Sağlam ol Sevda ilə

Sağlam ol Sevda ilə

Health AZ ↓ 207 episodes

Sağlamlıqla bağlı nələr bilirsiniz? Sağlamlıqda doğru bildiyimiz yanlışlar nələrdir? Peşəkar həkim və mütəxəssislərin məsləhətlərini, xəbərdarlıqlarını öyrənmək üçün "Sağlam ol Sevda ilə"ni mütləq dinləyin!

Author

Sağlam ol Sevda ilə

Category

Health

Podcast website

www.spreaker.com

Latest episode

Jul 1, 2024

Where to listen?

Podcasts in the app Replaio Radio Coming soon

Podcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts

Get it on Google Play Install for free Android 5M+ downloads · 4.8 rating iOS soon

Episodes

Şirələr nə zaman faydalıdır? 01.07.2024

Meyvə və tərəvəzlərdən hazırlanmış təzə şirələr insan orqanizmi tərəfindən daha asan mənimsənilən və biokimyəvi proseslərdə iştirak edən çoxlu sayda vitamin və mineral ehtiva edir. Təzə sıxılmış şirələr mağazada satılan hazır şirələrdən fərqli olaraq, maddələr mübadiləsini sürətləndirir, enerji verir, ürək-damar sistemini gücləndirir. Bəs hansı meyvə və tərəvəzlərin şirəsi müalicəvi ola bilər? Bu...

İstirahət və səyahət zamanı sağlam qal! 01.07.2024

Həkim oftalmoloq Ergün Rəşidəlizadə ilə məzuniyyətdən əvvəl, səyahət və istirahət zamanı yarana biləcək sağlamlıq problemlərindən, yayda gözlərimiz üçün potensial təhlükələrdən və onların qarşısını almağın yollarından, günəş eynəklərinin keyfiyyətindən danışdıq.

Uşaqla necə davranmalı? 27.06.2024

Adekvat qidalanma və yaxşı tibbi yardım alan, lakin böyüklərlə tam ünsiyyətdən məhrum olan körpə nəinki zehni, həm də fiziki cəhətdən zəif inkişaf edir: boy atmır, arıqlayır, həyata marağı azalır. “Problemli”, “çətin”, “itaətsiz” və “qeyri-mümkün” uşaqlar, eləcə də “kompleksli” və ya “məzlum” uşaqlar çox vaxt ailədəki düzgün olmayan münasibətlərin nəticəsidir. Uşaq psixiatrı doktor Vəfa Şirinova i...

Ölçməyə və ya içməyə ehtiyac yoxdur: D vitamini üçün yeni tövsiyələr 24.06.2024

Endokrin Cəmiyyətinin yeni təlimatları xüsusi risk qrupları üçün gündəlik tövsiyə olunan qəbuldan kənar D vitamini əlavələrinin məhdudlaşdırılmasını tələb edir. “Kim, nə zaman və nə qədər D vitamini qəbul etməlidir?” Bu mövzuda iyunun əvvəli Boston, Massaçusetsdə keçirilən Amerika Endokrin Konfransında ( #ENDO2024 ) iştirak etmiş həkim endokrinoloq Fərhad Burzu ilə danışdıq.  D vitamini diabetin i...

Qarın niyə piylənir? 21.06.2024

Həkim kardioloq, idman endokrinoloqu Zaur İslamovla orqanizmin hormonal sistemindən, hormonların çəkiyə və ümumən sağlamlığa təsirlərindən, fiziki yüklənmədən sonra orqanizmə bərpa üçün tələb olunan istirahətdən, qarın yağlanması və piylənmədən qurtulmağın doğru yollarından danışdıq.  İdman endokrinoloqu kimdir?  Fiziki yüklənmə endokrin sistemə necə təsir edir?  Stres hormonu qarın piylənməsinə s...

Kartof qızartması siqaret qədər zərərlidir? 20.06.2024

Qərb mətbuatı britaniyalı həkimlərə istinadən dərin qızardıcıda hazırlanmış “french fry” qızardılmış kartof dənəsinin 1 ədəd çəkilmiş siqaret qədər zərərli olduğunu yazır. Bu bənzətmə doğrudurmu? Qızartma üsulunun sağlam alternativləri nədir? Plastik qablardakı su nə zaman təhlükəli ola bilər? Bu mövzuları araşdırmaq üçün diyetoloq, nutrisioloq Lalə Mahmudova ilə söhbət etdik.   Kartof qızartma üç...

Günəş və dəniz problemli dəriyə necə təsir edir? 14.06.2024

Dəri xəstəlikləri zamanı günəş vannası qəbul etmək olar? Yayda üzdə ləkələrin yaranmasının səbəbləri nədir? Dərini uzun müddət günəş şüalarının təsirinə məruz qoymaq immuniteti azaldır? Bu və digər sualları həkim dermatoloq Bilqeyis Mustafayeva cavablandırdı.

