Avto FM 107.7
Avto FM 107.7
107.7 AVTO FM radiosu ! Efirimizdə yayımlanan müxtəlif verilişlərin podcastı məhz burada paylaşılır !
Where to listen?
Podcasts in the app Replaio Radio Coming soonPodcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts
Episodes
"Hərəkət aktivlik gətirir" I Şəhər adamı #177 03.02.2026 28:10
"Şəhər adamı"nda qonağımız olan bodibildinq və fitnes üzrə məşqçi, idman-qidalanma mütəxəssisi Yaqubova Məhluqə ilə fitneslə məşğul olarkən qidalanmanın önəmindən, meyvəni axşam yeməməli olduğumuzdan, 18:00-dan sonra yemək yemənin ziyanlı olmamasından, kardionun arıqlamaqda köməyindən və digər mövzulardan bəhs etdik.
Gənclər sükan arxasında təhlükəsizlik yaradırlar, yoxsa risk? 03.02.2026 30:49
"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov və tələbəsi Cavid Qasımzadə ilə gənc sürücülərin qaydalara münasibətindən, yol mədəniyyətinin dəyişməsində gənclərin rolundan və onların nümunə ola bilməsindən, həmçinin gənclərin düzgün təlim almasının gələcəkdə daha peşəkar sürücü olmalarındakı əhəmiyyətindən danışdıq.
Gənclər daha çox bu mövzuda kitablar oxuyur I Şəhər adamı #176 02.02.2026 32:26
"Şəhər adamı"nda qonağımız olan yazıçı Mürşüd Mehdi ilə yazıçılıq fəaliyyətindən, bestseller olan kitablarından, "online", yoxsa ənənəvi kitab oxumaq mədəniyyətindən, səyahət etdiyi ölkələrdən və digər mövzulardan bəhs etdik.
"Süni tıxacı yaradan səbəblər" 02.02.2026 31:58
"Qaydaları Pozma" verilişində BDYPİ-nin rəsmisi Elvin Hacıyevlə birlikdə sürücülərin nasaz avtomobillə yola çıxmasının yaratdığı problemlərdən, formal texniki baxışın qəzaların qarışısını necə almağından, yolda qalan avtomobillərin vaxtında kənara çəkilməməsi, qəza nişanı və xəbərdarlıq işıqlarından istifadə olunmadığı hallarda yaranan risklərdən, süni txac yaradan amillərdən və avtoxuliqanlıq edə...
Boşanma vəkilindən maraqlı açıqlamalar - Vəkil uduzanda nə baş verir? - Qeyri-adi boşanma hekayələri I Şəhər adamı #175 30.01.2026 36:04
"Şəhər adamı"nda qonağımız olan AR Vəkillər Kollegiyasının üzvü, vəkil İsrafil Əlili ilə vəkil peşəsində olan qazanclardan, bu peşənin çətin tərəflərindən, qeyri-adi boşanma hekayələrindən və digər mövzulardan bəhs etdik.
Ekspertdən açıqlama - Qəzaya səbəb olan sürücülər bu səhvləri edirlər I Bir Avto 29.01.2026 27:44
"Bir Avto"da qonağımız olan beynəlxalq dərəcəli təlimçi, nəqliyyat məsələləri üzrə ekspert Adil Nəbiyev ilə sürücülərin ən çox etdiyi, amma təhlükə hesab etmədiyi səhvlərlərdən, dönmə işıqlarını düzgün istifadə etməyən sürücülərdən, ara məsafəsi sağlamağın vacibliyindən və digər mövzulardan bəhs etdik.
"2546 yol qəzası bu səbəblərə görə baş verib" 29.01.2026 35:01
"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırovla birlikdə qəzaların sayının niyə azalmadığı, yol-nəqliyyat hadisələrinin baş vermə səbəbləri, bu sahə üzrə illik statistika göstəriciləri, eləcə də yol hərəkəti qaydalarını bildiyi halda onlara əməl etməyən sürücülərin davranışları müzakirə olundu.
