Avto FM 107.7

Avto FM 107.7

107.7 AVTO FM radiosu ! Efirimizdə yayımlanan müxtəlif verilişlərin podcastı məhz burada paylaşılır !

Bezoek zeker de website van de podcast en steun de maker: www.spreaker.com

Auteur

Avto FM 107.7

Categorie

Leisure

Website van de podcast

www.spreaker.com

Nieuwste aflevering

16 okt. 2026

Waar luisteren?

Podcasts in de app Replaio Radio Binnenkort beschikbaar

Podcasts komen binnenkort naar de app. Installeer nu en zie als eerste een compleet nieuwe kijk op podcasts

Download het op Google Play Gratis installeren Android bijna 10 mln downloads · beoordeling 4,8 iOS binnenkort

Afleveringen

Süni İntellekt: Fürsət, yoxsa təhlükə? | Meqapolis 28.09.2026

"Meqapolis" verilişinin qonağı süni intellekt üzrə mütəxəssis Ümüd Salayev oldu. Süni intellektin müsbət və mənfi tərəflərindən, gələcəkdə yarada biləcəyi potensial təhlükələrdən və hansı peşələrə daha çox təsir edəcəyindən danışdıq.

Təmizlik biznesinin arxasında nə dayanır? | Meqapolis 22.09.2026

"Meqapolis" verilişinin qonağı "White Star Cleaning" beynəlxalq təmizlik şirkətinin Keyfiyyətə nəzarət şöbəsinin rəhbəri Elnur Həsənov oldu. Onunla şirkətin yaranma hekayəsindən, şirkətin iş prinsiplərindən, maraqlı sifarişlərdən, müştəri və əməkdaşlarla bağlı qaydalardan, rəqabətdən və gələcək hədəflərdən danışdıq.

Səyahətə aparan millər: AllMiles | Meqapolis 22.09.2026

"Meqapolis" verilişinin qonağı "Premium Bankın" Marketinq departamentinin əməkdaşı Minacət Əliyeva oldu. "Loyallıq Proqramı"nın üstünlükləri, mil qazanmaq və istifadə imkanları, Visa AllMiles və Visa Signature Business AllMiles kartlarının fərqləndirici xüsusiyyətləri, eləcə də partnyor olmaq və kart sahibi olmadan proqramdan yararlanmaq imkanları barədə danışdıq.

Avtomobilimizi nə qədər düzgün istifadə edirik? | Meqapolis 16.09.2026

"Meqapolis" verilişinin qonağı Auto Azərbaycanın Texniki meneceri Şamxal Yusifov oldu. Avtomobilə mühəndis baxışı, Azərbaycanda sürücülərin etdiyi texniki səhvlər, şəhər və uzun yol sürüşünün fərqləri, tıxacların avtomobilə təsiri, elektromobillər haqqında yanlış təsəvvürlər və batareya ömrünü azaldan amillər haqqında danışdıq.

Mürəkkəb dərsliklər, bitməyən tapşırıqlar: Repetitor asılılığının səbəbləri | Meqapolis 14.09.2026

"Meqapolis" verilişinin qonağı təhsil eksperti Əmrah Həsənli oldu. Şagirdlərin həddindən artıq dərs yükü, ağır və mürəkkəb dərslik materialları səbəbindən mövzuları məktəbdə effektiv mənimsəyə bilməməsi, nəticədə inkişaf etmiş xarici ölkələrdən fərqli olaraq ev tapşırıqlarının normadan çox verilərək bilik boşluqlarının repetitorlar vasitəsilə bağlanmasından danışdıq.

Əsgər Əsgərov: Bloqerlər nə qədər qazanır? | Meqapolis 11.09.2026

"Meqapolis" verilişinin qonağı “Toma” obrazı ilə tanınan bloqer Əsgər Əsgərov oldu. Söhbətimiz zamanı bloqerlik fəaliyyətindən, ölkəmizdə bloqerlərin qazancından, bu işin çətinliklərindən və “Toma” obrazının necə yaranmasından danışdıq.

