Avto FM 107.7

Avto FM 107.7

107.7 AVTO FM radiosu ! Efirimizdə yayımlanan müxtəlif verilişlərin podcastı məhz burada paylaşılır !

Não deixe de visitar o site do podcast e apoiar quem o produz: www.spreaker.com

Autor

Avto FM 107.7

Categoria

Leisure

Site do podcast

www.spreaker.com

Último episódio

2 de nov de 2026

Onde ouvir?

Podcasts no app Replaio Radio Em breve

Os podcasts estão chegando ao app. Instale agora e seja o primeiro a descobrir um jeito totalmente novo de curtir podcasts

Baixe no Google Play Instale grátis Android 5 mi+ downloads · nota 4,8 iOS em breve

Episódios

Saxta mühərrik yağını necə aşkarlamaq olar? I "Qaydaları Pozma" 02.11.2026

"Qaydaları Pozma" verilişinin qonaqları "Hycron" yağlarının direktoru Yelmar Rəcəbzadə və elektrik Rauf Atakişiyev oldu.  Podkastda bu sualların cavabını tapacaqsınız:  Bazarda saxta mühərrik yağlarını orijinal məhsullardan ayırmaq nə dərəcədə mümkündür? Sonradan quraşdırılan əlavə işıqlar, siqnalizasiya və digər elektron avadanlıqlar avtomobilin elektrik sisteminə zərər verə bilərmi? Avtomobilə q...

Alman maşınının keyfiyyəti, Yapon etibarlılığı, Çin texnologiyası – Hansı qalibdir? l "Birdən İkiyə" 02.11.2026

"Birdən İkiyə" verilişinin qonaqları avtomobil mütəxəssisləri olan Elgün Xıdırov və Mübariz Salmanov ilə Alman, Yapon və Çin maşınları mövzusunda maraqlı bir debat müzakirəmiz oldu.

Skuterlər və digər kiçik nəqliyyat vasitələrinin iştirakı ilə baş verən qəzalar: Kim məsuliyyət daşıyır? I "Qaydaları Pozma" 30.10.2026

"Qaydaları Pozma" verilişinin qonağı NİİM-in mətbuat katibi Ömər Xıdırov oldu.  Podkastda bu sualların cavabını tapacaqsınız:  Bakıda skuter və digər kiçik nəqliyyat vasitələrinin iştirakı ilə baş verən qəzaların əsas səbəbləri hansılardır? Bu qəzaların yaranmasında daha çox sürücülərin, yoxsa skuter istifadəçilərinin məsuliyyətsizliyi rol oynayır? Skuter sürücüləri yollarda hansı əsas təhlükəsizl...

Yaxşı sürücülük təlimçisini necə seçmək olar? I "Qaydaları Pozma" 30.10.2026

"Qaydaları Pozma" verilişinin qonağı qəza əleyhinə sürücülük kurslarının məşqçisi Aqil Rəhimov oldu.  Bu podkastda bu sualların cavabını tapacaqsınız:  İlk dəfə sükan arxasına keçən insan üçün hansı daha vacibdir: avtomobili texniki cəhətdən idarə etmək, yoxsa yoldakı təhlükələri düzgün qiymətləndirmək? Təlimçinin avtomobilində əlavə əyləc pedalının olması nə dərəcədə vacibdir? Şagird ilk dərslərd...

Azərbaycan animasiyasının keçmişi, bu günü və gələcəyi | Meqapolis 30.10.2026

"Meqapolis" verilişinin qonağı Azərbaycan Animasiya Assosiasiyasının sədri və "ANİMAFİLM" Beynəlxalq Animasiya Festivalının direktoru Rəşid Ağamalıyev oldu. Efirdə qonağımızla “Azərbaycan animasiyası” kitabının ərsəyə gəlməsi və ölkəmizin animasiya tarixi, yerli animasiya sənayesinin mövcud problemləri və gələcək perspektivləri, süni intellektin bu sahəyə təsiri, animasiyanın kino sənətində yeri,...

Azərbaycanın innovasiya gələcəyi necə formalaşır? | Meqapolis 26.10.2026

"Meqapolis" verilişinin qonağları İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin mətbuat katibi Kamil Piriyev və Təhlil və Monitorinq şöbəsinin rəhbəri Əzizə Vidadi oldular. Efir zamanı qonaqlarla 4SİM-in rəqəmsal iqtisadiyyatın inkişafı, müəssisələrin rəqəmsal transformasiyasına dəstək, beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, innovasiya...

