Dalğa FM

Dalğa FM

Music AZ ↓ 513 episódios

"Dalğa FM" 92.5 FM "Dalğa"nı tut, fərqi hiss et

Não deixe de visitar o site do podcast e apoiar quem o produz: www.spreaker.com

Autor

Dalğa FM

Categoria

Music

Site do podcast

www.spreaker.com

Último episódio

10 de jul de 2026

Onde ouvir?

Podcasts no app Replaio Radio Em breve

Os podcasts estão chegando ao app. Instale agora e seja o primeiro a descobrir um jeito totalmente novo de curtir podcasts

Baixe no Google Play Instale grátis Android 5 mi+ downloads · nota 4,8 iOS em breve

Episódios

"Bir əsəri ifa etdiyin zaman sanki hər şey sənin üçün yenidən başlayır" 19.08.2024

"Sənətin Səsi" verilişində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Əməkdar artist Ramil Qasımov ilə opera sənətindən, ifa etdiyi əsərlərdən, tamaşalara hazırlıq prosesindən və səsin qorunması yollarından bəhs etdik.

"İlk "Cırtdan" animasiya filmini rəssam yoldaşlarımla birlikdə 60-cı illərin sonunda çəkdik" 16.08.2024

"Sənətin Səsi" verilişində Azərbaycanın Əməkdar mədəniyyət işçisi, tanınmış animasiya rejissoru, kino rəssamı Elçin Hami Axundov ilə yaradıcılığından, milli animasiyanın tarixindən və interaktiv kitablarından bəhs etdik.

"Dünyada çox məşhur dirijorlar var, lakin mənim üçün ən məşhuru maestro Niyazidir" 15.08.2024

"Sənətin Səsi" verilişində Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Xalq artisti, dirijor Ağaverdi Paşayev ilə sənət yolundan və "Dirijorluq sənəti" adlı kitabından bəhs etdik.

"Bugünkü gündə, demək olar ki, uğurlarımın çoxunu Kamil Vəzirova borcluyam" 14.08.2024

"Sənətin Səsi" verilişinin buraxılışı Azərbaycan Respublikasının Əməkdar artisti, piano ifaçısı Qorxmaz Qurbanovun sənət yoluna, qastrol səfərlərindəki çıxışlarına və görkəmli şəxsiyyətlərlə bağlı xatirələrinə həsr olundu.

"Qarabağ Universitetində mühazirələr səsləndirəcəyim günləri səbirsizliklə gözləyirəm" 13.08.2024

"Sənətin Səsi" verilişində Bakı Elm-Təhsil Mərkəzinin direktoru, professor, pedaqoji elmlər doktoru Fərahim Sadıqov ilə muğam sənətindən, təhsilimizdəki xidmətlərindən və pedaqoji fəaliyyətindən bəhs etdik.

"Azərbaycan tarixində ilk dəfə milli musiqi alətlərinin müəllif hüquqlarını alan sənətkar" 12.08.2024

"Sənətin Səsi" verilişində “Milli alətlərin bərpası və təkmilləşdirilməsi” elmi tədqiqat laboratoriyasının rəhbəri Məmmədəli Məmmədov ilə xalq çalğı alətlərinin rekonstruksiyasından, bərpasından və yeni diapazonlu milli alətlərin yaradılmasından bəhs etdik.

"Bu sənətdə əldə etdiyim nailiyyətlərimi ustadım İsmayıl Hacıbəyliyə borcluyam" 09.08.2024

"Sənətin Səsi" verilişinin buraxılışı Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, professor, bəstəkar Vasif Allahverdiyevin yaradıcılığına, pedaqoji fəaliyyətinə və ustad sənətkarlarla bağlı xatirələrinə həsr olundu.