Tədris ili başlayır: Bakı yolları və avtobuslar sərnişin yükünə hazırdırmı? | Meqapolis 09.09.2026

"Meqapolis" verilişinin qonağı AYNA-nın mətbuat katibi Tural Orucov oldu. Metro xətlərinin ayrılması ilə əlaqədar tətbiq olunan ekspres marşrutların fəaliyyəti və sərnişin tələbatını qarşılama imkanları, marşrutların sayının artırılması, avtobus parkının vəziyyəti və sərnişinlərin avtobusların gecikməsi ilə bağlı şikayətləri, şəhərətrafı ərazilərdən mərkəzə sərnişindaşımanın yaxşılaşdırılması, Bak...

Təmizlik Sektorunda keyfiyyət standartları, texnologiya və gələcək | Meqapolis 07.09.2026

"Meqapolis" verilişinin qonağı "White Star Cleaning"in Keyfiyyətə Nəzarət şöbəsinin rəhbəri Elnur Həsənov oldu. "White Star Cleaning" şirkətində xidmət keyfiyyətinin standartları, ən çox müraciət olunan təmizlik növləri, müştəri narazılıqları və şikayətlərlə iş mexanizmi, personalın təlimi və kimyəvi vasitələrin seçilmə prinsipləri, keyfiyyətə nəzarət və yoxlama mərhələləri, brendin bazardakı əsas...

Bankçılıqda müştəri təcrübəsi və xidmət keyfiyyətinin prioritetləri | Meqapolis 04.09.2026

"Meqapolis" verilişinin qonağı "Premium Bank"ın Müşahidə Şurası sədrinin müşaviri Asiya Rüstəmova oldu. Bankın səhvlərinin operativ həlli və nüfuzun qorunması, müştəriyə sürətli və dəqiq xidmət, təhlükəsizliklə insani yanaşmanın balanslaşdırılması, əməkdaşların performans göstəriciləri, müştəriyə uyğun məhsul təklifləri, sistemli problemlərin idarə olunması və müştəri təcrübəsinin bankın gələcək i...

“40 milyonluq uğur”: “Sabah” Çempionlar Liqasından nə gözləyir? | Meqapolis 04.09.2026

"Meqapolis" verilişinin qonağı "Sabah"ın mətbuat katibi Elnur Həmidov oldu. “Sabah”ın Çempionlar Liqasına vəsiqə qazanmasının yaratdığı təəssüratlar, klubun uğurunun əsas səbəbləri, püşkatmada müəyyənləşən rəqiblər və qarşıdakı hədəflər, turnirdən gözləntilər, maliyyə məsələləri, transfer planları, azarkeş marağı və bilet satışı, həmçinin klubun PR və media fəaliyyəti barədə danışıldı.

Ceki Çanı Azərbaycanda film çəkməyə dəvət edən kaskadyor | Meqapolis 02.09.2026

"Meqapolis" verilişinin qonağı kaskadyor, döyüş xoreoqrafı Sain Fərhad oldu. Ceki Çanın rəsmi təlim mərkəzində təhsil almasından və məşhur aktyorla tanışlığından, kaskadyorluğun incəliklərindən, təhlükəli fəndlərdən, bu peşənin görünməyən qəhrəmanlarından, eləcə də Azərbaycanda kaskadyorluğun inkişaf perspektivlərindən danışdıq.

Bakı metrosu gələcəkdə necə olacaq? | Meqapolis 31.08.2026

"Meqapolis" verilişinin qonağı “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov oldu. Bakı Metropolitenində gedən təmir-bərpa işlərinin yekunlaşma vaxtından, Nizami-28 May keçidi və xətlərin ayrılması layihəsinin mövcud mərhələsindən, yeni təhsil ilində sıxlığın qarşısını almaq üçün nəzərdə tutulan tədbirlərdən, 2030-cu ilədək 9 yeni stansiyanın tikintisi vədinin reallığından və inter...

