Avto FM 107.7
Avto FM 107.7
107.7 AVTO FM radiosu ! Efirimizdə yayımlanan müxtəlif verilişlərin podcastı məhz burada paylaşılır !
Where to listen?
Podcasts in the app Replaio Radio Coming soonPodcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts
Episodes
Qəza zamanı sığorta ödənişi necə hesablanır? I Qaydaları pozma 10.03.2026 29:06
"Qaydaları Pozma" verilişində Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyev ilə qəza zamanı zərərin hesablanması qaydaları, bu prosesdə həyata keçirilən addımları, araşdırmanın obyektivliyi və ödənişdən narazı qalınan zaman diqqət yetirilən hüquqi məsələlər müzakirə edildi.
Dubayda qalan həmvətənlərimiz geri qaytarılır I Şəhər adamı #198 06.03.2026 27:21
Bu gün “Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonağı aviasiya üzrə ekspert Zöhrab Əliyev oldu. Veriliş zamanı Dubaydan Bakıya həmvətənlilərimizin ölkəyə gətirilməsindən, ölkəyə qayıtmaq üçün nəzərdə tutulmuş yollardan, qısa zamanda təyyarə biletini necə əldə etməli olduqlarından və digər maraqlı mövzulardan bəhs etdik.
""Wolt" texnologiya tətbiqidir" I Şəhər adamı #199 06.03.2026 24:46
Bu gün “Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonağı "Wolt" şirkətinin marketinq meneceri Nərmin Əyyubova oldu. Veriliş zamanı marketinq təhsilindən, "Wolt" şirkətinə məxsus olan maraqlı kampaniyalar və ideyalardan, "öncədən sifariş" ideyasının üstünlüklərindən və digər maraqlı mövzulardan bəhs etdik.
"Moped sürücüləri üçün qaydalar sərtləşdirildi" I Qaydaları pozma 06.03.2026 22:57
"Qaydaları Pozma" verilişində BDYPİ-nin rəsmisi Elvin Hacıyevlə birlikdə moped sürücülərinin iştirakı ilə artan qəza statistikası, onların törətdiyi qayda pozuntuları və dəbilqəsiz hərəkətin riskləri fonunda 26 martdan tətbiq ediləcək A1 kateqoriyası və dövlət qeydiyyatı qaydalarının yol hərəkəti təhlükəsizliyini necə artıracağı barədə danışdıq.
Moped Qəzaları: Ölümcül Səhvlər və Qorunma Yolları I Qaydaları pozma 06.03.2026 26:31
"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov ilə birlikdə yollarda moped və motosikletlərin iştirakı ilə baş verən qəzalar, onların əsas səbəbləri, yüksək sürət, qoruyucu vasitələrdən imtina və digər sürücülərin diqqətsizliyi barədə danışdıq.
Həyatınızı dəyişdirin! - Effektiv danışmağın yolları - Bədən dili analizi - Liderlik bacarıqları I Şəhər adamı #197 04.03.2026 41:14
Bu gün “Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonağı Biznes strategiyası, liderlik və qlobal bədən dili üzrə ekspert Anar Heydərov oldu. Veriliş zamanı işinin mütəxəssisi olmaqda bədən dilinin önəmindən, effektiv danışmağın yollarından, bədən dili analizindən və digər maraqlı mövzulardan bəhs etdik.
Nəqliyyatda İnqilab: Nələr dəyişiləcək? I Qaydaları pozma 04.03.2026 29:52
"Qaydaları Pozma" verilişində nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev ilə birlikdə ictimai nəqliyyatda vaxt itkisi və komfort problemləri, intervalların azaldılmasının əhəmiyyəti, avtobus zolaqlarının effektivliyi, təmiz nəqliyyatın psixoloji üstünlükləri, eləcə də mikromobillik infrastrukturunun reallığı məsələlərindən danışıldı.
Yolda Mədəniyyət: Problem və Həllər I Qaydaları pozma 04.03.2026 32:48
"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə birlikdə sürücü davranışı və yol etikası, qanunların tətbiqi və nəzarətin gücləndirilməsi, piyada və sərnişin mədəniyyəti, sürücülük təlimində müəllim seçiminin rolu, infrastruktur problemləri, ailə faktorunun təsiri və peşəkar sürücülərin nümunəvi davranışının mədəni mühitin formalaşmasına təsiri müzakirə olundu.
