Avto FM 107.7

Avto FM 107.7

Leisure AZ ↓ 1000 episodes

107.7 AVTO FM radiosu ! Efirimizdə yayımlanan müxtəlif verilişlərin podcastı məhz burada paylaşılır !

Author

Avto FM 107.7

Category

Leisure

Podcast website

www.spreaker.com

Latest episode

Jul 10, 2026

Where to listen?

Podcasts in the app Replaio Radio Coming soon

Podcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts

Get it on Google Play Install for free Android 5M+ downloads · 4.8 rating iOS soon

Episodes

Ümumdünya Şəhərsalma Forumu I Şəhər adamı #187 17.02.2026

Bu gün “Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonağı WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Media Əlaqələri üzrə meneceri Eldar Rəsulov oldu. Veriliş zamanı Ümumdünya Şəhərsalma Forumu (World Urban Forum) barədə — forumun mahiyyəti, məqsədi və əhəmiyyəti haqqında ətraflı müzakirə apardıq.

Sürücülərin ən böyük səhvi: Qəzalar qaydaları bilməməkdən, yoxsa səhv düşüncədən başlayır? I Qaydaları pozma 17.02.2026

"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə birlikdə yol təhlükəsizliyinin təkcə qaydaları bilmək deyil, təhlükəni əvvəlcədən hiss edib riskləri düzgün qiymətləndirmək və düşünmə tərzini idarə etməkdən ibarət olmasından, aqressiya, həddindən artıq özünə güvən və “mən haqlıyam” prinsipinin qərarverməni zəiflədərək gec reaksiya və təhlükəli vəziyyətlərə səbəb olma...

Turizm sahəsinin incəlikləri I Şəhər adamı #186 17.02.2026

Bu gün “Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonağı turizm üzrə mütəxəssis Çinarə Nəbiyeva idi. Onunla turizm sahəsinin incəlikləri, sektorda yaşanan problemlər, qiymət artımının səbəbləri və ümumilikdə turizmin mövcud vəziyyəti barədə ətraflı söhbət etdik.

Bir Siqnal, Bir Saniyə – Xüsusi günlərdə yol təhlükəsi I Qaydaları pozma 17.02.2026

"Qaydaları Pozma" verilişində BDYPİ-nin rəsmisi Elvin Hacıyevlə birlikdə xüsusi günlərdə sevinc və emosiyaların sükan arxasında diqqəti azalda, qayda pozuntularına və təhlükəli hallara səbəb ola biləcəyi, siqnalın məqsədindən kənar istifadəsinin risk yaratdığı, belə vəziyyətlərdə məsuliyyət məsələsi və yolun sevinc yox, təhlükəsizlik məkanı olduğu vurğulandı.

Avtomobillərin Çindən Azərbaycana daşınması I Bir Avto 16.02.2026

Bu dəfə “Bir Avto” verilişimizin qonaqları “Abşeron” Ticarət Mərkəzinin direktoru Erhan Topkaya və "NBK Motors" MMC-nin rəhbəri Ahati Aisaiti idi. Onlarla "NBK Motors"un fəaliyyəti, iş prinsipləri, avtomobillər, həmçinin avtomobillərin Çindən Azərbaycana daşınma prosesi və digər maraqlı mövzular ətrafında söhbət etdik.

Ətin əsl dadı və bişirmə sənəti — "Pit Master" ilə dadın dərinliklərinə səyahət I Şəhər adamı #185 13.02.2026

Bu gün qonağımız “BlackBull” restoranının sahibi və direktoru, “Pit Master” Şakir Nəcəfov idi. Onunla “Pit Master” anlayışının nə demək olduğunu, bu sahədə peşəkarlaşmaq üçün mütləq Texasa getməyin vacib olub-olmadığını, "smoker"in nə olduğunu və necə işlədiyini müzakirə etdik. Həmçinin müxtəlif steyklər arasında dad fərqinin necə hiss olunduğu, ətin marinad olunması qaydaları, bişirilmə üsulları,...

Avtokredit almazdan əvvəl bunları mütləq bilməlisiniz I Qaydaları pozma 13.02.2026

"Qaydaları Pozma" verilişində Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyev ilə avtokredit zamanı edilən əsas səhvlər, bankların KASKO tələbinin səbəbi, sığorta hadisəsində risk bölgüsü, tam sığorta ilə icbari sığorta arasındakı fərq və sığorta narazılıqlarının səbəbləri haqqında danışdıq.

Sürücülər niyə bilərək qayda pozurlar? I Qaydaları pozma 12.02.2026

"Qaydaları Pozma" verilişində DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırovla Suraxanı rayonu, Aeroport şosesində metal konstruksiyasının sökülməsi, qaydaları bilərək pozan sürücülər və digər aktual mövzulardan danışdıq.

