Avto FM 107.7
Avto FM 107.7
107.7 AVTO FM radiosu ! Efirimizdə yayımlanan müxtəlif verilişlərin podcastı məhz burada paylaşılır !
Bezoek zeker de website van de podcast en steun de maker: www.spreaker.com
Auteur
Avto FM 107.7
Categorie
Website van de podcast
Nieuwste aflevering
15 okt. 2026
Waar luisteren?
Podcasts in de app Replaio Radio Binnenkort beschikbaarPodcasts komen binnenkort naar de app. Installeer nu en zie als eerste een compleet nieuwe kijk op podcasts
Afleveringen
AllMiles proqramında yeni dövr: Səyahət necə daha rahat və əlçatan olur? | Meqapolis 15.10.2026 20:24
"Meqapolis" verilişinin qonağı "Premium Bank"ın Marketinq departamentinin əməkdaşı Minacət Əliyeva oldu. "Premium Bank"ın AllMiles proqramında baş verən yenilikləri, millərin hesablanması qaydalarını, AllMiles tətbiqinin yeni imkanlarını, kifayət qədər mili olmayan istifadəçilər üçün yaradılan fürsətləri, daha çox mil qazanmaq istəyənlər üçün uyğun kart seçimlərini, "Signature Business" kartının ü...
Bakıda yağış yağanda sürücülər niyə panikaya düşür? I "Qaydaları Pozma" 14.10.2026 12:46
Qaydaları Pozma" verilişinin qonağı Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev oldu. Podkastda bu sualların cavabını tapacaqsınız: Yağışlı havada qəza törədən sürücü “Hava şəraiti pis idi” deyərək məsuliyyətdən yayına bilərmi? Yağışda ən çox hansı qayda pozuntuları ilə rastlaşırsınız: sürət həddinin aşılması, ara məsafəsinin saxlanılmaması, qəfil əyləclə...
Sürücüləri qəzaya aparan 3 əsas səbəb hansılardır? I "Qaydaları Pozma" 14.10.2026 13:20
Qaydaları Pozma" verilişinin qonağı qəza əleyhinə sürücülük kurslarının məşqçisi Aqil Rəhimov oldu. Bu podkastda bu sualların cavabını tapacaqsınız: Sürücü qaydaları bilə-bilə niyə qəza törədir? Problem bilikdədir, yoxsa davranışda? Qəza zamanı sürücülərin daha çox hansı səhvi ölümcül nəticələrə səbəb ola bilər? Avtomobili idarə etmək bacarığı ilə təhlükəli vəziyyətdən çıxmaq bacarığı arasında h...
Düzgün yağ seçimi avtomobili hansı təhlükələrdən qoruyur? l "Birdən İkiyə" 14.10.2026 31:16
"Birdən İkiyə" verilişinin qonağı "Hykron" brendinin direktoru Yelmar Rəcəbzadə oldu. Podkastda bu sualların cavabını tapacaqsınız: Sürücülər fərqində olmadan bəzən səhv yağ seçimi səbəbilə daha çox yanacaq xərcləyirlər. Yağla yanacaq sərfiyyatı arasında necə əlaqə var? Sürücülər arasında geniş yayılmış bir mif var: "Maşın köhnəlibsə, mütləq qatı (məsələn, 10W-40 əvəzinə 20W-50) yağ tökmək lazım...
Kreativ yanaşma restoran biznesində uğurun açarı ola bilərmi? | Meqapolis 14.10.2026 30:02
"Meqapolis" verilişinin qonağı "Nuşitos" brendinin təsisçisi və sahibi Aleksandr Anişenko oldu. “Nuşitos”un yaranma hekayəsinə, ideyanın necə formalaşdığına və brendin inkişaf yoluna nəzər saldıq. Azərbaycanda restoran sektorunun mövcud vəziyyəti, yerli müştərilərin yemək seçimləri və daha çox üstünlük verdikləri təamlar, eləcə də Azərbaycan mətbəxinin zənginliyi, milli yeməklərimizin özünəməxsusl...
