Sözdələn

Sözdələn

Arts AZ ↓ 77 episodes

🎙️ Sözdən səs gəlir... 📚 "Sözdələn" Azərbaycan dilində bədii və elmi mövzulu səsli mətnlər təqdim edir. 💚 Layihənin əsas məqsədi Azərbaycan dilini yaşatmaq və ana dilimizdə faydalı, maarifləndirici məzmunlar yaratmaqdır.

Author

Sözdələn

Category

Arts

Podcast website

sozdelen.buzzsprout.com

Latest episode

Jul 7, 2026

Where to listen?

Podcasts in the app Replaio Radio Coming soon

Podcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts

Get it on Google Play Install for free Android 5M+ downloads · 4.8 rating iOS soon

Episodes

Dopamin nədir? | Sosial şəbəkələrin beynimizə təsiri | Sözdələn 26.01.2026

Bu gün "Sözdələn"də beynimizin ən sirli və ən "yaramaz" qonağı haqqında sənə danışıram. Adı dopamin olan kiçik, lakin güclü bir molekul. Onu çox vaxt "xoşbəxtlik hormonu" adlandırırlar, amma bu, bir az ədalətsizlikdir. Çünki dopamin sadəcə xoşbəxtlik gətirmir, daha çox o xoşbəxtliyin axtarışı ilə məşğuldur. İstinad: https://brainfacts.org 🔔 Azərbaycan dilini yaşatmaq...

Bağırsaq ikinci beyindir | Bağırsağın bədəndə rolu | Sözdələn 20.01.2026

Normadan çox yeyəndə depressiyaya düşürsən? Bəs bağırsağın ikinci beyin olduğunu bilirsən? "Sözdələn"də bu mövzuda yazılmış məqaləni sənə danışıram. "BBC News" (Bi-Bi-Si Nyuz) yayım şirkətinin veb-saytında yayımlanan bu məqalə redaktə edilərək yığcam formaya salınıb. 🔔 Azərbaycan dilini yaşatmaq və ana dilimizdə faydalı, maarifləndirici məzmunların daha çox olması üçün layihən...

Nigarın instaqramı | Proqramlaşdırma hekayəsi | Sözdələn 13.01.2026

Bilirəm ki, bu dəqiqə oturub, hər dəfə şəkil paylaşanda instaqramın necə işlədiyini düşünürsən. Sənə də, mənə də, elə çoxumuza maraqlıdır ki, instaqramda şəkil bəyənəndə, "Paylaş" düyməsinə basanda, şərh yazanda nə baş verir. Gəl, bu gün də bu məsələni "Sözdələn"də həll edək. İndi sənə Nigar adlı bir qızın instaqramda şəkil paylaşandan sonra texniki olaraq səhnəarxası nələrin b...

Kanalizasiyamız nə vaxt düzələcək? | Bakının dərdi var | Sözdələn 05.01.2026

Yağışlı günlərin birində ayağımız dizə qədər suya batanda istər-istəməz yadıma tarixin tozlu, amma quru səhifələri düşdü. Sən demə, min illər əvvəl yaşayan o "geridəqalmış" dediyimiz əcdadlarımız yağış suyu və tullantıların axıdılması üçün saxsı borular düzəldib, kanalizasiya sistemləri qurublar. Amma indi? Dünya Marsa su axtarmağa gedəndə biz hələ də küçənin ortasında balıqçılıq öyrənir...

Şaxta Babaya məktub | Qəzzadan Ömər | Sözdələn 26.12.2025

Dünya yeni ili qarşılamağa hazırlaşır. Şəhərlər işıq saçır, vitrinlər bəzədilir, uşaqlar həyəcanla hədiyyə siyahıları tutur. Amma dünyanın elə bir nöqtəsi var ki, orada uşaqların "hədiyyə" anlayışı tamamilə başqadır. Onlar Şaxta Babadan bahalı oyuncaqlar, planşetlər istəmirlər. Onların arzuları bizim üçün adi, onlar üçün isə əlçatmaz olan şeylərdir: İsti bir ev, bir tikə çörək, məktəbə g...

