Sözdələn

Sözdələn

Arts AZ ↓ 77 episodes

🎙️ Sözdən səs gəlir... 📚 "Sözdələn" Azərbaycan dilində bədii və elmi mövzulu səsli mətnlər təqdim edir. 💚 Layihənin əsas məqsədi Azərbaycan dilini yaşatmaq və ana dilimizdə faydalı, maarifləndirici məzmunlar yaratmaqdır.

Author

Sözdələn

Category

Arts

Podcast website

sozdelen.buzzsprout.com

Latest episode

Jul 7, 2026

Where to listen?

Podcasts in the app Replaio Radio Coming soon

Podcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts

Get it on Google Play Install for free Android 5M+ downloads · 4.8 rating iOS soon

Episodes

Zarafat | Süleyman Sani Axundov | Sözdələn 07.07.2026

"Sözdələn"də Süleyman Sani Axundovun "Zarafat" hekayəsini sənə danışıram. Azərbaycan dramaturqu, yazıçı Süleyman Sani Axundov 3 oktyabr 1875-ci ildə Şuşada doğulub. Ədəbiyyatda həmsoyadı Mirzə Fətəli Axundovdan fərqlənmək üçün ərəbcə "ikinci" mənasını daşıyan "sani" sözünü özünə ləqəb götürmüşdür. Süleyman Sani Axundovun ilk yaradıcılıq əsəri "Tamahkar&...

Qonaqlıq | Süleyman Sani Axundov | Sözdələn 30.06.2026

Hər qonaqlıqda yeyib-içəndən sonra qızğın söhbətlər olur. Gah siyasətdən, gah dindən, gah da qonşunun qızı Gültəkindən. "Sözdələn"də Süleyman Sani Axundovun "Qonaqlıq" hekayəsində gedən söhbətdən sənə bəhs edirəm. Azərbaycan dramaturqu, yazıçı Süleyman Sani Axundov 3 oktyabr 1875-ci ildə Şuşada doğulub. Ədəbiyyatda həmsoyadı Mirzə Fətəli Axundovdan fərqlənmək üçün ərəbcə "...

Köhnə Bakı | Hüseynqulu Sarabski | Sözdələn 23.06.2026

Bilirəm ki, çox adam köhnə Bakı üçün darıxır. O vaxtın Bakısında baş verən gündəlik hadisələrdən danışıb, ötən günləri xatırlamaq yerinə düşər. Bunun üçün "Sözdələn"də Hüseynqulu Sarabskinin "Köhnə Bakı" əsərinə müraciət etmək vaxtıdır. Azərbaycan opera sənətinin görkəmli nümayəndələrindən biri, ölkəmizin teatr sənətinin inkişafında böyük xidməti olan istedadlı aktyor Hüseynqul...

Tənha ölmək arzusu | Mərhəmət Abiyev | Sözdələn 16.06.2026

Tənha ölmək Kimisi üçün qorxulu yuxu, kimisi üçün isə arzu. "Sözdələn"in bu buraxılışında sənə "Tənha ölmək arzusu" hekayəsini danışıram. Hekayə hal-hazırda ehtiyatda olan polkovnik-leytenant Mərhəmət Abiyevin "Yanğı" kitabındandır. Kitabda müəllifin psixoloji üslubda qələmə alınmış hekayə və esseləri toplanıb. Kitab 1999-cu ildə "Hərbi nəşriyyat"ın mətbəəsi...

Başa düşmədi | Üzeyir Hacıbəyov | Sözdələn 09.06.2026

"Sözdələn"də Üzeyir Hacıbəyovun "Başa düşmədi" satirik hekayəsini sənə danışıram. "Sözdələn"ə dəstək ol: Veb-sayt: https://sozdelen.buzzsprout.com/2447442/supporters/new Kofe.al: https://kofe.al/@sozdelen Əməkdaşlıq: contact.sozdelen@gmail.com Azərbaycan dilini yaşatmaq və ana dilimizdə faydalı, maarifləndirici məzmunların daha çox olması üçün layihənin "YouTube&...

