akinchi

Əkinçi

Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.

Vizitează neapărat site-ul podcastului și susține-i creatorul: akinchi.podbean.com

Autor

akinchi

Categorie

Education

Site-ul podcastului

akinchi.podbean.com

Cel mai nou episod

19 nov. 2026

Unde asculți?

Podcasturi în aplicație Replaio Radio În curând

Podcasturile ajung în curând în aplicație. Instaleaz-o acum și fii primul care descoperă o abordare complet nouă a podcasturilor

Descarcă din Google Play Instalează gratuit Android 10 mil.+ descărcări · nota 4,7+ iOS în curând

Episoade

Yaradıcılıq nədir? | İlkin Yusif 07.01.2022

Kreativ direktor İlkin Yusiflə yaradıcılıq haqda danışdıq. O, çıxışında son zamanlar aktual mövzulardan biri olan - sənətdə müasir tələblərə toxundu. İlkin düşünür ki, bu cür məhdudiyyətlərin müsbət cəhətləri olsa da, mənfi tərəfləri də az deyil.

Şəhla Qarayeva Təqaüd Proqramı | Abbas Abbasov 07.01.2022

Kolumbia Universitetinin doktorantı Abbas Abbasov özünün də təsisçilərindən biri olduğu, maddi imkanları zəif olan gənc qız və qadınlara təhsil xərcləri ilə bağlı köməklik göstərməyi və ali təhsilə çatımlılığı hədəfləyən Şəhla Qarayeva Təqaüd Proqramı haqqında danışır.

Azərbaycanda Tarif Şurası | Rövşən Ağayev 07.01.2022

İqtisadçı Rövşən Ağayevlə Tarif Şurasının fəaliyyəti haqqında danışmışıq.

Bayağı musiqidən zərər varmı? | Firudin Allahverdi 07.01.2022

Bəstəkar Firudin Allahverdi ilə bayağı musiqi və onun cəmiyyətə təsiri haqda danışmışıq.

Trans-Xəzər Nəqliyyat Dəhlizi və onun strateji əhəmiyyəti | Aqşin Muxtarov 07.01.2022

Gəmiçilik və logistika üzrə mütəxəssis Aqşin Muxtarovla Transxəzər nəqliyyat dəhlizi və onun Azərbaycan və regional inkişaf üçün strateji əhəmiyyətindən danışmışıq.

Uşağın inkişafında etdiyimiz səhvlər və doğru addımlar | Ülviyyə Mirzəyeva 07.01.2022

Uşaq inkişafı üzrə mütəxəssis, həkim Ülviyyə Mirzəyeva uşaqların inkişafında yol verilən səhvlər və valideynlərin bu səhvlərə yol verməmək üçün diqqət etməli olduğu məsələlər haqqında danışır.

Azərbaycanda struktur islahatları | Fərid Mehralızadə 07.01.2022

Ölkədə aparılan islahatlar uğurla nəticələnirmi? Ümumiyyətlə, bu islahatların nəticələrini necə ölçmək lazımdır? İqtisadçı Fərid Mehralızadə ilə Azərbaycanda struktur islahatlarından danışmışıq.

Azərbaycanda vətəndaş cəmiyyətinin üzləşdiyi əngəllər | Akif Qurbanov 07.01.2022

Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, hüquqşünas Akif Qurbanov Azərbaycanda qeyri-hökumət təşkilatlarının fəaliyyətinə mane olan problemlər haqqında danışır.

Foto - dünyanın ən qüvvətli və ən universal dili | Rza Diqqəti 07.01.2022

Qonağımız fotoları ilə çoxlarının sevgisini qazanmış Rza Diqqətidir. Onunla söhbətimiz bir az uzun, amma çox maraqlı alındı.

Azərbaycanda sosial iş təhsili | Sənubər Heydərova 07.01.2022

Sənubər Heydərova Azərbaycanda sosial iş təhsili ilə bağlı mövcud olan problemlərdən danışdıq.

Texnologiya və miflər | Fərid Pərdəşünas 07.01.2022

2020-ci il texnologiya ilə bağlı miflərin həmişəkindən daha çox olduğu illərdən biri kimi yadda qaldı. Texnobloqer Fərid Pərdəşünas ilə xüsusilə pandemiya dövründə ortaya çıxan çoxsaylı miflər haqqında danışmışıq.

Qlobal pandemiya dövrü enerji bazarı | Rauf Məmmədov 07.01.2022

Yaxın Şərq İnstitutunun enerji məsələləri üzrə tədqiqatçısı Rauf Məmmədovla 2020-ci ildə qlobal pandemiya fonunda enerji bazarının vəziyyəti haqda danışdıq.

Konseptual rus sənət nümunələri | Nərgiz Məmmədli 07.01.2022

Tədqiqatçı şənətsünas Nərgiz Məmmədli ilə konseptual rus sənət nümunələri haqqında danışmışıq.

