akinchi

Əkinçi

Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.

Bezoek zeker de website van de podcast en steun de maker: akinchi.podbean.com

Auteur

akinchi

Categorie

Education

Website van de podcast

akinchi.podbean.com

Nieuwste aflevering

30 jul. 2026

Waar luisteren?

Podcasts in de app Replaio Radio Binnenkort beschikbaar

Podcasts komen binnenkort naar de app. Installeer nu en zie als eerste een compleet nieuwe kijk op podcasts

Download het op Google Play Gratis installeren Android bijna 10 mln downloads · beoordeling 4,8 iOS binnenkort

Afleveringen

Oyunlaşdırma və öyrənmə analitikası | Ayaz Kərimov 23.03.2022

Təhsildə və digər sahələrdə tez-tez istifadə olunan oyunlaşdırma nədir və ondan necə istifadə edə bilərik? Budəfəki videomuzda tədqiqatçı Ayaz Kərimovla oyunlaşdırma və öyrənmə analitikası haqqında danışmışıq.

Ağıllı şəhər, insan və müxtəliflik | Anar Vəliyev 21.03.2022

Şəhəri şəhər edən elementlər hansılardır? Nə üçün bu gün digər şəhərlərdə və ya regionlarda yeni iş yerləri açılsa da, insanlar hələ də Bakıya gəlmək istəyirlər? ADA Universitetinin dosenti Anar Vəliyev ilə ağıllı şəhər, insan və müxtəliflik haqqında söhbət etmişik.

Maskulinlik araşdırmalarının əhəmiyyəti | Ramil Zamanov 18.03.2022

Çarls Universitetinin doktorantı Ramil Zamanov deyir ki, feminizm təkcə qadınlar və LGBTQİ+larla bağlı deyil, feminizm ədalət və bərabərlik hissini təbliğ etməyə çalışır. Növbəti videomuzda qonağımızla maskulinlik araşdırmalarının əhəmiyyəti barəsində söhbət etmişik.

Təhsil islahatları niyə işləmir | Elçin Rəşidov 16.03.2022

Təhsil strategiyası necə olmalıdır? Təhsildə islahatın istiqamətləri və onlar necə qiymətləndirilməlidir? İslahatlara nə mane olur? Dövlət maliyyəsi və təhsil iqtisadçısı Elçin Rəşid təhsil islahatları nə üçün işləmir mövzusu haqqında danışır.

Şiddətsiz ünsiyyət metodu | Lamiyə Əliyeva 14.03.2022

“Şiddət bizim dilimizdə, zehnimizdə başlayır. Biz elə sözlər seçməliyik, elə kəlmələrlə özümüzü ifadə etməliyik ki, bu, qarşı tərəfi yaralamasın.” Təlimçi Lamiyə Əliyeva ilə şiddətsiz ünsiyyət metodu haqqında söhbət etmişik.

Region gəncləri ilə iş və sosial teatr | Asiman Qocayev 11.03.2022

Regionlardakı gənclərlə işləyən zaman effektiv nəticələr əldə etmək üçün hansı addımlar atılmalıdır və hansı vasitələrdən istifadə olunmalıdır? Layihə meneceri Asiman Qocayevlə region gəncləri ilə iş və sosial teatr haqqında söhbət etmişik.

Gənc Hüquqşünaslar Şəbəkəsi | Kamil Manafov 09.03.2022

Gənc Hüquqşünaslar Şəbəkəsinin məqsədi gənc hüquqşünasların vahid platformasını yaratmaq, praktiki hüquqşünasların tələbələrə öyrətməsini təmin etmək, onların hüquqi, sosial və mədəni tədbirlərini təşkil etməkdir. Bu videomuzda şəbəkənin təsisçisi Kamil Manafovla söhbət etmişik.

Davranış İqtisadiyyatı: irrasional qərarlarımızın arxasında nə durur? | İnqilab Əhmədov 07.03.2022

İrrasional qərarlarımızın arxasında nə durur? Niyə əksər halda irrasional qərarlar qəbul edirik? Gündəlik həyatda verdiyimiz qərarlara öncədən təsir etmək mümkündürmü? Avrasiya Bilik Mərkəzinin direktoru, iqtisadçı İnqilab Əhmədovun davranış iqtisadiyyatı haqqındakı təqdimatını izləyərək öyrənə bilərsiniz.