Ceyhun Hacıbəyliyə məktub | Məhəmməd Əmin Rəsulzadə | Sözdələn 29.05.2026

№ 7  M.Ə.Rəsulzadənin C.Hacıbəyliyə məktubu  15 iyun 1923-cü il  İstanbul "Sözdələn" Məhəmmməd Əmin Rəsuzadənin yazılarından ibarət olan "Məktublar. Şəfibəyçilik" kitabı ilə davam edir. Kitabın tərtibatçısı, ön sözün və izahların müəllifi tarix elmləri doktoru, professor Aydın Balayev belə yazır: Oxuculara təqdim olunan bu topluda Azərbaycan Xalq Cümhuriyyətinin banisi olan Məh...

Əlimərdan bəy Topçubaşova məktub | Məhəmməd Əmin Rəsulzadə | Sözdələn 26.05.2026

№ 1  M.Ə.Rəsulzadənin Ə.M.Topçubaşova məktubu  16 avqust 1922-ci il  Kellomyaki "Sözdələn" Məhəmmməd Əmin Rəsuzadənin yazılarından ibarət olan "Məktublar. Şəfibəyçilik" kitabı ilə davam edir. Kitabın tərtibatçısı, ön sözün və izahların müəllifi tarix elmləri doktoru, professor Aydın Balayev belə yazır: Oxuculara təqdim olunan bu topluda Azərbaycan Xalq Cümhuriyyətinin banisi ol...

Hər şey yağışa görədir | Əziz Nesin | Sözdələn 23.05.2026

Tanış mənzərə fərqli şəhərdə "Sözdələn"in bu dəfəki buraxılışında türk yazıçısı Əziz Nesinin "Hər şey yağışa görədir" hekayəsini sənə danışıram. Hekayədə yağış yağandan sonra İstanbulda bir çox şeyin sıradan çıxmasından bəhs edilir. Elə bil, Bakının qardaşıdır. Hekayənin müəllifi Əziz Nesin 20 dekabr 1915-ci ildə elə İstanbul şəhərində doğulub. Bir çox hekayə, roman, şeir, nağı...

Mişkinaz xanıma məktublar | Hüseyn Cavid | Sözdələn 17.05.2026

"Sözdələn" Hüseyn Cavidin həyat yoldaşı Mişkinaz xanıma yazdığı məktubları təqdim edir. Səslənəcək üç məktubun ilk ikisini Hüseyn Cavid Kislovodskda müalicədə olarkən yazıb. Sonuncu məktubu isə Cavidin ölümündən bir neçə ay əvvəl sürgündə olarkən yazıldığı və Bakıya gəlib çatan son yazısı olduğu qeyd olunur. "Sözdələn"ə dəstək ol: Veb-sayt: https://sozdelen.buzzsprout.com/24474...

Məsumiyyət muzeyi | Orxan Pamuk | Sözdələn 11.05.2026

"Həyatımın ən xoşbəxt anıymış, bilmirdim..." "Sözdələn"in bu dəfəki buraxılışında Türkiyənin Nobel mükafatı laureatına sahib olan yazıçısı Orxan Pamukun altı ilə yazdığı gözəl eşq romanını sənə danışıram. Roman bu sözlərlə başlayır.  "Məsumiyyət muzeyi"ni oxuyarkən yalnız eşqlə deyil, evlilik, dostluq, intim münasibətlər, şəhvət, ailə və xoşbəxtliklə bağlı bütün düşün...

Şirin dostluq | Fərid Ələkbərli | Sözdələn 03.05.2026

"Şirin dostluq" elmi nağılı Elmi nağılın müəllifi tarix üzrə elmlər doktoru, biologiya üzrə fəlsəfə doktoru, professor Fərid Ələkbərlidir. "Azərbaycan İnternəşnl" ("Azerbaijan International") jurnalında dərc olunan bu elmi nağılın mətn tərtibatçısı Arzu Ağayeva, veb-dizayneri isə Fəridə Sadıxovadır. Azərbaycan dilini yaşatmaq və ana dilimizdə faydalı, maarifləndirici...

Su və dəvətikanı | Fərid Ələkbərli | Sözdələn 26.04.2026

"Su və dəvətikanı" elmi nağılı Elmi nağılın müəllifi tarix üzrə elmlər doktoru, biologiya üzrə fəlsəfə doktoru, professor Fərid Ələkbərlidir. "Azərbaycan İnternəşnl" ("Azerbaijan International") jurnalında dərc olunan bu elmi nağılın mətn tərtibatçısı Arzu Ağayeva, veb-dizayneri isə Fəridə Sadıxovadır. Azərbaycan dilini yaşatmaq və ana dilimizdə faydalı, maarifləndiri...

