Bahar Mirzezade
İçimdən gəldiyi kimi
Hər şey sürətlə gedərkən arada bir dayanmaq lazımdır. Bu podcast daxili səs, sakitlik, düşünmək və həyatın içində öz yerini tapmaq haqqındadır. Kiçik xoşbəxtliklər, hisslər və insan olmağın sadə halları:)
Author
Bahar Mirzezade
Category
Podcast website
Latest episode
Jun 22, 2026
Where to listen?
Podcasts in the app Replaio Radio Coming soonPodcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts
Episodes
Bəzi yerlərin enerjisi olur 22.06.2026 14:49
Bəzi yerlərə daxil olanda niyə özümüzü rahat, bəzilərində isə narahat hiss edirik? Bu bölümdə məkanların enerjisi, insanların hissləri və bu mövzuya həm psixoloji, həm də fəlsəfi baxışdan danışıram.
Ən təhlükəli yalan insanın özünə dediyi yalandırmı? ! 08.06.2026 13:22
Özümüzdən gizlətdiyimiz həqiqətlər, bəhanələr və qəbul etmək istəmədiyimiz reallıqlar həyatımıza necə təsir edir? Bəzən özümüzə söylədiyimiz kiçik bir yalan belə gələcəyimizi dəyişə bilər
Bəlkə də, heç kim tam böyümür 25.05.2026 11:52
Bəlkə də heç kim tam böyümür. Sadəcə zaman keçdikcə hisslərimizi gizlətməyi, yorğun olduğumuz halda gülümsəməyi və hər şey qaydasındaymış kimi davranmağı öyrənirik.
Eyni həyatı yenidən yaşamaq istəyərdinmi? 11.05.2026 12:13
Əgər hər şeyə sıfırdan başlama şansın olsaydı,yenə eyni həyatı seçərdin? Bu bölümdə qərarlar, peşmanlıqlar, təsadüflər və bizi biz edən bütün seçimlərdən danışdıq. Bəzən dəyişmək istədiyimiz şeylər, əslində bizi bugünkü insana çevirən şeylər olur:)
Azadlığın Paradoksu: İnsan həqiqətən azaddırmı? 20.04.2026 13:04
Azad olduğumuzu düşünürük. Amma qərarlarımız doğrudan da özümüzə məxsusdurmu? Bu epizodda insanın azadlığı və seçimlərimizin arxasındakı təsirləri haqqında danışdım:)
Sosial şəbəkələrin insan psixologiyasına təsiri 06.04.2026 12:32
Bu epizodda sosial şəbəkələrin insan psixologiyasına necə təsir etdiyini danışdım. Sosial mediada gördüyümüz həyatların bizdə yaratdığı müqayisə hissi, özümüzü yetərsiz hiss etməyimiz və bunun düşüncələrimizə təsiri haqqında fikirlərimi bölüşdüm.
Səssizlik və tək qalma qorxusu 30.03.2026 13:56
Bəzən insan başqalarından yox, öz fikirlərindən qaçır. Tək qalanda beynimizdə çoxlu suallar yaranır və bu suallar bəzən bizi narahat edir. Bu epizodda tək qalma qorxusu, səssizliyin psixologiyası haqqında danışıram
Niyə bəzi xatirələr bizi buraxmır? 15.03.2026 16:36
Hər birimiz həyatımızda bəzi xatirələrin bizi buraxmadığını hiss edirik. Bu bölümdə uşaqlıq xatirələrindən, keçmiş dostlardan və həyatımıza təsir edən insanlardan danışırıq. Gəlin birlikdə baxaq ki, niyə bəzi anlar heç vaxt yaddaşımızdan çıxmır və onlar bizi necə formalaşdırır
Özəl günlər yoxdur ,özəl anlar var 08.03.2026 10:10
Bu epizodda özəl günlərdən yox, həyatımızı həqiqətən dəyərli edən özəl anlardan danışıram. Bəlkə də sevgi və diqqət üçün xüsusi bir tarix gözləməyə ehtiyac yoxdur:)
Niyə sərhəd qoya bilmirik? 28.02.2026 14:18
Hamını razı salmağa çalışdığın günlər bitməlidir. Çünki sən hamının rahatlığı üçün yaradılmamısan:)
20-lərdə kimlik axtarışı 21.02.2026 13:24
20-lər qırıldığımız, öyrəndiyimiz və yenidən qurulduğumuz illərdir. Bu podkast sənin içindəki gücü xatırlatmaqdı:) Küləyin səsi bəzən çox gələ bilər ama düşündüm orda hiss etdiyim kimi yenidən danışa bilməyəcəm ona görə olduğu kimi paylaşıram:)
Niyə səhv etməkdən qorxuruq? 16.02.2026 17:29
Bəlkə də mən səhvdən yox, ‘bacarmadın’ deyən səslərdən qorxuram:)
Bəlkə xoşbəxtlik çatmaq deyil, dayanıb baxmaqdır? 10.02.2026 19:30
Günün içində itirdiyimiz o balaca anları görməyi öyrənsək, həyat bir az daha yüngülləşər:))
Başlamaq üçün gözlədiyimiz şey əslində nədir? 05.02.2026 15:37
Bir il sonra kaşki başlasaydım demək yoxsa yaxşiki başlamışam demək? Seçim sənindir:)
İnsan münasibətləri və duyğusal məsafə 31.01.2026 16:09
Bizi ən çox anlayanlar deyil, ən zərif dinləyənlər sağaldır:)
Həyatda balans tapmaq 29.01.2026 15:04
Gündəlik gərginlik, iş, sosial həyat və iç dünyan arasında tarazlıq axtarışı. Hər şeyə çatmağa çalışdıqca insan özündən uzaqlaşa bilir. Bəlkə də balans, bir az dayanıb özünü yenidən eşitməkdir:)
Daxili səs və özünü tanımaq 25.01.2026 5:42
Bu podcastda daxili səsimizi eşitməyin nə demək olduğunu danışırıq. Səs-küyün içində itirdiyimiz o səssiz, amma doğru yolu göstərən səsi. Bəzən ən doğru cavablar başqalarında yox, öz içimizdə olur:)
Similar podcasts
Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.