Dalğa FM

Dalğa FM

Music AZ ↓ 513 episódios

"Dalğa FM" 92.5 FM "Dalğa"nı tut, fərqi hiss et

Não deixe de visitar o site do podcast e apoiar quem o produz: www.spreaker.com

Autor

Dalğa FM

Categoria

Music

Site do podcast

www.spreaker.com

Último episódio

10 de jul de 2026

Onde ouvir?

Podcasts no app Replaio Radio Em breve

Os podcasts estão chegando ao app. Instale agora e seja o primeiro a descobrir um jeito totalmente novo de curtir podcasts

Baixe no Google Play Instale grátis Android 5 mi+ downloads · nota 4,8 iOS em breve

Episódios

"Azərbaycanda kulturologiya elminin yaradıcısı" 16.01.2025

"Sənətin səsi" verilişində kulturoloq, tarix elmləri doktoru Fuad Məmmədov ilə kulturologiya elmindən, “Yüksək mədəniyyətli Azərbaycan vətəndaşı” layihəsindən və gənclərə olan tövsiyələrindən bəhs etdik.

"Bizim evdə biri şair, digəri ata olan iki Nəbi Xəzri var idi və bunların vəhdəti bizim üçün cənnət idi" 15.01.2025

"Sənətin Səsi" verilişində şair Nəbi Xəzrinin oğlu Arzu Babayev ilə mərhum şairin yaradıcılığından, şeirlərinə yazılmış mahnılardan və onunla bağlı xatirələrindən bəhs etdik.

"İnsan ən xoşbəxt günündə belə ən qəmli əsərlər yaza bilər" 14.01.2025

"Sənətin səsi" verilişinin buraxılışı Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlunun yaradıcılığına, şeirlərinə yazılmış mahnılara və sənətkarlarla olan iş birliklərinə həsr olundu.

"Düşünürəm ki, bu filmdəki obrazım sənət yolumda və şəxsi həyatımda bir tramplin rolunu oynadı" 13.01.2025

"Sənətin səsi" verilişində "Səma xanımı" filminin baş rol aktrisası Sabirə Abdullayeva ilə film çəkilişlərindən, canlandırdığı obrazdan və filmlə bağlı təəssüratlarından bəhs etdik.

"Tanqo janrını Azərbaycan musiqisinə gətirən bəstəkar" 10.01.2025

"Sənətin Səsi" verilişində Azərbaycan Respublikasının və Dağıstanın Xalq artisti, bəstəkar Elza İbrahimovanın qardaşı Çingiz İbrahimov ilə mərhum bəstəkarın yaradıcılığından, əsərlərindən və sənətkarların onunla olan xatirələrindən bəhs etdik.

"Opera festivalı keçirmək mənim ən böyük arzum idi və buna nail oldum" 09.01.2025

"Sənətin səsi" verilişində Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva ilə vokal sənətindən, ifalarından və nailiyyətlərindən bəhs etdik.

"Milli musiqi mədəniyyətimizin zənginləşməsində özünəməxsus yeri olan bəstəkar" 08.01.2025

"Sənətin Səsi" verilişində musiqişünas, dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru Turan Məmmədəliyeva ilə görkəmli bəstəkar Zakir Bağırovun yaradıcılığından və müxtəlif janrlarda yazdığı əsərlərindən bəhs etdik.

"İfaları dillər əzbəri olan ölməz sənətkar" 07.01.2025

"Sənətin Səsi" verilişində Əməkdar artist, Gülarə Əliyeva adına “Dan ulduzu” instrumental ansamblının bədii rəhbəri Tariyel Abbasov və Əməkdar artist, qarmon ifaçısı Faiq Əlibalayev ilə mərhum sənətkar Hüseynağa Hadiyevin sənət yolundan, ifalarından və onunla bağlı ən xoş xatirələrindən bəhs etdik.

"Mənim üçün teatr əvəzolunmazdır, ona görə də vaxt gələcək, teatra yenə qayıdacağam" 06.01.2025

"Sənətin Səsi" verilişinin buraxılışı Beynəlxalq müsabiqələr laureatı, prezident təqaüdçüsü, müğənni Amil Həsənoğlunun sənət yoluna, ifalarına və Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrinə həsr olundu.

"Mənim üçün sənət özümü ifadə vasitəsidir" 29.12.2024

"Sənətin Səsi" verilişinin buraxılışı Əməkdar artist, Musiqili teatr aktyoru kafedrasının müdiri, professor, bədii qiraət ustası Azad Şükürovun sənət yoluna, pedaqoji fəaliyyətinə və səsləndirdiyi şeirlərə həsr olundu.

"Bu sənətə gəlməyimdə Zeynəb Xanlarovanın sənətinin böyük rolu olub" 28.12.2024

"Sənətin Səsi" verilişində Əməkdar mədəniyyət işçisi, bəstəkar Rauf Məmmədov ilə sənət yolundan, mahnılarından, Zeynəb Xanlarova ilə olan iş birliklərindən və xatirələrindən bəhs etdik.

"“UNESCO-nun Sülh Artisti” fəxri adına layiq görülən azərbaycanlı bəstəkar" 27.12.2024

"Sənətin Səsi" verilişində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, bəstəkar Firəngiz Əlizadə ilə yaradıcılığından, əsərlərindən, qastrol səfərlərindən və dahi bəstəkarlardan bəhs etdik.

