Dalğa FM
Dalğa FM
"Dalğa FM" 92.5 FM "Dalğa"nı tut, fərqi hiss et
N'hésitez pas à visiter le site du podcast et à soutenir son créateur : www.spreaker.com
Où écouter ?
Les podcasts dans l'appli Replaio Radio Bientôt disponibleLes podcasts arrivent très bientôt dans l'appli. Installe-la dès maintenant et découvre en avant-première une toute nouvelle façon de vivre les podcasts
Épisodes
"Yaxşı xormeyster olmaq üçün uşaq yaşlarından xor tərbiyəsi almalısan" 21.11.2024 32:50
"Sənətin Səsi" verilişində Azərbaycan Dövlət Uşaq Filarmoniyasının xormeysteri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Muradzadə ilə sənət yolundan, əsərlərindən və rəhbəri olduğu "Baku choir" xor kollektivindən bəhs etdik.
"Fikrət Əmirov ilk notundan hamının tanıyacağı, üslubu bəlli olan bəstəkardır" 20.11.2024 37:54
"Sənətin Səsi" verilişində musiqişünas, "Qaya" Dövlət Ansamblının direktoru, dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru Turan Məmmədəliyeva ilə görkəmli bəstəkar Fikrət Əmirovun yaradıcılığından və musiqi sənətinə verdiyi bənzərsiz töhfələrdən bəhs etdik.
"Mənim üçün hər şey pianodan başlayır" 19.11.2024 33:42
"Sənətin Səsi" verilişinin buraxılışı peşəkar pianoçu Akif İsgəndərlinin sənət yoluna, ifa etdiyi əsərlərə, fəaliyyət göstərdiyi ansambllara və qastrol səfərləri ilə bağlı xatirələrinə həsr olundu.
"Əsl sənətkar dünyadan köçsə də, onun əsərləri daim xatırlanır" 18.11.2024 36:21
"Sənətin Səsi" verilişində Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti, ustad tarzən Zamiq Əliyev ilə tar ifaçılıq sənətindən, Gülarə Əliyeva yaradıcılığından və sənətdəki xatirələrindən bəhs etdik.
"Təbiətin səsini özündə əks etdirən musiqi alətlərinin yaradıcısı" 16.11.2024 37:25
"Sənətin Səsi" verilişində “Milli alətlərin bərpası və təkmilləşdirilməsi” elmi- tədqiqat laboratoriyasının rəhbəri Məmmədəli Məmmədov ilə xalq çalğı alətlərinin rekonstruksiyasından, bərpasından və təbiətin səsini özündə əks etdirən musiqi alətlərindən bəhs etdik.
"Azərbaycan rok musiqisi tarixində özünəməxsus yeri olan sənətkar" 15.11.2024 40:20
"Sənətin Səsi" verilişinin buraxılışı "Ozan" qrupunun qurucusu və rəhbəri, rok musiqiçi, bəstəkar-şair Rasim Müzəffərlinin sənət yoluna, canlı ifalarına və "Ozan" qrupunun fəaliyyətinə həsr olundu.
"Azərbaycanın təbii və mədəni irsinə həsr olunan layihə" 14.11.2024 28:14
"Sənətin Səsi" verilişində Mədəniyyət Nazirliyi tərəfindən COP29 tədbirləri çərçivəsində hazırlanan "Azərbaycanın təbii və mədəni irsi" layihəsinin rəhbəri, telejurnalist Səidə İbrahimli və tar ifaçısı İbrahim Babayev ilə layihənin yaranması prosesindən, yaradıcı heyətin əməyindən, təbiət və mədəniyyətin vəhdətindən bəhs etdik.
""Böyük Zəfər" xatirə medalı ilə təltif olunan bəstəkar" 07.11.2024 21:12
"Sənətin Səsi" verilişinin buraxılışı bəstəkar İlhamə Adilqızının yaradıcılığına, vətənpərvərlik mövzusunda yazdığı bir çox əsərlərinə və sənətkarlarla olan iş birliklərinə həsr olundu.
"Uzun illərdən bəri iş birlikləri davam edən bəstəkar və ifaçı" 06.11.2024 30:28
"Sənətin Səsi" verilişində Əməkdar artist, müğənni Lalə Məmmədova və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, bəstəkar Sevda Məmmədli ilə sənətdən, mahnılarından və iş birliklərindən bəhs etdik.
"Bütün klassik mahnıların yenidən aranjimana, yeni üslubda ifaya ehtiyacı var" 05.11.2024 30:07
"Sənətin Səsi" verilişində prodüser, musiqiçi Asif Kərimov ilə sənətdən, müəllifi olduğu musiqilərdən və sənətkarlarla olan iş birliklərindən bəhs etdik.
"Niyyətim Azərbaycan xor sənətini dünyaya tanıtmaqdır" 04.11.2024 32:09
"Sənətin Səsi" verilişində Beynəlxalq Muğam Mərkəzinin nəzdində fəaliyyət göstərən Cahangir Cahangirov adına Xorun bədii rəhbəri, Əməkdar müəllim, dirijor Təranə Yusifova ilə dirijorluq sənətindən, əsərlərindən və rəhbəri olduğu xorun fəaliyyətindən bəhs etdik.
"Sənətə gəlişimdə Vaqif Gərayzadənin rolu danılmazdır" 01.11.2024 19:28
"Sənətin Səsi" verilişində müğənni Arzu Həsənli ilə sənət yolundan, yeni ifalarından və musiqiçilərlə olan iş birliklərindən bəhs etdik.
"Tamaşaları 20-dən çox ölkədə nümayiş olunan sənətkar" 31.10.2024 39:08
"Sənətin Səsi" verilişində Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev ilə rejissorluq fəaliyyətindən, tamaşalarından və sənətkarlarla olan iş birliklərindən bəhs etdik.
