akinchi
Əkinçi
Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.
Vizitează neapărat site-ul podcastului și susține-i creatorul: akinchi.podbean.com
Autor
akinchi
Categorie
Site-ul podcastului
Cel mai nou episod
19 nov. 2026
Unde asculți?
Podcasturi în aplicație Replaio Radio În curândPodcasturile ajung în curând în aplicație. Instaleaz-o acum și fii primul care descoperă o abordare complet nouă a podcasturilor
Episoade
Polis əməkdaşların davranışı ilə bağlı hara və necə şikayət etməli? | Sübhan Əliyev 06.09.2023 18:06
Polis əməkdaşlarının davranış qaydaları necə tənzimlənir? Vətəndaşlar hansı hallarda polis əməkdaşlarının davranışı ilə bağlı şikayət edə bilərlər? Azərbaycan qanunvericiliyində bununla bağlı nə deyilir? “Sirius” vəkil bürosunun müdiri, hüquq elmləri doktoru Sübhan Əliyevlə söhbətimizi izləyə bilərsiniz.
Birbaşa və nümayəndəli demokratiya | Pünhani Əsgərli 04.09.2023 15:13
Birbaşa və nümayəndəli demokratiya bir-birindən nə ilə fərqlənir? Bu sistemlərdə vətəndaşların rolu nədən ibarətdir? Demokratik sistemlərin hansı çatışmaz xüsusiyyətləri var? Siyasi elm mütəxəssisi Pünhani Əsgərli ilə videomuzu izləyərək öyrənə bilərsiniz.
Gender əsaslı zorakılıqla mübarizədə feminist yanaşma | Lalə Mahmudova 01.09.2023 17:00
Gender əsaslı zorakılıqla mübarizədə feminist yanaşma özündə nələri ehtiva edir? Gender tədqiqatlarına yatırımların artırılması nə üçün əhəmiyyətlidir? Gender əsaslı zorakılıqla mübarizənin uğurlu nümunələri hansılardır? Tədqiqatçı Lalə Mahmudova ilə videomuzu izləyə bilərsiniz.
İmkanlara əsaslanan icma inkişafında icmanın resursları | Ağalar Ağalarlı 30.08.2023 30:01
İmkanlara əsaslanan icma inkişafı nə deməkdir? Bu yanaşmanın əsas prinsipləri və istifadə üsulları hansılardır? Azərbaycanda bu yanaşmanın tətbiq imkanları hansı səviyyədədir? İcma səfərbərçisi Ağalar Ağalarlının mövzu haqqındakı təqdimatını izləyərək öyrənə bilərsiniz.
Ünvanlı sosial yardım sistemi necə işləyir? | Sübhan Həsənli 28.08.2023 15:38
Ünvanlı sosial yardım proqramı kimlərə şamil edilir? Bu proqramın işləmə prinsipində hansı problemli məqamlar var? Bu problemləri həll etmək üçün hansı addımlar atılmalıdır? Hüquqşünas Sübhan Həsənli ilə videomuzu izləyərək öyrənə bilərsiniz.
Yaşıl maliyyə nədir? | Aqil Hüseynli 25.08.2023 9:59
Yaşıl maliyyə nə deməkdir? Bu konsepsiya necə yaranıb? Yaşıl maliyyə ətraf mühitə təsir baxımından faydalı ola bilərmi? Azərbaycanda bu sahədə vəziyyət nə yerdədir? Maliyyə hüququ üzrə mütəxəssis Aqil Hüseynli ilə videomuzu izləyərək öyrənə bilərsiniz.
Azərbaycanda LGBT hüquqları hansı səviyyədə qorunur? | Nisə Hacıyeva 23.08.2023 14:47
Azərbaycanda LGBT hüquqları hansı səviyyədə qorunur? LGBT icmasının hüquq-mühafizə orqanlarında və məhkəmələrdə qarşılaşdığı çətinliklər hansılardır? Bununla necə mübarizə aparılmalıdır? Gender məsələləri üzrə ekspert Nisə Hacıyeva ilə videomuzu izləyə bilərsiniz.