Piyada, sürücü və velosipedçi – bir yolu necə paylaşmalı? I Bir Avto 12.02.2026

"Bir Avto" verilişinin qonağı beynəlxalq dərəcəli təlimçi və avto-ekspert Adil Nəbiyev oldu. Onunla ölkəmizdə velosiped sürənlərin sayının niyə artmadığını, həmçinin piyada, sürücü və velosipedçilərin eyni yolu necə paylaşmalı olduğunu ətraflı müzakirə etdik.

Oyun oynayaraq necə hədiyyə qazana bilərik? – Qalib gəlmək istəyənlər üçün balaca bir “ipucu” I Şəhər adamı #184 12.02.2026

"Avto FM"-in qonaqları Müştəri təcrübələri üzrə baş mütəxəssis Səadət Abbasova və Məhsul marketinqi üzrə baş mütəxəssis Xanım Rüstəmli idi. Onlarla birlikdə oyun oynayaraq necə hədiyyə qazanmağın mümkün olduğunu, ABB Mobile tətbiqi daxilində təqdim olunan “abb play” oyunu, “abb play”i daha maraqlı etmək üçün planlaşdırılan yeniliklər və digər mövzular haqqında danışdıq. Eyni zamanda qalib gəlmək i...

Çin avtomobilləri və qadınların maşın seçimi I Bir Avto 12.02.2026

 "Bir Avto"da qonağımız "Azart Group"un təsisçisi və direktoru Arif Zeynalov ilə avtomobil eksperti Fatimə Zeynalova idilər. Onlarla Çin avtomobilləri, qadınlar niyə işlənmiş maşınlardan çəkinirlər, xanımlar maşının xarici görünüşünə nə qədər önəm verirlər və daha bir çox maraqlı mövzuları müzakirə etdik.

Avropa və Şərqə səyahət | Sankt-Peterburq macəraları I Şəhər adamı #183 11.02.2026

 “Tam Vaxtı” verilişimizin qonağı yazıçı-səyyah Abdulla Səfi idi. Onunla birlikdə Avropa ölkələrinə səyahət təcrübələrindən, Şərq ölkələrinin turistik xəritəsindəki maraqlı məkanlardan və Sankt-Peterburqda yaşadığı unudulmaz macəralardan ətraflı söhbət etdik.

Beyinin təhlükə siqnalları və stresin gizli təsiri I Qaydaları pozma 11.02.2026

"Qaydaları Pozma" verilişində nevroloq Həcər Allahverdiyeva ilə birlikdə sükan arxasında aqressiyanın artmasının beyinin təhlükə siqnallarına həddindən artıq reaksiya verməsindən, stres hormonlarının yüksəlməsi və özünüidarə mexanizmlərinin zəifləməsindən, ani qəzəb partlayışlarının yuxusuzluq, xroniki stres, panik atak, epilepsiya və diqqət pozuntuları kimi nevroloji və psixoloji faktorlarla əlaq...

Azərbaycanda HR sahəsi necə dəyişib? I Şəhər adamı #182 10.02.2026

 "Tam Vaxtı" proqramında qonağımız Azərbaycan HR İnstitutunun təsisçisi və direktoru Emil Hüseynov oldu. Onunla Azərbaycanda son 10–15 il ərzində HR sahəsində baş verən dəyişikliklər, HR İnstitutunun formalaşma prosesi, eləcə də insan resurslarının inkişafı və idarə olunması mövzuları ətrafında geniş müzakirə apardıq.

Əgər hər kəs sürməyi bacarırsa, bəs öyrətməyi bacarırmı? - Piyada təhlükəsizliyi I Bir Avto 10.02.2026

“Bir Avto” verilişində qonağımız beynəlxalq dərəcəli təlimçi, nəqliyyat məsələləri üzrə ekspert Adil Nəbiyev oldu. Veriliş zamanı “Əgər hər kəs sürməyi bacarırsa, bəs öyrətməyi bacarırmı?” sualı, piyada təhlükəsizliyi və daha bir neçə maraqlı mövzu ətrafında söhbət etdik.

İkinci əl avtomobil alarkən nəyi nəzərə almalıyıq? 10.02.2026

"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə birlikdə avtomobil alarkən sənədləşmə prosesinin düzgün aparılma qaydasından, avtomobilin texniki vəziyyətinin yoxlanılmasının vacibliyindən, alınan avtomobilin sərfəliliyi və təhlükəsizliyinin önəmindən, xüsusilə ikinci əl avtomobil alarkən texniki vəziyyət, tarixçə və əlavə xərclər kimi detalların xüsusi diqqətdə olm...

