Avto FM 107.7

Avto FM 107.7

107.7 AVTO FM radiosu ! Efirimizdə yayımlanan müxtəlif verilişlərin podcastı məhz burada paylaşılır !

Não deixe de visitar o site do podcast e apoiar quem o produz: www.spreaker.com

Autor

Avto FM 107.7

Categoria

Leisure

Site do podcast

www.spreaker.com

Último episódio

10 de jul de 2026

Onde ouvir?

Podcasts no app Replaio Radio Em breve

Os podcasts estão chegando ao app. Instale agora e seja o primeiro a descobrir um jeito totalmente novo de curtir podcasts

Baixe no Google Play Instale grátis Android 5 mi+ downloads · nota 4,8 iOS em breve

Episódios

Diş implantı təhlükəlidir? 13.06.2024

"Faydalı saat" verilişində qonağımız stomatoloq Vüqar Əliyev ilə implantlardan, doğru diş fırçası seçimindən, diş pastalarının tərkiblərindən, ağız boşluğuna qulluqdan, ev şəraitində diş məcunu hazırlamaqdan və ağız boşluğundan gələn qoxunun səbəblərindən danışdıq.

Madeyrada "parking" yoxdur I Yol əhvalatı #462 12.06.2024

"Yol əhvalatı"nın qonağı olan Səlmi Cənnətova bizə 10 günlük Portuqaliya səfərindən danışdı.

Sizə maşın sürməyi kim öyrədib? 11.06.2024

"Qaydaları pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimovla birlikdə avtomobil idarə etməyin düzgün yollarından və təhlükəsiz idarəetmədən danışdıq.

Taksilərdə bahalaşmanın səbəbi nədir? I Yolayrıcı 11.06.2024

"Yolayrıcı" verilişində  taksilərdə qiymət bahalaşmasından və bunun səbəblərindən danışdıq.

Qeysəriyyə əməliyyatı zamanı abdominoplastika etdirməyin! 10.06.2024

“Faydalı saat”da qonağımız plastik və rekonstruktiv cərrah Ramazan İsgəndərov ilə birlikdə plastik əməliyyatlar zamanı risklərdən, mamoplastika, liposaksiya, abdominoplastika əməliyyatlarından danışdıq.

Uşaqlara yol hərəkəti qaydalarını öyrədə bilirik? 10.06.2024

"Qaydaları pozma" verilişində  BŞDYPİ-nin inspektoru polis kapitanı Pərvanə Muradova və Təhsil Nazirliyinin 1 saylı Uşaq Gənclər Mərkəzinin şöbə müdiri Fəridə Süleymanova ilə birlikdə uşaqlara yol hərəkəti qaydalarının öyrədilməsi yollarından danışdıq.

Təhlükəsiz qidanı necə seçək? 08.06.2024

"Faydalı saat" verilişində qonağımız Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı Mətanət Mehdiyeva ilə təhlükəsiz qidalar və onlara nəzarət haqqında danışdıq.

Qəzaların qarşısını necə alaq? 08.06.2024

"Qaydaları pozma" verilişimizdə qonağımız Bakı şəhər Dövlət Yol Polisi idarəsinin  inspektoru polis baş leytenantı  Rüstəm Əhmədli  ilə son günlərdə paytaxt yollarında baş verən qəzalardan və bunların həlli yollarından danışdıq.

Milanda bahalı mağazalara hər kəsi buraxmırlar I Yol əhvalatı #461 07.06.2024

"Yol əhvalatı"nın qonağı Arzu Alyar bizə Milan və Romada insanların dəb anlayışından, Vyanada  ikimərtəbəli metro qatarlarından, Praqada yediyi milli yeməklərdən danıışdı.

Eqoizm və özünəgüvənin fərqi nədir? 07.06.2024

"Faydalı saat" verilişimizdə qonağımız psixoloq Nizami Orucovla birlikdə özünü sevməkdən, eqoizm və özünəgüvənin fərqli anlayışlar olduğundan, narsist insanların xüsusiyyətlərindən danışdıq.

Arıqlamağın ən effektiv üsulları nələrdir? 06.06.2024

“Faydalı saat” verilişində qonağımız qida mühəndisi, nutrisioloq Fərid Səfərov ilə sağlam arıqlamağın yollarından, gündəlik yeməli olduğumuz qidalardan, qida mühəndisinin gördüyü işlərdən danışdıq.

Sıxlıq problemi öz həllini tapacaq? 06.06.2024

"Qaydaları pozma" verilişimizdə BŞDYPİ-nin bölmə rəisi Toğrul Nəsirli ilə paytaxtdakı sıxlığın səbəbləri və həlli yollarından danışdıq.

