Avto FM 107.7
Avto FM 107.7
107.7 AVTO FM radiosu ! Efirimizdə yayımlanan müxtəlif verilişlərin podcastı məhz burada paylaşılır !
Where to listen?
Podcasts in the app Replaio Radio Coming soonPodcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts
Episodes
İkinci əl avtomobil alarkən mütləq yoxlanmalı 3 əsas məqam I Qaydaları pozma 14.04.2026 28:30
"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə avtomobil alarkən insanların ən çox etdiyi səhvlərdən, ikinci əl maşın alarkən yoxlanmalı əsas məqamlardan və avtomobil alındıqdan sonra gecikdirilən baxışların yaratdığı problemlərdən danışdıq.
Yollarda təhlükə artır! Moped və motosiklet qəzalarının acı statistikası I Qaydaları pozma 13.04.2026 22:16
"Qaydaları Pozma" verilişində BDYPİ-nin rəsmisi Elvin Hacıyev ilə moped və motosiklet qəzalarının artma səbəbləri, ən çox yol verilən qayda pozuntuları, sürücülərin yaş və təcrübə amili, bu nəqliyyat vasitələrinin sürücüləri arasında nizam-intizam fərqləri, gücləndirilmiş nəzarət tədbirləri və qoruyucu vasitələrdən istifadə səviyyəsi müzakirə olundu.
Taksidə 1.5 Sığorta Əmsalı: Sürücülərin Xərcləri Nə Qədər Artır? I Qaydaları pozma 10.04.2026 27:26
"Qaydaları Pozma" verilişində Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyev ilə taksi fəaliyyəti üçün tətbiq edilən 1.5 sığorta əmsalının səbəblərindən, bu artımın həm sürücü büdcəsinə, həm də gediş haqlarına təsirlərindən, eləcə də fərdi və kommersiya təyinatlı avtomobillər arasındakı fərqlərdən danışdıq.
Yay təkərinə keçmək üçün optimal vaxt və qaydalar I Bir Avto 09.04.2026 28:59
“Bir Avto” verilişində "Radius" Avtomobil Təkər Mərkəzinin təlim meneceri Cavid Allahverdiyev ilə qış təkərlərinin istifadə müddəti, protektorun qalınlığı, təkərlərin düzgün saxlanma şəraiti və yola uyğun təkər seçilməsi barədə danışdıq.
Yollarda Ən Təhlükəli Sürücü Kimdir? I Qaydaları pozma 09.04.2026 25:54
"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov ilə sürücülərin təhlükəli davranışları, qəza səbəbləri, yol və hava şəraitinin rolu, sürücü mədəniyyəti, telefon istifadəsinin riskləri və ümumilikdə yol təhlükəsizliyinin artırılması yollarında danışdıq.
Lükdən Su Gəlir? Səbəblər və Həlli I Bir Avto 07.04.2026 30:32
"Bir Avto"da qonağımız olan avtomobil lüklərinin təmiri üzrə mütəxəssis Samir Bəykişiyev ilə yağış sularının avtomobil lüklərinə təsiri, su sızmalarının səbəbləri və lüklərə mütəmadi texniki baxışın zəruriliyi barədə ətraflı danışdıq.
Yol qəzalarının səbəbləri və çıxış yolları I Qaydaları pozma 07.04.2026 24:44
"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə yol qəzalarının əsas səbəbləri, sürücülərdə və piyadalarda rast gəlinən təhlükəli düşüncə və davranışlar, onların buraxdığı tipik səhvlər, çətin hava şəraitində risklər, cərimə ilə maarifləndirmənin təsiri haqqında danışdıq.
Yol Hərəkəti Təhlükəsizliyi: Hər Bir Sürücünün Bilməli Olduqları I Qaydaları pozma 06.04.2026 25:03
"Qaydaları Pozma" verilişində BDYPİ-nin rəsmisi Elvin Hacıyev ilə yol qəzalarının səbəbləri, sürücülərin yol verdiyi səhvlər, təhlükəsizlik kəmərinin əhəmiyyəti, sürət və yol şəraitinə uyğun hərəkət, pis hava şəraitində davranış qaydaları, sürət həddinin tənzimlənməsi, sürücü məsuliyyəti, diqqətin yayınmasının təsiri və yolun hərəkət hissəsində dayanmağın yaratdığı təhlükələr müzakirə olundu.