Qohum nikahlara genetik baxış 13.06.2024

Alimlər artıq uzun müddətdir ki, qan qohumları arasında nikahın müxtəlif genetik xəstəliklərin üzə çıxmasına səbəb olduğunu deyirlər, ciddi dəlillər gətirirlər. Genetik - mütəxəssis, tibb üzrə fəlsəfə doktoru Könül Həziyeva ilə qohum evliliklərdə ən çox rast gəlinən irsi xəstəliklərdən, genetik xəstəliklərin diaqnostikasından və maarifləndirmənin vacibliyindən danışdıq. Qohum evliliklər barədə həy...

Kosmetologiyada bioloji qida əlavələrinin istifadəsi təhlükəsizdir? 12.06.2024

2000-ci illərin əvvəllərində Britaniyanın “British Journal of Nutrition” elmi jurnalı dərini qidalandırmaq və onun xüsusiyyətlərini yaxşılaşdırmaq üçün gündəlik rasiona daxil edilməli olan vitamin və qida maddələrinin siyahısını dərc edib. Bu gün, 24 il sonra, dünya əhalisinin demək olar ki, üçdə biri gözəlliyini qorumaq üçün artıq qida əlavələrindən istifadə edir. Kosmetologiyada təklif olunan bi...

Məşq və fitneslə bağlı tez-tez verilən suallar 10.06.2024

Fitnes mütəxəssisi, beynəlxalq idman jurnalisti Əkbər Kərimovla aktiv və həvəskar idmanla məşğul olanlar üçün maraqlı və faydalı ola biləcək məqamlardan danışdıq.  Fitnes klublarında “yoqa” adı ilə tətbiq olunan nədir?  Səhər güc məşqləri ürək üçün zərərlidirmi?  Acqarına məşq arıqlamağa kömək edirmi?

Bal və pəhriz 07.06.2024

"Sağlam ol Sevda ilə" verilişində fitoterapevt dr. Elnur Eldaroğlu və arı məhsulları üzrə mütəxəssis İlham Atakişiyev ilə birlikdə faydalı söhbətimiz oldu.

Sümük-oynaq problemlərinin diaqnostikası 07.06.2024

"Sağlam ol Sevda ilə" verilişində fitoterapevt Dr. Elnur Eldaroğlu və radioloq Elşən Rəhimov ilə birlikdə faydalı söhbətimiz oldu.

Xroniki bronxitin müalicəsinə inteqrativ yanaşma 05.06.2024

"Sağlam ol Sevda ilə" verilişində fitoterapevt Dr. Elnur Eldaroğlu və inteqrativ tibb həkimi terapevt osteopat Gülnar Quliyeva ilə  birlikdə faydalı söhbətimiz oldu.

Kəskin böyrək zədələnməsində zülal itkisi 04.06.2024

"Sağlam ol Sevda ilə" verilişində fitoterapevt Dr. Elnur Eldaroğlu və  nefroloq Taleh Nəğdəliyev ilə  birlikdə faydalı söhbətimiz oldu.

Yayda bağırsaq problemləri. Turist diareyası 03.06.2024

"Sağlam ol Sevda ilə" verilişində fitoterapevt Dr. Elnur Eldaroğlu və doktor terapevt Arzu Hüseynova ilə birlikdə faydalı söhbətimiz oldu.

Disfagiya nədir? 29.05.2024

İnteqrativ tibb həkimi, qastroenteroloq, hepatoloq, endoskopist Nuranə Quliyeva ilə udma problemlərinin ciddiliyindən, qida borusu manometriya müayinəsinin üstünlüklərindən və inteqrativ tibbin qida borusu xəstəliklərinə yanaşmasından danışdıq. Niyə udma refleksi pozulur? Ezofagial manometriya müayinəsi necə aparılır?  Neyroqastroenteroloji baxış - mərkəzi sinir sistemi ilə həzm sistemi arasında ə...

Plastik əməliyyat öncəsi əsas qorxular 23.05.2024

Plastik və estetik cərrah dr. Günəş Piriyeva ilə pasiyentləri cərrahi müdaxilədən öncə narahat edən əsassız və əsaslı qorxulardan, plastik cərraha ən çox ünvanlanan suallardan danışdıq. Yaxşı həkimi necə tapmalı? Plastik cərraha müraciətin əsas səbəbləri nədir? Əməliyyatdan öncə psixoloji dəstək lazımdır?

Yanlış qidalanma uşaqlarda hansı xəstəliklərə yol açır? 22.05.2024

İnteqrativ tibb həkimi, pediatr Aytən İsmayılzadə ilə qidalanma zamanı çox vaxt buraxılan səhvlərdən, zərərli qida nümunələrindən, bağırsaq sağlamlığının vacibliyindən və gündəlik qida rejimi qaydalarından danışdıq. Yanlış qida bağırsaq sağlamlığına necə təsir edir? Uşağın istəyinə görə yeməsi doğrudurmu? Qidanın miqdarı və qəbulunun tezliyi necə olmalıdır?