Söhbət | Əbdürrəhim bəy Haqverdiyev | Sözdələn 20.04.2026

İndi "Sözdələn"də söhbət vaxtıdır. İsti yay günündə təsadüfi qarşılaşan iki köhnə dost söhbət edir. Bu söhbət vaxtı zamanın insanları necə dəyişdirdiyi aydın şəkildə üzə çıxır. Əbdürrəhim bəy Haqverdiyevin "Söhbət" əsəri dövrün ictimai həyatını və insan xarakterlərini sadə, lakin təsirli bir görüş üzərindən təqdim edir. Yazıçı keçmişdə özünü güclü sayan, insanlara yuxarıdan bax...

İntihar | Səməd Niknam | Sözdələn 13.04.2026

"Sözdələn"in bugünkü mövzusu Səməd Niknamın "İntihar" hekayəsidir. Səməd Niknam 1963-cü ildə Güney Azərbaycanın Ərdəbil bölgəsinin Cabıllı kəndində anadan olub. İbtidai məktəbi doğulduğu kənddə bitirib. Ərdəbildə Şah Abbas adına orta məktəbdə təhsilini davam etdirib. 1988-1994-cü illərdə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsində təhsil almışdır. 1...

Dondurmaçı | Aqşin Ağkəmərli | Sözdələn 06.04.2026

Aqşin Ağkəmərli - Dondurmaçı Bu dəfə "Sözdələn"də bu hekayəni sənə danışıram. Aqşin Ağkəmərli 1960-cı ildə Güney Azərbaycanın Şəbüstər mahalının İskəmər kəndində anadan olmuşdur. Kiçik yaşlarından ailəsi ilə birlikdə Tehrana köçmüş və orta məktəbi burada bitirmişdir. 1996-cı ildə Tehrandakı Milli Universitetin tibb fakültəsini stomatologiya ixtisası üzrə bitirmiş, bir müddət Kərəc, Talağ...

İclas qurusu | Mir Cəlal Paşayev | Sözdələn 27.03.2026

"Sözdələn" Mir Cəlal Paşayevin "İclas qurusu" satirik-yumoristik hekayəsi ilə davam edir. Hekayənin tənqid obyekti, demək olar ki, şəxsi həyatı olmayan, bütün gün işdən danışan, həyatını işə həsr edən adamlardır. 🔔 Azərbaycan dilini yaşatmaq və ana dilimizdə faydalı, maarifləndirici məzmunların daha çox olması üçün layihənin "YouTube" kanalına abunə ol, bildirişləri...

Novruz bayramı | Adət-ənənə | Sözdələn 20.03.2026

"Şəkərbura, paxlava  Bəzək verir xonçaya Bahar necə yaraşır Azərbaycana" Hələ biri də var. "Novruz gəlir, yaz gəlir, bir əlində saz gəlir..." Yox, indi şeir deməyəcəyəm, mahnı oxumayacağam. "Sözdələn"də sənə Novruz bayramından danışacağam. 🔔 Azərbaycan dilini yaşatmaq və ana dilimizdə faydalı, maarifləndirici məzmunların daha çox olması üçün layihənin "YouTube&q...

Həyasız taksi sürücüləri | Bakının dərdi var | Sözdələn 16.03.2026

Bəh-bəh, texnologiya inkişaf etdi, dedik canımız dincələr, taksi sifarişi bir barmaq toxunuşu qədər asanlaşar. Amma sən saydığını say, gör bizim bəzi taksi sürücüləri nə sayır. Bakıda taksi çağırmaq artıq sadəcə bir xidmət deyil, həm də əsəb, səbr və bəxt imtahanına çevrilib. Düzünü desəm, heç regionlardan çox da xəbərim yoxdur, hərçənd ki iki-üç dəfə paytaxtdan kənarda taksi sifariş vermişəm. Pay...

Ac həriflər | Əbdürrəhim bəy Haqverdiyev | Sözdələn 09.03.2026

"Sözdələn"də Əbdürrəhim bəy Haqverdiyev tərəfindən 1911-ci ildə yazılmış bu kiçik həcmli səhnə əsərini sənə danışıram. Bu komediyada yazıçı cəmiyyətdəki nadanlıq, savadsızlıq və müxtəlif mənasız vəziyyətləri yumorla göstərir. Əsərin qəhrəmanları  Həsən — kababçı Zərbəli — şagirdi İbrahimbəy — çinovnik Vəli, Hüseyn — artistlər Mirzə Mahmud — "İftira" qəzetinin mühərriri Salman,...