ÖzünYarat nədir? | Cəsur Həsənov 07.01.2022

“ÖzünYarat” layihəsinin qurucularından Cəsur Həsənov “Upcycling” və “Do it yourself” konsepsiyalarınıı istifadə edərək, köhnə əşyalar və materiallardan yeni əşyalar hazırlamağın həm özümüz, həm də ətraf mühit üçün olan faydalarından danışır.

Şəhərlər və kreativ təbəqə | Anar Vəliyev 07.01.2022

ADA universitetinin dekanı Anar Vəliyev kreativ təbəqənin şəhərlərdə məskunlaşması və fəaliyyət göstərməsi üçün lazım olan şərtlərdən danışır.

Tək fərdin böyük dəyişikliyə nail olması mümkündürmü? | Altay Göyüşov 07.01.2022

Tarixçi Altay Göyuşov cəmiyyətdə dəyişiklərin baş verməsində fərdin gücü haqda danışır. QEYD: Texniki nasazlığa görə video çəkiliş zamanı səslə bağlı problem yaranıb. Buna görə izləyicilərimizdən üzr istəyirik.

Niyə bütün qadınlar feminist olmur? | Nisə Hacıyeva 07.01.2022

Feminist Nisə Hacıyeva feminizmlə bağlı olan miflərdən və anti-feminist hərəkatlarından danışır.

Xoşbəxt məktəbi necə qurmalı? | Həbib Əlizadə 07.01.2022

Astara rayonu Qapıçıməhəllə kənd ümumi orta məktəbinin tarix müəllimi Həbib Əlizadə “xoşbəxt məktəb” ideasından və daha yaxşı cəmiyyət yaratmaq üçün təhsilin əhəmiyyətindən danışır.

İstanbul Konvensiyası nədir? | Emin Abbasov 07.01.2022

Bu dəfəki videomuzda hüquqşünas Emin Abbasov İstanbul Konvensiyasının məişət zorakılığı ilə mübarizədəki rolundan danışıb və konvensiyada qeyd olunan əsas istiqamətlər üzrə məlumat verib.

Uşaqlarla sosial teatr: kukla və konstyumların əhəmiyyəti | Aynur Zərrintac 07.01.2022

Qonağımız sosial teatr təlimçisi Aynur Zərrintacdır. Aynurla kuklaların və teatr kostyumlarının uşaqların təxəyyül və yaradıcılıqlarının inkişafındakı əhəmiyyətli rolundan danışmışıq.

Ermənilər ilə birgə yaşayış necə olacaq? | Əvəz Həsənov 07.01.2022

Konfliktoloq Əvəz Həsənov deyir ki, Azərbaycan hökumətinin və cəmiyyətinin qarşısında duran ən vacib məsələlərdən biri ermənilərə qarşı indiyədək mövcud olan düşmənçilik ritorikasının dəyişdirilməsidir. Onun sözlərinə görə, bu həm regionda stabillik yaratmaq, həm də gələcəkdə baş verə biləcək münaqişələrin qarşısını almaq üçün vacibdir.

İşğaldan azad olunmuş ərazilərin bərpasına nə qədər pul lazımdır? | Toğrul Vəliyev 07.01.2022

“İşğaldan azad olunmuş torpaqların bərpası üçün yalnız minaların təmizlənməsinə 630 milyon manat lazım olacaq” - İqtisadçı Toğrul Vəliyevlə işğaldan azad olunmuş ərazilərin bərpası haqqında danışmışıq.

Dağlıq Qarabağın müstəqilliyi tanına bilərmi? | Ayaz Rzayev 07.01.2022

Dağlıq Qarabağ münaqişəsi haqqında gedən müzakirələrdə tez-tez eşitdiyimiz sözlərdən biri xalqların öz müqəddəratını təyin etmə hüququdur. Tədqiqatçı Ayaz Rzayev bu hüququn mahiyyətini və Dağlıq Qarabağ münaqişəsindəki aktuallığını izah edir.

Baydenin prezident seçilməsinin ABŞ-Türkiyə münasibətlərinə təsiri | Şahin Cəfərli 07.01.2022

Co Baydenin prezident seçilməsi ilə ABŞ-Türkiyə münasibətlərinin xarakterində bir sıra dəyişiklər gözlənilir. Siyasi şərhçi Şahin Cəfərli iki ölkə arasındakı münasibətlərin gələcəyi haqqında öz proqnozlarını bölüşür.

Tramp dövründə ABŞ-Azərbaycan münasibətləri | Fuad Çıraqov 07.01.2022

Bu yaxınlarda ABŞ-da keçirilmiş prezident seçkilərinin nəticəsində tezliklə Bayden administrasiyası Tramp administrasiyasını əvəzləyəcək. Bəs bu dəyişiklik Azərbaycan üçün nələri vəd edir? Politoloq Fuad Çırağovla müsahibəmizi izləyin.

Ascultă podcastul Əkinçi în Replaio

Radio și podcasturi într-o singură aplicație - gratuit și fără înregistrare. Instaleaz-o azi și nu rata lansarea

Descarcă din Google Play

Replaio nu este editorul podcasturilor; numele emisiunilor, coperțile și materialul audio aparțin autorilor lor și sunt distribuite prin fluxuri RSS publice