akinchi

Əkinçi

Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.

Vizitează neapărat site-ul podcastului și susține-i creatorul: akinchi.podbean.com

Autor

akinchi

Categorie

Education

Site-ul podcastului

akinchi.podbean.com

Cel mai nou episod

19 nov. 2026

Unde asculți?

Podcasturi în aplicație Replaio Radio În curând

Podcasturile ajung în curând în aplicație. Instaleaz-o acum și fii primul care descoperă o abordare complet nouă a podcasturilor

Descarcă din Google Play Instalează gratuit Android 10 mil.+ descărcări · nota 4,7+ iOS în curând

Episoade

Azərbaycanda yer adları niyə dəyişdirilir? | Araz Bağırov 02.11.2022

Azərbaycanda mütəmadi olaraq müxətlif yer adları dəyişdirilir. Buna ehtiyac nədir və yer adlarının dəyişdirilməsinə münasibət necə olmalıdır? Tarixçi Araz Bağırovla müsahibəmizi izləyə bilərsiniz.

Bazar, reklam və rəqəmsallaşma | Pərviz Əzimov 31.10.2022

Azərbaycan təhsil sistemi marketinq sahəsində kadr yetişdirmək üçün yararlıdırmı? Reklam bazarında hansı dəyişikliklərə ehtiyac var? Nağdsız dövriyyəni artırmaq üçün nə etmək lazımdır? Rəqəmsal marketinq mütəxəssisi Pərviz Əzimovla bazar, reklam və rəqəmsallaşma haqqında söhbət etmişik.

Siyasi partiyalar haqqında yeni qanun layihəsi | Anar Məmmədli 28.10.2022

Sentyabrın 7-si Milli Məclisdə "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarıldı. Yeni qanun layihəsində nəzərdə tutulan müddəalar siyasi partiyaların fəaliyyətinə necə təsir edəcək? Siyasi təhlilçi Anar Məmmədli ilə söhbətimizi izləyərək öyrənə bilərsiniz.

Gig-iqtisadiyyat işçi istismarının yeni forması kimi | Toğrul Vəliyev 26.10.2022

Gig-iqtisadiyyatında işçilər fərdi sahibkar kimi fəaliyyət göstərirlər. Bu isə onları son yüzillik dövrdə işçi hərəkatının mübarizəsi nəticəsində əldə etdiyi nailiyyətlərdən məhrum edir. Bununla mübarizə yolları varmı? İqtisadçı Toğrul Vəliyevin çıxışını dinləyə bilərsiniz.

Azərbaycanda memarlıq siyasəti | Müslüm İmranlı 24.10.2022

“Bizim bu günkü şəhərsalma strategiyamız Sovet sisteminin Azərbaycan reallığına otuzdurulma cəhdidir. Ancaq reallıq tamam başqadır.” Memar Müslüm İmranlının çıxışında Azərbaycanda memarlıq siyasəti haqqındakı videomuzu izləyə bilərsiniz.

Femisidin tədqiqatı niyə əhəmiyyətlidir? | Nərgiz Muxtarova 21.10.2022

Femisidin tədqiqatı niyə əhəmiyyətlidir? Bununla uğurlu mübarizə aparmaq üçün hansı addımları atmaq lazımdır? Femisid Azərbaycan platformasının təsisçisi, tədqiqatçı Nərgiz Muxtarova ilə söhbətimizi izləyərək öyrənə bilərsiniz.

Təhlükəsizlik, Ukrayna müharibəsi və qlobal geosiyasi gərginlik | Şahin Cəfərli 19.10.2022

Niyə son illər beynəlxalq münasibətlərdə ciddi problemlər yaranır? Rusiya-Ukrayna müharibəsinin mümkün nəticələrində bizi hansı reallıqlar gözləyir? İrandakı etirazlar siyasi dəyişikliyə səbəb ola bilərmi? Siyasi təhlilçi Şahin Cəfərli ilə söhbətimizi izləyə bilərsiniz.