Parfüm insanın xarakterini əks etdirir? | Meqapolis 23.10.2026

"Meqapolis" verilişinin qonağı "Nurlu Perfume Lab"ın təsisçisi Qoşqar Nurlu oldu. Efirimizdə parfümer olmağın yolundan, Fransada parfümeriya təhsilindən və Azərbaycanda ilk parfüm laboratoriyasının yaradılması ideyasından danışdıq. Fərdi ətirlərin necə hazırlandığını, müştərinin xarakteri və xatirələrinin qoxu seçiminə necə təsir etdiyini, ətirlərin insandan-insana niyə fərqli qoxduğunu, onları dü...

Rəsmi diller, yoxsa şəxsi idxal: Hansı daha sərfəlidir, hansı daha etibarlıdır? l "Birdən İkiyə" 22.10.2026

"Birdən İkiyə" verilişinin qonaqları sosial şəbəkələrdən yaxşı tanınan Koreya və Çindən avtomobillərinin idxalı üzrə sahibkar Davud Kazımov və Azərbaycan Avtomobil Dillerləri Assosiasiyasının idarə heyətinin üzvü Fərid Hüseynov oldu.  Podkastda bu sualların cavabını tapacaqsınız:      Şəxsi idxalla gətirilən yeni və ya qeyri-standart modellər üçün yerli bazarda ehtiyat hissələrinin tapılmaması və...

Bir tullanış, min həyəcan, bir ömürlük xatirə | Meqapolis 21.10.2026

"Meqapolis" verilişinin qonağı ekstrim idman növləri üzrə bloger Fuad Tağıyev oldu. Efirdə qonağımızla "skydiving"ə marağın necə yaranması, iştirak etdiyi ölkə və məkanlar, ilk tullanış təəssüratları, sərbəst düşüşün maraqlı məqamları, təyyarə və vertolyotdan tullanma fərqləri, təhlükəsizlik qaydaları, Azərbaycanda bu idman növünün inkişaf imkanları, eləcə də "skydiving"ə başlamaq istəyənlərin ilk...

Şəhər yollarında təhlükəsiz hərəkət etmək üçün nələri bilməliyik? I "Qaydaları Pozma" 20.10.2026

"Qaydaları Pozma" verilişinin qonağı qəza əleyhinə sürücülük kurslarının məşqçisi Aqil Rəhimov oldu.  Podkastda bu sualların cavabını tapacaqsınız:  Bakı yollarında A nöqtəsindən B nöqtəsinə çatarkən sürücülərin qarşılaşdığı ən böyük təhlükələr hansılardır? Sürücü yola çıxmazdan əvvəl marşrutunu planlaşdırmalıdır? Sükan arxasında mobil telefona baxmaq, naviqasiyanı tənzimləmək və ya musiqi dəyişmə...

Bakıda sürücülərin ən təhlükəli vərdişi hansıdır? I "Qaydaları Pozma" 20.10.2026

"Qaydaları Pozma" verilişinin qonağı Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev oldu.  Podkastda bu sualların cavabını tapacaqsınız:  Bakıda sürücülərin bir-birinə qarşı ən məsuliyyətsiz davranışı nədir? Bəzi sürücülər avtomobili təhlükəli idarə etsələr də, illərlə qəza törətmədiklərinə görə özlərini peşəkar hesab edirlər. Bu, yanlış özünəinam deyilmi? Tıxa...

Motosiklet və skuter sürücüləri qaydalara niyə əməl etmirlər? I "Qaydaları Pozma" 20.10.2026

"Qaydaları Pozma" verilişinin qonağı NİİM-in mətbuat katibi Ömər Xıdırov oldu.  Podkastda bu sualların cavabını tapacaqsınız:  Skuterlərin sayı artır, bəs yol infrastrukturu və hərəkət mədəniyyəti buna hazırdırmı? Ən çox hansı qayda pozuntularına rast gəlinir? Qırmızı işıqda keçmək, avtomobillərin arasından təhlükəli manevrlər etmək nə qədər ciddi problemdir?

