Protalksbc

Peşəkarlar danışır

Society AZ ↓ 63 episodes

ProTalksBc, hər sahədə ən yaxşılarla aparılan müzakirələrin ünvanı! Texnologiyadan incəsənətə, biznesdən təhsilə, elmədən şəxsi inkişafa qədər geniş bir spektrdə mütəxəssisləri qəbul edirik. Məqsədimiz, bütün sahələrdə ən dəyərli məlumatları təqdim etmək və sahəsində özünü göstərən şəxslərlə maraqlı və mədəni söhbətlər etməkdir.🌟 Bu Kanalda Nə Tapacaqsınız? 🌟Dərin mövzular: Texnologiya, elm, incəsənət, biznes, təhsil və daha çox ilə əlaqəli ən son mövzuları və trendləri müzakirə edirik. Tanınmış qonaqlar: Sahədəki ekspert, uğurlu və təsirləndirici qonaqlarla aparılan söhbətlər. Hosted on Aca...

Author

Protalksbc

Category

Society

Podcast website

protalksbc.com

Latest episode

May 17, 2026

Where to listen?

Podcasts in the app Replaio Radio Coming soon

Podcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts

Get it on Google Play Install for free Android 5M+ downloads · 4.8 rating iOS soon

Episodes

💪 "Fitness ilə Bağlı Doğru Bilinən Yanlışlar və Daha Çoxu | Səmrah Hüseynov 30.12.2024

Bu dəfə qonağımız fitness trainer Səmrah Hüseynov (@semrah.huseynov) oldu. Onunla sağlam həyat tərzi, motivasiya və daha çoxu haqqında səmimi bir söhbət etdik. 00:00 Giriş 01:14 Səmrah Hüseynov kimdir? 02:51 Fitness ilə məşğul olmağa başlama motivasiyaları nə olur əsasən? 05:10 İdman və xoşbəxtlik hormonları 06:00 Kişilər və qadınlar arasındakı fərq kilo almaq/vermək proseslərində necə görünür? 06...

Xaricdə təhsil üzrə ekspert | Hüquqşunas Rəhim Abasov 22.12.2024

Bəzən gənclər daha keyfiyyətli təhsil üçün xarici seçirlər. Maddi cəhətdən imkanı olmayanlar isə müxtəlif təqaüd proqramlarına müraciət edirlər. Bəs xaricdə təhsil üçün hansı ölkələr və hansı təqaüd proqramlarının seçilməsi məqsədə uyğundur? ABŞ və Almaniya da təhsil alan Rəhim bəylə birlikdə bu suallara geniş nəzər yetirdik. Mövzular: 00:00 - Giriş 05:41 - Niyə xaricdə təhsil üçün Almaniya tərcih...

Süni intellekt | Proqramçı Murad Mikayılzadə | Bgaitechstudio 22.12.2024

Süni intellekt. Bu sözlə demək olarki hər gün qarşılaşırıq. Gündəlik istifadə etdiyimiz smartfonlardan tutmuş bir çox texnologiya süni zəka ilə təmin edilib. Bəs bu texnologiya həyatımıza necə təsir edir? İşlərimizi nə qədər asanlaşdırsa da bəzi peşələri də əlimizdən almağa doğru gedir. Bu dəfəki qonağımız Murad bəylə birlikdə bu mövzu ətrafında geniş müzakirə apardıq. "Gələn buraxılışımızda kimi...

Blogger | Abdulşah Məmmədov 22.12.2024

Sosial şəbəkələrin yayılmasından sonra bloggerlik sənəti ortaya çıxır. Günümüzdə aktual olan bu sahə nədir və necə inkişaf edir? Bu və daha çox sualın cavabını bu dəfəki qonağımız Abdulşah bəy ilə müzakirə etdik. Mözular: 00:00 - Giriş 01:44 - Necə oldu bu sahəyə gəldin? 06:19 - Keyfiyyətli kontent anlayışı nədir? 11:30 - Bloggerlik bir sənətdir? 13:32 - İnsanlar bloggerlərə niyə aqressif yanaşırl...

