Avto FM 107.7
Avto FM 107.7
107.7 AVTO FM radiosu ! Efirimizdə yayımlanan müxtəlif verilişlərin podcastı məhz burada paylaşılır !
Bezoek zeker de website van de podcast en steun de maker: www.spreaker.com
Auteur
Avto FM 107.7
Categorie
Website van de podcast
Nieuwste aflevering
23 okt. 2026
Waar luisteren?
Podcasts in de app Replaio Radio Binnenkort beschikbaarPodcasts komen binnenkort naar de app. Installeer nu en zie als eerste een compleet nieuwe kijk op podcasts
Afleveringen
Yağışlı havada sürücülər nələrə diqqət etməlidirlər? 16.04.2025 31:13
"Qaydaları Pozma" verilişində nəqliyyat eksperti Elməddin Muradlı ilə birlikdə sürücülərin yağışlı hava şəraitində üzləşdikləri problemləri müzakirə edib, diqqət etməli olduqları məqamlardan danışdıq.
Xaricdə olarkən telefonlarınızdan ehtiyyatlı olun! I Yol əhvalatı #550 16.04.2025 28:56
"Yol əhvalatı"nda qonağımız olan psixoloq, yoqa müəllimi Nərgiz Əliyeva ilə İtaliya və İspaniya səyahətləri zamanı oğurluq hadisələrindən, başına gələn ən maraqlı əhvalatlardan danışdıq.
Siz özünüzü peşəkar sürücü hesab edirsiniz? 15.04.2025 37:00
"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə birlikdə peşəkar sürücünün xüsusiyyətlərindən danışıb, dinləyicilərlə bu mövzuda müzakirələr etdik.
Erkən rezervasiya etməklə ödənişi hissəli ödəyə bilərsiniz! I Yol əhvalatı #549 15.04.2025 31:29
"Yol əhvalatı"nda qonağımız olan turizm üzrə mütəxəssis Çinarə Nəbiyeva ilə erkən rezervasiyaların önəmindən, Türkiyədə gediləcək ən maraqlı istiqamətlərdən, və qiymətlərdən danışdıq.
Bali səyahətini planlaşdıranlar nələri bilməlidirlər? I Yol əhvalatı #548 14.04.2025 34:40
"Yol əhvalatı" rubrikasının qonağı Ruhanə Əhmədova iş fəaliyyətindən, Çinin dəmir yollarından, qidalanmasından, Bali səyahəti zamanı yoluxan xəstəlikdən və digər maraqlı məqamlardan bəhs etdi.
Qəzalardan dərs çıxara bilirik? 14.04.2025 35:47
"Qaydaları Pozma" verilişində BDYPİ-nin rəsmisi polkovnik-leytenant Mübariz Ağayevlə birlikdə ölkə ərazisində baş verən qəzalara səbəb olan yol hərəkəti qaydalarının pozuntusu və sürücülərin yollarda daha çox diqqət etməli olduqları yol hərəkəti qaydalarından danışdıq.
Kasko sığortası hansı hallarda ödəniş etmir? 11.04.2025 21:03
"Qaydaları Pozma" verilişində Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyevlə birlikdə kasko sığortasının əhatə dairəsi, ödəniş etmədiyi hallar və işləmə prinsiplərindən danışdıq.
Azərbaycanın boşanmaların sayına görə Avropada üçüncü olmasının səbəbi nədir? l Şəhər adamı #66 11.04.2025 52:00
"Şəhər adamı"nın qonağı psixoloq Lalə Allahverdiyeva kişi-qadın münasibətlərindən, boşanmaların səbəblərindən, qadınların həmişə qurban kimi göstərilməsindən və manipulyasiyalardan, çoxlu şəxsiyyət və "borderline" pozuntularından və digər maraqlı məqamlardan bəhs etdi.
Yollarda süni tıxaclar necə yaranır? 11.04.2025 36:13
"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırovla birlikdə yollarda yaranan süni tıxaclar, səbəb olduğu problemlər və onların hərəkətə təsirindən danışdıq.
Sürücülər tərəfindən ən çox hansı qaydalar pozulur? 10.04.2025 33:11
"Qaydaları Pozma" verilişində nəqliyyat eksperti Elməddin Muradlı ilə birlikdə sürücülərin ən çox pozduqları yol hərəkəti qaydaları, bu pozuntuların yaratdıqları təhlükələrdən danışdıq.
Azərbaycan İdman Akademiyasının magistr proqramlarının üstünlükləri l Şəhər adamı #65 10.04.2025 34:34
"Şəhər adamı"nın qonaqları Azərbaycan İdman Akademiyasının tədris işləri üzrə prorektoru Ülkər Babayeva və prorektorun müşaviri Zərifə Kamilova Azərbaycan İdman Akademiyasının fəaliyyətindən, mövcud olan ixtisaslar, magistr proqramlarının üstünlüklərindən və digər maraqlı məqamlardan bəhs etdilər.