Təbii Fəlakətlərdə Avtomobil Zədələri: Sığorta Nəyi Ödəyir, Nəyi Yox? I Qaydaları pozma 03.04.2026 26:03
"Qaydaları Pozma" verilişində Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyev ilə intensiv yağış və təbii fəlakətlər zamanı avtomobillərə dəyən ziyanın sığorta tərəfindən qarşılanması qaydaları, həmçinin sürücülərin belə hava şəraitində yol verdiyi kritik səhvlər və sığorta ödənişi almaq üçün atmalı olduqları addımlar barədə danışdıq.
MO, MO1 və MO-S fərqləri – təkər alanda bunu bilməlisiniz! I Bir Avto 02.04.2026 31:52
“Bir Avto” verilişində "Radius" Avtomobil Təkər Mərkəzinin təlim meneceri Cavid Allahverdiyev ilə təkər seçimində homoloqasiya anlayışı, MO–MO1–MO-S fərqləri, mühəndislər tərəfindən təsdiqlənmiş təkərlərin təhlükəsizlik və komforta təsiri, həmçinin düzgün və uyğun təkər seçiminin vacibliyi haqqında danışdıq.
Yolun Ortasında Dayanan Sürücülərin Yaratdığı Təhlükə I Qaydaları pozma 02.04.2026 25:04
"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov ilə yağışlı havada qəza risklərinin artma səbəbləri, sürücülərin sürüşkən yollarda yol verdiyi tipik səhvlər, yolun hərəkət hissəsində dayanmağın yaratdığı ciddi təhlükələr və qəza zamanı düzgün davranış qaydaları haqqında müzakirə apardıq.
Yol Qəzası Baş Verdikdə Nə Etməli? I Qaydaları pozma 31.03.2026 21:11
"Qaydaları Pozma" verilişində BDYPİ-nin rəsmisi Elvin Hacıyev ilə qəza anında ilk addımlar, avtomobilin hansı hallarda tərpədilməməsi, xəsarət olduqda görüləcək tədbirlər, kiçik maddi ziyanlı hallarda razılaşma imkanı, qəza yerini tərk etməyin hüquqi nəticələri və sürücülərin ən çox etdiyi səhvlərdən danışdıq.
Brend məhsulların keyfiyyətinə necə nəzarət olunur? - Məişət texnikalarında yeniliklər I Şəhər adamı #206 19.03.2026 23:41
Bu gün “Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonağı Beko-nun Strateji Müştərilər üzrə Meneceri İlkin Mammadov oldu. Veriliş zamanı Qadın Liderləri Zirvəsi görüşündən, biznes qurma ideayasından və bu yola necə başlamasından, akademiyanın fəaliyyətindən və digər maraqlı mövzulardan bəhs etdik.
Qəzaların Əsl Səbəbi: Qayda Bilməmək, Yoxsa Bilərəkdən Risk? I Qaydaları pozma 19.03.2026 25:25
"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov ilə sürücülərin qaydaları bilərəkdən pozma səbəbləri, telefon asılılığının yaratdığı təhlükələr, yol mədəniyyətinin formalaşdırılması yolları və qəzaların qarşısını alan ən vacib davranış qaydaları ətrafında danışdıq.
Çin avtomobilləri: Texnologiya, servis və reallıqlar I Qaydaları pozma 18.03.2026 19:30
"Qaydaları Pozma" verilişində "BYD Motors Baku"nun satıș və marketinq rəhbəri Toğrul Məlikli ilə Çin avtomobillərinin qlobal bazarda sürətlə yüksəlişi, texnoloji innovasiyalardakı irəliləyişləri və batareya sahəsində qazandıqları üstünlük, eləcə də servis xidmətlərinin səviyyəsi, ehtiyat hissələrinin əlçatanlığı və təhlükəsizlik standartları haqqında müzakirə apardıq.
Gələcəyin qazandıran peşələri - Data analitika və dizayn proqramlarının süni intellektlə əlaqəsi I Şəhər adamı #205 17.03.2026 31:54
Bu gün “Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonağı “Baku Design Academy”nin təsisçisi Aysel Gülməmmədova oldu. Veriliş zamanı Qadın Liderləri Zirvəsi görüşündən, biznes qurma ideayasından və bu yola necə başlamasından, akademiyanın fəaliyyətindən və digər maraqlı mövzulardan bəhs etdik.
Sükan Arxasında Niyə Dəyişirik? Aqressiyanın Gizli Səbəbləri I Qaydaları pozma 17.03.2026 23:50
"Qaydaları Pozma" verilişində psixoloq Fərqanə Mehmanqızı ilə birlikdə sükan arxasındakı aqressiyanın səbəbləri, sürücü davranışının xarakterlə əlaqəsi, tıxac stresinin psixoloji fəsadları, yol mübahisələrindən qaçmaq və emosiyaları idarə edərək mədəni sürücü olmağın yolları haqqında danışdıq.