Siqaret öldürür | Sakit ölüm | Sözdələn 02.03.2026

"Düşüm bir dənə siqaret alım, gəlirəm." Bu cümləni bundan sonra deyəndə bir neçə dəfə düşünəcəksən. Çünki indi sənə siqaret haqqında elə faktları deyəcəyəm ki, bir də o tüstüyə yaxın getməyəcəksən. "Sözdələn"də siqaretin insanı necə sakitcə öldürdüyünü sənə danışıram. 🔔 Azərbaycan dilini yaşatmaq və ana dilimizdə faydalı, maarifləndirici məzmunların daha çox olması üçün layihə...

Pristav və oğru | Əbdürrəhim bəy Haqverdiyev | Sözdələn 25.02.2026

"Sözdələn"in bugünkü mövzusu Əbdürrəhim bəy Haqverdiyevin "Pristav və oğru" hekayəsidir. Hekayə çar dövrü idarəçiliyinin ədalətsiz və riyakarlıqla dolu simasını satirik dillə açıb göstərir. Əsərdə hakim mövqedə duran pristavla aciz bir oğrunun qarşıdurması vasitəsilə cəmiyyətin mənəvi eybəcərlikləri ifşa olunur. Zahirdə haqq-ədalət keşikçisi kimi görünən məmurun daxilən necə çü...

Oruc tutmaq faydalıdır? | Ac qalmaq | Sözdələn 23.02.2026

Bütün ilboyu yedik-içdik, doyduq, daha bəsdir. Düzünü desəm, doymağımıza da əmin deyiləm. İndi bir az fasilə vermək, bədənimizi, ruhumuzu təmizləmək vaxtıdır. İndi "Sözdələn"də oruc tutmaq və onun faydalarından danışmaq vaxtıdır. "Tüpürcəyimi udsam, orucum pozularmı?", "Yatsam, tullansam, durub şıllaq atsam, orucum pozularmı?" kimi suallara cavab tapmırıq. Orucun insa...

1984 | Corc Oruel | Sözdələn 16.02.2026

"BÖYÜK QARDAŞ SƏNİ İZLƏYİR" Çoxumuza tanış olan bu ifadə necə də qəribə, təhlükəli, qarışıq hislər saçan cümlədir. "Sözdələn" Corc Oruelin "1984" romanı ilə davam edir. Roman totalitarizmin və insan azadlığının məhvinin ən qüdrətli bədii təsvirlərindən biri hesab olunur. Corc Oruel bu əsəri yazarkən Sovet İttifaqındakı stalinizmdən və Nasist Almaniyasından ilhamlanmış...

Niyə demokratiya ən ədalətli sistemdir? | Siyasi sistemlər | Sözdələn 09.02.2026

Siyasət niyə vacibdir? Siyasət sadəcə televizorda danışan kostyumlu adamlar deyil, bizim gündəlik həyatımızı formalaşdıran qərarlar toplusudur. Aldığımız çörəyin qiymətindən tutmuş uşaqlarımızın təhsilinə qədər hər şey siyasi sistemin necə qurulmasından asılıdır. Səhər tıxacda, basabasda işə gedib, axşam əzilmiş pomidor kimi evə gəlmək də siyasətin nəticəsidir. Dünyada hələ də bir-birindən fərqlən...

Məhəmməd Əmin Rəsulzadə niyə dahidir? | Azərbaycan Xalq Cümhuriyyəti | Sözdələn 02.02.2026

"Bir kərə yüksələn bayraq bir daha enməz!" Dilimizdə əzbər olan bu şüarın müəllifi Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan Məhəmməd Əmin Rəsulzadədir. Azərbaycan Respublikası həmin Cümhuriyyətin varisi hesab olunur. Rəsulzadə 31 yanvar 1884-cü ildə Bakının Novxanı kəndində doğulub. Adam bu cümləni oxuyanda "doğum günün mübarək, bəy" demək istəyir. "Sözdələ...

Listen to the Sözdələn podcast in Replaio

Radio and podcasts in one app - free, with no sign-up. Install today and do not miss the launch

Get it on Google Play

Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.