"70 illik yubileyi qeyd olunan ustad sənətkar" 08.08.2024

"Sənətin Səsi" verilişinin buraxılışı Azərbaycan Respublikasının Xalq artisti, professor, ustad tarzən Möhlət Müslümovun yaradıcılığına, sənətdəki nailiyyətlərinə və 70 illik yubileyi münasibəti ilə sənət yoldaşlarından gələn təbriklərə həsr olundu.

"Ən böyük arzum odur ki, 100 ildən çox tarixi olan Opera və Balet Teatrı tezliklə fəaliyyətə başlasın" 07.08.2024

"Sənətin Səsi" verilişində Akademik Opera və Balet Teatrının solisti, Əməkdar artist İnarə Babayeva ilə vokal sənətindən, ifa etdiyi əsərlərdən və Şəfiqə Məmmədova ilə bağlı xatirələrindən bəhs etdik.

"Muğamların hamısı gözəldir, lakin ən sevdiyim, sözümü dediyim "Segah" muğamıdır" 06.08.2024

"Sənətin Səsi" verilişində Azərbaycan Respublikasının Əməkdar artisti, xanəndə Elza Qaybalıyeva ilə sənət yolundan, pedaqoji fəaliyyətindən, qastrol səfərlərindən və dəyərli sənətkarlarla bağlı xatirələrindən bəhs etdik.

"Çəng alətinin yeganə ifaçısı" 05.08.2024

"Sənətin Səsi" verilişində Qədim Musiqi Alətləri Dövlət Ansamblının solisti, Əməkdar artist, çəng aləti ifaçısı Fəzilə Rəhimova ilə milli instrumental ifaçılıq sənətindən, çəng alətinin tarixindən və solisti olduğu ansambldan bəhs etdik.

"Aktyor tamaşaçıların gözləri qarşısında yaşlanmalıdır" 02.08.2024

"Sənətin Səsi" verilişində Azərbaycan Respublikasının Xalq artisti, "İlham" Miniatür Teatrının direktoru və bədii rəhbəri, aktyor İlham Namiq Kamal ilə aktyorluq sənətindən, milli mənəvi dəyərlərimizdən və ən xoş xatirələrindən bəhs etdik.

"Hər bir musiqiçinin ritmdən xəbəri olmalı və onu duymalıdır" 01.08.2024

"Sənətin Səsi" verilişində Azərbaycan Respublikasının Əməkdar artisti, nağara ifaçısı Kamran Kərimov ilə nağara ifaçılıq sənətindən və sənətkarlarla bağlı xatirələrindən bəhs etdik.

"Mənim üçün bu sənət həyatımın amalıdır" 31.07.2024

"Sənətin Səsi" verilişində Əməkdar incəsənət xadimi, professor, tarzən Nazim Kazımov ilə sənət yolundan, pedaqoji fəaliyyətindən və sənətkarlarla bağlı xatirələrindən bəhs etdik.

"Atamın arzusu idi ki, peşəkar musiqi ifa edən zaman birlikdə konsert təşkil edək." 30.07.2024

"Sənətin Səsi" verilişində Azərbaycan Respublikasının Əməkdar artisti, kaman ustadı Ədalət Vəzirovun qızı Aydan Vəzirova ilə mərhum sənətkarın yaradıcılığından, pedaqoji fəaliyyətindən və onunla bağlı xatirələrindən bəhs etdik.

“Muğam bizim ana laylamızdır" 29.07.2024

“Sənətin Səsi" verilişində Azərbaycan Respublikasının Əməkdar artisti, xanəndə Sevinc Sarıyeva ilə sənət yolundan, pedaqoji fəaliyyətindən və dəyərli sənətkarlarla bağlı xatirələrindən bəhs etdik.

"Dan ulduzu" ansamblını sönməyə qoymayan sənətkar 26.07.2024

"Sənətin Səsi" verilişində Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar artist, Gülarə Əliyeva adına “Dan ulduzu” instrumental ansamblının bədii rəhbəri, tar ifaçısı Tariyel Abbasov ilə sənət yolundan, "Dan ulduzu" ansamblındakı fəaliyyətindən və Gülarə Əliyeva sənətindən bəhs etdik.