Ayaqqabı alarkən nələrə diqqət etməliyik? | Meqapolis 12.10.2026 24:15
"Meqapolis" verilişinin qonağı "Danilov" ayaqqabı brendinin yaradıcısı İlyas Danilov oldu. “Danilov” brendinin yaranma tarixçəsindən, ayaqqabı seçiminin insan sağlamlığı və rahatlığı üçün əhəmiyyətindən, keyfiyyətli ayaqqabı seçərkən diqqət edilməli məqamlardan, eləcə də ayaqqabıların istifadə və saxlanılma qaydalarından danışdıq.
Elektrikli avtomobillərin Azərbaycandakı perspektivi l "Birdən İkiyə" 09.10.2026 32:14
"Birdən İkiyə" verilişinin qonağı avtobloger İlkin Mustafazadə oldu. Podkastda bu sualların cavabını tapacaqsınız: Ölkə daxilində (xüsusən Bakıda və regionlarda) sürətli və adi şarj stansiyalarının sayı və əlçatanlığı hazırda sürücülərin tələbatını ödəyirmi? Azərbaycanın isti yay ayları və mülayim qış şəraiti elektromobillərin batareyalarına necə təsir göstərir? Batareyaların ömrü və performans...
Yağı gec dəyişdirdiyiniz üçün mühərrik problemi yaşamısınız? I "Qaydaları Pozma" 09.10.2026 26:24
"Qaydaları Pozma" verilişinin qonağı "Hykron" mühərik yağlarının rəhbəri Yelmar Rəcəbzadə oldu. Bu podkastda bu sualların cavabını tapacaqsınız: "Yağı tez-tez dəyişmək mühərrik üçün daha yaxşıdır" fikri doğrudur, yoxsa bu, sadəcə mifdir? Yağın vaxtı keçəndə mühərrikdə konkret olaraq nə baş verir? Sürücü yağın keyfiyyətinin aşağı düşdüyünü özü hansı əlamətlərdən anlaya bilər?
Diqqət! Kofe sizi bu xəstəliklərdən qoruyur | Meqapolis 09.10.2026 22:47
“Meqapolis” verilişinin qonağı “United Coffee Beans” şirkətinin qurucusu və icraçı direktoru Pərviz Dadaşov oldu. Kofe biznesinin yaranma hekayəsindən, kofe mədəniyyətinin inkişafından, Azərbaycanda kofe bazarının vəziyyətindən, kofenin sağlamlığa təsirlərindən, sahibkarlıq strategiyalarından, baristalığın perspektivlərindən və düzgün kofe seçiminin incəliklərindən danışdıq.
“Səs Azərbaycan”ın qalibi Emiliyanın hekayəsi | Meqapolis 07.10.2026 29:43
"Meqapolis" verilişinin qonağı Azərbaycanın tanınmış pop müğənnisi və musiqiçisi “Səs Azərbaycan 2015"in qalibi Emiliya Yaqubova oldu. Efir zamanı qonaqla musiqi yaradıcılığından, sənətə ilk addımlarından, “Səs Azərbaycan” müsabiqəsindən sonra həyatında baş verən dəyişikliklərdən, şəxsi həyatından və gündəlik rejimindən, Bakı-London arasında yaradıcılıq planlarından, Azərbaycan şou-biznesinə baxış...
Avtomobil sektorunda marketinqin rolu nədir? 06.10.2026 26:27
"Birdən İkiyə" verilişinin qonağı "Voyah Azərbaycan" avtomobil mərkəzinin marketinq meneceri Nihat Həzisoy oldu. Podkastda bu sualların cavabını tapacaqsınız: -Azərbaycan istehlakçısının avtomobil seçərkən izlədiyi qərarvermə mexanizmində marketinq hansı məqamlarda həlledici rol oynayır? -Niyə indi marketoloqlar ənənəvi reklamdan yan keçir, bütün gücü sosial mediaya yönəldirlər? -Yeni texnolog...