III Təchizat Zənciri Liderləri Zirvəsi 2026 | Meqapolis 19.10.2026

"Meqapolis" verilişinin qonaqları "PAŞA Real Estate Group"un Kommersiya və Satınalma üzrə direktoru Əli Hacıyev və CIPS Azərbaycanın sədri Əliağa Pirquliyev oldular. Satınalmanın strateji biznes nəticələrinə təsiri, dəyər yaradan təchizat zəncirinin qurulması, risklərin idarə olunması, rəqəmsallaşma və süni intellektin rolu, yerli təchizatçıların inkişafı, beynəlxalq standartların tətbiqi, satınal...

Bir dilim tortun arxasında nələr var? | Meqapolis 16.10.2026

"Meqapolis" verilişinin qonağı "San Tortino" mağazalar şəbəkəsinin istehsalat rəhbəri Seyfəl Bünyadov oldu. Efir zamanı qonağımızla müştərilərin ən çox üstünlük verdiyi şirniyyat növlərindən, istehsalat prosesinin gündəlik iş rejimindən, qarşılaşdıqları maraqlı və gözlənilməz hadisələrdən, məhsulların qorunması və günün sonunda qalan şirniyyatların idarə olunmasından danışdıq. Həmçinin peşəkar şir...

AllMiles proqramında yeni dövr: Səyahət necə daha rahat və əlçatan olur? | Meqapolis 15.10.2026

"Meqapolis" verilişinin qonağı "Premium Bank"ın Marketinq departamentinin əməkdaşı Minacət Əliyeva oldu. "Premium Bank"ın AllMiles proqramında baş verən yenilikləri, millərin hesablanması qaydalarını, AllMiles tətbiqinin yeni imkanlarını, kifayət qədər mili olmayan istifadəçilər üçün yaradılan fürsətləri, daha çox mil qazanmaq istəyənlər üçün uyğun kart seçimlərini, "Signature Business" kartının ü...

Bakıda yağış yağanda sürücülər niyə panikaya düşür? I "Qaydaları Pozma" 14.10.2026

Qaydaları Pozma" verilişinin qonağı Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev oldu.  Podkastda bu sualların cavabını tapacaqsınız:  Yağışlı havada qəza törədən sürücü “Hava şəraiti pis idi” deyərək məsuliyyətdən yayına bilərmi?  Yağışda ən çox hansı qayda pozuntuları ilə rastlaşırsınız: sürət həddinin aşılması, ara məsafəsinin saxlanılmaması, qəfil əyləclə...

Sürücüləri qəzaya aparan 3 əsas səbəb hansılardır? I "Qaydaları Pozma" 14.10.2026

Qaydaları Pozma" verilişinin qonağı qəza əleyhinə sürücülük kurslarının məşqçisi Aqil Rəhimov oldu.  Bu podkastda bu sualların cavabını tapacaqsınız:  Sürücü qaydaları bilə-bilə niyə qəza törədir? Problem bilikdədir, yoxsa davranışda? Qəza zamanı sürücülərin daha çox hansı səhvi ölümcül nəticələrə səbəb ola bilər? Avtomobili idarə etmək bacarığı ilə təhlükəli vəziyyətdən çıxmaq bacarığı arasında h...

Düzgün yağ seçimi avtomobili hansı təhlükələrdən qoruyur? l "Birdən İkiyə" 14.10.2026

"Birdən İkiyə" verilişinin qonağı "Hykron" brendinin direktoru Yelmar Rəcəbzadə oldu.  Podkastda bu sualların cavabını tapacaqsınız:  Sürücülər fərqində olmadan bəzən səhv yağ seçimi səbəbilə daha çox yanacaq xərcləyirlər. Yağla yanacaq sərfiyyatı arasında necə əlaqə var? Sürücülər arasında geniş yayılmış bir mif var: "Maşın köhnəlibsə, mütləq qatı (məsələn, 10W-40 əvəzinə 20W-50) yağ tökmək lazım...

Kreativ yanaşma restoran biznesində uğurun açarı ola bilərmi? | Meqapolis 14.10.2026

"Meqapolis" verilişinin qonağı "Nuşitos" brendinin təsisçisi və sahibi Aleksandr Anişenko oldu. “Nuşitos”un yaranma hekayəsinə, ideyanın necə formalaşdığına və brendin inkişaf yoluna nəzər saldıq. Azərbaycanda restoran sektorunun mövcud vəziyyəti, yerli müştərilərin yemək seçimləri və daha çox üstünlük verdikləri təamlar, eləcə də Azərbaycan mətbəxinin zənginliyi, milli yeməklərimizin özünəməxsusl...