Kibertəhlükəsizlik | Mütəxəssis Əfsanə Mustafazadə | Millisec 22.12.2024

Gündəlik həyatımızın bir çox hissəsi smartfonlarla və kompüterlə keçir. Bunlarsız həyatı təsəvvür etmək mümkün deyil artıq. Bu cihazların internetə çıxışını nəzərə alsaq görünməz düşmənlə qarşı- qarşıya qaldığımızı bilməliyik. Məlumat oğurluğundan, pul oğurluğuna kimi bir çox qanunsuz hərəkətlərlə qarşılaşa bilərik. Bu halların yaşanmaması üçün kibertəhlükəsizlik haqqında məlumatlı olmalıyıq. Bu d...

Ağıllı ev sistemləri | Baş mühəndis Müzəffər Məmmədzadə 13.10.2024

Texnologiyanın inkişafı gündəlik rutin işlərimizin avtomatlaşdırılmasına gətirib çıxarır. Son dönəmlər də aktual olan ağıllı ev sistemləri bu dəyişimin bir parçasıdır. Bəs bu sistemlər ölkəmizdə nə qədər aktualdır, üstünlükləri və çatışmazlıqları nələrdir? Bu dəfəki buraxılışımızda ağıllı ev sistemlərindən danışdıq. Şirkətin sosial media adresləri və əlaqə vasitələri:Web - www.ecocontrolsystems.az...

Təbiət ilə öyrənən uşaqlar | Forest School Azərbaycan II Hissə 12.10.2024

Buraxılışımızın ikinci hissəsində də maraqlı mövzulara toxunduq və təbiətlə öyrənməyin uşaqlara nə dərəcədə müsbət təsir etdiyinin təcrübələr üzərindən şahidi olduq. Şirkətin sosial media adresləri və əlaqə vasitələri:Web - https://forestschool.az/E-mail - info@forestschool.azInstagram - https://www.instagram.com/forestschool.az/Facebook - https://www.facebook.com/forestschoolazerbaijan/?locale=az...

“Forest School Azərbaycan”ın təsisçisi | Təhsil eksperti Fəqan Hüseynov 12.10.2024

Uşaqların bir fərd kimi yetişdirilməsində təhsil ocaqları xüsusi önəm daşıyır. Amma standart təhsil ocaqları, uşaqların dərs prosesində sıxılmağına səbəb ola bilər. Dörd divar arasında və eyni siniflərdə keçirilən dərslər buna nümunədir. Alternativ tədris sistemi olan Forest School uşaqların təbiətdə, təmiz havada müəyyən biliklərə yiyələnməsini təmin edir. Bu buraxılışımızda Forest School Azərbay...

Alternativ enerji | Mütəxəssis Orxan Quluzadə 12.10.2024

Elektrik enerjisi həyatın hər anında tələbat olan enerji növüdür. Bütün məişət cihazları, həmçinin son dövrlərdə bir çox avtomobillər elektrik enerjisinə ehtiyac duyur. Bu enerjinin kəşfi dünyanın inkişaf tarixinə güclü təkan vermişdir. Bu da danılmaz faktdır ki, əvvəlki dövrlərdə elektrik enerjisinin istehsalı təbiətə ekoloji ziyan vurmuşdur. Son dövrlər yaşıl enerjinin istehsalına maraq artmışdı...

Hüquq | Hüquqşünas/Təlimçi Sevinc Quliyeva 12.10.2024

Ailə kiçik dövlətdir deyib dahilər. Hər bir cəmiyyət üçün sağlam ailə formalaşması vacibdir. Ama bəzən ailə daxilində anlaşılmazlıqlar olurki, buda ailənin dağılmasına gətirib çıxarır. Boşanmalar zamanı çoxlu suallar yaranır ki, bu sualların cavabını, tərəflərin hansı haqqlara sahib olduğunu və qanunla prosesin necə tənzimləndiyini bu dəfəki qonağımız hüquqşunas Sevinc xanımla aydınlıq gətirəcəyik...

Santexnik | Kombi ustası Rövşən Əsədzadə 12.10.2024

Ustamızında dediyi kimi istilik sistemi evin onurğa sütunudur. Həm təhlükəsizlik baxımından həm də gələcəkdə böyük xərclərə düşməmək üçün kombi sisteminin quraşdırılmasını peşəkar ustalara həvalə etmək lazımdır. Ustamız kombi sitemində tez-tez yaranan problemlərdən və onların həlli yollarından danışdı. Qonağın sosial media hesabları:Instagram - https://www.instagram.com/temirchi_050_670_00_68?igsh...