Müasir dövrdə Novruz adət-ənənələri I Şəhər adamı #204 16.03.2026 25:41
Bu gün “Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonağı AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova oldu. Veriliş zamanı qədim Novruz adət-ənənələrindən, "qara bayram" adlandırılan çərşənbədən, bayram fallarından və digər maraqlı mövzulardan bəhs etdik.
Piyada Vurulduqda Kim Günahkardır? – Sürücü, Yoxsa Piyada I Qaydaları pozma 16.03.2026 27:09
"Qaydaları Pozma" verilişində BDYPİ-nin rəsmisi Elvin Hacıyev ilə piyada qəzalarının artmasının səbəbləri, sürət həddinin aşılması, sürücü diqqətsizliyi, piyadaların yol hərəkəti qaydalarını pozması, hadisələrin daha çox baş verdiyi nizamlanmayan piyada keçidləri və magistral yollar, eləcə də qaydanı pozan tərəfləri gözləyən inzibati cərimələr barədə danışdıq.
On ilin qonşuşu - Mərdan Kazımovla Oba-nın 10 illiyinə həsr olunan klipi I Şəhər adamı #203 13.03.2026 28:18
Bu gün “Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonağı Müğənni Mərdan Kazımov, Brend imicinin idarəedilməsi şöbəsinin müdiri Nəzrin Əliyeva oldu. Veriliş zamanı Obanın 10 illiyi üçün Mərdan Kazımovla olan əməkdaşlığından, bu əməkdaşlıqdan yaranan reklamın insanlarda hansı təəssüratı yaratdığından, Obanın gələcək məqsədi və əhəmiyyəti haqqında ətraflı müzakirə apardıq.
Hansı təkər yaxşıdır: Çin, yoxsa ABŞ? I Bir Avto 12.03.2026 35:19
Bu dəfə “Bir Avto” verilişimizin qonağı "Radius" Avtomobil Təkər Mərkəzinin təlim meneceri Cavid Allahverdiyev oldu. Veriliş zamanı şin müayinəsinin növlərindən, şinlərin şişməsinin səbəblərindən, "yaxşı təkər" anlayışından və digər maraqlı mövzulardan bəhs etdik.
Genetik xəstəliklərin əsas səbəbləri - Qohum evliliklərinin yaratdığı genetik xəstəliklər I Şəhər adamı #202 12.03.2026 34:06
Bu gün “Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonağı həkim- genetik Dr. Əmirli Günay oldu. Veriliş zamanı genetik həkim niyə vacibdir, ən çox yayılan genetik xəstəliklər, qohum evliliklərinin yaratdığı genetik təhlükələr haqqında ətraflı müzakirə apardıq.
Bakı yollarında "Sol Zolaq" problemi: Niyə sağa keçmirik? I Qaydaları pozma 12.03.2026 29:41
"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov ilə sol zolağın düzgün istifadəsi, bu zolağın əsassız zəbt edilməsinin səbəbləri, arxadan işıq siqnalı ilə yol tələb etməyin hüquqi tərəfi və qəza riski, sol zolağın "sürətli zolaq" olması ilə bağlı yanlış təsəvvürlər haqqında danışdıq.
Kənd təsərrüfatında müasir suvarma sistemlərinin tətbiqi I Şəhər adamı #201 11.03.2026 29:31
Bu gün “Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonağı Odlar Yurdu Universitetin dosenti, " Irrigation.az " MMC - nin təsisçisi İbadov Fuad oldu. Veriliş zamanı qlobal su böhranından, su ehtiyatlarının səmərəli istifadəsindən, kənd təsərrüfatında müasir suvarma sistemlərinin tətbiqindən, iqlim stansiyalarının gətirdiyi üstünlüklərdən və digər maraqlı mövzulardan bəhs etdik.
Uşaqlarda kəkələmə və nitq ləngiməsi - Telefon istifadəsinin azaldılması I Şəhər adamı #200 10.03.2026 33:55
Bu gün “Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonağı defektoloq-loqoped Esmira Kazımova oldu. Veriliş zamanı uşaqlardakı danışıq pozğunluğunun əsas səbəblərindən, günümüzdə bu problemlərin artmasından, dəblə ayaqlaşmaq üçün uşaqlarını başqa dildə təhsilə yönəldən valideynlərdən və digər maraqlı mövzulardan bəhs etdik.
Similar podcasts
Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.