əgər sən də ailə münasibətlərində yaşanan gizli problemləri anlamaq istəyirsənsə, bu videonu mütləq izlə.

Canlı seansda blokajların kökü necə üzə çıxır? | Murad Quluzadə | Sağlam Həyat 11.05.2026

Bu videoda canlı psixoloji seans zamanı insanın içində gizlənən emosional blokajların necə üzə çıxdığı danışılır. Travmaların, qorxuların və illərlə yığılan gərginliyin insan həyatına necə təsir etdiyi real nümunələrlə izah olunur. Seans zamanı insanların verdiyi reaksiyalar, ağlama, titrəmə və emosional boşalma kimi hallar da müzakirə edilir. Əgər siz də özünüzü yorğun, sıxılmış və daxildən blokl...

Dietlər niyə işləmir? Köklüyün gizli səbəbi nədir? | Zenfira Yahayeva | Sağlam Həyat 04.05.2026

Dietlərə başlayırsan, amma nəticə uzun çəkmir? Problem təkcə yeməkdə deyil. Bədən bəzən az yeməyi təhlükə kimi qəbul edir və “qənaət rejiminə” keçir. Bu zaman maddələr mübadiləsi zəifləyir və yağ yığımı artır. Köklüyün arxasında çox vaxt hormon balansı, stress, yuxusuzluq və psixoloji səbəblər dayanır. Sən az yesən də, bədən bunu qorunma mexanizmi kimi qəbul edə bilər. Ona görə də sadəcə diet yox,...

Stress və depressiyadan çıxış yolu: nəfəsin gücü nədir? | Məhbubə Əliyeva | Sağlam Həyat 27.04.2026

Stress və depressiya artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. Amma çox az insan bilir ki, bədənin ən güclü “dərmanı” elə öz nəfəsidir. Düzgün nəfəs texnikaları ilə həm zehni sakitləşdirmək, həm də daxili gərginliyi azaltmaq mümkündür. Bu videoda nəfəsin insan psixologiyasına necə təsir etdiyini və stressdən çıxış yolunu sadə və praktik formada öyrənəcəksiniz.

Gizli potensialımızı necə tapaq və onu niyə aça bilmirik? | Əziz Hüseynov | Sağlam Həyat 20.04.2026

Şəxsi inkişaf, insan potensialının açılması və Syucai sistemi üzrə kouçluq sahəsində fəaliyyət göstərən mütəxəssis Əziz Hüseynov Sağlam Həyat YouTube kanalında. İntervyunu Əziz Hüseynov-dan Fuad Muxtarov götürür. Hər bir insanın daxilində açılmamış gizli potensial var. Bəs niyə biz bu potensialı hiss etsək də onu reallaşdıra bilmirik? Bu videoda gizli potensialın nə olduğunu, onu bloklayan əsas sə...

Eyni problemlər niyə təkrarlanır? Psixoloji blokajların açarı | Murad Quluzadə | Sağlam Həyat 06.04.2026

Fəlsəfə, din və psixologiya sahələrində araşdırmalar aparan, psixoloji seanslar və təlimlərlə insanlara dəstək olan tanınmış mütəxəssis Murad Quluzadə Sağlam Həyat YouTube kanalında. Müsahibəni Murad Quluzadədən Aytən Muxtarova götürüb. Tam videonun linki : https://youtu.be/k-w3m2GgAis Bizi izləyin : https://lnk.bio/saglam.hayat  Həyatınızda eyni problemlərin təkrar-təkrar yaşandığını hiss edirsin...

Enerji ilə şəfalanma necə baş verir? | Gülnar Məmmədova | Sağlam Həyat 03.04.2026

Bioenerji mütəxəssisi Gülnar Məmmədova "Sağlam Həyat" YouTube kanalında. Müsahibəni Gülnar Məmmədovadan Aytən Muxtarova götürür. Sağlam Həyatı digər sosial şəbəkələrdə izləyin: 👉 https://lnk.bio/saglam.hayat Tam  videonun linki burada : https://youtu.be/6_-U9gKjthA ✍️ Kanalda iştirak etmək üçün: +994552223880 Enerji ilə şəfalanma həqiqətən mümkündürmü? İnsan bədəni yalnız fiziki deyil, eyni zaman...

Həyatın mənası niyə itir? Psixoloji tələlər və boşluq hissi | İradə İmanova | Sağlam Həyat 23.03.2026

İradə İmanova "Sağlam Həyat" YouTube kanalının qonağı olub. Müsahibəni Fuad Muxtarov götürür. Həyatın mənası niyə itir? Niyə bəzən hər şey yerində olsa belə içimizdə dərin bir boşluq hiss edirik? Bu videoda İradə İmanova həyatın mənasının itməsi, daxili boşluq hissi və insanı bu vəziyyətə salan psixoloji tələlər haqqında danışır. Şüuraltı inanclar, uşaqlıqdan gələn emosional çatışmazlıqlar, yanlış...

İnam, gözlənti və həyat dərsləri - Dua niyə tutmur? | Kəmalə Poladova | Sağlam Həyat 20.03.2026

✨ Kəmalə Poladova ilə birlikdə şəxsi inkişaf, şüuraltı və həyatın dərin mənalarını kəşf edin. Bəzən dua edirik, amma cavabını görmürük. Bəs bunun səbəbi nədir? İnamın gücü, gözləntilərimiz və həyatın bizə verdiyi dərslər bu prosesdə necə rol oynayır? Bu videoda Kəmalə Poladova dua, niyyət və insanın daxili inancı arasında olan əlaqəni izah edir. Həyatda baş verən hadisələrin təsadüf yoxsa bir dər...

Ascultă podcastul SAĞLAM HƏYAT în Replaio

Radio și podcasturi într-o singură aplicație - gratuit și fără înregistrare. Instaleaz-o azi și nu rata lansarea

Descarcă din Google Play

Replaio nu este editorul podcasturilor; numele emisiunilor, coperțile și materialul audio aparțin autorilor lor și sunt distribuite prin fluxuri RSS publice