Şirniyyat (Tort) | Sevda Zeynalova 07.09.2024

Tortlar ən çox sevilən şirniyyat növlərindən biridir. Tortun yaranma tarixi XVII əsrə təsadüf edir və xüsusi günlərdə tort kəsilməsi adət halını alır. Bu dəfəki qonağımız Sevda xanımla birlikdə bu sahəni müzakirə etdik və maraqlı nüanslarla tanış olduq. Hosted on Acast. See acast.com/privacy for more information.

İpoteka və Sosial evlər | Sübhan bəy 07.09.2024

Ev almaq bəzən maddi cəhətdən çətin ola bilir. Buna görə əksər insanlar ipoteka və sosial evlərə müraciət edirlər . Bu proses kimlər üçünsə qarmaşıq görünə bilər. Elə bu nüansları nəzərə alaraq bu dəfəki qonağımız bu sahədə təcrübəli ekspert Sübhan bəy oldu. İzləyicilərdən gələn sualları cavablandırdı, həmçinin də aktual olan mövzular haqqında danışdı. Hosted on Acast. See acast.com/privacy for mo...

Musiqi | Çingiz bəy 07.09.2024

Dahilər "musiqi ruhun qidasıdır" deyiblər. Dünya xalqları müxtəlif dildə danışsalar da onları eyni notlardan ərsəyə gələn musiqi birləşdirir. Bu həmdə bir mədəniyyətdir. Hər il müxtəlif ölkələrdə müxtəlif adlarda musiqi festivalları və yarışlar keçirilir ki, buda xalqlar arasında musiqi mədəniyyətini gücləndirir. Bu günki qonağımız olan skripka və viola ifaçısı Çingiz bəy ilə birlikdə musiqi sahəs...

Aparıcı | Nərgiz xanım 07.09.2024

Aparıcılıq sənəti günümüzdə çox tələbat olunan sahələrdəndir. İstər televiziyada , istər radioda və yaxud da məclislərin aparılmasında aparıcılara ehtiyac duyulur. Bu dəfəki qonağımız Nərgiz xanımla birlikdə bu peşəyə nəzər saldıq. Hosted on Acast. See acast.com/privacy for more information.

Özünü müdafiə | Fərid bəy 07.09.2024

İnsanlar və fikirləri müxtəlif olduğu üçün bəzən anlaşılmazlıqlar yaranır və bu heç də hər zaman xoş hallarla bitməyə bilər. Bu kimi hallarda fiziki şiddətə məruz qalaraq , özümüzü müdafiə etməyə məcbur ola bilərik. Özünü müdafiə prinsipləri nələrdir? Bu kimi hallarda insan orqanizmi necə reaksiya verir və bu hallarla necə başa çıxmaq olar? Beynəlxalq sertifikatlı özünü müdafiə təlimçisi Fərid bəy...

İnteryer dizayn | Vüqar bəy 07.09.2024

Müasir dövr öz növbəsində infrastrukturu da müasirləşdirir. Hər sahədə olduğu kimi dizayn sahəsində də müxtəlif yeniliklər müşahidə edilir. İnsanlar yaşadıqları evlərin daha göz oxşayan olması üçün interyer dizayn sahəsinə müraciət edirlər. Hər il müxtəlif dizayn növləri trend olur və ölkəmizdə də bu trendlərə tələbat artır. Uzun illər bu sahədə təcrübəsi olan qonağımız Vüqar bəy ilə bu mövzu ətra...

Ginekoloq I Naibə xanım 22.07.2024

Bu verilişin mövzusu hər bir qadının sağlamlığı üçün böyük əhəmiyyət daşıyan ginekologiya mövzusudur. Ginekologiyanın önəmi yalnız xəstəliklərin müalicəsi ilə məhdudlaşmır, həm də qadınların ümumi sağlamlığını qorumaq və artırmaq üçün önəmlidir. Mütəmadi ginekoloji müayinələr və ginekoloqların məsləhətləri qadınların sağlam bir həyat sürməsinə kömək edir. Mövzular:00:00 - Giriş05:33 - Ənənəvi müal...