Kimlər maşinist ola bilməz? - Metropoliten əməkdaşlarının psixoloji sağlamlığı - İşə qəbul I Şəhər adamı #196 03.03.2026 36:59
Bu gün “Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonağı Klinik psixoloq, Bakı Metropoliteni QSC-nin psixoloqu Orxan Məcnunov oldu. Veriliş zamanı metropolitenə maşinistlərin işə götürülmə qaydalarından, sərnişinlərdən ən çox gələn şikayətlərdən, insanları stresləndirən səbəblərdən və həll yollarından və digər maraqlı mövzulardan bəhs etdik.
Qeyri-adi astronomik hadisələr - Şamaxı Astrofizika Rəsədxanası haqqında - Azərkosmosun inkişafı I Şəhər adamı #195 02.03.2026 33:01
Bu gün “Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonağı "Həvəskar Astronomlar Cəmiyyəti" İctimai Birliyinin sədri Faiq Nağıyev oldu. Veriliş zamanı "Həvəskar Astronomlar Cəmiyyəti"ndən, bu cəmiyyətə üzv olan insanlardan, professional teleskoplardan və digər maraqlı mövzulardan bəhs etdik.
Yola Atılan Tullantılar: Təhlükə və Cərimələr I Qaydaları pozma 02.03.2026 28:16
"Qaydaları Pozma" verilişində BDYPİ-nin rəsmisi Elvin Hacıyevlə birlikdə yola atılan tullantılar, onların səbəb ola biləcəyi yol-nəqliyyat hadisələri, tətbiq olunan inzibati cərimələr və texniki nəzarət mexanizmlərinin sərtləşdirilməsi nəticəsində bu halların qarşısının alınması məsələlərini müzakirə etdik.
Forumların sahibkarlara xeyiri nələrdir - Xaricdə keçirilən təhsil forumları və faydaları I Şəhər adamı #194 27.02.2026 27:53
Bu gün “Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonağı "Peak Group" təşkilatının direktoru Aysel Mirzəyeva oldu. Veriliş zamanı xaricdə təşkil etdiyi tədbirlərdən, təhsil forumlarından, bu forumların təhsilimizə gətirdiyi yeniliklərdən, etdiyi səyahətlərindən, kruiz turunun üstünlüklərindən və digər maraqlı mövzulardan bəhs etdik.
Sıxlığın əsl səbəbi: Sürücü səhvləri, yoxsa yol infrastrukturu? I Qaydaları pozma 26.02.2026 32:16
"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırovla süni sıxlıqların yaranma mexanizmi, sürücülərin nizamsız zolaq dəyişməsi və işıqforda diqqətsizliyinin axına vurduğu ziyan, həmçinin yoldakı maraqlı hadisələrə baxmaq üçün yavaşlamanın yaratdığı ləngimə və sürücü psixologiyasının hərəkət intensivliyinə təsiri ətraflı ş...
Özəl gün çəkilişlərində düzgün videoqraf və fotoqraf seçimi - Toy çəkilişlərində diqqətli olun I Şəhər adamı #193 25.02.2026 25:21
Bu gün “Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonaqları fotoqraf və səyahətçi Aysun və Davud Hasani cütlüyü oldu. Veriliş zamanı Avropada etdikləri toy çəkilişlərindən, toy fotosessiyasının qiymətlərindən, çəkiliş zamanı kompleksli cütlüklərlə düzgün işləmək formasından və digər maraqlı mövzulardan bəhs etdik.
Sığorta ödənişini necə almalı? İmtina edilsə, nə etmək lazımdır? I Qaydaları pozma 25.02.2026 28:35
"Qaydaları Pozma" verilişində "Bakı Sığorta" ASC-nin Ləğvetmə Komissiyasının sədri, Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Oqtay Şeydabəyov ilə birlikdə sığorta müqaviləsindəki qaranlıq məqamların hüquqi məsuliyyəti, hadisə zamanı atılmalı olan ilk addımlar, ödənişdən imtina halları və avtomobil qəzalarında qarşı tərəfin sığortası ilə bağlı yaranan mübahisələrin məhkəmə yolu ilə effektiv h...
Şəhərdə tıxacın artmasına səbəb olan amillər - Alternativ nəqliyyat vasitələri I Şəhər adamı #192 24.02.2026 37:49
Bu gün “Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonağı səyahət sevən motosikletçi Sabir Aslanov oldu. Veriliş zamanı motosiklet sürməyə başlamasının səbəblərindən, Bakıda yaranan tıxac və sıxlıqdan, hansı nəqliyyat vasitələrinin daha əlverişli olmasından, ailədə uşaqlarla düzgün davranış qaydalarından və digər maraqlı mövzulardan bəhs etdik.
Peşəniz sürücülük tərziniz haqqında nə deyir? I Qaydaları pozma 24.02.2026 28:17
"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə birlikdə peşəkar fəaliyyətin sürücülük davranışlarına təsiri, müxtəlif sahə əməkdaşlarının reaksiya sürəti və emosional gərginliyin yol hərəkəti təhlükəsizliyinə yaratdığı risklər müzakirə olundu.
