Avto FM 107.7
Avto FM 107.7
107.7 AVTO FM radiosu ! Efirimizdə yayımlanan müxtəlif verilişlərin podcastı məhz burada paylaşılır !
Bezoek zeker de website van de podcast en steun de maker: www.spreaker.com
Auteur
Avto FM 107.7
Categorie
Website van de podcast
Nieuwste aflevering
21 okt. 2026
Waar luisteren?
Podcasts in de app Replaio Radio Binnenkort beschikbaarPodcasts komen binnenkort naar de app. Installeer nu en zie als eerste een compleet nieuwe kijk op podcasts
Afleveringen
Çinə səyahət edən turistlər hansı problemlərlə üzləşə bilərlər? I Yol əhvalatı #555 05.05.2025 30:55
"Yol əhvalatı"nda qonağımız olan turizmçi Nurlana Həsənova bizə Azərbaycanda turizm xidmətlərinin inkişafından, yayda insanların hansı ölkələrə üz tutduğundan, Çin səyahəti zamanı hansı problemlərlə üzləşdiyindən və Şri-Lanka səyahətindən danışdı.
Sığorta avtomobilin sahibindən başqa idarə edən şəxs üçün də keçərlidir? 02.05.2025 38:13
"Qaydaları Pozma" verilişində Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyevlə birlikdə avtomobili sahibindən başqa biri idarə etdiyi müddətdə baş verən qəzanın sığorta təminatı barəsində müzakirə etdik.
Aktyor olmaq istəyənlər niyə görə universitet təhsili almalıdırlar? I Şəhər adamı #73 02.05.2025 33:47
"Şəhər adamı"nda qonağımız olan Əməkdar artist Qurban Məsimov bizə incəsənət universitetindəki fəaliyyətindən, Bakıdakı aktyorluq məktəblərindən, müasir Azərbaycan kinosunun və serialının vəziyyətindən və öz maraqlı təcrübələrindən danışdı.
"Miles" kartları kimlər üçündür və işləmə prinsipi necədir? I Şəhər adamı #72 01.05.2025 17:45
"Şəhər adamı"nda qonağımız olan "ABB-AZAL Miles” baş məhsul sahibi Esmira Bəylərova ilə bank sahəsində karyeraya başlamağından, bank sahəsində işləyənlərə olan tövsiyələrindən, Mil kartları haqqında məlumatdan, "Co-brand" kartları ilə Mil kartları arasındakı fərqlərdən və s. danışdıq.
Geriyə hərəkət hansı halda qəzaya səbəb ola bilər? 01.05.2025 32:28
"Qaydaları pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırovla birlikdə yol hərəkəti hadisələrinin əsas səbəbləri, geriyə hərəkət edib, yolun hərəkət hissəsində qəza şəraiti yaradanlar haqqında danışdıq.
Azərbaycan əhalisi ən çox hansı tip dekorasiyalara üstünlük verir? I Şəhər adamı #71 29.04.2025 23:35
"Şəhər adamı"nda qonağımız olan "Strafor kəsim" şirkətinin rəhbəri, dizayner Nahid Eminov strafor materialının üstünlüklərindən, toy və dekorasiya şirkətinin rəhbəri olmasından, müxtəlif festivallarda iştiraklarından və digər maraqlı məqamlardan danışdı.
Peşəkar sürücülük təlimçisi necə seçilməlidir? 29.04.2025 34:02
"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə birlikdə sürücülük təlimçisinin hansı bilik və bacarıqlara sahib olması, sürücülük vərdişlərinin öyrədilməsində təlimçinin rolu, eləcə də bugünkü sürücülük kurslarında rast gəlinən problemlər haqqında müzakirə etdik.
Əyləncə, ya təhlükə? Azyaşlıların yol qəzaları. 28.04.2025 34:31
"Qaydaları Pozma" verilişində BDYPİ-nin rəsmisi polkovnik-leytenant Mübariz Ağayevlə birlikdə azyaşlıların yollarda törətdikləri yol hadisələri və valideyn məsuliyyətindən danışdıq.
Sinqapurda 120-dən çox metrostansiya var I Yol əhvalatı #554 28.04.2025 30:26
"Yol əhvalatı"nda qonağımız olan Vüqar Quliyev ilə yay mövsümündə gediləcək yerlərdən, asan viza almağın yollarından, İspaniya, Sinqapur səyahətlərindən və s. danışdıq.
Təmirə verilən avtomobil zədələnibsə, sığorta ödəniş edəcək? 28.04.2025 36:59
"Qaydaları Pozma" verilişində Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyevlə birlikdə təmirdə və ya dayanacaqda baş verən hadisələr, onların sığorta təminatı haqqında danışdıq.
İçərişəhər xalçalara bürünəcək! I Şəhər adamı #70 25.04.2025 31:13
"Şəhər adamı"nda qonaqlarımız olan "Azərxalça" ASC -nin mətbuat katibi Xatuna Bağırova və "İçərişəhər" Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin kommunikasiya və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zinyət Brumenfard ilə 2-4 may tarixlərində keçiriləcək Beynəlxalq Xalça Festivalı haqqında danışdıq.
