Avto FM 107.7

Avto FM 107.7

107.7 AVTO FM radiosu ! Efirimizdə yayımlanan müxtəlif verilişlərin podcastı məhz burada paylaşılır !

Não deixe de visitar o site do podcast e apoiar quem o produz: www.spreaker.com

Autor

Avto FM 107.7

Categoria

Leisure

Site do podcast

www.spreaker.com

Último episódio

10 de jul de 2026

Onde ouvir?

Podcasts no app Replaio Radio Em breve

Os podcasts estão chegando ao app. Instale agora e seja o primeiro a descobrir um jeito totalmente novo de curtir podcasts

Baixe no Google Play Instale grátis Android 5 mi+ downloads · nota 4,8 iOS em breve

Episódios

Göz zəifliyi zamanı niyə ikinci əməliyyata ehtiyac duyulur? 15.05.2024

"Faydalı saat"da oftalmoloq-cərrah Aygün Rəhimzadə ilə birlikdə göz zəifliyinin səbəblərindən, göz əməliyyatlarının müxtəlifliyindən, müalicə növlərindən danışdıq.

Bu kəndə maşınla girmək qadağandır I Yol əhvalatı #450 15.05.2024

Bu günkü qonağımız Gülnar Baxşəliyeva, İsveçrədə Alp dağlarındakı hiking təcrübəsindən və Balidə keçirilən yoqa təlimlərindən söhbət açdı.

Paytaxtda parklanma problemləri I Yolayrıcı 14.05.2024

Bu günkü efirimizdə, paytaxtdakı sıxlıqlardan və parklanma problemlərindən danışdıq.

Təhlükəsiz idarəetmə hansı elementlərdən ibarətdir? 14.05.2024

"Qaydaları Pozma" layihəsində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov avtomobili təhlükəsiz idarə etmək üçün lazım olan təməl elementlərdən, dönmə işıqlarından düzgün istifadədən, ötmə əməliyyatı zamanı məsafəni və sürəti doğru müəyyənləşdirməkdən danışdı və faydalı məlumatlar səsləndirdi.

Qadınlar kişilərdən nə istəyir? 14.05.2024

"Faydalı saat" verilişində psixoloq Nizami Orucovla birlikdə qadın-kişi münasibətlərindən, qadınların kişilərdən istədiklərindən, cəmiyyətdə kişilərin və qadınların mənəvi borclarından danışdıq.

Hindistanda 5 ulduzlu hotellər ucuzdur I Yol əhvalatı #449 14.05.2024

Bu günkü qonağımız “İZ Azərbaycan” layihəsinin müəllifi, Rüstəm Nəbizadə Hindistanın az gedilən şəhərləri olan Varanasi,Aqra,Delhi haqqında danışdı.

Danışır sahibkar I Həmid Fərəməzov 13.05.2024

"Danışır sahibkar" da qonağımız olan "Nobel boya və Kimya" MMC-nin direktoru Həmid Fərəməzov ilə boya sənayesi barədə danışdıq.

Yollarda təhlükəsizliyimiz necə təmin olunur? 13.05.2024

"Qaydaları Pozma" verilişində BŞDYPİ-nin bölmə rəisi Toğrul Nəsirli ilə birlikdə təhlükəsizliyin təmin olunmasından, magistral yollarda ən çox pozulan qaydalardan, sürücülərin məsuliyyətindən danışdıq.

Yay aylarında zəhərlənmə yarada biləcək məhsullar 11.05.2024

"Faydalı saat" verilişində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisi Ləman Abbasova qida zəhərlənmələri və allergiyalarından, məhsulların düzgün saxlanma və istifadə qaydalarından danışdı.

Səyahət üçün ən ucuz ölkə I Yol əhvalatı #448 10.05.2024

"Tam vaxtı" verilişində qonağımız olan Əfran Qurbanov Hindistan səfəri haqqında əhvalatlarını bizimlə bölüşdü. 

Hansı qayda pozuntularına görə cərimələr artırılmalıdır? 10.05.2024

"Qaydaları Pozma" verilişində BŞDYPİ-nin baş inspektoru polis mayoru Araz Əsgərli ilə birlikdə cərimələrin dəyişdirmədiyi sürücülərdən, ən çox pozulan qaydalardan, sürücülərin cəriməsinin artırılmasını istədiyi qayda pozuntularından danışdıq.

Hansı kosmetik prosedurlar vacibdir? 10.05.2024

"Faydalı saat" verilişində həkim-kosmetoloq Nigar Rüfətlə birlikdə ən çox müraciət olunan prosedurlardan, kosmetik prosedurlar üçün ən ideal yaşdan, üzə yanlış müdaxilənin fəsadlarından, keyfiyyətli məhsullardan danışdıq.