"Əsl muğamı, gərək, qəzəllə oxuyasan" 25.12.2024

"Sənətin Səsi" verilişində Xalq artisti, xanəndə Zabit Nəbizadə ilə muğam sənətindən, inkişafından və sənətdəki xatirələrindən bəhs etdik.

"300-ə yaxın mahnım var və dəst-xət eyni olsa da, biri digərinə bənzəmir" 24.12.2024

"Sənətin Səsi" verilişinin buraxılışı bəstəkar, pianoçu Aynur Adilqızının yaradıcılığına, bəstələdiyi mahnılara və sənətkarlarla iş birliklərinə həsr olundu.

"Radio Azərbaycanın səsidir, ona görə də dili və məzmunu nümunəvi çatdırmalısan" 23.12.2024

"Sənətin Səsi" verilişinin buraxılışı Xalq artisti, "Tərəqqi" medalı laureatı, diktor Eldost Bayramın sənət yoluna və xatirələrinə həsr olundu.

"Klassikanı bilməyən insan caz musiqisini mükəmməl öyrənə bilməz" 20.12.2024

"Sənətin Səsi" verilişində Azərbaycan Respublikasının Əməkdar artisti, caz ifaçısı, pianoçu Emil Əfrasiyab ilə musiqi sənətindən, bəstəkarlıq fəaliyyətindən və çıxış etdiyi konsertlərdən bəhs etdik.

"30-40 il əvvəl toya mikrofonla getməzdilər. "Səsin var, meydandır, özünü göstər", - deyərdilər" 19.12.2024

"Sənətin Səsi" verilişinin buraxılışı  Xalq artisti, müğənni Zaur Rzayevin sənət yoluna, ifalarına, fəaliyyətinə və xatirələrinə həsr olundu.

"Bilirəm ki, mənim yolum daim cazdır" 18.12.2024

"Sənətin Səsi" verilişinin buraxılışı Xalq artisti, caz ifaçısı, müğənni Cavan Zeynallının sənət yoluna, ifalarına, "Qaya" qrupundakı fəaliyyətinə və xatirələrinə həsr olundu.

"Əgər ciddi mövzuda mahnı yaradılırsa, bu mahnının müəllifi bir nəfər olmamalıdır" 17.12.2024

"Sənətin Səsi" verilişinin buraxılışı Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin yaradıcılığına, əsərlərinə və iş birliklərinə həsr olundu.

"Vaqif Mustafazadə elə bir sənətkardır ki, onu təkrar etmək mümkün deyil" 16.12.2024

"Sənətin Səsi" verilişində pianoçu Nizami Əliyev ilə caz-muğam üslubunun banisi Vaqif Mustafazadənin yaradıcılığından, unudulmaz əsərlərindən bəhs edib, canlı ifalar ilə xatirəsini yad etdik.

"Mən ilk dəfə filmə çəkilmək üçün düz 15 il gözləmişəm" 13.12.2024

"Sənətin Səsi" verilişində Əməkdar artist, Azərbaycan Dövlət Pantomima Teatrının direktoru və aktyoru Elman Rəfiyev ilə aktyorluq sənətindən, teatrın fəaliyyətindən və canlandırdığı obrazlardan bəhs etdik.

"İnsan sənətə gəlirsə, gərək özü üçün yox, xalq üçün gəlsin" 11.12.2024

"Sənətin Səsi" verilişinin buraxılışı Xalq artisti, "Şöhrət" ordenli sənətkar Niyaməddin Musayevin sənət yoluna, ifalarına, musiqimizə gətirdiyi yeniliklərə və Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrinə həsr olundu.

"Musiqidə irəli getmək üçün klassikanı bilmək vacib amildir" 10.12.2024

"Sənətin Səsi" verilişinin buraxılışı Azərbaycan Respublikasının Xalq artisti, caz musiqiçisi, pianoçu, bəstəkar Salman Qəmbərovun yaradıcılığına, əsərlərinə, caz musiqisinə və gənclərlə olan iş birliklərinə həsr olundu.

"Tofiq Bakıxanov musiqimizdə bir çox ilklərə imza atmış sənətkardır" 09.12.2024

"Sənətin Səsi" verilişində bəstəkar, pianoçu Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi Nuranə Zeynalova ilə görkəmli bəstəkar, Xalq artisti Tofiq Bakıxanovun yaradıcılığından, əsərlərindən, haqqında yazılan kitab və məqalələrdən bəhs etdik.

"Dirijor anlamalıdır ki, onun ünsiyyət vasitəsi və səs qüvvəsi orkestrdir" 06.12.2024

"Sənətin Səsi" verilişində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, Əməkdar artist Əyyub Quliyev ilə dirijorluq sənətindən, xarici ölkədəki çıxışlarından və xatirələrindən bəhs etdik.

Ouça o podcast Dalğa FM no Replaio

Rádio e podcasts em um só app - grátis e sem cadastro. Instale hoje e não perca o lançamento

Baixe no Google Play

O Replaio não é o publicador dos podcasts; os nomes dos programas, as capas e o áudio pertencem aos seus autores e são distribuídos por feeds RSS públicos