Qəzanı önləmək, yoxsa təhlükəyə imkan verməmək? 06.10.2026 27:27
"Qaydaları Pozma" verilişinin qonağı qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov oldu. Podkastda bu sualların cavabını tapacaqsınız: Avtomobil idarə etməyi bacaran sürücü ilə peşəkar sürücünün əsas fərqi nədir? Sürücülərin ən çatışmayan bacarığı hansıdır: manevr, məsafə saxlamaq, sürəti düzgün seçmək, yoxsa təhlükəni əvvəlcədən görmək? Bir sürücünün həqiqətən peşəkar olub-olmadığını müəyyən et...
İstehsal defekti olan avtomobillərin geri çağırılması necə baş tutur? l "Birdən İkiyə" 05.10.2026 32:28
"Birdən İkiyə" verilişinin qonağı AADA-nın idarə heyyətinin üzvü Fərid Hüseynov oldu. Podcastda bu sualların cavabını tapacaqsınız: 1. İstehsal qüsuru olan avtomobillərin geri çağırılması kampaniyası zamanı bundan kimlər faydalanacaq, kimlər isə kənarda qalacaq? 2. Alverçilər vasitəsilə avtomobil əldə edən şəxslərin avtomobilinə niyə rəsmi idxalçılar servis xidməti göstərmirlər? 3. Avtomobil...
Rəsmi dillerlər bazar payını necə geri qaytara bilərlər? l "Birdən İkiyə" 05.10.2026 28:32
"Birdən İkiyə" verilişinin qonağı avtobloqer Əli Məmmədov oldu. Avtomobil bloqerlik fəaliyyətindən, bu bloqerlərin mütləq bilməli olduqları əsas nüanslardan, rəsmi avtomobil idxalçıları ilə tərəfdaşlıq etməyin üstünlüklərindən və digər maraqlı mövzulardan bəhs etdik.
Aquşa: “Yaxşı animator həm də psixoloqdur” | Meqapolis 05.10.2026 28:58
"Meqapolis" verilişinin qonağı "Aquşa" kimi tanınan məşhur kloun və animator Ağa Piriyev oldu. Animatorluq peşəsinin seçilməsindən, uşaqların əyləncə dünyasındakı dəyişikliklərdən, obraz yaratmağın çətinliklərindən və insanları güldürməyin psixologiyasından danışdıq.
İstənilən dili öyrənməyin ən effektiv yolu | Meqapolis 02.10.2026 29:12
"Meqapolis" verilişinin qonağı Dünya Poliqlotlar Cəmiyyətinin üzvü Aslan Məmmədzadə oldu. Dil öyrənməyin effektiv yollarından, dil öyrənmək üçün tələb olunan müddətdən, çoxdilliliyin üstünlüklərindən, uşaqlıqdan dil öyrənmənin əhəmiyyətindən və texnologiyanın yaratdığı yeni imkanlardan danışdıq.
Avtobus zolağında ən çox hansı qayda pozuntusuna rast gəlinir? I "Qaydaları Pozma" 01.10.2026 9:06
"Qaydaları Pozma" verilişinin qonağı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov oldu. Podcastda bu sualların cavabını tapacaqsınız: Avtobus zolaqlarında qayda pozuntularına nəzarət necə həyata keçirilir? Kameralar vasitəsilə aşkarlanan pozuntularla bağlı hansı tədbirlər görülür? Bəzi sürücülər deyirlər ki, “yol boşdursa, avtobus zolağına girməyin nə ziyanı var...
Çin avtomobilləri, yoxsa illərdir etibar qazanan Koreya və Yaponiya avtomobilləri? ı "Qaydaları Pozma" 01.10.2026 27:36
"Qaydaları Pozma" verilişinin qonağı avtomobil eksperti Mübariz Salmanov oldu. Bu podcastda bu sualların cavabını tapacaqsınız: Bu gün avtomobil alarkən Çin, Koreya və Yaponiya arasında seçim etsək, əsas hansı meyarlara diqqət etməliyik? Servis və ehtiyat hissələrinin əlçatanlığı baxımından hazırda hansı qrup daha rahatdır? Qəza zamanı təhlükəsizlik sistemlərinin işi baxımından Çin avtomobillər...