Təbiətin möcüzəsi - arı və arı məhsulları 21.05.2024

Fitoterapevt, apiterapevt dr. Elnur Eldaroğlu və arı məhsulları üzrə mütəxəssis İlham Atakişiyevlə BMT tərəfindən təsis olunan Ümumdünya Arılar Gününə həsr olunmuş efirdə arıların ekosistemə verdiyi töhfədən, arı məhsullarının müxtəlifliyindən və sağlamlığa faydasından danışdıq. Niyə arılar belə vacibdir?  Hansı hallarda bal ən qısa müddətə müalicəvi təsir göstərə bilər? Bal sənayesindəki saxtakar...

Ayaq və aşıq-baldır oynağı xəstəlikləri 20.05.2024

Ortopediya və travmatologiya mütəxəssisi doktor Şəhriyar Fətullayev ilə 20 may Ümumdünya Travmatoloqlar Günündə ayaqla bağlı şikayətlərdən, yastıpəncəlik, daban mahmızı, Halluks valqus, yanlış ayaqqabı seçiminin fəsadlarından və s. haqqında danışdıq. Yastıpəncəlik nə zaman xəstəlik sayılır? Daban mahmızının müalicəsi necədir?  Ayaq baş barmaq əyriliyinin əməliyyatsız müalicəsi varmı?

Oynaq ağrıları zamanı inteqrativ tibbi yanaşma 17.05.2024

Niyə müasir zamanda oynaq ağrılarından şikayətlər çoxalıb? Ağrıların növləri və yaranma səbəbləri hansılardır? Yaşlı insanlar üçün risk faktorları nədir? Fizioterapiyanın müalicəvi metodları və effektivliyi barədə nəyi bilməliyik? Bu sualları həkim fizioterapevt Nuriyyə Əlibəyli ilə müzakirə etdik.  Gündəlik həyatımızda hansı hərəkətlər oynaqlarımız üçün təhlükəli ola bilər?  Hansı xəstəliklər oyn...

Niyə arıqlaya bilmirik? 16.05.2024

Biz hamımız özümüzü unikal hiss etməyi sevirik. Bədənimizi də unikal hesab etmək düzgündür. Lakin onun işini idarə edən və sağlam çəkini qorumağa kömək edən qanunlar eynidir. Bəzi hallarda onlara riayət etsək də, kökəlməyə davam edirik. Niyə? Diyetoloq, aparıcı Dr. Tutu Zeynalova ilə arıqlamağa mane olan ən vacib səbəblərdən danışdıq.  Maddələr mübadiləsinin sürətini nə azaldır?  “Sağlam boşqab” n...

Səyahət sığortası tibbi xidmətləri əhatə edirmi? 15.05.2024

"Sağlam ol Sevda ilə" verilişində qonağımız ümumi cərrah, tibb üzrə fəlsəfə doktoru Rafael Sərdarovla xarici ölkədə tətil zamanı səhhətimizdə yaşana biləcək problemlərdən, xəstəxana xərclərinin sığorta şirkətləri tərəfindən qarşılanması qaydalarından, tibbi sığortanın düzgün planlaşdırılmasından, beynəlxalq sağlamlıq sığortasından, xaricdə müalicənin müsbət və ola biləcək mənfi tərəflərindən danış...

Qlaukoma nəzarətsiz qalarsa, təhlükəlidir! 14.05.2024

"Sağlam ol Sevda ilə" verilişində qonağımız oftalmoloq Dr. Kəmalə Mustafayeva ilə el arasında “qara su” kimi tanınan qlaukoma xəstəliyinin erkən aşkarlanmasının vacibliyindən danışdıq. Kim qlaukoma riski daşıyır? Qlaukomanın görməyə zədələyici təsiri necə baş verir? Hansı zədə və xəstəliklər qlaukomaya yol aça bilər?

Psixiatrın qəbulunda: psixoloji və psevdopsixoloji leksika 13.05.2024

"Sağlam ol Sevda ilə" verilişində qonağımız psixoterapevt, psixiatr Dr. Fəhmin Haqverdiyev oldu. Psixoterapevt, psixiatr dr. Fəhmin Haqverdiyev çox yayılmış və yanlış istifadə olunan, məs. narsisizm, panik atak, “love bombing-gaslighting-ghosting”, “stalker ” kimi psixoloji məhfumlara açıqlıq gətirdi.  Niyə tibbi terminlərə ehtiyac yarandı? İnsanlar niyə dəyişir?  Depressiya - dəb, yoxsa xəstəlik?

Listen to the Sağlam ol Sevda ilə podcast in Replaio

Radio and podcasts in one app - free, with no sign-up. Install today and do not miss the launch

Get it on Google Play

Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.