Azərbaycanda atçılığa olan maraq I Şəhər adamı #191 23.02.2026 28:52
Bu gün “Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonağı atçılıq üzrə Azərbaycan çempionu, Atçılıq Federasiyasının məşqçisi və at sahibi Adil Axundov oldu. Veriliş zamanı Azərbaycanda atçılığa maraqdan, həm məşqçi, həm at sahibi olmağın üstünlüklərindən, atların qidalanmasından və digər maraqlı mövzulardan bəhs etdik.
Şəhərdə Avtoxuliqanlıq: Yüksək Sürət, Drift və Təhlükəli Manevrlər I Qaydaları pozma 23.02.2026 25:39
"Qaydaları Pozma" verilişində BDYPİ-nin rəsmisi Elvin Hacıyevlə birlikdə şəhər daxilində yüksək sürətlə yarışmaq, kəskin ziqzaq manevrlər etmək, qəsdən drift etmək, piyadaya və ya digər sürücüyə “dərs vermək” məqsədilə yaxın sürmək, səs-küy yaradaraq təkərləri sürüşdürmək, yol verməyən sürücülərə aqressiv təzyiq göstərmək və ümumilikdə avtoxuliqanlıq hallarından danışıldı.
Yaşıl enerjiyə ümumi baxış I Şəhər adamı #190 20.02.2026 31:00
Bu gün “Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonağı bərpa olunun enerji mənbələri üzrə mühəndis Kənan Arifli oldu. Veriliş zamanı müasir dünyanın niyə yaşıl enerjiyə keçid etməsindən, Azərbaycanda son illər yaşıl enerjiyə marağın artmasının əsas məqamlarından, ölkəmizdəki yaşıl enerji düşüncəsi və bu istiqamətdə atıla biləcək addımlardan və digər maraqlı mövzulardan bəhs etdik.
Çin Avtomobillərinin Yüksəlişi: Texnologiya və Rəqabət I Qaydaları pozma 20.02.2026 26:22
"Qaydaları Pozma" verilişində "BYD Motors Baku"nun servis müdiri Elcan Sarıyev və şirkətin direktor müavini Mahir Məlikli ilə Çin avtomobillərinə marağın artma səbəbləri, texnoloji üstünlükləri, Azərbaycan bazarında qiymət və ödəniş şərtləri, istehlakçı stereotipləri, elektrik və hibrid keçidin çətinlikləri müzakirə olundu.
Qiraətçilik pul qazandırır? I Şəhər adamı #189 20.02.2026 28:12
“Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonağı tədbirlər üzrə menecer, qiraətçi Dünya Bayramova oldu. Veriliş zamanı tibb sahəsindən tədbirlər üzrə menecer işinə keçməsindən, səyahət etdiyi ölkələrdən, qiraət fəaliyyətindən və gələcək planlarından bəhs etdik.
Piyada keçidindən istifadə etməyənlərin yaratdığı təhlükə I Qaydaları pozma 20.02.2026 32:26
"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırovla birlikdə piyadaların təhlükəli davranışlarından, qırmızı işıqda və piyada keçidi olmayan yerlərdə keçməsinin nəticəsində yaranan qəzalardan və piyadalara tətbiq olunan cərimələrin artırılmasının nə dərəcə təsirli olacağından danışdıq.
Qadınların elm və tədqiqatda səlahiyyətlərinin artırılması və elmə təşviq edilməsi I Şəhər adamı #188 18.02.2026 49:03
Bu gün “Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonağı siyasi alim, UNEC-in Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri, UNEC Xanım Tədqiqatçılar Şurasının rəhbəri Nərgiz Hacıyeva oldu. Veriliş zamanı dünyada baş verən siyasi vəziyyətlərdən, qadınların elm və tədqiqatda səlahiyyətlərinin artırılması və elmə təşviq edilməsindən, müasir dövrdə süni intellektin elmi istiqamətdə rolundan və di...
Hansı tip insanlar daha çox qəza edirlər? I Qaydaları pozma 18.02.2026 34:57
"Qaydaları Pozma" verilişində klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov ilə psixologiyada qəzaya meyilli sürücünün təsadüf yox, impulsivlik və aqressiya kimi xüsusiyyətlərlə formalaşan davranış modeli olmasından, kişilərin daha riskli, qadınların daha ehtiyatlı sürməsindən və qəza sonrası “mənim günahım deyildi” yanaşmasının müdafiə mexanizmi olmasından danışdıq.
Similar podcasts
Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.