"Sənətimdəki ən həyəcanlı anları Cıdır düzündə Fikrət Əmirovun "Azərbaycan kapriççiosu”nu ifa edərkən yaşadım" 25.07.2024

"Sənətin Səsi" verilişində Münhen Yeni Filarmoniyasının və Bakı Kamera Orkestrinin baş dirijoru, Əməkdar artist Fuad İbrahimov ilə sənət yolundan, çıxış etdiyi konsertlərdən və görkəmli sənətkarlarla bağlı xatirələrindən bəhs etdik.

"Bizim ansamblın xüsusiliyi ondan ibarətdir ki, digər ansambllarda olmayan səslənmə bizdə var" 24.07.2024

"Sənətin Səsi" verilişində Qədim Musiqi Alətləri Dövlət Ansamblının solisti, Əməkdar artist, rübab alətinin ifaçısı, tarzən Davud Abdullayev ilə sənət yolundan, pedaqoji fəaliyyətindən və solisti olduğu ansambldan bəhs etdik.

“Həmişə çalışmışam ki, milli musiqimiz öz ladlarımızda səsləndirilsin” 23.07.2024

"Sənətin Səsi" verilişində tanınmış klarnet ifaçısı Qulammirzə Mirzəyev ilə sənət yolundan, klarnetdə ifa etdiyi rəqslərindən və dəyərli sənətkarlarla bağlı xatirələrindən bəhs etdik.

Qarmonu həm sağ, həm də sol əli ilə ifa edən yeganə sənətkar 22.07.2024

"Sənətin Səsi" verilişində Azərbaycan Respublikasının Əməkdar artisti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, "Qarmonun Paqaninisi" Zakir Mirzəyev ilə sənət yolundan, milli instrumental ifaçılıqdan və dahi sənətkarlarla bağlı xatirələrindən bəhs etdik.

"Musiqi, söz və ifa bir-biri ilə vəhdət təşkil etdikdə, alınan nəticələr də gözəl olur" 19.07.2024

"Sənətin Səsi" verilişində Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, bəstəkar Pikə Axundova ilə Əməkdar artist, müğənni Aygün Bəylərin sənətindən, məşhur mahnılarından və onunla olan iş birliyindən bəhs etdik.

"İstənilən instrumental aləti qoydun yerə, o, artıq sənin deyil" 18.07.2024

"Sənətin Səsi" verilişində Azərbaycan Respublikasının Xalq artisti, tarzən Malik Mansurov ilə muğam sənətindən, milli instrumental ifaçılıqdan və "Naz-naz" muğam qrupunun fəaliyyətindən bəhs etdik.

"Mən çox xoşbəxtəm ki, Mirzə Babayev sənəti unudulmur və xüsusilə gənc nəsil tərəfindən gündən-günə daha çox xatırlanır" 17.07.2024

"Sənətin Səsi" verilişində Mirzə Babayevin nəvəsi Emin Babayev ilə Xalq artisti, estrada müğənnisi Mirzə Babayevin yaradıcılığından və onunla bağlı xatirələrindən bəhs etdik.

"Tar və simfonik orkestr üçün yazılan konsertin ilk ifaçısı" 15.07.2024

"Sənətin Səsi" verilişində Əhsən Dadaşovun qızı, musiqiçi Xanım Məhərrəmova ilə 100 illiyi qeyd olunan ustad tarzən Əhsən Dadaşovun yaradıcılığından və onunla bağlı xatirələrindən bəhs etdik.

Ouça o podcast Dalğa FM no Replaio

Rádio e podcasts em um só app - grátis e sem cadastro. Instale hoje e não perca o lançamento

Baixe no Google Play

O Replaio não é o publicador dos podcasts; os nomes dos programas, as capas e o áudio pertencem aos seus autores e são distribuídos por feeds RSS públicos