fr

Dalğa FM

Dalğa FM

"Dalğa FM" 92.5 FM "Dalğa"nı tut, fərqi hiss et

N'hésitez pas à visiter le site du podcast et à soutenir son créateur : www.spreaker.com

Auteur

Dalğa FM

Catégorie

Music

Site du podcast

www.spreaker.com

Dernier épisode

9 oct. 2026

Où écouter ?

Les podcasts dans l'appli Replaio Radio Bientôt disponible

Les podcasts arrivent très bientôt dans l'appli. Installe-la dès maintenant et découvre en avant-première une toute nouvelle façon de vivre les podcasts

Télécharger sur Google Play Installe-la gratuitement Android près de 10 M de téléchargements · note de 4,8 iOS bientôt

Épisodes

"“UNESCO-nun Sülh Artisti” fəxri adına layiq görülən azərbaycanlı bəstəkar" 27.12.2024

"Sənətin Səsi" verilişində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, bəstəkar Firəngiz Əlizadə ilə yaradıcılığından, əsərlərindən, qastrol səfərlərindən və dahi bəstəkarlardan bəhs etdik.

"Əsl muğamı, gərək, qəzəllə oxuyasan" 25.12.2024

"Sənətin Səsi" verilişində Xalq artisti, xanəndə Zabit Nəbizadə ilə muğam sənətindən, inkişafından və sənətdəki xatirələrindən bəhs etdik.

"300-ə yaxın mahnım var və dəst-xət eyni olsa da, biri digərinə bənzəmir" 24.12.2024

"Sənətin Səsi" verilişinin buraxılışı bəstəkar, pianoçu Aynur Adilqızının yaradıcılığına, bəstələdiyi mahnılara və sənətkarlarla iş birliklərinə həsr olundu.

"Radio Azərbaycanın səsidir, ona görə də dili və məzmunu nümunəvi çatdırmalısan" 23.12.2024

"Sənətin Səsi" verilişinin buraxılışı Xalq artisti, "Tərəqqi" medalı laureatı, diktor Eldost Bayramın sənət yoluna və xatirələrinə həsr olundu.

"Klassikanı bilməyən insan caz musiqisini mükəmməl öyrənə bilməz" 20.12.2024

"Sənətin Səsi" verilişində Azərbaycan Respublikasının Əməkdar artisti, caz ifaçısı, pianoçu Emil Əfrasiyab ilə musiqi sənətindən, bəstəkarlıq fəaliyyətindən və çıxış etdiyi konsertlərdən bəhs etdik.

"30-40 il əvvəl toya mikrofonla getməzdilər. "Səsin var, meydandır, özünü göstər", - deyərdilər" 19.12.2024

"Sənətin Səsi" verilişinin buraxılışı  Xalq artisti, müğənni Zaur Rzayevin sənət yoluna, ifalarına, fəaliyyətinə və xatirələrinə həsr olundu.

"Bilirəm ki, mənim yolum daim cazdır" 18.12.2024

"Sənətin Səsi" verilişinin buraxılışı Xalq artisti, caz ifaçısı, müğənni Cavan Zeynallının sənət yoluna, ifalarına, "Qaya" qrupundakı fəaliyyətinə və xatirələrinə həsr olundu.

"Əgər ciddi mövzuda mahnı yaradılırsa, bu mahnının müəllifi bir nəfər olmamalıdır" 17.12.2024

"Sənətin Səsi" verilişinin buraxılışı Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin yaradıcılığına, əsərlərinə və iş birliklərinə həsr olundu.

"Vaqif Mustafazadə elə bir sənətkardır ki, onu təkrar etmək mümkün deyil" 16.12.2024

"Sənətin Səsi" verilişində pianoçu Nizami Əliyev ilə caz-muğam üslubunun banisi Vaqif Mustafazadənin yaradıcılığından, unudulmaz əsərlərindən bəhs edib, canlı ifalar ilə xatirəsini yad etdik.

"Mən ilk dəfə filmə çəkilmək üçün düz 15 il gözləmişəm" 13.12.2024

"Sənətin Səsi" verilişində Əməkdar artist, Azərbaycan Dövlət Pantomima Teatrının direktoru və aktyoru Elman Rəfiyev ilə aktyorluq sənətindən, teatrın fəaliyyətindən və canlandırdığı obrazlardan bəhs etdik.

"İnsan sənətə gəlirsə, gərək özü üçün yox, xalq üçün gəlsin" 11.12.2024

"Sənətin Səsi" verilişinin buraxılışı Xalq artisti, "Şöhrət" ordenli sənətkar Niyaməddin Musayevin sənət yoluna, ifalarına, musiqimizə gətirdiyi yeniliklərə və Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrinə həsr olundu.

"Musiqidə irəli getmək üçün klassikanı bilmək vacib amildir" 10.12.2024

"Sənətin Səsi" verilişinin buraxılışı Azərbaycan Respublikasının Xalq artisti, caz musiqiçisi, pianoçu, bəstəkar Salman Qəmbərovun yaradıcılığına, əsərlərinə, caz musiqisinə və gənclərlə olan iş birliklərinə həsr olundu.

