Dalğa FM

Dalğa FM

Music AZ ↓ 552 episodes

"Dalğa FM" 92.5 FM "Dalğa"nı tut, fərqi hiss et

Be sure to visit the podcast's website and support the creator: www.spreaker.com

Author

Dalğa FM

Category

Music

Podcast website

www.spreaker.com

Latest episode

Oct 9, 2026

Where to listen?

Podcasts in the app Replaio Radio Coming soon

Podcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts

Get it on Google Play Install for free Android almost 10M downloads · 4.8 rating iOS soon

Episodes

"Mən artıq dramatik obrazları oxumaq istəyirəm " 16.05.2024

"İncə sənət saatı" verilişində Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva ilə Azərbaycanda keçirdiyi Birinci Beynəlxalq Opera Festivalı və müasir versiyada təqdim etdiyi "Karmen" operasından bəhs etdik.

"Qoyduğun məqsədə çatmaq üçün onu ürəkdən istəməlisən" 15.05.2024

"İncə sənət saatı" verilişində Azərbaycan Respublikasının Əməkdar artisti, "La Skala" Vokal Akademiyasına qəbul olunan ilk azərbaycanlı, opera müğənnisi Azər Rzazadə ilə sənətdəki uğurlarından və dünyaca məşhur şəxsiyyətlərdən bəhs etdik.

"Qara Qarayev dahi bəstəkar olmaqla yanaşı, həm də böyük pedaqoq idi" 15.05.2024

"İncə sənət saatı" verilişində Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, professor, bəstəkar Aydın Əzimov ilə müəllimi Azərbaycan SSR xalq artisti, müasir musiqi mədəniyyəti xəzinəsinə əvəzolunmaz töhfə verən dünyaca məşhur bəstəkar Qara Qarayev yaradıcılığından bəhs etdik.

"Yaxşı musiqi bəstələmək üçün sənəti yaxşı bilməlisən və ən əsası ona sevgini verməlisən" 14.05.2024

"İncə sənət saatı" verilişində Azərbaycan Respublikasının Xalq artisti, "Şöhrət" ordeni laureatı, bəstəkar Faiq Sücəddinov ilə yaradıcılığından danışdıq.

“Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif olunan sənətkar 14.05.2024

"İncə sənət saatı" verilişində Azərbaycan Respublikasının Xalq artisti, muğam ifaçısı Səkinə İsmayılova ilə sənətdəki uğurlarından və muğam sənətinin bugünkü inkişaf yolundan danışdıq.

"Gülarə Əliyeva mənim mənəvi anamdır" 14.05.2024

"İncə sənət saatı" verilişində Azərbaycan Respublikasının Əməkdar artisti, "Bülbüllər" qrupunun yaradıcısı, müğənni Aybəniz Haşimova ilə sənətdən danışdıq.

"Muğam mənim üçün bir insan ömrüdür" 13.05.2024

"İncə sənət saatı" verilişində Azərbaycan Respublikasının Əməkdar artisti, muğam ifaçısı, müğənni Nuriyyə Hüseynova ilə sənət həyatından və bu sənətə gəlməyində Ümummilli lider Heydər Əliyevin rolundan danışdıq.

"Mənim üçün ən doğma məkan Mədəniyyət və İncəsənət Universitetidir" 13.05.2024

"İncə sənət saatı" verilişində Azərbaycan Respublikasının Əməkdar artisti, muğam və Azərbaycan xalq mahnılarının ifaçısı Yaqut Abdullayeva ilə bu sənətə gəlməyində əməyi olan şəxsiyyətlərdən danışdıq.

Azərbaycanın milli nəfəs alətlərinin tanınmış ifaçısı 10.05.2024

"İncə sənət saatı" verilişində Azərbaycan Respublikasının Əməkdar artisti, Azərbaycanın ilk ali təhsilli milli nəfəs aləti ifaçısı, professor İlham Nəcəfov ilə məşhur kompozisiyalarından və yaradıcılığı dövründəki ən xoş xatirələrindən danışdıq.

Öz sənəti ilə musiqi tarixində iz qoyan sənətkar 10.05.2024

"İncə sənət saatı" verilişində Azərbaycan Respublikasının Xalq artisti, mahir tar ifaçısı Ağasəlim Abdullayev ilə yaradıcılığından və pedaqoji fəaliyyətindən danışdıq.

"Məsuliyyət hissi olmayan insan, yaxşı musiqiçi ola bilməz" 08.05.2024

"İncə sənət saatı" verilişində peşəkar musiqiçi, virtuoz pianoçu Nizami Əliyev ilə yaradıcılığından və məşhur kompozisiyalarından danışdıq.