İbizada istirahət etmək turistlərə nələr vəd edir? I Yol əhvalatı #547 09.04.2025 33:29
"Yol əhvalatı" rubrikasının qonaqları Əliyev Hüseyn və Əliyeva Səma İbiza səyahətindən, bu səyahət üçün düzgün planlamanın qurulmasından və digər maraqlı məqamlardan bəhs etdi.
Sürücülərin qəzalara səbəb ola biləcək 10 səhvi 08.04.2025 37:43
"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə birlikdə sürücülərin yollarda qəzalara səbəb olacaq əsas 10 səhvindən və diqqət etməli olduqları məqamlardan danışdıq.
Yaponiya və Cənubi Koreya səyahətlərində nələrlə qarşılaşa bilərsiniz? I Yol əhvalatı #546 08.04.2025 30:02
"Yol əhvalatı" rubrikasının qonağı turizmçi Hilal Abdullayeva Yaponiya və Cənubi Koreyaya etdiyi səyahətdən, görməli yerlərindən, mətbəxlərindən və digər maraqlı məqamlardan bəhs etdi.
Turistlər niyə görə az bilinən istiqamətlərə səyahət edirlər? I Yol əhvalatı #545 07.04.2025 32:15
"Yol Əhvalatı" rubrikasının qonağı Abidin Məmmədli ilə tur şirkətləri seçərkən diqqət etməli olduğumuz məqamlardan, ölkə daxili turlardan, Laos , Kamboca kimi ölkələrdən söhbət açdıq.
İcbari sığorta ilə bağlı sürücülər nələri bilməlidirlər? 04.04.2025 36:56
"Qaydaları Pozma" verilişində Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyevlə birlikdə icbari sığortanın işləmə prinsipləri və sürücülərin diqqət etməli olduqları məqamlardan danışdıq.
İşçilər üçün ideal iş mühiti necə olmalıdır? l Şəhər adamı #64 04.04.2025 35:02
"Şəhər adamı"nın qonağı insan resursları üzrə biznes tərəfdaş Nisə Əbülhəsənova ilə iş yerində düzgün əlaqələrin qurulması, CV hazırlayarkən edilən səhvlər haqqında ətraflı söhbət etdik.
Düzgün parklanma etməyənlərə irad bildirməliyik? 03.04.2025 35:54
"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırovla birlikdə yolun hərəkət hissəsində düzgün parklanma etməyən sürücülər və onların hərəkətə təsirindən danışdıq.
Afinada turistləri niyə sevmirlər? I Yol əhvalatı #544 03.04.2025 36:02
"Yol əhvalatı" rubrikasının qonağı Şəfəq Mehrəliyeva ilə 26 il sonra yenidən baş tutan Afina səyahətindən danışdıq.
Şəxsi avtomobillərinizdən imtina etməyə hazırsınız? 02.04.2025 27:16
"Qaydaları Pozma" verilişində nəqliyyat eksperti Elməddin Muradlı ilə birlikdə ictimai nəqliyyatdan istifadənin effektivliyi və əlçatanlığından, şəhər mərkəzində avtomobilsiz həyatın üstünlüklərindən danışdıq.
Tanzaniya səyahəti turistlər üçün niyə görə sərfəlidir? I Yol əhvalatı #543 02.04.2025 25:55
"Yol Əhvalatı" rubrikasının qonaqları turizmçi İbrahim Məmmədli və tur meneceri Səfanə Məmmədova ilə Zənzibara səyahət etməyin yolları haqqında ətraflı söhbət etdik.
Bir insanın yalan danışdığını necə müəyyən edə bilərik? l Şəhər adamı #63 02.04.2025 30:27
"Şəhər adamı"nın qonağı akmeoloq, psixoloq Rəvan Soltan ilə "Necə edək ki, yalanı başa düşək və az aldanaq ? " mövzusunda ətraflı söhbət etdik.
İlin hansı günlərində Avropaya səyahət etməməliyik? Yol əhvalatı #542 19.03.2025 37:49
"Yol Əhvalatı" rubrikasının qonaqları influenserlər İlkin və İlkanə Zülfüqarlı ilə Avropa ölkələrinə olan səyahətlərindən söhbət açdıq.
Yollarda təhlükəsizliyinizi artıracaq 11 məsləhət 18.03.2025 33:29
"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimovla birlikdə sürücülərin diqqət etməli olduqları 11 nüansdan, qəza şəraiti yaradan amillərdən danışdıq və mütəxəssis sürücülərə məsləhətlər verdi.
Şri- Lanka səyahətində turistlər nələri nəzərə almalıdırlar? I Yol əhvalatı #541 18.03.2025 34:59
"Yol Əhvalatı" rubrikasının qonağı turizmçi Aida Əliyeva ilə tur operatorları seçərkən diqqət edilməli məqamlardan, Şri-Lankanın paytaxtı haqqında maraqlı məqamlardan söhbət açdıq.
Vergelijkbare podcasts
Replaio is geen uitgever van podcasts; namen van shows, covers en audio zijn eigendom van hun makers en worden verspreid via openbare RSS-feeds