Çində turistləri izləyirlər I Yol əhvalatı #447 08.05.2024

Bu günkü qonağımız "Smart control" şirkətinin təsisçisi Aqil Ömərli Çində olan yeni texnologiyalardan,Danimarkada qəbirlərin maraqlı formasından və səyahətləri zamanı başına gələn maraqlı əhvalatlardan danışdı.

Yüksək qan təzyiqinə səbəb olan faktorlar 08.05.2024

"Faydalı saat" verilişində kardioloq Ziya Səlimovla birlikdə qan təzyiqindən, qan təzyiqinin yüksəlməsinə səbəb olan hallardan, ürək xəstəliklərindən danışdıq.

Yağışlı hava avtomobil idarə etməyinizə təsir edir? I Yolayrıcı 07.05.2024
Hansı zolaq daha təhlükəsizdir? 07.05.2024

"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimovla birlikdə yollarda ən təhlükəsiz zolaqdan, zolağı düzgün seçə bilməyən sürücülərdən, paytaxtın müxtəlif küçələrində zolaq problemindən danışdıq.

Köpdən xilas olmağın yolları 07.05.2024

"Faydalı saat" verilişində qastroenteroloq Nərmin Musayeva köp yaradan səbəblərdən və qidalardan, köpdən xilas olmağın yollarından, həzm sisteminin pozulması hallarından, oturaq həyat tərzinin mədə-bağırsaq sisteminə təsirindən, su qəbulu üçün ən ideal saatlardan danışdı.

Sinqapurda təhsil və səyahət I Yol əhvalatı #446 07.05.2024

Qonağımız, filologiya üzrə fəlsəfə doktoru,İCF tələbə və valideyn kouçu, Günay Məmmədova təhsillə bağlı Sinqapur və İsveçrə səfərlərindən və həmçinin fərqli ölkələrdə olan təhsil sistemindən danışdı.

"Zipline" etmək üçün son sözlərini deməlisən I Yol əhvalatı #445 06.05.2024

Bu günkü qonaqlarımız Elnarə Qurbanova və Elvira Osmanova birlikdə səyahət etdikləri Ras-Əl-Xayma, Dubay və Şri-Lankada başlarına gələn maraqlı əhvalatları bizimlə bölüşdülər.

"Sürücülərin ən çox qarşılaşdıqları qayda pozuntuları 06.05.2024

"Qaydaları Pozma" verilişində BŞDYPİ-nin bölmə rəisi Toğrul Nəsirli paytaxtda ən çox yol verilən qayda pozuntularından, iradları qəbul etməyən sürücülərdən danışdı və dinləyicilərin yol hərəkəti qaydaları ilə bağlı suallarını cavablandırdı.

Epilepsiya: Doğru bildiyimiz yanlışlar 06.05.2024

"Faydalı saat" verilişinin qonağı beyin və sinir cərrahı Tural Rəhimli ilə birlikdə epilepsiyanın xüsusiyyətlərindən, əməliyyata uyğun olan vəziyyətlərdən, müalicə dövründən və avtomobil qəzaları zamanı xəsarət alanlara ilk doğru tibbi yardımdan danışdıq.

Danışır sahibkar I Murad Əliyev 06.05.2024

Bu gün "Danışır sahibkar" da qonaq olan "Sufle" MMC-nin direktoru Murad Əliyev, biznesin inkişafından, nə qədər maliyyə lazım olduğundan və biznesi böyütməyin yollarından danışdı.

Bakıda parklanma problemi 03.05.2024

"Qaydaları Pozma" verilişində BŞDYPİ-nin baş inspektoru polis mayoru Araz Əsgərli ilə birlikdə səkiləri zəbt edən sürücülərdən, paytaxtda parklanma probleminin ən çox yaşandığı ərazilərdən, parklanma qaydalarını pozan sürücüləri gözləyən cəzalardan danışdıq.

Yaşamaq üçün ideal ölkələr I Yol əhvalatı #444 03.05.2024

Bu günkü qonağımız  Mehriban Həsənova İtaliya,ABŞ,Vyana,İspaniya,Yunanıstan və Brüsseldə yaşadığı maraqlı hadisələri bizimlə bölüşdü.

D vitamini azlığını necə aradan qaldıraq? 03.05.2024

"Faydalı saat" verilişində həkim-dietoloq Tutu Zeynalova vitamin defisitlərindən, D vitamini azlığına səbəb olan hallardan, vitamin müalicəsi dövründən danışdı və bir sıra faydalı məlumatlar səsləndirdi.

Ouça o podcast Avto FM 107.7 no Replaio

Rádio e podcasts em um só app - grátis e sem cadastro. Instale hoje e não perca o lançamento

Baixe no Google Play

O Replaio não é o publicador dos podcasts; os nomes dos programas, as capas e o áudio pertencem aos seus autores e são distribuídos por feeds RSS públicos