Kamançasını Heydər Əliyev Fonduna bağışlanmasını vəsiyyət edən ifaçı 08.05.2024

"İncə sənət saatı" verilişində Azərbaycan Respublikasının Əməkdar artisti, kamança ifaçısı Mirnazim Əsədullayev ilə həyat və yaradıcılığından, pedaqoji fəaliyyətindən danışdıq

Ud alətinin mahir ifaçısı 08.05.2024

"İncə sənət saatı" verilişində Azərbaycan Respublikasının Xalq artisti, tar və ud ifaçısı Mircavad Cəfərov ilə həyat və yaradıcılığından, "Cəngi" qrupundakı fəaliyyətindən danışdıq.

"Ömrümün sonuna qədər bu sənətə xidmət edəcəyəm" 07.05.2024

"İncə sənət saatı" verilişində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti Nəzakət Teymurova ilə muğam sənətindən və səhnə obrazlarından danışdıq.

"Cavan qalmağın sirri caz musiqisidir" 07.05.2024

"İncə sənət saatı" verilişində Əməkdar incəsənət xadimi, “Humay” milli mükafatı laureatı, tanınmış saksofon ifaçısı Rafiq Seyidzadə ilə həyat və yaradıcılığından, ən xoş xatirələrindən danışdıq.

İfaçılıq sənətində öz imzası olan sənətkar 07.05.2024

"İncə sənət saatı" verilişində Azərbaycan və Dağıstan Respublikalarının Xalq artisti Zaur Rzayev ilə həyat və yaradıcılığından, ən xoş xatirələrindən danışdıq.

Məşhur musiqilərin bəstəkarı 06.05.2024

"İncə sənət saatı" verilişində Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Nadir Əzimov ilə yaradıcılığı ətrafında söhbət etdik.

Tar ifaçılıq sənətinin ustadı 06.05.2024

"İncə sənət saatı" verilişində Azərbaycanın ustad tarzəni, Azərbaycan Respublikasının Xalq artisti Vamiq Məmmədəliyev ilə tar ifaçılıq sənətindən və görkəmli xanəndələrlə bağlı xatirələrindən danışdıq

Azərbaycan kino və teatr tarixində iz qoymuş aktrisa 06.05.2024

"İncə sənət saatı" verilişində Nəsibə Zeynalova ilə onu övladlığa götürən nənəsi Azərbaycanın görkəmli teatr və kino aktrisası Nəsibə Zeynalovanın həyat və yaradıcılığından, kino və teatrlardakı rollarından danışdıq.

Yaxşı səsin olması peşəkar vokalçı olmağa kifayət edir? 03.05.2024

"İncə sənət saatı" verilişində opera və kamera müğənnisi, Azərbaycan Respublikasının Əməkdar artisti Anar Şuşalı ilə yaradıcılığı ətrafında söhbət etdik və ən xoş xatirələrini yada saldıq.

Böyük bəstəkarın layiqli davamçısı 03.05.2024

"İncə sənət saatı" verilişində Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, bəstəkar Nazim Mirişli ilə atası Əməkdar incəsənət xadimi, bəstəkar Ramiz Mirişlinin yaradıcılığından danışdıq.

Musiqi və sözlərin harmoniyası necə qurulur? 03.05.2024

"İncə sənət saatı" verilişində Azərbaycan Respublikasının xalq artisti, bəstəkar Eldar Mansurovla yaradıcılığı ətrafında söhbət etdik və ən xoş xatirələrini yada saldıq.

Yaqub Zurufçunun həyat yolu 02.05.2024

"İncə sənət saatı" verilişində tanınmış musiqiçi və vokalist Yaqub Zurufçunun həyat yoldaşı Aynur Zurufçu ilə sənətkarın xatirəsini yad etdik.

Azərbaycan caz musiqisinin dəyərli sənətkarı 02.05.2024

"İncə sənət saatı" verilişində Azərbaycan Respublikasının Əməkdar artisti, saksofon ifaçısı Akif Süleymanbəyli ilə yaradıcılığı ətrafında söhbət etdik və ən xoş xatirələrini yada saldıq.

Səhnəmizin məlahətli səsli müğənnisi və aktrisası 02.05.2024

"İncə sənət saatı" verilişində Azərbaycan Respublikasının Əməkdar artisti, müğənnisi və aktrisası Ruhəngiz Musəvi ilə yaradıcılığı ətrafında söhbət etdik və ən xoş xatirələrini yada saldıq.

Listen to the Dalğa FM podcast in Replaio

Radio and podcasts in one app - free, with no sign-up. Install today and do not miss the launch

Get it on Google Play

Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.