Azərbaycanda LGBT hüquqları | Jalə Bayramova 04.03.2022

Azərbaycanda LGBT-lər hansı hüquq pozuntuları ilə qarşılaşır və bunun qarşısını almaq üçün nə etmək lazımdır? Lund Universitetində beynəlxalq insan haqları hüququ üzrə təhsil alan hüquqşünas Jalə Bayramova ilə Azərbaycanda LGBT hüquqları haqqında söhbət etmişik.

Yalan məlumatlar, dezinformasiya və konspirasiya nəzəriyyələri | Əhəd Əhədli 02.03.2022

Konspirasiya nəzəriyyələri və saxta xəbərlərlə necə mübarizə aparmaq olar? Növbəti videomuzda "Fakt Yoxla" araşdırmaçısı Əhəd Əhədli ilə yalan məlumatlar, dezinformasiya və konspirasiya nəzəriyyələri haqqında söhbət etmişik.

Müasir şəhərsalmada strateji planlamanın əhəmiyyəti | Bayram Axundov 28.02.2022

Şəhərlərdə strateji planlama nə üçün önəmlidir və biz bununla nələrə nail ola bilərik? Qonağımız, müstəqil araşdırmaçı Bayram Axundovla müasir şəhərsalmada strateji planlamanın əhəmiyyəti haqqında danışmışıq.

Uşaqların inkişafında nağılların rolu | Şəbnəm Həsənəlizadə 25.02.2022

Şəbnəm Həsənəlizadə "Audio Nağıllar" YouTube kanalının təsisçisidir. Bu dəfəki videomuzda qonağımızla uşaqların inkişafında nağılların rolu barəsində söhbət etmişik.

Azərbaycan startap ekosistemi və qadınlar | Nəzrin Quluzadə 23.02.2022

FemTech platformasının əsas məqsədi innovasiya və startap sahəsində qadınlara dəstək olaraq onların bu sahədə uğur qazanmalarına töhfə verməkdir. Platformanın təsisçisi və icraçı direktoru Nəzrin Quluzadə ilə Azərbaycanda startap ekosistemi və qadınlar haqqında danışmışıq.

Ali təhsil, əmək bazarı və beyin axını | Təhmasib Əlizadə 21.02.2022

Təhmasib Əlizadə deyir ki, Azərbaycanda universitetlərin əsas gəlir mənbəyi tələbələrdən əldə olunan ödənişlərdir. Bu məbləğ hər il artsa da, təhsilin keyfiyyətinə nə qədər təsir etməsi sual altındadır. Qonağımızla ali təhsil, əmək bazarı və beyin axını haqqında söhbət etmişik.

Azərbaycan mediasında qadın qətllərinin təqdimatı | Aynur Kazımova 18.02.2022

Tədqiqatçı Aynur Kazımova deyir ki, qadın qətllərinin Azərbaycan mediasında təqdimatı qətlin özü qədər problemlidir. Bəs bu xəbərləri hazırlayarkən nələrə diqqət etmək lazımdır? Müsahibəmizi izləyərək öyrənə bilərsiniz.

Münasibətlər və cinsi tərbiyə fənni [İngiltərə nümunəsi] | Zeynəb Rzayeva 16.02.2022

Məktəblərdə cinsi tərbiyə fənninin tədris olunması nə üçün vacibdir? Nottinqem Universitetində təhsil rəhbərliyi və idarəetmə ixstisası üzrə təhsil almış mütəxəssis Zeynəb Rzayeva ilə İngilitərə nümunəsində münasibətlər və cinsi tərbiyə fənni haqqında söhbət etmişik.

Qlobal problemlərlə mübarizədə məsuliyyətli investisiyalar | Nigar Əzizova 14.02.2022

Qlobal problemlərlə mübarizədə investorların hansı məsuliyyətləri var? İnvestisiyalar hansı yollarla bu problemlərin həllinə kömək edə bilər? İnvestisiya təhlilçisi Nigar Əzizova ilə söhbətimizi izləyə bilərsiniz.