Velosiped, Bakı və sağlam həyat | Meqapolis 31.08.2026

"Meqapolis" verilişinin qonağı "Aparla Səhər" klubunun yaradıcısı Aynur Nəbiyeva oldu. Bakıda velosiped mədəniyyətinin inkişafı, “Aparla səhər” ideyasının yaranma hekayəsi, velosipedlə Bakını kəşf etmək üçün marşrutlar və sağlam həyat tərzinə başlamağın vacibliyi barədə danışdıq.15:00

Amazonda işləyən həmyerlimiz: Amerikada sıfırdan başlamaq və karyera yolu | Meqapolis 27.08.2026

"Meqapolis" verilişinin qonağı "Amazon Web Services" şirkətində Bulud Texnologiyaları və Süni İntellekt Strategiyası üzrə çalışan Rüfət Ağayev oldu. Amerikada həyat, radio-podkast mədəniyyəti, həmçinin Amazon və oradakı iş təcrübəsi, süni zəkanın gələcəyi və insan əməyinə təsiri barədə danışdıq.

Rayon yollarında ən çox edilən SƏHV nədir? | Qaydaları Pozma 03.08.2026

Yay mövsümünün gəlişi ilə bölgələrimizə, istirahət məkanlarına səfər edən sürücülərin sayı kəskin artıb. Bəs uzun yol, yüksək sürət, yorğunluq və diqqətsizlik fəsadlara yol açmasın deyə nə etməliyik? Rayon və dağlıq yollarda sürücülərin ən çox yol verdiyi xətalar hansılardır? Avto FM-in "Qaydaları Pozma" verilişinin bu buraxılışında Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytena...

Qəza Şəraiti Yaradan Sadə Səhvlər - DİN Rəsmisindən Sürücülərə Vacib Xəbərdarlıq! | Qaydaları Pozma 30.07.2026

"Qaydaları Pozma" verilişinin növbəti buraxılışında yollarda baş verən qəzaların görünməyən səbəblərindən, sürücü və piyadaların əhəmiyyətsiz hesab etdiyi, lakin böyük təhlükə yaradan xətalarından danışdıq. Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat katibi Ömər Xıdırov Ceyhun Həsənlinin təqdimatında sükan arxasında telefon istifadəsi, dönmə işıqları...

Bakıda Yay Tıxaclarının Səbəbləri: Süni Qadağalar və Ləngiyən Təmirlər | Qaydaları Pozma 30.07.2026

Bakıda yay tətilinin olmasına baxmayaraq küçə və prospektlərdə bitmək bilməyən tıxacların və sıxlığın əsas səbəbləri nələrdir? Yol hərəkəti və nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Auto FM-də yayınlanan "Qaydaları pozma" verilişində Ceyhun Həsənlinin qonağı olaraq gündəmdəki subyektiv problemləri açıq şəkildə ifşaladı. Verilişdə Gürcüstan yol infrastrukturu ilə Bakı yollarının müqayisə...

Yollarda Qəzaları Necə Azaltmaq Olar? | Ekspert Aqil Rəhimov 28.07.2026

Avto FM-in "Qaydaları pozma" verilişində Ceyhun Həsənlinin qonağı Qəzaəleyhinə Sürücülük Kurslarının məşqçisi Aqil Rəhimov idi. Azərbaycanda baş verən yol-nəqliyyat qəzalarının əsl elmi səbəbləri, sürücülük vəsiqəsi imtahanlarının şəhər daxilində (real yollarda) keçirilməsi təklifi, təhlükəli sürüş tərzi cərimələri, gizli yol polisi təcrübəsi, radar işarələrinin ləğvi və piyadalar üçün MyGov inteq...

Bakı-Quba Yolunda Piyada Ölümü: Faciəvi Qəzanın Təfərrüatları | DYP | Qaydaları Pozma 28.07.2026

Avto FM-in "Qaydaları pozma" verilişində Bakı-Quba magistral yolunun 53-cü kilometrliyində baş verən və piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi müzakirə olunur. Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev və aparıcı Ceyhun Həsənli magistral yollarda piyadaların qayda pozuntularını, çoxzolaqlı yollardan keçməyin böyük risklərini və sürücül...

Kredit Tarixçəsi Və Qara Siyahıdan Çıxmağın Yolları | Ekspert İsmail Məmmədov | Qaydaları Pozma 24.07.2026

Avto FM-in "Qaydaları pozma" verilişində kredit tarixçəsi, mənfi qeydlər, "qara siyahı" mifləri və bank kreditləri götürərkən diqqət edilməli olan maliyyə qaydaları müzakirə olunur. "Bank of Baku" Kiçik və Orta Biznes Bankçılığı Departamentinin direktor müavini və Azərbaycan Banklar Assosiasiyasının eksperti İsmail Məmmədov kredit reytinqini düzəltməyin yollarını, zaminliyin risklərini və rəsmi gə...