Ovçu Qasım | Əbdürrəhim bəy Haqverdiyev | Sözdələn 20.12.2025

Gəl, indi sənə "Sözdələn"də bizim bu ovçu Qasımdan danışım. Bu Qasım hara gedirsə, orada özünü cəsur və mahir ovçu kimi göstərməyə çalışır, lakin söylədikləri getdikcə həqiqi görünmür. Bir qış gecəsində kənd adamları bir araya gəlib, ovçu Qasımın şişirdilmiş ov əhvalatlarını dinləyir. Qasım uydurma söhbətlər danışdıqca yalan dalınca yalan gəlir, camaat da buna gülür. Əbdürrəhim bəy Haqve...

Qumar oynamaq beynə təsir edirmi? | Meri Beyts | Sözdələn 16.12.2025

Bu gün qumar mövzusu çoxlarına sadəcə əyləncə kimi görünür, amma hər kəs üçün belə deyil. Bəzi insanlar üçün oyunlar zamanla nəzarətdən çıxaraq ciddi bir problemə çevrilir. Elm isə göstərir ki, qumarın təsiri təkcə davranışlarda deyil, beyində də öz izini buraxır.  "Sözdələn"in bu buraxılışında qumar asılılığının necə formalaşdığını və beynə necə təsir etdiyini sənə danışıram. Buraxılışd...

Həyat yoldaşıma məktub | Qulamhüseyn Səidi | Sözdələn 08.12.2025

"Sözdələn"in ötən buraxılışlarının birində XX əsr İran ədəbiyyatının, xüsusilə də Azərbaycan ədəbi dairələrinin ən təsirli simalarından biri hesab olunan Qulamhüseyn Səidinin yaradıcılığına müraciət etmişdim. Təbrizli yazıçı Gövhər Murad təxəllüsü ilə dram əsərləri yazıb və qırxdan çox kitab nəşr etdirib. Onun ən məşhur əsərlərindən biri olan "Bəyəl yas tutanları" toplusundakı...

Süni intellekt incəsənətə necə təsir edəcək? | Ar Cey Makkenzi | Sözdələn 01.12.2025

Bir rəsm qalereyasına daxil olursan… Divarlarda əsərlər, və hər əsərin yanında kiçik bir lövhə: müəllifin adı, əsərin adı, ili və s. Bu yazılar bizə sənətkarın düşüncəsini hiss etməyə, onun dünyasına daxil olmağa kömək edir. Amma indi təsəvvür et — hər lövhədə sadəcə bir cümlə yazılıb: “Süni intellekt tərəfindən yaradılıb.” Bu səssiz cümlə bir sual doğurur: İncəsənət artıq kimindir — insanınmı, yo...

Atomik vərdişlər | Ceyms Klir | Sözdələn 24.11.2025

Hər birimiz həyatımızı dəyişmək istəyirik. Bəzən daha sağlam olmaq, bəzən daha məhsuldar yaşamaq, bəzən də sadəcə özümüzü bir az daha yaxşı hiss etmək. Amma bu dəyişikliklər haradan başlayır? Bu dəfə "Sözdələn"də müəllifi amerikalı yazıçı Ceyms Klir olan "Atomik vərdişlər" (Atomic Habits) kitabının məzmununu sənə danışıram. 🔔 Azərbaycan dilini yaşatmaq və bu dildə faydalı məzm...

Yuxu meditasiyası | Daxili sükut | Sözdələn 17.11.2025

"Sözdələn"də gərginlikdən azad ol və daxili sükutunu tap. 🔔 Azərbaycan dilini yaşatmaq və bu dildə faydalı məzmunların daha çox olması üçün layihənin "YouTube" kanalına abunə ol, bildirişləri aç və hər kəslə paylaş: https://youtube.com/@Sozdelen 👍 💬 Buraxılışı bəyəndinsə, "Bəyən" düyməsinə basmağı, fikrini "Şərhlər" bölməsində bildirməyi unutma 😊 💚 &quo...

Orqanların söhbəti | Alkoqol içəndən sonra | Sözdələn 10.11.2025

İnsan bədənində hər orqan öz işini səssizcə görür. Amma bir gün bədənə yad bir qonaq - alkoqol daxil olur. Əvvəlcə hər şey sakit və zərərsiz görünür, az sonra içəridə sükut pozulur. Aləm dəyir bir-birinə, orqanlar danışmağa, mübahisə etməyə başlayır. "Sözdələn"də bu hadisəni təsvir edən alleqorik hekayəni sənə danışıram. Hekayə fiziologiya və toksikologiya elminə əsaslanır və mənbə olara...