Süni intellekt savadlılığı proqramı I Şəhər adamı #181 09.02.2026

“Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonağı ASAN İnnovativ İnkişaf Mərkəzinin təlimçisi Nofəl Əliyev oldu. Biz onunla ASAN İnnovativ İnkişaf Mərkəzinin iş prinsipi, hansı sahələrə töhfə verdiyi və əldə olunan nəticələr barədə söhbət apardıq. Eyni zamanda süni intellekt savadlılığı proqramını da ətraflı müzakirə etdik.

Faciələrə səbəb olan qəzaların qarşısını necə almaq olar? 09.02.2026

“Qaydaları pozma” verilişinin qonağı Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi Elvin Hacıyev oldu. Onunla yol qəzaları, bu qəzaların faciələrə gətirib çıxarma səbəbləri və qarşısının necə alınması barədə ətraflı söhbət apardıq. Aparıcı: Ceyhun Həsənli Qonaq: BDYPİ-nin rəsmisi Elvin Hacıyev

"Hiking" macəraları və özünüinkişaf I Şəhər adamı #180 06.02.2026

Bu gün “Şəhər adamı” rubrikasının qonağı " hugnmug.cafe "nin təsisçisi, "blogger" Ülviyyə Axundovadır. Biz onun özünüinkişaf yolundan, maraqlı həyat tərzindən və "hiking" macəralarından bəhs etdik.

Sığorta zərəri tam qarşılamırsa, nə etmək lazımdır? 06.02.2026

"Qaydaları Pozma" verilişində Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyev ilə qış aylarında qəzaların artmasının sığorta müraciətlərinə təsiri, buzlu yollarda icbari və kasko sığortasının əhatə dairəsi, icbari sığortanın təbii fəlakətlərdən dəyən ziyanı niyə qarşılamaması, sürücülərin ən çox yol verdiyi yanlışlar, qəza zamanı atılmalı ilk addımlar və sığorta ö...

Pis hava necə qəzaya çevrilir? Sürücülərin ən çox yol verdiyi səhvlər 05.02.2026

"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırovla birlikdə veriliş zamanı yağışlı və qarlı hava şəraitində sürücülərin qarşılaşdığı çətinliklərdən, pis hava şəraitində yol-nəqliyyat hadisələrinə səbəb olan sürücü səhvlərindən, sürücülərin bu cür şəraitə hazırlıq səviyyəsindən, qış şinlərindən istifadənin və avtomobill...

Azərbaycanda təhsil – Valideynlərin ixtisas seçiminə təsiri – Xaricdə təhsil – Peşə sahələri I Şəhər adamı #179 05.02.2026

Bu gün “Şəhər adamı” rubrikasının qonağı təhsil eksperti Ramin Nurəliyev oldu. Verilişdə Ramin Nurəliyevlə valideynlərin ixtisas seçiminə təsiri, xaricdə təhsil, Azərbaycan universitetlərinin inkişafı, peşə sahələri və süni intellektin şagirdlərə mümkün mənfi təsirləri barədə ətraflı müzakirə apardıq.

Xanımlar sükan arxasında - Xanımlar maşını ehtiyatlı sürürlər, yoxsa səliqəli? I Bir Avto 04.02.2026

"Azart Group"un təsisçisi və direktoru Arif Zeynalov ilə Fatimə Zeynalova bu gün "Bir Avto"da qonağımız oldular. Söhbətimizdə xanımların avtomobil sevgisi və sürücülük bacarıqları, avtomobilin yalnız kişilərin aksesuarı olub-olmaması, xanımların maşını səliqəli və ehtiyatlı sürməsi və daha maraqlı mövzular ətrafında fikir mübadiləsi apardıq.

Süni intellekt, satış və marketinq eyni dalğada – Rəqəmsal media - İnbound marketinq nədir?I Şəhər adamı #178 04.02.2026

"Şəhər adamı"nda qonağımız isə Ramil Əhmədovla marketinq və biznes mövzularını müzakirə etdik. Söhbətdə süni intellektin həyatımızdakı rolu, inbound marketinqin nə olduğu və necə işlədiyi, ənənəvi media ilə rəqəmsal medianın üstünlükləri, təcili satış yoxsa brend qurmaq mövzuları haqqında ətraflı danışdıq.

Tramvay xəttinin çəkilməsi tıxacları azaldacaq? 04.02.2026

"Qaydaları Pozma" verilişində nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev ilə birlikdə Bakıda tıxacların əsas səbəbindən, nəqliyyatın səmərəsiz idarə olunmasından, ictimai nəqliyyatın qeyri-dəqiq fəaliyyətinin şəxsi avtomobillərə üstünlük yaratmasından, vahid rəqəmsal dispetçerliklə real vaxt koordinasiyasından, pik saatlarda marşrutların tənzimlənməsindən, bunun tıxacların azalmasına və sə...

Listen to the Avto FM 107.7 podcast in Replaio

Radio and podcasts in one app - free, with no sign-up. Install today and do not miss the launch

Get it on Google Play

Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.