Müasir evlər üçün çilçıraq seçimi - Almadan əvvəl mütləq bunları bilməlisiniz I Şəhər adamı #174 29.01.2026 28:32
"Şəhər adamı"nda qonağımız olan "Eslampadari" brendinin təsisçisi və direktoru Sabit Məmmədov ilə uşaq yaşlarından ticarətə olan marağından, sahibkarlıq fəaliyyətindən, müasir evlərdə olan çilçıraq seçimlərindən, qiymət, dizayn, keyfiyyətin önəmindən, başına gələn maraqlı hadisələrdən və digər mövzulardan bəhs etdik.
PPF qoruyucu neçəyə başa gəlir? I Bir Avto 28.01.2026 35:08
"Bir Avto"da qonağımız olan "Azart Group"un təsisçisi və direktoru Arif Zeynalov ilə PPF örtüklərdən, müsbət və mənfi tərəflərindən, keyfiyyətli PPF seçimlərindən, PPF-lərin düzgün istifadə qaydalarından və digər maraqlı mövzulardan bəhs etdik.
Yerli brendlərin beynəlxalq bazara çıxması üçün nə lazımdır? I Şəhər adamı #173 28.01.2026 26:32
"Şəhər adamı"nda qonağımız olan "Mezuro" mağazalar şəbəkəsinin təsisçi direktoru Qəhrəmanov Vasif ilə kişi modasında Azərbaycanda ən çox çatışmayan cəhətlərdən, brendi digərlərindən fərqləndirən əsas detallardan, yeni başlayan sahibkarlara tövsiyələrindən və digər maraqlı mövzulardan bəhs etdik.
Qəza anında necə qərar verməliyik? 28.01.2026 36:15
"Qaydaları Pozma" verilişində klinik psixoloq Gülşən Rüstəmova ilə birlikdə qəza anında insanların verdiyi ilkin psixoloji reaksiyalardan, bəzi sürücülərin panikaya düşməsi, bəzilərinin isə soyuqqanlı qalmasının səbəblərindən, qorxu və şok vəziyyətinin qərarvermə qabiliyyətini zəiflətməsindən, donma reaksiyasının təhlükəli nəticələrindən danışdıq.
İkinci əl Çin avtomobili almağa dəyər? I Bir Avto 27.01.2026 31:14
"Bir Avto"da qonağımız olan "BYD Motors Baku"nun satıș və marketinq rəhbəri Toğrul Məlikli ilə çin avtomobillərinə olan tələbatdan, ikinci əl çin maşınlarından, avtomobilləri rəsmi servislərdən almağın vacibliyindən və digər maraqlı mövzulardan bəhs etdik.
İkinci şəhər yaradılır! - Bakıda ev almaq - ucuz mənzillər, ipoteka, kirayəI Şəhər adamı #172 27.01.2026 27:58
"Şəhər adamı"nda qonağımız olan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc ilə evlərin qiymətinin qalxmasında domino effektindən, qiymət baxımından daha bahalı olan ərazilərdən, Bakıdan uzaqlaşdırılmalı olan ərazilərdən, Mərdəkan ərazisindəki qiymət artımından və digər maraqlı mövzulardan bəhs etdik.
Piyadalar nə zaman haqlıdırlar? 27.01.2026 35:59
"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə birlikdə sürücülərdə laqeydliyin əsas səbəblərindən, məsuliyyət hissinin zəifləməsindən, piyada və sürücülərin aqressiyasından, sürət həddini aşmaq, piyada keçidlərinə məhəl qoymamağın yaratdığı təhlükələrdən danışdıq.
"Tailand böyüklər üçün "Disneyland"dir" I Şəhər adamı #171 26.01.2026 31:50
"Şəhər adamı"nda qonağımız olan videbloqer Əhməd İsayev ilə səyahət zamanı Tailand və Vyetnam səyahətindən, viza prosesindən, Vyetnamın daha uyğun büdcəli olmasından və digər maraqlı mövzulardan bəhs etdik.
Diqqətli olun! - Bu səbəblərə görə qəza edə bilərsiniz! 26.01.2026 28:52
"Qaydaları Pozma" verilişində BDYPİ-nin rəsmisi Elvin Hacıyevlə birlikdə sürücülərin diqqətini ən çox yayındıran amillərdən; mobil telefonlardan istifadə, xüsusilə qısa mesaj yazmaq və ya zəngə cavab vermək, telefonla danışa-danışa avtomobil sürmək, eləcə də sərnişinlərlə söhbət, arxadan verilən siqnallar və avtomobil üzərindəki yazıların diqqəti yoldan yayındıraraq ciddi risk yaratdığı məqamlarda...