Kralın evinə getdik I Yol əhvalatı #460 06.06.2024

"Yol əhvalatında qonağımız Nilufər Qara  Skandinaviya ölkələrində insanların həyat tərzi barədə bizə danışdı.

Körpəniz doğulduqdan sonra xəstəxanadan “topuq testi” tələb edin 05.06.2024

"Faydalı saat" verilişində qonağımız Səhiyyə Nazirliyinin genetik məsələlər üzrə eksperti, doktor Zakir Bayramov ilə evlilik öncəsi genetik testlərin verilməyinin lazım olduğundan, körpə uşaqların doğulduqdan sonra mütləq dabanından qan alınmasının vacibliyindən, genetik xəstəliklərdən qorunmağın yollarından danışdıq.

Hava limanından 2 gün çıxa bilmədim I Yol əhvalatı #459 05.06.2024

"Tam vaxtı" verilişimizdə qonağımız İlkin Həsəni Laçınla bağlı təəssüratlarından və İspaniyanın Sevilya şəhərindəki başına gələn maraqlı macəralarından bizə danışdı.

Sükan arxasındakı aqressivliyimiz bizi qəzaya sala bilər? 04.06.2024

"Qaydaları pozma" verilişimizdə Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə birlikdə sürücülərin aqressivliyinin səbəbi barədə danışdıq.

Uşaqları qəzalardan necə qoruyaq? 04.06.2024

"Qaydaları pozma" verilişimizdə BŞDYPİ-nin bölmə rəisi Toğrul Nəsirli və uşaq Hüseynov Nihat ilə yollarda uşaqları qorumağın üsullarından danışdıq.

Qalxanabənzər vəzi xəstəliklərinin qarşısını necə alaq? 04.06.2024

Faydalı saat" verilişində endokrinoloq Ayna Süleymanova ilə arıqlamağa mane olan hormonlardan, zərərli preparatlardan, qalxanabənzər vəzinin funksiyasından və endokrin sistem problemlərindən danışdıq.

Hindistanda bayramlarda toy etmirlər I Yol əhvalatı #458 03.06.2024

Bu günkü qonağımız Sevil Rəsulzadə ilə birlikdə Hindistanın bir çox şəhərləri haqqında danışdıq.

Qidaları düzgün şəraitdə necə saxlayaq? 03.06.2024

"Faydalı saat" verilişində "Gənclərin Töhfəsi" İctimai Birliyinin sədri Asim Vəli ilə birlikdə təhlükəli qidalardan, qidaların düzgün saxlanma şəraitindən, günümüzdə gənclərin məşğuliyyətindən danışdıq.

Avtomobilinizin rəngini nəyə əsasən seçirsiniz? I Yolayrıcı 03.06.2024

Bu gün "Yolayrıcı" da avtomobilin rənginin xarakterimizə təsirindən,dünyada ən populyar avtomobil rənglərindən danışdıq.

Portuqaliyada da cehiz verilir I Yol əhvalatı #457 31.05.2024

Qonağımız Mədinə Şahmuradlı Portuqaliyada qış aylarında istilik sistemi olmadığından insanların odun qırıb isinməsindən və Niderlandda insanların yaşayış tərzindən bizə danışdı.

Kruiz seçərkən nələrə diqqət edək? #456 30.05.2024

Qonağımız Vüqar Quliyev kruiz səyahətinin üstünlüklərindən, VİP turların təşkilindən, kruiz səyahətində diqqət edilməsi lazım olan məqamlardan danışdı.

Vaxtında edilən mammoqrafiya müayinəsi həyatınızı xilas edə bilər! 30.05.2024

"Faydalı saat" verilişində tibb üzrə fəlsəfə doktoru, mammoloq-cərrah Kəmalə Əliyeva ilə birlikdə onkoloji xəstəliklərin yeni müalicə üsullarından, süd vəzi xərçəngi yarada biləcək qidalardan, süd vəzi xərçənginin ilkin mərhələsinin simptomlarından danışdıq.

Özünəgüvən problemini aradan qaldırmaq üçün nələr etməliyik? 30.05.2024

"Faydalı saat" verilişində psixoloq Leyla Əliyeva ilə birlikdə insanların xarakter dəyişkənliyindən, xarakteri formalaşdıran amillərdən,özünəgüvən probleminə qalib gəlməyin yollarından danışdıq.

Ouça o podcast Avto FM 107.7 no Replaio

Rádio e podcasts em um só app - grátis e sem cadastro. Instale hoje e não perca o lançamento

Baixe no Google Play

O Replaio não é o publicador dos podcasts; os nomes dos programas, as capas e o áudio pertencem aos seus autores e são distribuídos por feeds RSS públicos