Nə etsək, yollarda sıxlıqda qalmarıq? 24.04.2025 33:18
"Qaydaları pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırovla birlikdə sürücülərin yollarda sıxlığa səbəb olan hərəkətləri haqqında müzakirə etdik.
Yunanıstanda akropola daxil olmadım I Yol əhvalatı #553 24.04.2025 32:30
"Yol əhvalatı"nda qonağımız olan Tural Kişibalayev ilə Portuqaliyadan, Yunanıstandakı avtomobillərin kirayəsindən, akropola daxil olmama səbəbindən və s. danışdıq.
Maldiv adalarına səyahət edən turistlər nələri bilməlidirlər? I Yol əhvalatı #552 24.04.2025 23:05
"Yol əhvalatı"nda qonaqlarımız olan səyahətçilər Nigar İzzətova və Elmin Qurbanov ilə Maldiv adalarına səyahətdən, Maldiv adalarında əyləncədən, otellərin qiymətlərindən və s. danışdıq.
İctimai nəqliyyatda sizi nə narahat edir? 23.04.2025 26:07
"Qaydaları Pozma" verilişində nəqliyyat eksperti Elməddin Muradlı ilə birlikdə ictimai nəqliyyatın fəaliyyəti haqqında müzakirə edib, dinləyiciləri narahat edən məqamlardan danışdıq.
Uşaqları telefondan uzaq tutun! I Şəhər adamı #69 22.04.2025 36:18
"Şəhər adamı"nda qonağımız olan defektoloq-loqoped Esmira Kazımova ilə uşaqlara düzgün tərbiyədən, düzgün danışıqdan və s. danışdıq.
Piyadalar qəzaya necə səbəb olurlar? 22.04.2025 30:26
"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə birlikdə piyadalar və onların yollarda qəzalara səbəb ola biləcək davranışları haqqında danışdıq.
Biznes qurmaq istəyənlər nələri bilməlidirlər? I Şəhər adamı #68 21.04.2025 31:58
"Şəhər adamı"nda qonağımız olan sahibkar Fəridə Əsgərzadə ilə Azərbaycanda sahibkarlığın inkişafından, alıcıların reaksiyasından, uğurlu biznes və marketinqdən və s. danışdıq.
Marafon qaçışı üçün yaş önəmli deyil I Yol əhvalatı #551 21.04.2025 30:41
"Yol əhvalatı"nda qonağımız olan "Ironman" Firdovsi Kərimov ilə sağlam olmağın sirrindən, soyuq və buzlu suya girməyin faydasından, "Marafon" klubu ideyasından və s. danışdıq.
"Avtomobil idarə etmək əyləncə ola bilməz" 21.04.2025 36:29
"Qaydaları Pozma" verilişində BDYPİ-nin rəsmisi polkovnik-leytenant Mübariz Ağayevlə birlikdə avtomobil idarə etməyin məsuliyyətlərindən, səhhətində problem olan sürücülərin sükan arxasında diqqət etməli olduqları məqamlardan danışdıq.
Sığorta təbii fəlakətlərin verdiyi zərəri qarşılayır? 18.04.2025 34:02
"Qaydaları Pozma" verilişində Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyevlə birlikdə təbii fəlakətlər baş verdiyi hallarda sığorta təminatı haqqında danışdıq və dinləyicilərlə müzakirələr etdik.
4-cü sənaye inqilabı nədir? IŞəhər adamı #67 17.04.2025 30:16
"Şəhər adamı"nın qonaqları olan 4SİM-in Təhlil və Monitorinq şöbəsinin rəhbəri Əzizə Vidadi və 4SİM-in Mətbuat Katibi Kamil Piriyev ilə sənaye inqilabının nə olduğundan, insan kapitalının inkişafından, "Startup" layihələrindən və s. danışdıq.
Nəqliyyatın yağışla sınağı 17.04.2025 30:03
"Qaydaları pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırovla birlikdə güclü külək və yağışlı hava şəraiti səbəbindən paytaxt yollarında yaranan çətinlik, problemlər və onların həlli barəsində danışdıq.
Yağışlı havada sürücülər nələrə diqqət etməlidirlər? 16.04.2025 31:13
"Qaydaları Pozma" verilişində nəqliyyat eksperti Elməddin Muradlı ilə birlikdə sürücülərin yağışlı hava şəraitində üzləşdikləri problemləri müzakirə edib, diqqət etməli olduqları məqamlardan danışdıq.
Xaricdə olarkən telefonlarınızdan ehtiyyatlı olun! I Yol əhvalatı #550 16.04.2025 28:56
"Yol əhvalatı"nda qonağımız olan psixoloq, yoqa müəllimi Nərgiz Əliyeva ilə İtaliya və İspaniya səyahətləri zamanı oğurluq hadisələrindən, başına gələn ən maraqlı əhvalatlardan danışdıq.
Vergelijkbare podcasts
Replaio is geen uitgever van podcasts; namen van shows, covers en audio zijn eigendom van hun makers en worden verspreid via openbare RSS-feeds