Uşaq psixoloqu | Firəngiz xanım 13.07.2024

Uşaqların fiziki inkişafı kimi psixoloji inkişafıda önəmlidir. Bəzən uşaqlar cəmiyyətdə bəzi problemlərlə qarşılaşa bilirlər və bu onlarda stress,qorxu və travma kimi neqativ hallara səbəb ola bilir. Bunun qarşısını almaq üçün valideynlər nə etməlidirlər? Uşaqların psixoloji inkişafında nələrə diqqət etmək lazımdır? Bu və bir çox sualların cavabını uşaq psixoloqu Firəngiz xanım ilə birlikdə ətrafl...

Dizayn və təmir 12.07.2024

Şəhərləşmə artdıqca müasir üslubda tilkilən evlərə də tələbat artır. Modern dünyada bir çox təmir üslubu və dizaynı vardır. İnsanlar evlərini təmir edərkən istər gördükləri istərsə də internetdən araşdırdıqları təmir dizaynını rahatlıqla öz evlərində tətbiq edə bilərlər. Bu zaman köməyə təmir şirkətləri çatır. Son zamanlar təmir-tikinti şirkətlərinin sayı durmadan artır. Hər şirkət bir qiymət tərt...

Yaşıl dünya naminə #ekologiya #təbiət 12.07.2024

Bu il ölkəmizdə yaşıl dünya naminə həmrəylik ili elan olunub. Yer kürəsində qlobal istilişməyə səbəb olan problemlər, tullantılar və təbii fəlakətlər belə davam edərsə yaxın gələcəkdə dünyamızı yaşana bilməz hala salacaqdır. Bəs bunun həlli yolu nədir? İnsanları bu mövzuda necə maarifləndirə bilərik? Tullantıları necə faydalı şəkildə istifadə edə bilərik? Bu dəfəki buraxılışımızda və bunun kimi ön...

Divar kağızları #usta #divarkağızı #təmir #ev 12.07.2024

Otaqların estetik görünüşü üçün divar kağızları önəmli yerə sahibdir. Evə daxil olarkən diqqətimizi çəkən ilk nüans divar kağızları olur. Otaqlara gözəllik verdiyi qədər divar kağızlarının tətbiq edilməsində və divar kağızı seçimində səhvlər edilirki buda gələcəkdə müəyyən fəsadlara və xərclərə səbəb olur. Bunu qarşısını almaq üçün nə kimi tətbirlər almaq lazımdır? Bu və digər sualların cavabını R...

Uşaq stomatoloqu #diş #stomatoloq #sağlamlıq 12.07.2024

Bu dəfəki mövzumuz uşaqların qorxulu kabusu olan stomatoloji problemlər oldu. Nə üçün uşaqların stomatoloq fobiyası olur ? Bu travma onlarda necə yaranır və stomatoloqlar bunun qarşısını almaq üçün hansı tədbirləri alırlar? Bu və digər mövzulara aydınlıq gətirməsi üçün qonağımız, uşaq stomatoloqu Nübar xanımla həmsöhbət olduq. Növbəti qonağımızın hansı peşə sahəsindən olmasını istəyirsinizsə şərhl...

Qida mühəndisi. Qidalar haqqında #qida #mühəndis #sağlamlıq 12.07.2024

Sağlam həyat üçün qidaların keyfiyyəti hər birimiz üçün önəmli məsələlərdən biri olmalıdır. Gündəlik istifadə etdiyimiz qidalar haqqında nə qədər məlumatlıyıq? Marketlərdən alış-veriş edərkən nələrə diqqət etməliyik? Qidalar haqqında bir çox suala bu videoda cavab tapacaqsınız. Növbəti qonağın hansı peşə sahəsindən olmasını istəyirsinizsə şərh bölməsində yazmağı unutmayın. Mövzular :00:00 - Giriş0...

Elektrik montyoru #elektrik #işıq #usta 03.06.2024

Elektrik enerjisi həyatımızın hər anında istifadə olunur. Elektrik enerjisinin icadı öz növbəsində elektrik avadanlıqlarının kəşfinə də yol açmışdır ki, bu da insanların yaşamını xeyli yüngülləşdirmişdir. Faydalı olması ilə yanaşı, düzgün istifadə edilmədikdə elektrik enerjisnin fəsadlarını da görmək mümkündür. Evlərdə yanğınların böyük qisminə elektrik enerjisi səbəb olur. Bundan qorunmaq üçün ev...

Listen to the Peşəkarlar danışır podcast in Replaio

Radio and podcasts in one app - free, with no sign-up. Install today and do not miss the launch

Get it on Google Play

Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.