Bayırşəhər | Bakının Avropasayağı ürəyi | Sözdələn 04.11.2025

Bakı şəhəri özündə iki fərqli dünyanın ahəngdar birliyini təcəssüm etdirir: qədimliyin və Şərq ruhunun qorunduğu İçərişəhər və bir də qala divarlarından kənarda, tamamilə yeni bir mədəniyyət və memarlıq nəfəsi ilə formalaşan Bayırşəhər.  XIX əsrin ikinci yarısına qədər qalaətrafı yaşayış məskəni olan Bayırşəhər, ilk neft bumu ilə birlikdə partlayışa bənzər bir inkişaf yaşayaraq, qısa müddətdə şəhə...

Yuxuda öyrənmək olarmı? | Keyt Sukel | Sözdələn 29.10.2025

Ağlıma belə bir sual gəlir: Yuxuda öyrənmək olarmı? "Sözdələn"də bu sualın cavabını verən bir məqaləni sənə danışıram. Keyt Sukel tərəfindən yazılmış bu məqalə 2019-cu ildə "brainfacts.org" veb-saytında yayımlanıb. Keyt Sukel neyroelmlə bağlı populyar elmi kitabların müəllifi, jurnalist və yazıçıdır. O, beynin qərarvermə, risk götürmə və sevgi kimi mövzularını sadə və anlaşıqlı...

Beynin neçə yaddaş növü var? | Deborah Halber | Sözdələn 19.10.2025

"Sözdələn" layihəsinin budəfəki buraxılışı beyin və yaddaş haqqındadır. İndi sənə danışacağım elmi məqalə Boston şəhərində yaşayan yazıçı, elm mövzularında yazan müəllif və jurnalist Deborah Halber tərəfindən 2018-ci ildə "brainfacts.org" veb-saytında yayımlanıb. Deborah Halber həmçinin müxtəlif universitet nəşrlərində dərc olunan bir çox məqalələrin müəllifidir. 🔔 Azərbaycan...

Göbələk və yosun | Fərid Ələkbərli | Sözdələn 12.10.2025

"Sözdələn" layihəsinin budəfəki buraxılışının mövzusu daha çox uşaqlar üçündür, amma böyüklər də dinləyə bilər. "Göbələk və yosun" elmi nağılında bu iki bitkinin təbiətdə rolu ilə yanaşı "xlorofil" və "şibyə" kimi terminlərin mənası sadə şəkildə izah edilib. Elmi nağılın müəllifi tarix üzrə elmlər doktoru, biologiya üzrə fəlsəfə doktoru, professor Fərid Ələk...

Məzhəkə | Üzeyir Hacıbəyov | Sözdələn 04.10.2025

"Sözdələn"də Üzeyir Hacıbəyovun "Məzhəkə" satirik hekayəsini sənə danışıram. Hekayədə bir kəndlinin başına gələn əhvalatlardan danışılır. Hekayə Azərbaycan Milli Kitabxanasının elektron məlumat bazasında yerləşdirilib. 🔔 Azərbaycan dilini yaşatmaq və bu dildə faydalı məzmunların daha çox olması üçün layihənin "YouTube" kanalına abunə ol, bildirişləri aç və hər kəslə...

Parapetdən Şamaxı yoluna qədər | Cəfər Cabbarlı | Sözdələn 27.09.2025

"Sözdələn"də Cəfər Cabbarlının "Parapetdən Şamaxı yoluna qədər" satirik hekayəsini sənə danışıram. Burada Parapet indiki Fəvvarələr bağı, Şamaxı yolu isə indiki Cəfər Cabbarlı küçəsidir. Cəfər Cabbarlı 20 mart 1899-cu ildə Xızıda dünyaya gəlib və 31 dekabr 1934-cü ildə ürək çatışmazlığından 35 yaşında vəfat etmişdir. O, şair, yazıçı, ssenarist və dramaturq kimi fəaliyyət göstər...

Ramazanda ibadət | Üzeyir Hacıbəyov | Sözdələn 20.09.2025

"Sözdələn"də Üzeyir Hacıbəyovun "Ramazanda ibadət" satirik hekayəsini sənə danışıram. Hekayədə papiros çəkən bir nəfərin Ramazanda gündəlik həyat tərzi təsvir edilib. Hekayənin mətni Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasının elektron məlumat bazasından əldə edilib. 🔔 Azərbaycan dilini yaşatmaq və bu dildə faydalı məzmunların daha çox olması üçün layihənin &quo...