"Tofiq Bakıxanov musiqimizdə bir çox ilklərə imza atmış sənətkardır" 09.12.2024

"Sənətin Səsi" verilişində bəstəkar, pianoçu Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi Nuranə Zeynalova ilə görkəmli bəstəkar, Xalq artisti Tofiq Bakıxanovun yaradıcılığından, əsərlərindən, haqqında yazılan kitab və məqalələrdən bəhs etdik.

"Dirijor anlamalıdır ki, onun ünsiyyət vasitəsi və səs qüvvəsi orkestrdir" 06.12.2024

"Sənətin Səsi" verilişində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, Əməkdar artist Əyyub Quliyev ilə dirijorluq sənətindən, xarici ölkədəki çıxışlarından və xatirələrindən bəhs etdik.

"Əgər səs qorunarsa, heç vaxt dəyişməz, həmişə eyni qalar" 05.12.2024

"Sənətin Səsi" verilişinin buraxılışı müğənni İlqar Xəyalın sənət yoluna, ifalarına, musiqi qrupları ilə bağlı xatirələrinə həsr olundu.

"Azərbaycan xalq musiqisinin akustik xüsusiyyətlərini tədqiq edən sənətkar" 04.12.2024

"Sənətin Səsi" verilişində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük elmi işçisi Zeynal İsayev ilə sənət yolundan, elmi işlərindən, ifalarından və ustad sənətkarlarla olan iş birliklərindən bəhs etdik.

"Bir çox mahnıların həm söz, həm də musiqisinin müəllifi olan sənətkar" 03.12.2024

"Sənətin Səsi" verilişinin buraxılışı şair, bəstəkar Xanım İsmayılqızının bəstələdiyi mahnılarına, şeirlərinə, sənətkarlarla olan iş birliklərinə və "Ömrün Xanım Fəsli" yaradıcılıq gecəsindəki təəssüratlarına həsr olundu.

"Səhvlərim mənim bugünkü uğurumdur" 02.12.2024

"Sənətin Səsi" verilişində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, vokal ifaçısı Fatimə Cəfərzadə ilə opera sənətindən, ifa etdiyi əsərlərdən və görkəmli sənətkarlarla bağlı xatirələrindən bəhs etdik.

"Ruhuma darıxanda "Şur", qəmlənəndə isə "Segah" muğamı yaxın olur" 29.11.2024

"Sənətin Səsi" verilişinin buraxılışı Əməkdar artist, kamança ifaçısı Xəyyam Məmmədovun sənət yoluna, canlı ifalarına və xatirələrinə həsr olundu.

"İtirdiklərimin hamısı mənimdir, amma qazandıqlarım xalqın" 28.11.2024

"Sənətin Səsi" verilişində Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, kamança ifaçısı Arif Əsədullayev ilə sənət yolundan, muğam ifaçılığından və xatirələrindən bəhs etdik.

"Hər kəs müğənni ola bilər, lakin əsas tamaşaçı sevgisini qazanmaqdır" 27.11.2024

"Sənətin Səsi" verilişində müğənni Aynur Dadaşova ilə sənət yolundan, ifalarından, sənətkarlarla olan iş birliklərindən və xatirələrindən bəhs etdik.

"200-ə qədər təsnif və 60-dan çox mahnının müəllifi olan sənətkar" 26.11.2024

"Sənətin Səsi" verilişində ustad xanəndə, şair Ağakərim Nafiz ilə muğam sənətindən, yaradıcılığından, "Divan"ından və sənətdəki xatirələrindən bəhs etdik.

"Sözlə aldatmaq asan, hərəkətlə isə çox çətindir, çünki hərəkətlərimiz bizi ələ verir" 25.11.2024

"Sənətin Səsi" verilişində Əməkdar artist, Azərbaycan Dövlət Pantomima Teatrının rejissor və aktyoru Bəhruz Vaqifoğlu ilə aktyorluq sənətindən, teatrdakı fəaliyyətindən və filmlərindən bəhs etdik.

"İnsandan başqa heç bir canlı kamilliyə meyil etmir, çünki zatən o öz varlığından kamildir" 23.11.2024

"Sənətin Səsi" verilişində Azərbaycan Milli Konservatoriyasının dosenti, filologiya üzrə fəlsəfə doktoru, alim, musiqişünas Fəxrəddin Salim ilə sənət yolundan, "Divan"ından və pedaqoji fəaliyyətindən bəhs etdik.

""Sevil" operasını o qədər çox sevirəm ki, sanki Fikrət Əmirov onu mənim üçün yazıb" 22.11.2024

"Sənətin Səsi" verilişində Azərbaycan Milli Konservatoriyasının Milli Vokal kafedrasının baş müəllimi, Əməkdar artist, vokal ifaçısı Zenfira İsmayılova ilə vokal sənətindən, ifa etdiyi əsərlərdən, pedaqoji fəaliyyətindən və sənətdəki xatirələrindən bəhs etdik.

Écoute le podcast Dalğa FM sur Replaio

La radio et les podcasts dans une seule appli - gratuite, sans inscription. Installe-la dès aujourd'hui et ne rate pas le lancement

Télécharger sur Google Play

Replaio n'est pas éditeur de podcasts ; les noms des émissions, les visuels et l'audio appartiennent à leurs auteurs et sont diffusés via des flux RSS publics