Diqqətimiz niyə ən dəyərli resursumuzdur? | Lalə Kişiyeva 21.08.2023 11:30
Sosial mediada gündəlik qəbul etdiyimiz məlumatlar bizə necə təsir edir? Məlumat çoxluğundan və zərərli məzmunlardan yayınmaq üçün hansı addımları ata bilərik? Diqqətimiz niyə ən dəyərli resursumuzdur? Media mütəxəssisi Lalə Kişiyeva ilə müsahibəmizi izləyə bilərsiniz.
Azərbaycanda sahə iqtisadiyyatı araşdırmaları | İbrahim Niftiyev 18.08.2023 12:11
Sahə iqtisadiyyatı nədir və nə üçün əhəmiyyətlidir? Azərbaycanda sahə iqtisadiyyatı araşdırmaları ilə bağlı vəziyyət necədir? Bu istiqamətdə keyfiyyətli araşdırmaların sayını çoxaltmaq üçün hansı addımlar atılmalıdır? İqtisadçı İbrahim Niftiyevlə videomuzu izləyə bilərsiniz.
Əlilliyi olan şəxslər - motivasiya nümunəsi və reallıq | Cəmilə Məmmədli 16.08.2023 25:32
Media və dövlət qurumları əlilliyi olan şəxslərdən necə “motivasiya” nümunəsi kimi istifadə edir? Bu, gələcəkdə hansı mənfi nəticələrə səbəb ola bilər? Əlilliyi olan şəxslərin hüquqları fəalı Cəmilə Məmmədlinin təqdimatını izləyərək öyrənə bilərsiniz.
Atalıq məzuniyyəti haqda | Yuliya Əliyeva 14.08.2023 6:39
Azərbaycan qanunvericiliyində valideynlər üçün hansı sosial müavinətlər nəzərdə tutulur? Valideynlik məzuniyyətindən kimlər istifadə edə bilər? Ataların yararlana biləcəyi məzuniyyət növü mövcuddurmu? Sosial elmlər üzrə mühazirəçi Yuliya Əliyeva ilə videomuzu izləyə bilərsiniz.
Çağdaş incəsənətə dövlət dəstəyi niyə vacibdir? | Aqil Abdullayev 11.08.2023 14:10
Azərbaycanda çağdaş incəsənət sahəsinin inkişafı üçün hansı maliyyələşmə imkanları var? Qonşu və digər ölkələrdə bu praktika necə fərqlənir? Çağdaş incəsənətə dövlət dəstəyi niyə vacibdir? Çağdaş sənətçi Aqil Abdullayevlə müsahibəmizi izləyərək məlumat ala bilərsiniz.
Mənzil sualı - çıxarış, qeydiyyat və istidadə hüququ | Aysel Əhmədova 09.08.2023 18:06
Mənzil alqısı zamanı çıxarış əldə etmək üçün hara müraciət etmək lazımdır? Çıxarışın əldə edilməsi ilə bağlı vətəndaşlar hansı problemlərlə üzləşirlər? Vəkil Aysel Əhmədova ilə bu mövzuda söhbət etmişik.
”Hədis” animasiya filmi | Nəzrin Ağamalıyeva 07.08.2023 5:55
“Hədis” 2022-ci ildə İranda Məhsa Əmininin polis nəzarətində ölməsindən sonra başlayan etirazlar zamanı öldürülmüş Azərbaycan türkü Hədis Nəcəfiyə həsr olunmuş animasiya filmidir. Filmin rejissoru Nəzrin Ağamalıyeva ilə danışmışıq.
UBUNTU Sosial İş Dərnəyi | Zamin Zəki 04.08.2023 11:11
Ubuntu Sosial İş Dərnəyinin məqsədi cəmiyyətdə sosial işlə bağlı aydın təsəvvür yaratmaq, sosial işçilərin bacarıqlarını artırmaq və sosial iş icmasını mobilizə etməkdir. Dərnəyin fəaliyyəti haqqında ətraflı məlumat almaq üçün sosial işçi Zamin Zəki ilə videomuzu izləyə bilərsiniz.
Müxtəliflikdən başlayan inklüziv ortamı yaratmağın ilk 3 addımı | Elnarə Məmmədova 02.08.2023 29:23
İnklüzivlik hər kəsə bərabər imkanlar yaratmağı təbliğ edir. Bunun üçün ilk mərhələdə insan müxtəlifliyindən xəbərdar olmalıyıq. İnklüziv cəmiyyətin yaradılmasının təməl 3 addımı hansılardır? İnklüziv təhsil mütəxəssisi Elnarə Məmmədovanın təqdimatını izləyərək öyrənə bilərsiniz.