Bakıda köhnə avtomobillərin sayı niyə artır? l "Birdən İkiyə" 30.09.2026 35:55
"Birdən İkiyə" verilişinin qonağı nəqliyyat eksperti Eldəniz Cəfərov oldu. Azərbaycanda avtomobillərin utilizasiyasından, köhnə avtomobillərin sayının artmasından, rəsmi dillerlərin üstünlüklərindən və digər maraqlı mövzulardan bəhs etdik.
24 Karatlıq qızıldan parça olar? | Meqapolis 30.09.2026 25:23
"Meqapolis" verilişinin qonağı "Emiland" kişi geyim brendinin və fərdi tikiş salonunun modelçi-dizayneri və filial müdiri Vüqar Orucov oldu. Pencək və geyim seçimindən, mövsümə uyğun parçalardan, rahatlıq, nəfəsalanlıq və qırışmama xüsusiyyətlərindən, eləcə də sükan arxasında olanlar üçün ən ideal parçadan danışdıq.
Aktiv maliyyələşdirməsi: Lizinq və kredit | Meqapolis 30.09.2026 23:00
"Meqapolis" verilişinin qonağı Azərbaycan Banklar Assosasiyasınin eksperti İsmayıl Məmmədov oldu. Aktiv əsaslı maliyyələşdirmənin mahiyyəti, KOB-ların maliyyəyə çıxış imkanları, avtomobil lizinqində müqavilə şərtləri və risklər, bank krediti ilə lizinqin fərqləri, aktivin alınması ilə pul axınının qorunması arasında seçim, ödənişlərin gecikdirilməsi zamanı yaranan hüquqi və maliyyə riskləri, müqav...
"Qara bazar"dan avtomobil almağın hüquqi tərəfləri nədir? l "Birdən İkiyə" 29.09.2026 31:59
"Birdən İkiyə" verilişinin qonağı vəkil Əli Qəmbərov oldu. Rəsmi diller və qeyri-rəsmi idxalçılardan alınan avtomobillərdən, avtomobil satın alınmasının hüquqi tərəflərindən, rəsmi dillerdən alınan avtomobillərin üstünlüklərindən və digər maraqlı mövzulardan danışdıq.
Yollarda əsas məsuliyyət kimdədir — piyadada, sürücüdə, yoxsa şəhər planlamasında? I "Qaydaları Pozma" 29.09.2026 13:06
"Qaydaları Pozma" verilişinin qonağı qəza əleyhinə sürücülük kurslarının məşqçisi Aqil Rəhimov oldu. Bu podcastda piyada keçidində sürücünün ən çox etdiyi səhvlərdən, sürücünün piyada keçidində qəza etməmək üçün bilməli olduğu 3 əsas qaydadan, piyadaların yaratdığı təhlükələrdən və digər maraqlı mövzulardan bəhs etdik.
Son zamanlarda Azərbaycanda avtomobil bazarında nələr baş verir? l "Birdən İkiyə" 28.09.2026 32:14
"Birdən İkiyə" verilişinin qonağı Azərbaycanın Avtomobil Dillerləri Assosiasiyasının (AADA) İdarə Heyətinin sədri Eyyub Əliyev oldu. Son zamanlarda Azərbaycanda avtomobil bazarında baş verən hadisələrdən, Çin avtomobillərinin üstünlük təşkil etməsindən, Çin avtomobillərində multimedia və proqram təminatı problemlərindən və digər maraqlı mövzulardan danışdıq.
Süni İntellekt: Fürsət, yoxsa təhlükə? | Meqapolis 28.09.2026 22:49
"Meqapolis" verilişinin qonağı süni intellekt üzrə mütəxəssis Ümüd Salayev oldu. Süni intellektin müsbət və mənfi tərəflərindən, gələcəkdə yarada biləcəyi potensial təhlükələrdən və hansı peşələrə daha çox təsir edəcəyindən danışdıq.
Vergelijkbare podcasts
Replaio is geen uitgever van podcasts; namen van shows, covers en audio zijn eigendom van hun makers en worden verspreid via openbare RSS-feeds