Küçə incəsənəti niyə vacibdir? | Elmin Bədəlov 17.10.2022

Küçə performansları bizə nə qazandırır? Nə üçün küçə incəsənəti əhəmiyyətlidir? Aktyor və rejissor Elmin Bədəlovla söhbətimizi izləyə bilərsiniz.

Qanunsuz işdən çıxarılma | Araz İsmayılov 14.10.2022

İşəgötürənlər hansı əsaslarla işçilərin əmək müqaviləsinə xitam verə bilər? Qanunsuz işdən çıxarılma ilə bağlı işçilər nə edə bilərlər? Hüquqşünas və əmək hüquqları üzrə mütəxəssis Araz İsmayılovla söhbətimizi izləyərək öyrənə bilərsiniz.

Ali təhsil kimə və nəyə lazımdır? | İlkin Hüseynli 12.10.2022

Azərbaycanda şagirdlərin təxminən 66%-i orta məktəbdən sonra heç bir təhsil almır və nəticədə ixtisassız işçiyə çevrilirlər. Belə bir vəziyyətdə dövlətin təhsil siyasəti necə olmalıdır? Tədiqatçı İlkin Hüseynlinin çıxışını izləyərək öyrənə bilərsiniz.

Demokratik və avtoritar rejimlərdə siyasi iştirakçılıq | Kəklik Kərimli 10.10.2022

Siyasi iştirakçılığın hansı formaları var? Demokratik və avtoritar rejimlərdə siyasi iştirakçılığa hansı faktorlar təsir edir? Növbəti videomuzda siyasi elmlər üzrə tədqiqatçı Kəklik Kərimli ilə demokratik və avtoritar rejimlərdə siyasi iştirakçılıq haqqında danışmışıq.

Azərbaycan səhiyyə sistemi xaricdən necə görünür? | Vüqar Yaqublu 07.10.2022

“Uzun illər ərzində patoloji formalaşmış xəstə-həkim münasibətlərinin əsasında insanlarımız səhiyyə sisteminə, həkimlərə inanmır, individual həkimlərə inanır.” Azərbaycan səhiyyə sistemi xaricdən necə görünür? Onkoloq-cərrah Vüqar Yaqublu danışır.

Ərzaq qiymətləri artır. Bunun təsirlərini necə azaltmaq olar? | Fərid Mehralızadə 05.10.2022

Rəsmi rəqəmlərə görə, son bir ildə Azərbaycanda qida və ərzaq qiymətləri 21% bahalaşıb. Niyə qiymətlər uzun müddətdir artır və bu artımların əhalinin sosial rifahına təsirini azaltmaq üçün nə etmək lazımdır? İqtisadçı Fərid Mehralızadənin təqdimatını izləyərək öyrənə bilərsiniz.

Mətbuatın seçdiyi fotoların düşüncə tərzinə təsiri | Gülər Abbasova 03.10.2022

Mediada gördüyümüz fotolar və medianın dili düşüncə tərzimizə necə təsir edir? Növbəti videomuzda multimedia sənətçisi Gülər Abbasova ilə mətbuatın seçdiyi fotoların düşüncə tərzinə təsiri barəsində söhbət etmişik.

Kuir sosial iş | Elnur Musayev 30.09.2022

Kuir sosial iş nədir? Ənənəvi sosial işlə kuir sosial işi fərqləndirən əsas məqamlar hansılardır? Sosial işçi Elnur Musayevlə kuir sosial iş haqqındakı müsahibəmizi izləyə bilərsiniz.

Avropa Məhkəməsinə müraciət zamanı nələri nəzərə almalı | Səyyad Yusifli 28.09.2022

Avropa Məhkəməsinə müraciət etmək istəyirsinizsə, nələri bilməli və hansı məqamlara diqqət etməlisiniz? Hüquqşünas Səyyad Yusifli ilə söhbətimizi izləyərək öyrənə bilərsiniz.