Konstitusiya avtoritar rejimlərə niyə lazımdır? | Aydan Fuad 31.07.2023 9:23
Konstitusiya avtoritar rejimlərə niyə lazımdır? Tədqiqatçı Aydan Fuadla müsahibəmizi izləyə bilərsiniz.
Kidebzorakılıqla üzləşdikdə nə etməli? | Əli Qəmbərov 26.07.2023 14:33
Kiberzorakılıq nədir və onunla necə mübarizə aparmaq olar? Şantaja məruz qalan şəxslər hansı orqanlara müraciət etməlidir? Kiberzorakılıqla bağlı məhkəmə praktikalarında hansı çətinliklər var? Vəkil Əli Qəmbərovla videomuzu izləyərək öyrənə bilərsiniz.
Qadınların seçkilərdə iştirakı - maneələr və uğurlu nümunələr | Vəfa Nağı 24.07.2023 15:58
Qadınların siyasi iştirakçılığı nə üçün əhəmiyyətlidir? Azərbaycanda qadınları siyasi fəaliyyətə təşviq etmək üçün nə etmək lazımdır? Neftçalanın Xol Qaraqaşlı kənd bələdiyyəsinin üzvü Vəfa Nağı ilə qadınların seçkilərdə iştirakı - maneələr və uğurlu nümunələr haqqında danışmışıq.
Khan Academy Azərbaycanca | Ayaz Kərimov 21.07.2023 17:15
Khan Academy onlayn öyrənmə platforması tələbələrə, valideynlərə və müəllimlərə hansı imkanlarıvəd edir? Bu platforma vasitəsilə təhsil boşluqlarının aradan qaldırılmasına nail olmaq mümkündürmü? Jyvaskyla Universitetinin tədqiqatçısı Ayaz Kərimovla hazırladığımız videonu izləyin.
Sinifdə qəzəbin idarə edilməsi | Aygün Pəncəliyeva 19.07.2023 42:36
Qəzəb bədənimizdə hansı fizioloji və bioloji dəyişiklikləri yaradır? Müəllimlər sinifdə qəzəbi idarə etmək üçün hansı texnikalardan istifadə edə bilər? Qəzəbin idarə olunması ilə bağlı bacarıqları uşaqlara necə aşılamaq olar? Pedaqoq Aygün Pəncəliyevanın təqdimatı bu suallara cavab verir.
Memarlıq perspektivindən sosial evlər | Aydan Ağabəyli 17.07.2023 9:30
Sosial evlərlə bağlı hansı problemlər var? Bu problemləri aradan qaldırmaq üçün digər ölkələrin praktikasında hansı uğurlu nümunələr mövcuddur? Lissabon Universitetinin Memarlıq fakültəsinin doktorantı Aydan Ağabəyli ilə memarlıq perspektivindən sosial evlər barəsində danışmışıq.
Təmsilçilik və seçki ilə bağlı beynəlxalq standartlar | Rəşad Şirin 14.07.2023 24:41
Demokratik seçkilər üçün meyarları müəyyən edən amillər hansılardır? Bu amillər siyasi sistemlərdə ədalətliliyi və hesabatlılığı necə təmin edir? Demokratik sistemlər üçün seçkilərdən başqa hansı faktorlar əhəmiyyətlidir? Siyasi təhlilçi Rəşad Şirinlə bu suallara cavab verir.
Azərbaycan ədəbiyyatı - gözləntilər və reallıq | Cavid Ramazanov 12.07.2023 26:58
Azərbaycanda kitab çapı ilə bağlı vəziyyət necədir? Ölkədə ədəbi mühitin inkişaf etməməsinin səbəbləri nələrdir? Bu istiqamətdə atılmalı olan ən vacib addımlar hansılardır? Yeni videomuzda yazıçı Cavid Ramazanovla Azərbaycan ədəbiyyatı - gözləntilər və reallıq haqqında söhbət etmişik.
Podcasturi asemănătoare
Replaio nu este editorul podcasturilor; numele emisiunilor, coperțile și materialul audio aparțin autorilor lor și sunt distribuite prin fluxuri RSS publice