Qəza-Dayanma Nişanı Harada Və Necə Quraşdırılmalıdır? - 30 METR QAYDASI! | Qaydaları Pozma 23.07.2026

"Qaydaları Pozma" verilişində texniki nasaz avtomobillərin yollarda yaratdığı süni tıxaclar, yol-nəqliyyat qəzaları zamanı görülməli olan təhlükəsizlik tədbirləri və DİN Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) son statistikası müzakirə olunur. Ceyhun Həsənli və DİN NİİM-in mətbuat katibi Ömər Xıdırrov yolda maşını xarab olan sürücülərin etdiyi böyük səhvləri, qəza-dayanma nişanının düz...

Yol Qaydalarını Yadda Saxlamağın Ən Asan Yolu | Sürücülük Məşqçisi Aqil Rəhimov | Qaydaları Pozma 22.07.2026

Yol hərəkəti qaydalarını (YHQ) asan və effektiv şəkildə necə öyrənmək və yadda saxlamaq olar? Qəza əleyhinə sürücülük kurslarının peşəkar təlimçisi Aqil Rəhimov və Rauf Mirqulamov "Qaydaları Pozma" verilişində yol nişanlarını mənimsəməyin sirlərini, visual öyrənmə metodlarını və praktiki sürücülük məsləhətlərini bölüşürlər. Müzakirə olunan mövzular: Yol qaydaları kitabını dərindən anlamaq və mənti...

Dayanmış Maşının Təkəri Dönük Olarsa Hüquqi Cavabdehlik Nədir? | Qaydaları Pozma 21.07.2026

Bakıda və bölgələrdə isti yay günlərində yol-nəqliyyat hadisələri (qəzalar) niyə artır? Sükan arxasında yuxusuzluq, yorğunluq, diqqətsizlik və mobil telefondan istifadə hansı faciəvi nəticələrə gətirib çıxarır? "Avto FM" radiostansiyasının "Qaydaları Pozma" verilişində aparıcı Ceyhun Həsənli və Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev isti havalar...

Sığorta Nəyi Qarşılayır, Nəyi Qarşılamır? | Avto-Sığorta haqqında HƏR ŞEY! | Qaydaları Pozma 20.07.2026

Yay mövsümünün əsas riskləri: Güclü küləklər, qasırğalar və qəfil yağan dolunun avtomobillərə vurduğu zərərlər (Bakıdakı məlum may dolusu nümunəsində). İcbari sığorta yoxsa Kasko sığorta? Dolu maşını əzdikdə hansı sığorta növü ödəniş edir? Məhəllə daxili risklər: Uşaqların futbol oynayarkən və ya üçüncü şəxslərin qərəzli hərəkətləri nəticəsində avtomobilə vurduğu zərərlər sığortalanırmı? Motosikle...

Elektromobil Almağa Hazırıqmı? | BYD Blade Batareyası Nədir? | Qaydaları Pozma 16.07.2026

Verilişdə Hansı Mövzulara Toxunulub? Elektromobillərin İdarəolunması: Elektromobilə keçid çətindirmi? Adi sürücülərin bu yeniliyə baxışı necədir? Şarj və İnfrastruktur: Bakı və rayonlarda şarj stansiyalarının mövcud vəziyyəti necədir? Yolda qalma riski varmı? Batareya Texnologiyası və Ömrü: Dünyanın yeganə yanmaz və təhlükəsiz batareyası olan BYD Blade Batareyası hansı üstünlüklərə malikdir? Servi...

Luister naar de podcast Avto FM 107.7 in Replaio

Radio en podcasts in één app - gratis en zonder account. Installeer vandaag nog en mis de lancering niet

Download het op Google Play

Replaio is geen uitgever van podcasts; namen van shows, covers en audio zijn eigendom van hun makers en worden verspreid via openbare RSS-feeds