Psixoterapiyada dünya standartları | Loğman Qasımov 26.09.2022

Azərbaycanda psixoterapiya sahəsində hansı problemlər var və bu problemləri aradan qaldırmaq üçün hansı addımlar atılmalıdır? Növbəti videomuzda psixiatriya və psixoterapiya üzrə rezident həkim Loğman Qasımovla psixiatriyada dünya standartları haqqında söhbət etmişik.

”Outro: Repin Təhlili” kitabı nə haqdadır? | Səid Riad 23.09.2022

Rep Azərbaycana necə gəldi və inkişaf etdi? "Outro: Repin Təhlili" kitabının müəllifi Səid Riadla söhbətimizi izləyə bilərsiniz.

Nifrət cinayətləri ilə necə mübarizə aparmalı | Səməd Rəhimli 21.09.2022

Nifrət cinayəti nədir və onun qarşısını necə almaq mümkündür? Nifrət nitqi ilə nifrət cinayətləri arasında əlaqə varmı? Hansı tədbirlər görulməlidir?

Azərbaycanda müstəqil kino | İntiqam Hacılı 19.09.2022

Azərbaycanda müstəqil kino necə formalaşdı? Bu gün müstəqil kinematoqrafçılar hansı problemlərlə üzləşirlər? Prodüser, rejissor İntiqam Hacılı ilə söhbətimizi izləyə bilərsiniz.

Gentrifikasiya və şəhər | Ucal Qorçu 16.09.2022

Gentrifikasiya nədir və o hansı nəticələrə səbəb olur? Azərbaycanda gentrifikasiya nümunələrini harada görmək olar? Urbanist tədqiqatçı Ucal Qorçu ilə gentrifikasiya və şəhərlərdən danışmışıq.

Texnologiya işləri əlimizdən alır. Buna hazırıqmı? | Sübhan Həsənli 14.09.2022

Texnologiyanın inkişafı məşğulluqla bağlı hansı çağırışları ortaya çıxarır? Hökumətlər buna necə reaskiya verməlidir? Növbəti videomuzda hüquqşünas Sübhan Həsənli ilə texnologiyanın inkişafının əmək bazarına təsiri haqqında söhbət etmişik.

Azərbaycanda musiqi təhsili | Şəfaqət Məmmədova 12.09.2022

Azərbaycan musiqi təhsilində hansı problemlər var? Bu problemlər nədən qaynaqlanır və onları aradan qaldırmaq üçün hansı addımları atmaq lazımdır? Musiqişünas Şəfaqət Məmmədova ilə videomuzu izləyərək öyrənə bilərsiniz.

Büdcədə ictimai iştirakçılığın təmin edilməsi | Samirə Qasımova 09.09.2022

Büdcədə ictimai iştirakçılıq nə üçün əhəmiyyətlidir və bunun hansı faydaları var? Yeni videomuzda iqtisadçı Samirə Qasımova ilə büdcədə ictimai iştirakçılığın təmin edilməsi haqqında danışmışıq.

Avropa Məhkəməsi Azərbaycan hüquq sisteminə təsir edə bilibmi? | Emin Aslan 07.09.2022

Avropa Məhkəməsinin Azərbaycana qarşı olan məhkəmə qərarlarının icrası ilə bağlı vəziyyət necədir? Hökumətlər öhdəliklərini yerinə yetirmirsə, Avropa Məhkəməsi buna necə nəzarət edir? Hüquqşünas Emin Aslanla Avropa Məhkəməsinin Azərbaycan hüquq sisteminə təsiri haqqında danışmışıq.

Ascultă podcastul Əkinçi în Replaio

Radio și podcasturi într-o singură aplicație - gratuit și fără înregistrare. Instaleaz-o azi și nu rata lansarea

Descarcă din Google Play

Replaio nu este editorul podcasturilor; numele emisiunilor, coperțile și materialul audio aparțin autorilor lor și sunt distribuite prin fluxuri RSS publice