Heykəl uçulanda | Mir Cəlal Paşayev | Sözdələn 13.09.2025

"Mənəm-mənəm deyənlərin inanma çox da qovluna!" - Mirzə Ələkbər Sabir "Sözdələn"də Mir Cəlal Paşayevin "Heykəl uçulanda" hekayəsini sənə danışıram. Hekayədə öz vəzifəsindən, var-dövlətindən sui-istifadə edənlərdən bəhs olunur. Hekayənin yazıldığı "Mir Cəlal. Seçilmiş əsərləri" kitabı "Azərnəşr" nəşrləri əsasında 2005-ci ildə "Şərq-Qərb" n...

Ay İsmayıl, başa sal! | Mir Cəlal Paşayev | Sözdələn 08.09.2025

"Sözdələn" hekayələrlə davam edir. Budəfəki buraxılışda Mir Cəlal Paşayevin yaradıcılığına müraciət edirəm. Mir Cəlal Paşayev 26 aprel 1908-ci ildə Cənubi Azərbaycanın Xalxal şəhərində doğulmuş, 28 sentyabr 1978-ci ildə Bakıda vəfat etmişdir. O, yazıçı, şair, ədəbi tənqidçi kimi müxtəlif sahələrdə fəaliyyət göstərmişdir. Mir Cəlal yazdığı "Ay İsmayıl, başa sal" hekayəsində rüşv...

Yevlax-Şuşa yolu | Üzeyir Hacıbəyov | Sözdələn 01.09.2025

Daha çox Azərbaycan Respublikasının Dövlət Himninin, tarixdə iz qoymuş bir çox musiqinin bəstəkarı kimi tanınan Üzeyir Hacıbəyov həmçinin satirik hekayələrin, məqalələrin müəllifidir. Üzeyir bəy 18 sentyabr 1885-ci ildə Ağcabədidə doğulub, 23 noyabr 1948-ci ildə Bakıda vəfat etmişdir.  "Sözdələn"də Üzeyir Hacıbəyovun "Yevlax-Şuşa yolu" satirik hekayəsini sənə danışıram. Hekayəd...

Fəqir | Qulamhüseyn Səidi | Sözdələn 25.08.2025

1936-1985-ci illərdə yaşayıb-yaratmış Qulamhüseyn Səidi Güney Azərbaycanın Təbriz şəhərində, yoxsul bir ailədə anadan olmuşdur. Təbriz Universitetinin tibb fakültəsini bitirmiş, həkim-psixoloq ixtisasına yiyələnmişdir. 1964-cü ildən İranın Tədqiqat və İctimai Araşdırmalar Mərkəzində çalışmış, işi ilə bağlı olaraq Güney Azərbaycanın müxtəlif bölgələrini gəzib dolaşmaq imkanı əldə etmişdir. Bu dövrd...

Adət | Səməd Behrəngi | Sözdələn 18.08.2025

"Sözdələn" Azərbaycan əsilli iranlı müəllim, tərcüməçi, nasir, publisist, İranda uşaq ədəbiyyatının banisi Səməd Behrənginin yaradıcılığına müraciət edir. Bu buraxılışda Səməd Behrənginin ilk əsərlərindən biri olan "Adət" hekayəsini sənə danışıram. Hekayənin mətni Vaqif Sultanlı və İrəc İsmayılın redaktoru olduğu "Güney Azərbaycan nəsri: Başlanğıcdan bu günə qədər (Antolog...

Hüseyn Cavid xatirələri | Turan Cavid | Sözdələn 11.08.2025

"Sözdələn"də Azərbaycan şairi, yazıçı və dramaturqu Hüseyn Cavidin xatirələri haqqında sənə danışıram. Hüseyn Cavid Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi, milli romantik şeirin və mənzum faciənin banisidir. O, 1882-ci il 24 oktyabrda Naxçıvanda anadan olub. Cavid 1937-ci il Stalin repressiyası ərzində sürgün edilmiş və 1941-ci ilin 5 dekabrında sürgündə SS...

Listen to the Sözdələn podcast in Replaio

Radio and podcasts in one app - free, with no sign-up. Install today and do not miss the launch

Get it on Google Play

Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.