Ayaqqabı alarkən nələrə diqqət etməliyik? | Meqapolis 12.10.2026

"Meqapolis" verilişinin qonağı "Danilov" ayaqqabı brendinin yaradıcısı İlyas Danilov oldu. “Danilov” brendinin yaranma tarixçəsindən, ayaqqabı seçiminin insan sağlamlığı və rahatlığı üçün əhəmiyyətindən, keyfiyyətli ayaqqabı seçərkən diqqət edilməli məqamlardan, eləcə də ayaqqabıların istifadə və saxlanılma qaydalarından danışdıq.

Elektrikli avtomobillərin Azərbaycandakı perspektivi l "Birdən İkiyə" 09.10.2026

"Birdən İkiyə" verilişinin qonağı avtobloger İlkin Mustafazadə oldu.  Podkastda bu sualların cavabını tapacaqsınız:  Ölkə daxilində (xüsusən Bakıda və regionlarda) sürətli və adi şarj stansiyalarının sayı və əlçatanlığı hazırda sürücülərin tələbatını ödəyirmi? Azərbaycanın isti yay ayları və mülayim qış şəraiti elektromobillərin batareyalarına necə təsir göstərir? Batareyaların ömrü və performans...

Yağı gec dəyişdirdiyiniz üçün mühərrik problemi yaşamısınız? I "Qaydaları Pozma" 09.10.2026

"Qaydaları Pozma" verilişinin qonağı "Hykron" mühərik yağlarının rəhbəri Yelmar Rəcəbzadə oldu.  Bu podkastda bu sualların cavabını tapacaqsınız:  "Yağı tez-tez dəyişmək mühərrik üçün daha yaxşıdır" fikri doğrudur, yoxsa bu, sadəcə mifdir? Yağın vaxtı keçəndə mühərrikdə konkret olaraq nə baş verir? Sürücü yağın keyfiyyətinin aşağı düşdüyünü özü hansı əlamətlərdən anlaya bilər?

Diqqət! Kofe sizi bu xəstəliklərdən qoruyur | Meqapolis 09.10.2026

“Meqapolis” verilişinin qonağı “United Coffee Beans” şirkətinin qurucusu və icraçı direktoru Pərviz Dadaşov oldu. Kofe biznesinin yaranma hekayəsindən, kofe mədəniyyətinin inkişafından, Azərbaycanda kofe bazarının vəziyyətindən, kofenin sağlamlığa təsirlərindən, sahibkarlıq strategiyalarından, baristalığın perspektivlərindən və düzgün kofe seçiminin incəliklərindən danışdıq.

“Səs Azərbaycan”ın qalibi Emiliyanın hekayəsi | Meqapolis 07.10.2026

"Meqapolis" verilişinin qonağı Azərbaycanın tanınmış pop müğənnisi və musiqiçisi “Səs Azərbaycan 2015"in qalibi Emiliya Yaqubova oldu. Efir zamanı qonaqla musiqi yaradıcılığından, sənətə ilk addımlarından, “Səs Azərbaycan” müsabiqəsindən sonra həyatında baş verən dəyişikliklərdən, şəxsi həyatından və gündəlik rejimindən, Bakı-London arasında yaradıcılıq planlarından, Azərbaycan şou-biznesinə baxış...

Avtomobil sektorunda marketinqin rolu nədir? 06.10.2026

"Birdən İkiyə" verilişinin qonağı "Voyah Azərbaycan" avtomobil mərkəzinin marketinq meneceri Nihat Həzisoy oldu.  Podkastda bu sualların cavabını tapacaqsınız:    -Azərbaycan istehlakçısının avtomobil seçərkən izlədiyi qərarvermə mexanizmində marketinq hansı məqamlarda həlledici rol oynayır? -Niyə indi marketoloqlar ənənəvi reklamdan yan keçir, bütün gücü sosial mediaya yönəldirlər? -Yeni texnolog...

Ouça o podcast Avto FM 107.7 no Replaio

Rádio e podcasts em um só app - grátis e sem cadastro. Instale hoje e não perca o lançamento

Baixe no Google Play

O Replaio não é o publicador dos podcasts; os nomes dos programas, as capas e o áudio pertencem aos seus autores e são distribuídos por feeds RSS públicos