İnteraktiv Elm Muzeyi - Elçin Abbasov 09.02.2022

Azərbaycanın ilk İnteraktiv Elm Muzeyində siz nələri görə bilərsiniz? Muzeyin qurucusu Elçin Abbasovla söhbətimizi izləyərək öyrənə bilərsiniz.

Vəkillik peşəsi haqda | Anar Məmişov 07.02.2022

“Azərbaycan Respublikasının Konstitusiyasında hər bir kəsin yüksək səviyyədə hüquqi yardım almaq hüququ tanınır və vəkil bu hüququn realizəsini həyata keçirən şəxsdir.” Bu dəfəki videomuzda hüquqşünas Anar Məmişovla vəkillik peşəsi haqqında söhbət etmişik.

Nə üçün peşə təhsili? | Zəhra Əmrahova 04.02.2022

“Peşə təhsili kurikulumları özəl sektorla birlikdə hazırlanır. Özəl sektor bilir ki, hansı bilik və bacarıqlara ehtiyac var ki, tələbələr uğur qazana bilsin.” Nə üçün peşə təhsili? BMT-nin İnkişaf Proqramının layihə mütəxəssisi Zəhra Əmrahova ilə söhbət etmişik.

Təhsilin maliyyələşməsi, hədəflər və qiymətləndirmə | Elçin Rəşidov 02.02.2022

Bu yaxınlarda məktəblərə valideynlər tərəfindən ianələr edilməsi məsələsi gündəmdə idi. Bəs bu proses necə həyata keçirilməlidir? Təhsilin maliyyələşməsi kimin öhdəliyində olmalıdır? İqtisadçı Elçin Rəşidovla təhsilin maliyyələşməsi, hədəflər və qiymətləndirmə haqqında danışmışıq.

Bazar iqtisadiyyatı və ayrıseçkilik | Zəhra Murad 31.01.2022

Cəmiyyətin müxtəlif qruplarına qarşı edilən ayrıseçkiliklərin iqtisadi nəticələri nələrdir? Qonağımız, iqtisadçı Zəhra Murad ilə bazar iqtisadiyyatı və ayrıseçkilik haqqında söhbət etmişik.

Kuirlər, aktivizm və mətbuat | Leyla Həsənova 28.01.2022

QueeRadar platformasının məqsədi Azərbaycan mətbuatındakı LGBTIQ+fobik kontentləri göstərmək, onların arxivini formalaşdırmaq və bu mövzuda mətbuatın inkişafına nail olmaqdır. Platformanın həmtəsisçisi Leyla Həsənova ilə kuirlər, aktivizm və mətbuat haqqında söhbət etmişik.

İnsan inkişafı innovasiyalar üçün niyə belə vacibdir? | Şəbnəm Məmmədova 26.01.2022

İnnovasiya nədir və onun üçün nə tələb olunur? Azərbaycanda innovasiyalarla bağlı vəziyyət nə yerdədir? Qonağımız, innovasiyalar üzrə mütəxəssis Şəbnəm Məmmədova ilə bu mövzu haqqında söhbət etmişik.

Sosial sahibkarlıq: Biznes və məsuliyyət | Sara Rəcəbli 24.01.2022

Sosial sahibkarlıq nədir və onun ənənəvi bizneslərdən fərqi nədir? Azərbaycanda fəaliyyət göstərən sosial bizneslərin üzləşdikləri ən böyük çətinliklər nələrdir? Sosial sahibkar Sara Rəcəbli ilə sosial sahibkarlıq, biznes və məsuliyyət haqqında söhbət etmişik.

Luister naar de podcast Əkinçi in Replaio

Radio en podcasts in één app - gratis en zonder account. Installeer vandaag nog en mis de lancering niet

Download het op Google Play

Replaio is geen uitgever van podcasts; namen van shows, covers en audio zijn eigendom van hun makers en worden verspreid via openbare RSS-feeds