Panoramalı lüklarda yaranan əsas problemlər nədir? I Bir Avto 23.01.2026 35:26
"Bir Avto"da qonağımız olan avtomobil lüklarının təmiri üzrə mütəxəssis Samir Baykişiyev ilə Çin avtomobillərinin lüklarının keyfiyyətindən, səhv təmirin yarada biləcəyi problemlərdən, avtomobil brendlərindən və digər maraqlı mövzulardan bəhs etdik.
Azərbaycan kinolarına niyə baxılmır? I Şəhər adamı #170 23.01.2026 41:07
"Şəhər adamı"nda qonağımız olan Azərbaycan Kinematoqrafiya İttifaqının İdarə Heyətinin üzvü, kino tənqidçisi Sevda Sultanova ilə Azərbaycan filmlərindən, kino təhsilinin səviyyəsindən, rejissorların aktyorları yaxşı tanımamasından və digər maraqlı mövzulardan bəhs etdik.
Sıravi sürücü ilə təhlükəsiz sürücünün fərqi nədir? I Bir Avto 22.01.2026 31:51
"Bir Avto"da qonağımız olan beynəlxalq dərəcəli təlimçi, nəqliyyat məsələləri üzrə ekspert Adil Nəbiyev ilə sıravi sürücü ilə təhlükəsiz sürücünün fərqindən, ara məsafəsinin önəmindən, qaydalara riayət edilməməsindən, sürücülük təlimlərinin önəmindən və digər maraqlı mövzulardan bəhs etdik.
Süni intellekt yaddaşı zəiflədir? I Şəhər adamı #169 22.01.2026 37:26
"Şəhər adamı"nda qonağımız olan Dünya Yaddaş Çempionu, dünya rekordçusu Orxan İbadov ilə hadisələri kodlaşdıraraq yaddaşda saxlama metodlarından, yaddaş yarışlarından, "online" marketinqdən və digər maraqlı mövzulardan bəhs etdik.
Buna görə qəza olur! - Sürücülərin buzlu və yağışlı yolda etdiyi səhvlər 22.01.2026 28:44
"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırovla birlikdə qarlı və yağışlı havada sürətin hava və yol şəraitinə uyğun azaldılmasının vacibliyindən, sürüşkən yollarda kəskin əyləc və ani manevrlərin yaratdığı təhlükələrdən, həmçinin sürücülərin belə hava şəraitində panikaya düşməsi və ya həddindən artıq risk etməsi, e...
Tüninq etdirərkən nələri bilməliyik? I Bir Avto 21.01.2026 30:47
"Bir Avto"da qonağımız olan "Azart Group"un təsisçisi və direktoru Arif Zeynalov ilə avtomobillərin tüninqindən, tüninq etdirərkən bilməli olduğumuz nüanslardan, Çin avtomobillərindən və digər maraqlı mövzulardan bəhs etdik.
Həyəcan təbili çalınır! - Xəzər dənizi sürətlə geri çəkilir! I Şəhər adamı #168 21.01.2026 41:09
"Şəhər adamı"nda qonağımız olan geoloq Elçin Şəkərov ilə geoloqların iş prinsiplərindən, yaşıl enerjidən, Xəzər dənizinin geriyə çəkilməsindən, gil laylarından və digər maraqlı mövzulardan bəhs etdik.
"Qəzalardan yayınmağın 9 yolu" 21.01.2026 32:29
"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə qəzaya səbəb olan amillər, onlardan yayınmağın əsas üsulları, sürücü və piyadaların diqqətsizliyinin yaratdığı təhlükələr, eləcə də zolaq dəyişmə və yol vermə qaydalarının düzgün tətbiqi haqqında danışdıq.
"Sahibkarlar bunu artıq xərc hesab edirlər" I Şəhər adamı #167 19.01.2026 33:27
"Şəhər adamı"nda qonağımız olan "Sanitariya Epidemioloji Xidmətlər" şirkətinin şöbə müdiri Seyyid Ağayev ilə dezinfeksiyadan, dezinseksiyadan və deratizasiyadan, ilanlara qarşı dərmanlamadan və digər maraqlı mövzulardan bəhs etdik.
Similar podcasts
Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.