Dalğa FM

Dalğa FM

Music AZ ↓ 552 episodes

"Dalğa FM" 92.5 FM "Dalğa"nı tut, fərqi hiss et

Be sure to visit the podcast's website and support the creator: www.spreaker.com

Author

Dalğa FM

Category

Music

Podcast website

www.spreaker.com

Latest episode

Oct 9, 2026

Where to listen?

Podcasts in the app Replaio Radio Coming soon

Podcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts

Get it on Google Play Install for free Android almost 10M downloads · 4.8 rating iOS soon

Episodes

"Retro mahnılara uşaqlıqdan bəri böyük həvəsim olub və bu mahnılarla böyümüşəm" 25.06.2024

"Sənətin Səsi" verilişində Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi orkestrinin solisti, vokal ifaçısı Aynur İsgəndərli ilə sənətdən, ifa etdiyi mahnılardan və xoş xatirələrindən bəhs etdik.

"Qanun insanın qəlbinə, ruhuna sakitlik gətirən alətlərdən biridir" 24.06.2024

"Sənətin Səsi" verilişində Beynəlxalq Muğam Mərkəzinin solisti, Əməkdar artist, qanun alətinin ifaçısı Təranə Əliyeva ilə instrumental ifaçılıq sənətindən, qanun alətinin tarixindən və inkişaf yolundan bəhs etdik.

“Sözləri və musiqisi atama aid olan “Şuşanın dağları” tarixdə ilk dəfə Şuşa şəhəri haqqında yazılmış mahnıdır”. 21.06.2024

“Sənətin Səsi” verilişində “Xan Şuşinski” fondunun rəhbəri Bəyimxanım Verdiyeva ilə atası Xalq artisti, ustad sənətkar Xan Şuşinskinin sənət yolundan, milli musiqimizə verdiyi töhfələrindən və onunla bağlı ən xoş xatirələrdən bəhs etdik.

-Ulu Öndər Heydər Əliyevin sağlığında iştirak etdiyi tədbirlərin birində səsləndirdiyi "Alagöz" mahnısını biz müşayiət etmişik. 20.06.2024

"Sənətin Səsi" verilişində Azərbaycan Respublikasının Xalq artisti, tarzən Elçin Həşimov və Əməkdar artist, kamança ifaçısı Elnur Əhmədov ilə milli instrumental ifaçılıq sənətindən və ən xoş xatirələrindən bəhs etdik.

- Arzum Cüzeppe Verdinin "Otello" operasından Otellonu ifa etməkdir. 14.06.2024

"Sənətin Səsi" verilişində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Əməkdar artist Fərid Əliyev ilə opera sənətindən, ifa etdiyi əsərlərdən və ən xoş xatirələrindən bəhs etdik.

- "Evləri köndələn yar" tamaşasındakı "elə eləmə səni bir gecədə oğurlatdıraram" fraqmenti məhz başımıza gələn hadisədən götürülüb. 13.06.2024

"Sənətin Səsi" verilişində Azərbaycan teatr, kino və televiziya rejissoru, Xalq artisti Ramiz Həsənoğlu ilə sənət yolundan və rejissoru olduğu film və tamaşalarla bağlı xatirələrindən bəhs etdik.

"Əgər insan yaradıcıdırsa, onun üçün yaşın fərqi yoxdur" 12.06.2024

"Sənətin Səsi" verilişində Azərbaycanın Əməkdar artisti, bəstəkar Vüqar Camalzadə ilə yaradıcılığından, "Xəmsə" layihəsindən və müəllimi İsmayıl Hacıbəyli ilə bağlı xatirələrindən bəhs etdik.

"Qəzəlsiz muğam olmur" 11.06.2024

"Sənətin Səsi" verilişində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Muğam sənəti" kafedrasının müdiri, Xalq artisti, xanəndə Teyyub Aslanov ilə muğam sənətindən və "Xarıbülbül" musiqi festivalından bəhs etdik.

"Aktyorun taleyi rejissordan asılıdır" 10.06.2024

"Sənətin Səsi" verilişində Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar artist, aktrisa Gülşad Baxşıyeva ilə aktyorluq sənətindən, etik normalardan, səhnə mədəniyyətindən və pedaqoji fəaliyyətindən bəhs etdik.

"Musiqi sənətində bir zirvə götürsək, bu zirvənin baş tacı bəstəkarlıqdır" 07.06.2024

"Sənətin Səsi" verilişində Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, prezident mükafatçısı, pianoçu, bəstəkar Ceyhun Allahverdiyev ilə bəstəkarlıq sənətindən və yaradıcılığından bəhs etdik.

"Klassik əsərdə müəyyən çərçivələri gözləməklə dəyişikliklər etmək olar" 06.06.2024

"Sənətin Səsi" verilişində Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi orkestrinin solisti, Əməkdar artist Xəyyam Mustafazadə ilə səs tembrindən və müxtəlif janrlardakı ifalarından bəhs etdik.

"Hər şey müəllimdən asılıdır, çünki tələbə nə qədər istedadlı olsa da, sənəti sevdirməsən, o, uğurlu olmayacaq" 05.06.2024

"Sənətin Səsi" verilişində Azərbaycan Respublikasının Xalq artisti, kaman ustadı Elşən Mansurov ilə milli instrumental ifaçılıq sənətindən və pedaqoji fəaliyyətindən bəhs etdik.