"Mən istəyirəm ki, Azərbaycan musiqi elmi ən yüksək pillələri fəth etsin" 30.10.2024 41:51
"Sənətin Səsi" verilişində Əməkdar incəsənət xadimi, musiqişünas, professor Zümrüd Dadaşzadə ilə musiqi sənətindən, müəllifi olduğu kitablardan və dahi şəxsiyyətlərin yaradıcılığından bəhs etdik.
"Hər zaman səhnədə uşaqlara gülümsəyirəm, çünki dirijorun bütün əhval-ruhiyyəsi uşaqlara keçir" 29.10.2024 34:43
"Sənətin Səsi" verilişində Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru, Əməkdar incəsənət xadimi, dirijor Dilarə Əliyeva ilə dirijorluq sənətindən və rəhbəri olduğu filarmoniyanın fəaliyyətindən bəhs etdik.
"Hər bir ifaçı çaldığı əsərin mahiyyəti və bəstəkarın yaşadığı dövr haqqında məlumatlı olmalıdır" 28.10.2024 33:12
"Sənətin Səsi" verilişində Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin direktoru, piano ifaçısı Səbinə Mehdiyeva ilə sənət yolundan, pedaqoji fəaliyyətindən və unudulmuş musiqi alətlərinin yenidən tədris edilməsindəki təşəbbüslərindən bəhs etdik.
"Biz həmişə çalışırıq ki, Azərbaycan musiqisini layiqincə təmsil edək" 25.10.2024 27:03
"Sənətin Səsi" verilişinin buraxılışı Azərbaycan Respublikasının Əməkdar artisti, zərb alətləri ifaçısı İsgəndər Ələsgərovun sənət yoluna, iş birliklərinə və "Rəmz" albomundakı ifalarına həsr olundu.
"Mən Bakıda bir çox Azərbaycan və xarici əsərlərin ilk ifaçısı olmuşam" 24.10.2024 36:18
"Sənətin Səsi" verilişində Azərbaycan Respublikasının Əməkdar artisti, vokal ifaçısı Fəridə Məmmədova ilə vokal sənətindən, səhnə fəaliyyətindən və iş birliklərindən bəhs etdik.
"Filmdə musiqi uğurun yarısıdır, çünki çox vaxt film musiqisi ilə tanınır" 23.10.2024 38:52
"Sənətin Səsi" verilişində Azərbaycan rejissoru və aktyoru Elvin Mirzəyev ilə sənət yolundan, rejissoru olduğu filmlərdən, kino musiqilərindən və sənətkarlarla olan iş birliklərindən bəhs etdik.
"Canəli Əkbərov iki dövr arasında mənəvi körpü yaradan sənətkar idi" 22.10.2024 31:59
"Sənətin Səsi" verilişində Azərbaycan Respublikasının Xalq artisti, xanəndə Canəli Əkbərovun tələbələri xanəndə Sərxan Mirzəyev və Vüqar Qasımov ilə mərhum sənətkarın sənət yolundan, pedaqoji fəaliyyətindən və onunla bağlı xatirələrdən bəhs etdik.
"Muğam bizə mirasdır, ona görə də yalnız çərçivələr daxilində ona yeniliklər gətirə bilərik" 21.10.2024 35:15
"Sənətin Səsi" verilişində Azərbaycan Respublikasının Xalq artisti, professor, ustad tarzən Vamiq Məmmədəliyev ilə muğam sənətindən, tar ifaçılığından və qardaşı Vasim Məmmədəliyevlə bağlı xatirələrindən bəhs etdik.
"Xorda bir nəfərin nasaz olması belə hiss olunur, çünki digər musiqiçilərdən fərqli olaraq vokalçıların alətləri səsləridir" 18.10.2024 35:37
"Sənətin Səsi" verilişində Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri və baş dirijoru, Əməkdar incəsənət xadimi Gülbacı İmanova ilə dirijorluq sənətindən, pedaqoji fəaliyyətindən, ansambıl və xorla olan ifalardan bəhs etdik.
"Hər bir xanəndə, müğənni muğamları bilməlidir, çünki muğamlar musiqimizin köküdür" 17.10.2024 30:35
"Sənətin Səsi" verilişində Azərbaycan Respublikasının Əməkdar artisti, xanəndə Ruzə İbişova ilə muğam sənətindən, pedaqoji fəaliyyətindən və ustad sənətkarlarla bağlı xatirələrindən bəhs etdik.
"Ən böyük planım klassik mahnılarımızı yeni formada təqdim etməkdir" 16.10.2024 28:04
"Sənətin Səsi" verilişində "Qaya" Dövlət Ansamblının bədii rəhbəri, saksafon ifaçısı Fərid Mailov ilə sənət yolundan, caz musiqisindən və "Qaya" qrupunun fəaliyyətindən bəhs etdik.
"İfaçının hərtərəfli peşəkar olması onun ən böyük uğuru və xoşbəxtliyidir" 15.10.2024 29:08
"Sənətin Səsi" verilişində Azərbaycan Respublikasının Əməkdar artisti, müğənni Şölə Səfərəliyeva ilə sənət yolundan, ifalarından, pedaqoji fəaliyyətindən və Şuşa İslam Mədəniyyət paytaxtı 2024 çərçivəsində “Şuşa şəhərinin İslam Memarlıq irsi” adlı simpoziumdakı təəssüratlarından bəhs etdik.
Podcasts similaires
Replaio n'est pas éditeur de podcasts ; les noms des émissions, les visuels et l'audio appartiennent à leurs auteurs et sont diffusés via des flux RSS publics