"Mən fəxr edirəm ki, bugünkü gündə Azərbaycan musiqi mədəniyyətini təbliğ edən böyük şəxsiyyətlər var" 04.06.2024

"Sənətin Səsi" verilişində Azərbaycan Respublikasının Əməkdar artisti, caz ifaçısı, pianoçu Emil Əfrasiyab ilə musiqi sənətindən, bəstəkarlıq fəaliyyətindən bəhs etdik.

"Retro musiqilər mənim yaradıcılığımın ürəyidir" 03.06.2024

"Sənətin Səsi" verilişində Azərbaycan Respublikasının Əməkdar artisti, Akademik Opera və Balet Teatrının solisti Gülüstan Əliyeva ilə opera sənətindən, bəstəkar mahnılarından və pedaqoji fəaliyyətindən bəhs etdik.

"Muğamın klassik ifa üslubunu dəyişmədən yeniliklər etmək olar" 31.05.2024

"İncə sənət saatı" verilişində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Əməkdar artist, xanəndə Bəsti Sevdiyeva ilə muğam sənətindən, səhnə mədəniyyətindən və görkəmli şəxsiyyətlərlə bağlı xatirələrindən bəhs etdik.

"Sənətə gətirdiyim istedadlı gənclərin uğurları ilə fəxr edirəm" 30.05.2024

"İncə sənət saatı" verilişində uşaq qruplarının yaradıcısı, bəstəkar, musiqişünas Məryəm Əlibəyli ilə bəstəkarlıq fəaliyyətindən və ilk uşaq bəstəkarlarından biri Oktay Zülfüqarovun yaradıcılığından bəhs etdik.

- Nə xoş ki, bugünkü gündə mənə "ustad" deyə müraciət edilir. 29.05.2024

"İncə sənət saatı" verilişində tanınmış sənətkar, mahir gitara ifaçısı Rəhman Məmmədli ilə sənətdən və görkəmli xanəndələrlə bağlı ən xoş xatirələrindən bəhs etdik.

80-dən yuxarı musiqi alətindən ibarət kolleksiyası olan musiqiçi 27.05.2024

"İncə sənət saatı" verilişində Azərbaycan Milli Konservatoriyasının professoru, sənətşünaslıq elmləri doktoru, dirijor, musiqiçi Abbasqulu Nəcəfzadə ilə müxtəlif musiqi alətlərinin ifa tərzindən və həmin alətlərin tarixindən bəhs etdik.

"Arzum budur ki, qələbəmizə aid filmlər çəkilsin və həmin filmlərdə iştirak edim" 24.05.2024

"İncə sənət saatı" verilişində Azərbaycan Respublikasının Əməkdar artisti, Azərbaycan teatr və kino aktrisası Sənubər İsgəndərli ilə aktyorluq sənətindən və ifa etdiyi mahnılardan bəhs etdik.

"Kamança mənim dünyamdır" 23.05.2024

"İncə sənət saatı" verilişində Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti, kamança ifaçısı Fəxrəddin Dadaşov ilə sənət yolundan və ən xoş xatirələrindən bəhs etdik.

"Mən fəxr edirəm ki, bizim xalq musiqisi ifaçılarından ibarət böyük ordumuz var" 22.05.2024

"İncə sənət saatı" verilişində Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti, tarzən Zamiq Əliyev ilə tar ifaçılığı sənətindən və ən xoş xatirələrindən bəhs etdik.

"Mənim musiqişünas kimi püxtələşməyimdə Aqşin Əlizadənin böyük rolu olub" 21.05.2024

"İncə sənət saatı" verilişində Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Lalə Hüseynova ilə müəllimi Azərbaycanın novator bəstəkarı Aqşin Əlizadənin yaradıcılığından bəhs etdik.

Çəqanə alətinin dünyada yeganə ifaçısı 20.05.2024

"İncə sənət saatı" verilişində Azərbaycan Respublikasının Xalq artisti, Milli Konservatoriyanın dosenti, kamança ifaçısı Munis Şərifov ilə Qədim Musiqi Alətləri Dövlət Ansamblının fəaliyyətindən və ən xoş xatirələrindən bəhs etdik.

"Natiqlik sənətinə yiyələnmək üçün əsas üç istiqamətdə özünü inkişaf etdirməlisən" 17.05.2024

"İncə sənət saatı" verilişində Azərbaycan Respublikasının Əməkdar artisti, "Musiqili teatr aktyoru" kafedrasının müdiri, professor, bədii qiraət ustası Azad Şükürov ilə sənət aləmindən, səhnə mədəniyyətindən və teatrın insan həyatındakı rolundan bəhs etdik.

"Hansı sənətdə olmağından aslı olmayaraq insan öz sənətinin dərinliklərini bilməlidir" 16.05.2024

"İncə sənət saatı" verilişində Azərbaycan Respublikasının Əməkdar artisti, tarzən Elxan Mansurov ilə atası Azərbaycan SSR xalq artisti, böyük tar usdadı Bəhram Mansurovun muğamlarımızın təbliğində, yaşamasında və tar ifaçılığı sənətinin inkişafındakı misilsiz rolundan bəhs etdik.

Listen to the Dalğa FM podcast in Replaio

Radio and podcasts in one app - free, with no sign-up. Install today and do not miss the launch

Get it on Google Play

Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.